E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə62/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   58   59   60   61   62   63   64   65   ...   106

yazılı  tələb  etdi  ki,  Kral  I  Vilhelimə  çatdırsın.  Yazılı  təklifi 
aldıqdan sonra Bismark bu barədə İngiltərəni məlumatlandırırdı. 
İngiltərənin Fransadakı səfiri III Napoleonu görərək, ondan yazılı 
arayış tələb etmişdi. Bu vaxt Fransa imperatoru, onu inandırırdı 
ki,  Fransa  güclə heç bir  ərazini birləşdirmək; fikrində deyil.  Bu 
barədə  rəsmi  bəyanat  da  vermişdilər.  Bu  məlumat  Bismarka  da 
çatdırılmışdır. 
Hər halda, Avropada dövlətlər arasında toqquşma şəraiti 
yetişmişdi.  Rusiya  Paris  müqaviləsində  nəzərdə  tutulmuş 
məhdudlaşdınima  maddələrinin  ləğvinə  köməklik  göstərən 
müttəfiqlər  axtarırdı  (Qara  dənizdə  Rusiyanın  hərbi  flotunun 
qadağan  edilməsi  barədə  1856-cı  il  Paris  sülh  müqaviləsinin 
tələbi). Prussiyanın qələbəsi ilə Rusiyanın sərhəd- dində yeni bir 
güclü dövlət yaranırdı. Odur ki, Rusiya Prussiya ilə yaxınlaşmağa 
üstünlük  verirdi.  1867-ci  ildə  U.  Qorçakov  Paris  sülh 
müqaviləsinin nəzərdə tutduğu məhdudlaşdırıcı maddələr barədə 
Prussiyanın  mövqeyini  öyrənməyə  cəhd,  etmişdir.  Bu  vaxt 
Bismark o qədər də dəqiq olmayan şəkildə demişdir ki, Prussiya 
Rusiyanın arzusunu dəstəkləyə bilərdi. 
Xarci  İşlər  naziri  Polmerstonun  ölümündən  sonra 
İngiltərə  də  Prussiyanın  güclənməsinin  əleyhinə  deyildi.  Onlar 
Fransaya  qarşı  tarazlıq  yaradılmasında  buna  böyük  əhəmiyyət 
verirdilər.  Bu  vaxt  II  Aleksandr  da  Fransa  ilə  yaxın  münasibət 
saxlamaq  istəyirdi.  Lak;in  III  Napoleonun  diplomatik  bacarıq- 
sızlığı  üzündən  Bismark  Fransanın  İngiltərə  və  Rusiya  ilə  olan 
münasibətlərini  pislşədirməyə  nail  ola  bilmişdir.  Bütün  bunlara 
baxmayaraq,  Fransa  Lüksemburq,  Landau  və  Saapbryukkeni 
özünə  birləşdirməkdə  qərarlı  idi.  Lüksemburq  1867-ci  ildə 
yaradılan  Şimal-Alman  İttifaqına  daxil  edilməmişdi.  Odur  ki, 
Hollandiya  hökuməti  Lüksemburqu  Fransanın  ərazisinə 
birləşdirmişdi. 
Bismark  burada  da  biclik  işlətmiş,  bu  sənədə  imza 
etməmişdir.  Sonra  isə  müxalif  qüvvələri  qızışdırmış,  fransızlara 
güzəştə qarşı çıxışlar güclənmişdir. Lüksemburq məsələsində 
199 


III Napoleonun uduzduğunu görən A.M.Qorçakov bu məsələ üzrə 
Avropa dövlətlərinin konfransım çağırmağı təklif etmişdi. Bütün 
dövlətlər konfransın çağırılması barədə öz razılıqlarını bildirdilər. 
Beləliklə, 1867-ci il may ayının 7-də Londonda konfrans çağırıldı. 
Konfransda  İngiltərə,  Fransa,  Prussiya,  Rusiya,  Avstriya  - 
Macarıstan,  Belçika,  Niderland,  İtaliya  və  Lüksemburq  iştirak 
edirdilər. Rusiya Lüksemburqun neytral olması təklifini verdi. Bu 
təklif hamılıqla qəbul edildi. Lüksemburq açıq şəhər elan edildi. 
Prussiya  oradan  öz  qoşununu  çıxartdı.  III  Napoleonun  yanlış 
diplomatiyası  üzündən  Meksika  ilə  müharibədə  də  çoxlu  itki 
verdilər. 1867-ci ilin yazında Fransa ordusu vətənə qayıtmışdır. 
İtaliyada  da  Fransa  əleyhinə  baxışları  artırdı.  Bütün 
bunlarla yanaşı. Prussiya Fransa ilə müharibəyə hazırlaşırdı. Odur 
ki,  Rusiya  ilə  danışıqlar  aparmışdır.  1870-ci  ildə  Prussiyanın 
imperatoru  I  Vilhelmin  qohumu  şahzadə  Leopol-  dun  İspaniya 
kralı seçilməsi qərarı' III Napoleonu hərəkətə gətirir. Bu vəzifədən 
imtina etmək barədə Kral  I Vilhelmə ultimatum xarakterli tələb 
göndərmişdir.  Onun  bu  ultimatumu  alman  xalqının  o  qədər  də 
xoşuna gəlmirdi. Beləliklə, yeni müharibə üçün zəmin yaranırdı. 
Yeni  müharibə.  1870-ci  il  iyul  ayının  15-də  Fransanın 
qanunvericilik  məclisi  Prussiya  ilə  müharibəyə  başlanmasına 
razılıq  vermişdir.  Həmin  il  iyul  ayının  20-də  Fransa  Prussiyaya 
müharibə  elan  etmişdir.  Demək  olar  ki,  Bismark  öz  siyasəti  ilə 
buna  nail  olmuşdur.  Bu  müddətdə  Fransanın  əksinə  olaraq 
müharibə  barədə  az  danışılmış,  lakin  çox  hazırlıq  işləri 
görülmüşdür.  Odur  ki,  müharibənin  lap  başlanğıcında  Fransa 
ordusu  ardıcıl  olaraq  məğlub  olmuş,  almanlar  tezliklə 
Fransa-Belçika  sərhədlərinə  çıxmışlar.  Sentyabr  ayının  1-də 
Sedanda Fransanın 120 minlik ordusunu (III Napoleon da orada 
olub)  mühasirəyə  almışlar.  Fransızlar  təslim  olmuşlar.  Fransız 
monarxiyasının taleyi  həll edilmişdir. 1870-ci  il sentyabr ayının 
2-dən Fransada III Respublika elan edilmişdir. 
200 


Sülh danışıqları. Prussiyanın qələbəsi çox tezliklə ancaq 
Fransada  deyil,  bütün  Avropada  əks  səda  yaratmışdı.  Daxili 
qanşıqlıq düşməmək üçün Fransa da hakimiyyəti bərqərar etməyə 
çalışırdı.  Xarici  İşlər  naziri  barışıq  barədə  Bismarka  müraciət 
etməli olmuşdur. 
Uzun danışıqlardan sonra fevral ayının 26-da Prelimimu- 
sülh  müqaviləsi  imzalamışdı.  Müqaviləyə  görə  Fransa  Elzas  və 
Lotaringiyanı  itirməli  olmuşdur,  nəticədə  Fransa  5  mlrd,  frank 
hərbi cərimə ödəməli olmuşdu. Müqavilə təsdiq olanadək Alman 
ordusu Parisdə qalmalı oldu. İngiltərə və Rusiya da müharibənin 
tez qurtarmasının tərəfdarı idilər. Lakin Almaniyada bəzi qüvvələr 
Fransanı  tam  diz  çökdürməyi  və  bəzi  ərazilərini  tutmağı  tələb 
edirdilər.  Belə  olduqda  Fransanın  Milli  müdafiə  hakimiyyəti 
ölkəsinin alçaldılmasına yol verilməməsi üçün Rusiyaya müraciət 
etmişdir. Odur ki, Rusiya sülh bağlanmasım təklif etmişdir. 
Elə bu vaxt Paris Kommunası yaranırdı. Milli müdafiə 
hakimiyyəti  Bismarka  müraciət  edib  Paris  Kom-  munasını 
dağıtmaq  üçün  köməklik  istəyirdi.  Kommunaya  qarşı  mübarizə 
aparmaq  üçün  Bismark  Fransanın  hərbi  əsirlərinin  bir  qismində 
ayırmalı olmuşdu. Bismark da tezliklə sülh bağlamağın tərəfdarı 
idi.  Bismark  bilirdi  ki,  haçansa  Fransa  yenə  müharibəyə 
başlayacaqdır.  Tarix  onun  fikirlərinin  düzgün  olduğunu 
göstərmişdir. Ona görə də bəzi hərbçilər istəyirdilər ki, Fransanı 
bəzi müdafiə şəraitinə münasib ərazilərdən məhrum etsinlər. Odur 
ki,  Elzas  və  Lotarningiyanı  qala  ilə  birləşdirmişlər.  Beləliklə, 
1871-ci  il  may  aynmın  10-da  Mayn  üzərində  Frankfurtda  sülh 
müqaviləsi  bağlanmışdı.  Müqaviləyə  əsasən  Almaniyaya  keçən 
ərazilərdəki  fransızlar öz əmlaklan ilə Fransaya  gedə blilərdilər. 
Fransa  Almaniyaya  aşağıdakı  həcmdə  hərbi  təzminat  verməli 
olmuşdur: 30 gün ərzində 500 mln. frank;  Parisdə hakimiyyətin 
bərpasından sonra - bir il müddətində - İmlrd. frank 1872-ci ilin 
may ayınadək 0,5 mlrd. 1874-cü il mart  ayınadək 3 mlrd, frank 
ödəməli idi. 
201 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə