E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   54   55   56   57   58   59   60   61   ...   106

protektorat hüququ qazanmışdır. Napoleon 1860-cı ildə Suriyada 
möhkəmlənmək  istəyirdi.  Bu  məqsədlə  anqlikan'  və  katolik 
missionerləri  kilsələr,  dostlar  arasında  münaqişə  yaratmağa  nail 
olmuşdur.  Faktiki  olaraq  anqlikan  missionerlərinin  arxasında 
ingilis diplomatları, katoliklərin arxasında isə fransız diplomatlan 
dayanırdı.  Bu  mübarizə  çox  qanlı  vuruşmaya  çevrilmiş, 
Dəməşqdə, Beyrutda və digər şəhərlərdə çoxlu qan tökülmüşdür. 
5  mindən  çox  adam  ölmüşdür.  Belə  şəraitdə  Fransa  müəyyən 
diplomatik tədbirlər görmüş, İngiltərə ilə müqavilə imzalamış və 
öz ordusunu Suriyadan geri çəkmişdir. 
Suriya  üstündə  gedən  mübarizə  İngiltərə  ilə  Fransanın 
birlikdə Çinə ekspedisiyaya çıxmasına mane olmamışdır. 1858- ci 
ildə Fransa və İngiltərə Çini məcbur etmişlər ki, onlarla ticarət və 
siyasi müqavilə imzalasın. Çin bu müqaviləyə qarşı çıxdığına görə 
ingilislər  və  fransızlar  Pekinə  (Beyrin)  qədər  irəliləyərək, 
İmperatorun  yay  sarayını  yandırmışlar.  Hər  iki  dövlətin 
mübarizəsi Fransanın xarici işlər naziri baron Qro və İngiltərənin 
Xarici İşlər naziri lord Eidcinin nəzarəti altında gedirdi (bir-birini 
aldatmaqdan  ehtiyatlanırdılar).  Bütün  bunlara  baxmayaraq, 
Napoleona xas olan yeni bir saxtakarlıq özünü göstərmişdir. 
1862-ci ildə III Napoleon Meksikaya yürüş edərək onu öz 
vassalına çevirməyi qərara almışdır. Burada yüksək qazanc əldə 
etmək  məqsədi  ilə  yerli  burjua,  bankirlər  Napoleona  köməklik 
edirdilər.  Fransa,  İngiltərə  və  İspaniya  ilə  birlikdə  Meksika 
sahillərində silahlı nümayişlər keçirirdi. Lakin meksikahlar hər üç 
müttəfiqə qarşı güclü müqavimət göstərirdi. Odur ki, İngiltərə və 
İspaniya  öz  ordusunu  geri  çəkdi.  Fransa  yerli  mürtəce  qruplara 
arxalanaraq  tək  vuruşmağa  üstünlük  verirdi.  Lakin  prezident 
Xuaresanm  rəhbərliyi  altında  Meksi-  kalılar  Napoleona  və  yerli 
sahibkarlara qarşı güclü müqavimət 
anqlikan -protestant dinin bir qolu 
186 


göstərərək Napoleonu öz niyyətindən əl çəkməyə məcbur etmişlər. 
Bu vaxt  ABŞ-da vətəndaş  müharibəsi  getdiyi  üçün Fransamn bu 
müstəmləkəçilik  ekspedisiyasına  əks  təsir  göstərə  bilməmişdir. 
Lakin Meksikalılar güclü müqavimət göstərmiş və III Napoleonun 
niyyəti baş tutmamışdır. 
Bismarkın hakimiyyətə gəlməsi Həmin vaxtlar Avropada 
baş verən ən mühüm problemlərdən biri ondan ibarət idi ki, Fransa 
ilə  həmsərhəd  ərazidə  yeni  böyük  dövlət  yaranırdı.  1862-ci  il 
sentyabr  ayının  24-də  Ottofon  Bismark  Prussiyanın  Nazirlər 
Şurasının  prezidenti  olmuşdur.  1862-ci  il  sentyabr  ayının  29-da 
vəzifəyə  başlayan  Bismark  göstərirdi  ki,  Prussiya  bütün 
qüvvələrini səfərbər etməlidir. 1848 və 1849-cu illərin səhvlərini 
düzəltməliyik. 
1854-cü  il  Vyana  müqaviləsinin  müəyyən  etdiyi 
sərhədləri  bizi  qane  etmir.  Biz  çox  əlverişli  anları  buraxmışıq. 
Daha böyük məsələləri çıxışlar qərarlar hesabına deyil, dəmir və 
qan  hesabına  həll  etmək  lazımdır.  Beləliklə,  onun  bütün 
fəaliyyəti buna yönəldilmişdi, 1862-ci ilin axırlannda Polşada da 
üsyanlar  baş  qaldırmışdır.  Bismark  Rusiyaya  kömək  etməyi 
əvvəlcədən qərara almışdır. İngiltərə, Fransa və Avstriya isə onun 
əleyhinə idilər. Polşa məsələsi üzrə Prussiya ilə Rusiya arasında 
Sankt-Peterburqda 
(8 
fevral 
1863-cü 
ildə) 
müqavilə 
imzalanmışdır.  Müqavilə  Rusiyaya  gəlmiş  Prussiya  generalı 
Alvensleben müqaviləsi adlanmışdır. 
Rusiya  əleyhinə  koalisiya  yaratmaq  cəhdi.  Polşada 
inqilabi  üsyan  genişləndikcə  III  Napoleon  üsyançılara  qarşı  öz 
xeyirxahlığını  nümayiş  etdirmək  istəyirdi.  Eyni  zamanda  II 
Nikolayın da inciməsinə yol vermək istəmirdi. Fransa imperatoru 
dostcasına II Aleksandra müraciət edərək Polşa Krallığının bərpa 
olunmasını istəyirdi. II Aleksandr isə bu fikirləri rədd edirdi. Odur 
ki.  Polşa  Krallığının  bərpa  edilməsi  barədə  III  Napoleonda 
müxtəlif  planlar  yaranırdı.  O,  öz  planları  ilə  Mərkəzi  Avropada 
sərhədləri  dəyişdirmək istəyirdi. O, Avstriyanı  bu plana qoşmaq 
istəyirdi. Əgər Polşa müstəqillik 
187 


alardısa,  o  vaxt  Avstriya  Qalisiyanı  itirirdi.  Bunun  müqabilində 
Sileziya  ona  qaytarılırdı.  İtaliyaya  verilmiş  Venesiya  vilayətinin 
müqabilində isə Adriatik dənizinin sahilindəki Türkiyə əyalətləri 
Avstriyaya  verilirdi.  Digər  ərazi  dəyişiklikləri  də  nəzərdə 
tutulurdu.  İngiltərə  bütün  bu  təklifləri  rədd  edirdi.  Avstriya  isə 
Fransa  planının  əleyhinə  olmasa  da,  bu  planın  hərtərəfli 
öyrənilməsini təklif edirdi. 
Parisdə, 
Londonda 
və 
Vyanada 
çox 
geniş 
müzakirələrdən sonra rus imperatoruna nota göndərmək qərarına 
gəlmişlər. 1863-cü il aprel ayının 17-də ingilis və fransız səfirləri 
Polşadakı  vəziyyət  barədə  Rusiyanın  Xarici  İşlər  Nazirliyinə  öz 
qəti  fikrini  bildirmişlər.  İki  gündən  sonra  Avstriya  da  öz  əks 
fikrini  bildirmişdir.  Xarici  İşlər  naziri  Qorçakov  hər  üç  ölkənin 
heç  bir  ciddi  addım  atacağını  gözləmədiyi  üçün  onların 
müraciətinə  məhəl  qoymamışdır.  Napoleonun  planından  II 
Aleksandrın xəbəri vardı, lakin bu məsələyə hələki soyuqqanlılıq 
göstərirdi. Rusiya üsyançılara qarşı amnistiya elan edərək silahlan 
yerə qoymağı təklif etmişdir. Qorçakov müəyyən məlumatlar əldə 
etməklə  belə  nəticə  çıxarırdı  ki,  İngiltərə  bu  üçlüyə 
qoşulmayacaqdır.  III  Napoleon  Meksika  ilə  müharibə  apardığı 
üçün  Rusiya  ilə  müharibəyə  başlamaz.  Bu  fikirlərin  dolaşıqlığı 
açılmamış, 1863-cü il  iyun ayının 17-də İngiltərənin Xarici İşlər 
naziri Rassel Rusiyaya daha ciddi bir nota verir.  Notada  6  bənd 
vardı:  Polşa  ilə  sülh  bağlamaq  əsasında  -  tam  amnistiya;  milli 
rəhbərliyə imkan verilməsi; Polşahlardan dövlət rəhbərliyinə təyin 
edilməsi; vicdan azadlığı; katolik kilsəsinə məhdudiyyətin ləğvi; 
Polşa dininin tanınması və s. bu kimi notalara baxmayaraq. Polşa 
hadisəsinə  görə  Paris,  London  və  Vyananın  Rusiyaya  qarşı 
baxışları (buna münasibət deməzdik) müxtəlif idi. Bütün bunları 
başa düşən Qorçakov onların notalarına çox düşünülmüş ustalıqla 
cavab verirdi. 
Belə  çıxırdı  ki,  ingilis  və  fransız  hökuməti  özləri  özünü 
çətin vəziyyətə salmışlar. Onlar bir tərəfdən polşalıları qızış 
188 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə