E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   56   57   58   59   60   61   62   63   ...   106

1862-
 
ci il oktyabr ayının 30-da Fransanın Xarici İşlər naziri bu 
təklifi  səfirlər  vasitəsi  ilə  Britaniya  və  Rusiya  rəhbərliyinə 
çatdırmışdı. Hər iki dövlət bu təklifi rədd etmişdi. Hər halda, bu 
münaqişələrin həllinə, doğrudan da, daxildəki mütərəqqi hadisələr 
kifayət qədər təsir etmişdir. Bir çox şəhərlərdə fəhlələrin inqilabi 
çıxışları, mitinqlər, cənub quldarlığına qarşı çıxışlar artırdı. Şimal 
Respublikalanmn  özündə  ciddi  dəyişikliklər  baş  verirdi. 
Quldarlığın  ləğv  edilməsi  Konfederasiyanın  vəziyyətini 
pisləşdirirdi.  Cənub  ştatları  rəhbərlərinin  bəziləri  quldarlığın 
ləğvini  alqışlayırdılar.  Bütün  bunlar  Şimal  ştatların  xeyrinə 
müharibədə dönüş yaratmışdır. 
Rusiya-Amerika  münasibətləri.  Açıq  etiraf  etməliyik  ki, 
Amerikadakı vətəndaş müharibəsi dövründə Rusiya ilə Birləşmiş 
Ştatlar  arasında  müəyyən  yaxınlaşma  müşahidə  olunurdu.  Bıma 
əsasən  aşağıdakı  amillər  də  səbəb  olmuşdur:  birinci,  İngiltərə, 
Fransa və İspaniyanın ABŞ-a olan münasibəti onu məcbur edirdi 
ki, özünə müəyyən dayaq tapsın, 
ikincisi 
isə Rusiyanın özünün də 
İngiltərə  və  Fransaya  olan  münasibəti  özünə  digər  müttəfiq 
tapmaq  zərurəti  yaradırdı.  1861-ci  ilin  iyun  ayında  Rusiyanın 
Xarici  İşlər  naziri  Rusiyanın  Vaşinqtondakı  nümayəndəsi 
E.Steklu 
vasitəsi  ilə  Amerika  rəhbərliyinə  belə  bir  məlumatı 
çatdırırdı ki, Amerika İttifaqı bizim rəğbətimizə arxayın ola bilər. 
Amerikaya iki rus eskadrası göndərilməsi də qərara alınmışdır. 
1863-
 
cü  ilin  sentyabr  ayında  bir  rus  eskadrası  Nyu- 
Yorka, biri isə San-Fransiskoya yaxınlaşmalı olmuşdu. Beləliklə, 
rus  gəmiləri  Cənubluların  hərbi  gəmilərinə  müəyyən  təsir 
göstərməklə  Avropa  dövlətlərində  Rusiyanın  nüfuzunu  daha  da 
qaldırmışdır. 
193 


XI
 
Fəsil. 
ALMANİYANIN BİRLƏŞDİRİLMƏSİ 
YOLUNDA İLKİN ADDIMLAR 
Avropa  dövlətlərinin  siyasəti  1860-1870-ci  illərdə 
beynəlxalq  həyatın  əsas  hadisələri,  demək  olar  ki,  Avropanın 
mərkəzində  cəmlənmişdir.  Bütün  bu  hadisələrdə  alman 
torpaqlarının Prussiya adı altında birləşməsi məsələsi mərkəzi yeri 
tuturdu.  1856-cı  il  Paris  sülh  müqaviləsindən  sonra  Avropada 
ərazi  dəyişikliyi  məsələsi  az-çox  sabitləşmişdi.  Rusiyaya 
münasibət isə elə olduğu kimi davam edirdi. Polşada olan üsyan 
vaxtı da bu münasibət özünü daha aydın biruzə verirdi. İngiltərə 
ilə Fransa arasında da elə bir fikir birliyi yox idi. Bu dövlətlərin 
heç biri və xüsusilə Avstriya istəmirdi ki, qonşuluqlarında güclü 
bir dövlət yaransın. 
Avstriya istəyirdi ki. Alman İttifaqı dövlətləri Prussiyanın 
deyil, onun rəhbərliyi altında birləşsin. Prussiya ancaq Rusiyanın 
köməkliyinə  ümid  edirdi.  Rusiya  da  və  xüsusilə  Qorçakov 
Bismarkı Rusiya üçün güclü  və təhlükəli düşmən kimi  görürdü. 
Bütün  bunlarla  yanaşı,  Bismark  bilirdi  ki,  öz  planlarının  həyata 
keçirilməsində  Rusiya  ona  maneəçilik  etməyəcəkdir.  Köməklik 
göstərmək məsələsində isə 1866-cı ildə Avstriya ilə, 1870-ci ildə 
Fransa ilə olan münaqişələrdə Rusiya neytral olmuşdur. 
Almaniyanın  birləşməsinin  başlanğıcı.  1863-cü  ilin 
axırlarında  başda  Bismark  olmaqla  Prussiya  hökuməti  birləşmə 
barədə  praktiki  fəaliyyətə  başlamışdır.  Otto  fon  Bismark  özünü 
sadə  Prussiya  əsgəri  sayaraq,  Almaniyanın  mənafeyinə  xidmət 
etdiyini bildirirdi. Aydındır ki, alman torpaqlarının birləşdirilməsi 
çox  mütərəqqi  bir  hərəkət  idi.  Lakin  bu  proses  Prussiya 
monarxiyası himayəsi altında «dəmir və qanla» baş verirdi. Odur 
ki, Bismark «dəmir Kansler» adı almışdır. 
İlk 
dəfə 
Qolştyen 
və 
Şlezviq 
knyazlıqları 
birləşdirilmişdir. Bu hersoqluq çox strateji əhəmiyyətə malik idi. 
Onlar 
194 


Danimarkaya  tabe  olub,  muxtariyyət  hüququna  malik  idilər. 
Danimarka kralı VII Fridrixin ölümündən sonra IX Xristian onun 
yerinə  gəlmişdir.  Vərəsəlik  hüququna  baxmayaraq,  Bismark  bu 
knyazlıqları  Prussiyaya  birləşdirirdi.  O,  İngiltərə  ilə  Fransanın 
əksdurmasmdan  qaçmaq  üçün  onları  inandırırdı  ki,  heç  bir 
məqsədi yoxdur. 1865-ci il sentyabr ayının 13-də İngiltərənin Baş 
naziri Palmerston Xarici İşlər naziri Rasselə yazırdı ki, Şlezviq və 
Qolşteynin  Danimarkadan  alınması  düzgün  iş  deyildir.  1863-cü 
ilin  noyabr  ayında  Danimarka  yeni  Konstitusiya  qəbul  edərək 
Şlezviqi tamamilə Danimarkaya birləşdirdi. 
Bu hersoqluqda  yaşayan almanlar Danimarka Krallığına 
birləşməyin  əleyhinə  idilər.  Bu  vaxt  Bismark  Avtsriyadan 
köməklik istəmiş və onun razılığını almışdır. Avstriya ilə birlikdə 
Danimarka  Kralına  konstitusiyanı  ləğv  etmək  barədə  ultimatum 
vermişlər.  İngiltərə  və  Fransa  Danimarkanı  dəstəkləmişlər. 
Beləliklə,  Danimarka  təklənmişdir.  Rusiya  neytral  vəziyyətdə 
olmuşdur.  Bir  neçə  məğlubiyyətdən  sonra  Danimarka  kralı  III 
Napoleona  müraciət  edərək  köməklik  istəmişdir.  O,  isə 
köməklikdən imtina etmişdir. 
Nəticədə,  Danimarka  1864-cü  il  oktyabr  ayının  30-da 
barışığa gedərək Prussiya ilə Avstriyanın bütün tələblərini qəbul 
etmişdir. Beləliklə, həmin tarixdə Vyanada Avstriya və Prussiya 
ilə  sülh  müqaviləsi  bağlamışlar.  1865-ci  il  avqust  ayının  15-də 
Qolşteyndə  Avstriya  ilə  Prussiya  arasında  müqavilə  bağlandı. 
Müqaviləyə  əsasən  Şlezviq  Prussiyanın,  Qolş-  teyn  isə 
Avstriyanın  tərkibinə  daxil  oldu.  Lakin  Avstriyanın  özündə  də 
Qolşteyn Prussiyaya güzəştə getməyə razı idilər. Beləliklə, alman 
torpaqlarının  birləşdirilməsi  başlanmışdır.  Artıq  onun  yolunda 
Avstriya dayanmışdı. 
Avstriya  ilə  müharibəyə  hazırlıq.  Bismark  müharibəyə 
hazırlaşmaqla yanaşı, diplomatik gedişlər də edirdi. O bilirdi ki, 
Avstriyanı ancaq zorla qovmaq lazımdır. Fransa və Rusiyadan isə 
ehtiyat edirdi. III Aleksandr yaddan çıxarmamışdı ki. 
195 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə