E d. professor Rəyçilər: M. C. Atakişiyev


Avropa krim müharibəsi və Paris sülhündən



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   53   54   55   56   57   58   59   60   ...   106

Avropa krim müharibəsi və Paris sülhündən 
sonra avropada vəziyyət 
Krım  müharibəsi  və  Paris  sülh  müqaviləsindən  sonra 
Avropada  tədricən  yeni  vəziyyət  yaranırdı.  Vyana  Konqresində 
Rusiyanın  müəyyən  edilmiş  mövqeyi  zəifləmiş,  Avstriya  - 
Rusiya  -  Prussiya  ittifaqı  dağılmışdır.  Avstriya  Rusiyanın 
düşmənləri  tərəfə  keçmişdir  (İngiltərəyə  söykənirdi).  İngiltərə- 
Avstriya-Fransa bloku yaranırdı. 
Rusiya  -  Fransa  yaxınlaşması.  Krım  müharibəsindən 
sonra  Avropada  qüvvələr  nisbətinin  dəyişməsini  görən  Rusiya 
özünə  yeni  müttəfiq  ajctarmalı  olmuşdur.  Rusiyanın  bu  xarici 
siyasəti əsasən İmperator II Aleksandr və yeni Xarici İşlər naziri 
A.M.  Qorçakov  ilə  bağlı  idi.  Qorçakov  işə  təyin  olunan  kimi 
xarici  siyasətin  əsas  istiqamətləri  barədə  imperatora  məlumat 
vermişdir. Avropa dövlətlərinin səfirlərinə məlumat vermişdir ki, 
Rusiya müharibə aparmaq fikrində deyil. O göstərirdi ki, Rusiya 
bir daha «Müqəddəs İttifaqm» prinsipləri xatirinə öz mənafeyini 
qurban  vermək  fikrində  deyil.  Bir  sözlə,  Rusiya  Paris  sülh 
müqaviləsinin qoyduğu məhdudlaşdıncı vəziyyətdən çıxmaq üçün 
özünə  yeni  müttəfiq  axtarırdı.  Belə  bir  müttəfiqliyi  o  Fransada 
görürdü. Hər iki dövlət Avstriyanı İtaliyadan sıxışdırmaq və onun 
yerini  tutmaq  istəyirdi.  Rusiya  isə  Krım  müharibəsi  dövründə 
Avstriyanın  ona  qarşı  olan  hərəkətlərini,  münasibətlərini 
unutmurdu. Beləliklə, 1856-cı ildə II Aleksandr təntənəli surətdə 
Fransanın  yeni  səfiri  Ş.  Momi  qəbul  etmişdi.  Hər  iki  dövlətin 
biri-birinə xeyirxahlıqla yanaşmalarını bildirmişlər. 
1857-
 
ci ildə Rusiya ilə Fransanın imperatorları və xarici 
işlər  nazirlərinin  Ştutqartda  görüşü  olmuşdur.  Fransanı  əsasən 
İtaliya məsələsi və Dunay Knyazlığının vəziyyəti (onun tarixi təsir 
dairəsi)  maraqlandırırdı.  II  Aleksandr  və  Qorçakov  isə  Fransa 
imperatorunun  fikrini  Paris  sülh  müqaviləsinin  şərtlərinə 
yönəltməyə çalışırdı. Qeyd etməliyik ki, Paris müqavi 
183 


ləsindən  (1856)  sonra  İngiltərənin  baş  naziri  Palmerston  Rusiya 
əleyhinə siyasətini gücləndirmişdir (Qafqazda, İranda, Türkiyədə 
və s.). İngiltərə ilə Fransanın münasibətləri də pisləşirdi. Buna bir 
məsələ də səbəb olmuşdur. Çox təsadüfi məlum olmuşdur ki, III 
Napoleona  sui-qəsd  etmək  üçün  İtaliya  inqilabçılanna  verilən 
silahlar İngiltərədə gizlədilmişdir. Bu hadisə İngilis elitasımn da 
narazılığına səbəb olmuşdur. Bu hadisə ilə bağlı olaraq baş nazir 
Palmerston  1858-ci  ildə  istefaya  getməli  olmuşdur.  Lord  Derbi 
İngiltərənin baş naziri, Lord Malmsberi isə xarici işlər naziri təyin 
edilmişlər. 
Av/sriya  ilə  Fransa  arasında  qarşıdurma.  Almaniya 
dövlətlərinin birləşdirilməsi ideyası üstündə Avstriya ilə Prussiya 
arasındakı münasibətlər kəskinləşmişdi. Hər iki tərəf istəyirdi ki, 
bu  birləşmədə  onlar  hakim  olsun.  Bir  çox  tərəflər  Prussiyanın 
rəhbərliyinə  üstünlük  verirdilər.  Odur  ki,  Fransa  arxayın  idi  ki, 
Avstriya  ilə  müharibə  etdiyi  şəraitdə  nə  Prussiya,  nə  də  Rusiya 
Avstriyaya  köməklik  göstərməyəcəkdir.  Odur  ki,  III  Napoleon 
diplomatik  fəallıq  göstərərək,  1858-ci  il  iyul  ayının  20-də 
Sardiniya Krallığımn baş naziri Kavur ilə görüşmüşdü. Beləliklə, 
birlikdə  Avstriyaya  qarşı  vuruşmaq  barədə  razılığa  gəlmişlər. 
Avstriyanı  İtaliyadan sıxışdırmaq və  Lombardiya ilə Venesiyanı 
tam azad etmək barədə birgə razılığa gəlmişlər. 
Lakin Fransa bu barədə Rusiya ilə razılaşmamışdır. Odur 
ki,  1859-cu  il  fevral  ayının  19-da  Parisdə  Rusiya  ilə  Fransa 
arasında  neytral  olmaq  və  əməkdaşlıq  barədə  müqavilə 
bağlanmışdı. Alman İttifaqı ilə olan müdafiə müqaviləsinə əsasən 
Avstriya  Alman  dövlətlərinə  hərbi  kömək  üçün  müraciət  edə 
bilərdi.  Avstriya  monarxı  müharibədən  ehtiyat  etdiyi  üçün 
gözləmə  mövqeyi  tuturdu.  Belə  olduqda  Sardiniya  Krallığı 
müəyyən  bicliklərə  əl  atmalı  olmuşdur.  Kavur  Sardiniya 
ordusunun  zəifliyi,  pozğunluğu  barədə  şayələr  yaymağa 
başlamışdır. Bu şayiələrə inanan Avstriya 1859-cu il 
184 


aprel ayının 23-də Sardiniyaya ultimatum vermişdir. Beləliklə, III 
Napoleon və Kavur öz niyyətlərinə çata bilmişlər. 
Avstriya  müharibəyə  başladığı  üçün  Alman  İttifaqından 
hərbi yardım istəyə bilməzdi. Avstriya ordusu bir çox döyüşlərdə 
məğlub  oldu  və  geri  çəkilməyə  başladı.  Fransa  və  Sardiniya 
qarşıya qoyduğu məqsədə nail olurdular ki, III Napoleon Avstriya 
imperatoruna barışıq protokolu imzalamağı təklif etdi. Bunun əsas 
səbəbləri belə izah oluna bilərdi ki, əvvəla o istəmirdi ki, müharibə 
uzansın.  Belə olduqda. Alman  İttifaqından müəyyən təhlükə ola 
bilərdi.  III  Napoleon  Sardiniyamn  xətrinə  Fransa  ordusuna  itki 
vermək  istəmirdi.  Bunlardan  əlavə,  Fransa  imperatoru  Toskan, 
Parmı və Moden kimi İtaliya dövlətlərinin Sardiniya Krallığı ilə 
birləşməsini və Fransa sərhəddində yeni güclü dövlət yaranmasını 
istəmirdi. Bu müharibədə Savoy və Nissu Napoleonun əlinə keçdİ. 
Beləliklə, Fransa öz ərazisini xeyli genişləndirmiş oldu. İtaliyanın 
maraqlarına  toxtjnmayaraq  Sardina  Krallığını  (Cavuru)  pis 
vəziyyətdə qoydu. Avstriyanın zəifləməsi Prussiyanı qane edirdi. 
III Napoleonun nailiyyətləri ilə Rusiya da razı olduğunu bildirirdi. 
Bütün bunlarla yanaşı, bu müharibə İtaliyalılarm Napoleona qarşı 
olan  nifrətini  artırmışdır.  İtaliyada  olan  inqilabi  çıxışlar  Rusiya 
tərəfindən  asanlıqla  yatırıldı.  Avstri-  yalılarm  Lombardiya  və 
Venesiyaya daxil olmasına Rusiya imkan vermirdi. 
Rusiyanın  Xarici  İşlər naziri Qorçakov 1860-cı  ii oktyabr 
ayının 22-də Varşavada üç imperatorun görüşünü təşkil etmişdir. 
Bunlar Rusiya, Avstriya və Prussiya imperatorları idi. Burada II 
Aleksandr Avstriya imperatoru Frans İosifə məsləhət görürdü ki, 
İtaliyaya qarşı heç bir hərəkətə yol verməsin. 
III
 
Napoleonun  Şərq  və  Meksika  siyasəti.  Avropada  öz 
siyasi  vəziyyətini  nizama  salan  Napoleon  bir  neçə 
müstəmləkəçilik  müharibələri  aparmışdır.  XIX  əsrin  50-60-cı 
illərində  Fransa  Hind-Çində  müharibə  aparmışdır.  Uzun 
döyüşlərdən  sonra  onlar  Koxinxini  zəbt  etmiş  və  Kamboca 
üzərində 
185 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə