E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   52   53   54   55   56   57   58   59   ...   106

A.S.Menşikovun  rəhbərliyi  altında  Türkiyəyə  böyük  bir 
nümayəndə  heyəti  göndərmişdir.  Menşikovu  Türkiyənin 
səlahiyyətli  adamlan  ilə  yanaşı  yunan  əhalisi  də  çox  ehtiramla 
qarşılamışlar. Rus ordusunun Besarabiyada olmasını nəzərə alan 
Sultan Abdül - Məcid Rusiyanın bir çox təklifini qəbul etmişdir. 
Nikolayın  təklifləri  isə  artırdı.  1853-cü  ilin  mart  ayında  ardıcıl 
olaraq iki nota da göndərmişdi. 
Rusiyanın  Türkiyə  üzərində  təsir  dairəsinin  artmasını 
istəməyən  İngiltərə  Türkiyə  sultanına  təklif  edirdi  ki,  Rusiyanın 
şərtlərini  qəbul  etməsin.  Menşikov  bunları  başa  düşürdü. 
İngilislərin  məsləhəti  ilə  1853-cü  il,  iyun  ayının  4-də  provaslav 
kilsələrinin  hüquq  təminatı  haqqında  fərman  vermişdi.  Əslində, 
Rusiyada  bu  danışıqlar  deyil,  Moldava  və  Valaxtyanı  tutmaq 
lazım idi. Beləliklə, 21 iyul 1853-cü ildə Rus ordusu heç bir xəbər 
vermədən Dunay knyazlığına daxil olmuşlar. Bunu görən Fransa 
və  İngiltərə  Aralıq  dənizinin  şərq  sahillərinə  hərbi  gəmilər 
çıxarmalı oldular. 
Bu məsələlərdə Prussiya İngiltərə və Fransaya köməklik 
etməyəcəyini bildirmişdir. Avstriya isə Prussiyasız heç bir mövqe 
bildirməmişdi. 
1853-cü  il  bu  cür  mürəkkəb  danışıqlar  şəraitində  başa 
çatmış oldu. 
Krım  müharibəsi.  Rusiyanın  Türkiyə  üzərinə  hücuma 
keçməsi  qorxusunu  nəzərə  alaraq  1853-cü  ilin  mart  ayında 
Böyük Britaniya, Fransa və Türkiyə arasında Konstantinopolda 
İttifaq  müqaviləsi  bağlanmışdır.  Hər  iki  dövlət  öhdəçilik 
götürmüşlər  ki.  Rus  ordusunun  Türkiyədən  çıxanimasma 
köməklik  göstərəcəklər.  Sultan  da  öz  növbəsində  öhdəçilik 
götürmüşdür  ki,  seperat  müqavilə  bağlamayacaqdır.  M.D. 
Qorçakov  rus  ordusunu  Dunay  knyazlıqlarından  çıxarmadığına 
görə  İngiltərə  ilə  Fransanın  təkidi  ilə  Türkiyə  Rusiyaya 
müharibə  elan  etmişdir.  Bu  1853-cü  ilin  oktyabr  ayında  baş 
vermişdir.  Noyabr  ayında  rus  ordusu  Sinop  buxtasında  Türkiyə 
flotunu məhv etmiş və sahil bəndlərini dağıtmışdı. Bunu 
180 


görən  Fransa  və  İngiltərə  müharibənin  gedişinə  qarışmalı 
olmuşlar. 1854-cü il  yanvar  ayının 4-də  İngilis  və Fransız hərbi 
gəmiləri Qara dənizə daxil olmuşdu. 
1854-
 
cü  il  mart  ayının  27-də  və  28-də  rəsmi  olaraq 
İngiltərə və Fransa Rusiyaya qarşı müharibə elan etmişdilər. Onlar 
öz  diplomatik  səylərini  birləşdirirdilər,  müvəffəqiyyətlə  hərbi 
əməliyyat  keçirirdilər,  Avstriyam  Rusiyaya  qarşı  çevirə 
bilmişdilər. Bütün bunlar I Nikolayın səhfı üzündən baş vermişdir. 
1854-cü  il  aprel  ayının  10-da  İngiltərə  ilə  Fransa  arasında 
(Rusiyaya qarşı) ittifaq müqaviləsi bağlandı. Həmin ilin dekabr 
ayında Avstriya  da  bu  ittifaqa  daxil  oldu.  Prussiya isə neytral 
vəziyyətdə  qalmışdı.  Beləliklə,  Krım  müharibəsi  1853-cü  ildən 
1856-cı  ilədək davam  etmişdi.  Burada  Türkiyə,  İngiltərə, Fransa 
və  Sardin  Krallığı  Rusiyaya  qarşı  birlikdə  iştirak  edirdilər. 
Müharibənin  bütün  gedişində  müxtəlif  səviyyələrdə  danışıqlar 
gedirdi. 
İngiltərə  Rusiyaya  qarşı  ittifaq  yaratmağa  çalışırdı.  O, 
Avstriya, Danimarka, İsveç və Prussiyanı müharibəyə cəlb etmək 
istəyirdi.  Müharibənin  ilk  illərində  İngiltərə  və  Fransa  birgə  və 
qarşılıqlı  hərəkət  edirdilər.  Sonralar  görünürdü  ki,  Fransa 
İngiltərənin Şərqdə güclənməsini o qədər də istəmirdi. Beləliklə, 
müharibə  uzandıqca  Fransa  İngiltərə  ilə  birgə  hərəkət  etməkdən 
çəkinirdi.  Rusiya  da  müharibənin  gedişində  Avstriyanı 
neytrallaşdırmağa çalışırdı. 
1855-
 
ci  ilin  fevral  ayında  I  Nikolay  vəfat  etdi.  Onun 
ölümü ilə də 30 illik bir dövr başa çatmış oldu. 1855-ci ilin fevral 
ayından  hakimiyyət  başına  onun  oğlu  II  Aleksandr  gəldi.  O, 
mövcud  hadisələri  daha  real  qiymətləndirməyi  bacarırdı.  O, 
təkidlə müharibənin qurtarmasını istəyirdi. 1855-ci ilin payızında 
II  Aleksandr  ilə  III  Napoleon  arasında  müəyyən  yaxınlaşmalar 
olmuşdu.  Müharibənin  qurtarması  istəyini  Rusiya  konsleri 
Avstriya  konsleri  Buola  bildirmişdir.  1855-ci  ilin  dekabr  ayında 
müharibə  aparan  dövlətlərin  adından  Avstriya  Rusiyaya  sülh 
danışıqlarının şərtlərini bəyan etmişdi. Da- 
181 


mşıqlai'da-Dunay  knyazlığına  münasibət;  Dunayda  gəmilərin 
sərbəst  üzməsi;  Qara  dənizin  neytral  adlandıniması;  xristianlara 
münasibət və digər məsələlər də müzakirə edilmişdir.  Beləliklə, 
1856-cı  il  mart  ayının  30-da  Paris  sülh  müqaviləsi 
imzalanmışdı.  Müqavilənin  şərtlərinə  əsasən  Rusiya  Kars 
şəhərini  Türkiyəyə  qaytarmış,  Fransa,  İngiltərə  və  Sardiniya  isə 
Sevostopol,  Balaklavu,  Kamış,  Evpatoriya,  Kerç,  Yeni  Kala, 
Kinburn və s. əraziləri Rusiyaya qaytarmalı olurlar. 
Türkiyə  sultam  Türkiyədə  yaşayan  bütün  xalqlar  üçün 
bərabər hüquq yaradılması barədə fərman verir. Beləliklə, Rusiya 
Qara dənizdəki limanlardan məhrum olmuşdu. Eləcə də Valaxiya, 
Moldova  və  Serbiya  üzərindəki  protektorat  hüququnu  itirmişdi. 
Rusiya Qara dənizdəki flotundan məhrum edilmişdir. 
Beləliklə, Krım müharibəsi 1853-cü ilin oktyabr ayından 
1856-cı  ilin  fevral  aymadək  davam  etmişdir.  Burada  Rusiyaya 
qarşı  Türkiyə,  İngiltərə,  Fransa  və  Sardina  krallığı  birgə 
vuruşurdu. Krım müşaribəsini 4 mərhələyə ayırmaq olar. 
Birinci mərhələ - 1853-cü ilin oktyabrından 1854-cü ilin 
mtırt. ayına qədər olan  dövrü əhatə  edir. Bu mərhələdə Türkiyə 
Rusiyaya  müharibə  elan  etmiş,  İngiltərə  və  Fransa  müharibəyə 
qoşulmuşlar; 
İkinci  mərhələ  -1854-cü  ilin  mart  ayından  avqust 
aymadək  olan  dövr.  Bu  mərhələdə  İngiltərə  ilə  Fransa  Dunay 
knyazhğmda Rusiyaya qarşı fəal mübarizə aparmışlar. 
Üçüncü mərhələ -1854-cü ilin sentyabr ayından 1855- ci 
ilin  avqust  aymadək  olan  dövrdür.  Bu  mərhələ  əsasən 
Sevostopolun müdafiəsi xarakterizə edilir. 
Dördüncü mərhələ -1855-ci ilin sentyabr ayından 
1856-
 
cı ilin fevral aymadək olan dövrdür.Bu mərhələdə Parisdə 
rəsmi sülh danışıqları başlanmışdı. 
Krım  müharibəsindən  qalib  çıxdılar.  İngiltərə  Rusiya 
əleyhinə möhkəm koalisiya yarada bilmədi. 
182 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə