E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   2   3   4   5   6   7   8   9   ...   106

Çarlıq  -  şahlıq  edən  monarxiya  sülalələri  arasındakı 
münasibətlər  bütövləşmiş  xalqlar,  millətlər,  dövlətlərarası 
münasibətlərlə əvəz olunurdu. Hazırda da Qərb dünyasında. Qərb 
adət-ənənələrində “Millət” və “Dövlət” anlayışları sinonim təşkil 
edirlər. 
Millətlərin  formalaşması  ilə  paralel  olaraq  vətəndaşlıq 
cəmiyyətinin  bərqərar  olması  prosesi  də  başa  çatmışdı. 
Vətəndaşlıq  cəmiyyəti  isə  öz  tələbatlanm  dövlət  tələbatlarına 
uyğunlaşdırmışdır. 
Beləliklə  hər  bir  ölkənin  vətəndaşlıq  cəmiyyəti  milli 
təhlükəsizliyin  və  xarici  münasibətlərin  təmin  edilməsi 
sahəsindəki bütün səlahiyyətləri dövlətin üzərinə qoymuşdur. Hər 
bir  ölkənin  hökuməti  həmin  səlahiyyətlər  çərçivəsində  digər 
ölkənin  hökuməti  ilə  rəsmi  əlaqə  yaratmaq  hüququna  malik 
olmuşdur.  Məhz  elə  həmin  kanalla  da  müxtəlif  ölkələrin  dövlət 
qurumları  və  vətəndaşlıq  cəmiyyətlərinin  müxtəlif  subyektləri 
arasındakı əlaqələrin bir çoxu həyata keçirilmişdir. 
Aydındır  ki,  bütün  dövrlərdə  ayrı-ayrı  ölkələr  arasında 
(dövlətlə  bağlı  olmayan)  şəxsi  əlaqələr  də  olmuşdur.  Lakin 
nəqliyyat  və  informasiya  vasitələrinin  zəif  olması  üzündən  bu 
əlaqələr məhdud idi. 
Dövlətlərarası  uzaq  məsafələr  küllü  miqdarda  vaxt  və 
vəsait  tələb  edirdi.  Aydındır  ki,  bu  mənada  ayrı-ayrı  şəxslərə 
nisbətən dövlət daha çox imkanlara malik idi. 
Odur ki, dövlət uzun müddət xarici münasibətlər dairəsini 
demək  olar  ki,  inhisara  almış  və  bu  sahədə  vahid  subyekt  kimi 
mövcud olmuşdur. 
İnsan  cəmiyyətinin  inkişafının  ilk  dövrlərində  icmalar 
arasında  müəyyən  münasibətlər  yaranmışdır.  Qədim  tayfalar 
arasında  ərazi  iddiası  üzrə  müəyyən  ehtiyatlar  əldə  etmək  uğ- 
runda çəkişmələr və  yaxud hər hansı  bir formada əməkdaşlıqlar 
mövcud olmuşdur. 
Bütün bu kimi qarşılıqlı münasibətlər ilk dövlət yaranana 
qədər siyasi xarakter daşımamışdır. 
20 


Dövlətin  meydana  gəlməsi  ilə  yeni  növ  münasibətlər 
yaranmağa  başlamışdır.  İlk  əvvəllər  nisbətən  böyük  tayfalarla 
dövlət arasında, qədim dövlətlər arasında münasibətlər yaranırdı. 
Məsələn IX-X əsrlərdə müasir Almaniyanın ərazilərində ayrı-ayrı 
tayfa ittifaqlarının Qədim Roma imperiyasına qarşı uzun müddət 
güclü mübarizələri mövcud olmuşdur. Qədim dövlətlər hər yerdə 
e>'ni  vaxtda  yaranmadığına  görə  dövlət-  lərarası  münasibətlər  o 
qədər də inkişaf etməmişdi. 
Tədricən  dövlət  formasında  olan  quruculuğun,  təsər- 
rüfatçılığın genişlənməsi ilə, dövlətlə ayrı-ayrı bütövləşmiş sosial 
qurumlar  arasında  olan  münasibətlər  formalaşmağa  başlamışdır. 
Əlbəttə  bu  münasibətlər  klassik  beynəlxalq  münasibətlər 
deyildir. 
Ənənəvi sosial cəmiyyətlərdə dövlətlə cəmiyyət çox vaxt 
paralel mövcud olur. Burada ancaq hakim elita arasında müəyyən 
siyasi  söhbətlər  gedir.  Xarici  siyasət  məsələlərində  isə  bu 
səlahiyyət bir adama - monarxa verilirdi. Monarx bütün dövlət 
hakimiyyətini  özündə  şəxsiləşdirmişdir.  Odur  ki,  orta  əsrlərdəki 
bütün  dövlətlərarası  münasibətlər  monarxlar  arasındakı  şəxsi 
münasibətlər kimi görünürdü. 
Deməli bir-biri ilə müharibə aparanlar əhali deyil, krallar, 
çarlar,  knyazlar,  imperatorlar  olmuşdur.  Daha  doğrusu,  dövlətlə 
dövlət başçılan eyniləşdirilirdi. 
Müəyyən razılaşmalar əldə edənlər, öhdəçilik götürənlər 
dövlət deyil, məhz həmin şəxslər hesab edilirdi. 
Qeyd  etdiklərimizdən  aydın  görünür  ki,  beynəlxalq 
münasibətlər sistemi çox mürəkkəb daxili quruluşa malikdir. 
Bu  quruluşda  “Beynəlxalq  siyasi  münasibətlər”  daha 
həlledici  rola  malik  olub,  sistem  əmələ  gətirən  mərkəz  hesab 
edilir. Bu “Beynəlxalq siyasi münasibətlər” ictimai hadisə olan 
siyasətin  və  siyasi  institut  olan  dövlətin  meydana  gəlməsi  ilə 
birlikdə yaranmışdır. 
Bu  münasibətlər  çərçivəsində  hər  bir  dövlət  öz  siyasi 
xəttini reallaşdırmalı olmuşdur. 
21 


Beynəlxalq  siyasi  münasibətlərə  beynəlxalq  siyasət 
kimi də baxmaq olar. Beynəlxalq siyasət siyasi proseslər  
münasibətlər dünyasının əsas dairələrindən biridir. 
Beləliklə, 
“Beynəlxalq 
münasibətlər” 
anlayışı 
“Beynəlxalq  siyasət”  anlayışı  ilə  sinonim  təşkil  edir.  Onu  da 
qeyd  etməliyik  ki,  beynəlxalq  siyasət  anlayışı  ilk  əvvəllər 
(XVIII-XIX  əsrlərdə)  ingilis  filosofu  C.Bentam  tərəfindən 
işlədilmişdir.  İlk  əvvəllər  beynəlxalq  siyasətin  əsas  subyektləri 
dövlətlər  və  dövlətlər  ittifaqı  hesab  edilirdi.  Son  yüz  illiklərdə, 
beynəlxalq  hökumətlərarası  təşkilatların  yaranması  ilə  onlar  da 
beynəlxalq proseslərdə geniş iştirak edirlər. 
XIX əsrin ikinci yarısınadək beynəlxalq siyasət o qədər 
də  qlobal  səviyyədə  mövcud  olmamışdır.  O,  əsasən  lokal  və 
regional  çərçivədə  formalaşırdı  və  fəaliyyət  göstərirdi. 
Beynəlxalq  siyasətin  mərkəzində  dövlətlərin  hakimiyyət  uğ- 
runda  mübarizəsi  dayanır.  Bununla  da  digər  beynəlxalq 
subyektlərə  təsir  etmək,  öz  mənafeyini  üstün  tutmaq  əsas 
götürülür. 
Buradan  da  beynəlxalq  siyasi  münasibətlərin  əsas 
məqsədi  müəyyən  olunur:  bu  dövlətlərarası  münaqişələr  və 
yaxud dövlətlərarası əməkdaşlıqdan ibarətdir. 
Yaxın keçmişədək bu problem əsas beynəlxalq problem 
olmaqla müharibə və yaxud sülh olmasını nəzərdə tuturdu. 
Qədim  vaxtlar  Avropada,  Asiyada,  Afrikada  paralel 
olaraq münaqişələr tüğyan edirdi. 
Lakin dövlətlər və regionlararası məsafələr uzaq olduğu 
üçün onların bir-biri ilə əlaqəsi olmurdu. 
Müasir  dövrdə  dünyanın  vahid  şəkil  alması  prosesinin 
güclənməsi,  beynəlxalq  siyasətin  də  qloballaşmasına  zəmin 
yaradır. 
Böyük coğrafi kəşflərdən başlamış XIX əsrin ortalarında 
texnoloji və iqtisadi sahədəki inqilabi dəyişikliklər, eləcə də buxar 
mühərriklərinin,  elektrik,  rabitə  vasitələrinin  (teleqraf,  telefon) 
kəşfi ilə əlaqədar olaraq uzaq məsafələrin qət 
22 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə