E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   57   58   59   60   61   62   63   64   ...   106

1863-cü  ildə  Polşa  məsələsində  Prussiya  ona  kömək  etmişdir. 
Eləcə  də  Krım  müharibəsi  və  Paris  konqresində  də  Avstriyanın 
satqınlığını da yaddan çıxarmamışdır. Odur ki, Rusiya imperatoru 
Bismarkın  planlarına  kömək  etməyi  qərara  almışdı.  Rusiya 
Avstriya-Prussiya müharibəsinin uzun çəkdiyini zənn edib neytral 
vəziyyət seçməli olmuşdur. Bu vaxt III Napoleon müəyyən ərazi 
əldə etmək məqsədi ilə Prussiya və Rusiya ilə danışığa başladı. O, 
Avstriyanın mənsub olduğu ərazilərdən tutmaq üçün razılıq almaq 
istəyirdi. Bismark Fransanı neytrallaşdırmaq məqsədi ilə 1865-ci 
ildə  sentyabrda  kurort  şəhəri  olan  Biarrisə  getdi.  Orada  olan 
Napoleonla  görüşdü.  Bismark  ona  təklif  etdi  ki,  Lüksemburqu 
Fransaya  daxil  etməklə  neytral  vəziyyətə  razılaşsın.  Lakin  III 
Napoleon Belçikanı da tələb edirdi. Heç bir razılıq əldə etmədən 
onlar aynidılar. Lakin Bismark başa düşürdü ki, Avstriya ilə olan 
müharibə uzanarsa, Fransa bundan istifadə edib Prussiyaya qarşı 
çıxa  bilər.  Hər  halda  Prussiya  Avstriyaya  qarşı  müharibəyə 
hazırlaşırdı.  Müharibəni  tez  qurtarmaq,  İtaliyam  da  Avstriyaya 
qarşı  qoymaq  nəzərdə  tutulurdu.  Bu  barədə  İtaliya  kralı  Viktor 
Emmanuil  də  razılıq  vermişdir.  Bismarkın  planını  bilən  III 
Napoleon  iki  cəbhədə  vuruşmaqdan  qaçmaq  üçün  Avstriyanın 
imperatoru Frans İosifə təklif edirdi ki, könüllü olaraq Venesiya 
vilayətini versin İtaliya kralına. Viktor Emmanuil III Napoleonun 
bu  hərəkəti  barədə  Bismarka  məlumat  vermişdi.  Beləliklə, 
Bismark  III  Napoleon  ilə  görüşmək  üçün  yenidən  Biorrisə 
getməli olmuşdur. Beləliklə o. Napoleonla razılaşmışdır ki, əgər 
müharibə  uzanarsa,  Fransa  müəyyən  ərazi  iddiası  ilə  işə  qarışa 
bilər.  Bu  Bismarkın  diplomatik  qələbəsi  idi.  1866-cı  il  aprel 
ayının  8-də  Prussiya  ilə  İtaliya  arasında  Avstriyaya  qarşı 
müharibədə müttəfiq olmaq barədə müqavilə imzalanmışdı. 
Prussiya İtaliyaya 120 mln. frank pul ödəməli olmuşdu. 
Döyüşdə İtaliya ordusu çox 
196 


tez  məğlub  oldu.  Prussiyalılar  isə  Avstriyalılara  qalib  gəldilər. 
Bismark  Avstriyaya  təklif  etdi  ki,  Almaniya  İttifaqından  çıxsın, 
Qolşteyndən  imtina  ertsin  və  Alman  İttifaqının  Prussiya  adı 
altında  birləşməsinə  razı  olsun.  Avstriya  bütün  təklifləri  qəbul 
etməli  oldu.  Beləliklə,  Almaniyanın  birləşdirilməsi  barədəki  II 
raund da Bismarkın qələbəsi ilə başa çatmış oldu. 
1866-cı  il  avqust  aymm  23-də  Praqada  Avtsriya  ilə 
Prussiya  arasında  sülh  müqaviləsi  bağlanmışdır.  Bu  müqaviləyə 
əsasən əvvəlki formada mövcud olan Almaniya İttifaqının ləğvini 
və  Avstriyasız  Alman  dövlətlərinin  birləşdirilməsini  rəsmi 
tanımışdır.  Şlezviq  və  Qolşteynin  bütün  hüquqları  Prussiyaya 
verilmişdir. Bununla yanaşı, Avstriya 40 mln.taler' pul ödəmişdir. 
Hər iki dövlət Venesiyanın İtaliya ərazisi olmasını da tanımışdır. 
Müharibədə  Avstriyanın  məğlub  olması  bir  çox  ciddi  islahatlar 
keçirilməsinə  zərurət  yaratmışdır.  Nəticədə,  Avstriya  ikili  bir 
monarxiyaya - Avstriya-Macarıstana çevrilmişdir. 
Fransa - Prussiya müharibəsi 
və beynəlxalq münasibətlər 
Avstriya-Prussiya  müharibəsindən  və  1866-cı  il  sülh 
müqaviləsindən sonra Avropanın mərkəzində Prussiyamn xeyrinə 
müəyyən dəyişikliklər baş vermişdir. Bütün bunlara baxmayaraq, 
Avstriya yenə də Bismarkdan ehtiyat edirdi. 
Almaniya  İttifaqında  ziddiyyətlər.  Avstriya  Alman 
İttifaqının  üzvü  olmadığı  üçün  Prussiya  Alman  dövlətlərini  öz 
himayəsi  altında  birləşdirə  bilərdi.  Lakin  Alman  dövlətləri 
İttifaqında  ziddiyyətlər  vardı.  Şimal  dövlətləri  Almaniyanın 
Prussiya  ətrafında  birləşməsinin  tərəfdarı  olduğu  halda,  Baden, 
Bavariya,  Vyurtemburq  və  Qessen  kimi  cənub  dövlətləri 
Prussiyanın  güclənməsini  və  onun  təsiri  altına  düşməyi 
istəmirdilər. 
' Taler - qədim Alman gümüş pulu 
197 


Avstriya  cəmiyyətinə birləşmək,  Fransaya meylli olmaq 
qorxusu da vardı. Cənubi Alman dövlətlərində müxtəlif baxışlann 
olması Bismarkı yeni müharibəyə hazırlayırdı. 
Şimali-Alman  İttifaqı  Konstitusiyası.  Birliyin  idarə 
edilməsi  üçün  Bismark  Konstitusiya  layihəsi  hazırlamışdı. 
Əlbəttə, bütün knyazlıqlan razı salmaq çətin idi.l
866
-cı ilin dekabr 
ayında  bütün  səlahiyyətli  nümayəndələr  konstitusiya  layihəsini 
müzakirə  etmək  üçün  Berlinə  toplaşmışlar.  Konstitusiyaya  görə 
Muxtar  Hökumətlər  öz  muxtariyyatını  saxlayırlar.  Qalan  bütün 
məsələlər  Prussiya  Krallığının  ixtiyanna  verilir.  Bəzi 
nümayəndələr  konfransın  gedişini  pozmağa  çalışsalar  da. 
Prussiyanın təkidi ilə danışıqlar bərpa olunmuşdur. 
1867-ci  il  fevral  ayının 
8
-də  Bismarkın  layihəsi  qəbul 
edirlmişdir.  Konstitusiya  Prussiya  Kralı  üçün  ölkədə  mütləq 
hakimiyyəti  təmin  etmiş  olmuşdur.  O,  vahid  xarici  siyasət 
yeritmək, müharibə etmək, sülh bağlamaq, orduya rəhbərlik etmək 
və  bir  çox  digər  hüquqlara  malik  olmuşdur.  Şimal-  Alman 
İttifaqı yaranmışdı. Bu ittifaqa Prussiyadan başqa 20- dən artıq 
hersoqluq, knyazlıqlar və eləcə də Hamburq, Bremen və Lyubek 
kimi azad şəhərlər daxil idi. 
Avropa  diplomatiyası.  Bismark  çox  diqqətlə  Parisdə, 
Londonda  və  Peterburqda  niyyətləri  izləyirdi.  Öz  növbəsində 
onun hərəkətlərini də izləyirdilər. Almaniyanın birləşdirilməsində 
Fransa  əsas  maneə  hesab  edilirdi.  Avstriya  -  Prussiya 
müharibəsində  Fransa  öz  neytral  mövqeyi  müqabilində  nə  isə 
almalı idi. Hətta Bismark özü Lüksemburqu təklif etmişdi. Lakin 
Bismarkın  artıq  neytrallığa  ehtiyacı  yox  idi  və  ona  heç  nə  də 
vermədi.  III  Napoleon  görürdü  ki,  Prussiya  güclənir.  Odur  ki, 
gələcəkdə müəyyən yaxınlıq üçün tədbirlər görməyə əl atırdı. Ona 
görə  də  Prussiya  ilə  məxfi  müqavilə  bağlamağı  təklif  edərək, 
Belçikanı birləşdirmək qəranna gəlmişdir. 
Bismark  bu  təklifi  qəbul  etməmişdi.  Lakin  diplomatik 
olaraq damşıqları da dayandırmamışdı. Vaxtı uzatmağa üstünlük 
verirdi. O, Fransa səfirindən bütün təklifləri təfsilatı ilə 
198 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə