E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə63/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   59   60   61   62   63   64   65   66   ...   106

Paris müqavihsinə yeni baxış. London konfransı. Demək 
olar  ki,  Fransa  Prussiya  müharibəsi  Avropanın  xəritəsini 
dəyişmişdi.  O  qədər  də  böyük  olmayan  Prussiya  ərazisində 
Avropanın mərkəzində güclü alman dövləti yaramrdı. Avstriyanın 
vəziyyəti  pisləşirdi.  Müharibə  göstərdi  ki,  Rusiyanın  köməkliyi 
olmadan Fransa Almaniyanın qarşısında dura bilməyəcəkdir. 
Avropada qüvvələr nisbəti tez-tez dəyişməkdə idi. Fransa 
Almaniya  ilə  müharibədə  əldən  düşmüşdü.  Onun  köməkliyi 
olmadan  Avstriya-Macanstan  da  müstəqil  olaraq  heç  bir 
müharibəyə  girişə  bilməzdi.  İngiltərə  də  müəyyən  qədər  təcrid 
olunmuş  halda  idi.  Türkiyə  də  müstəqil  hərəkət  etməməli  idi. 
Bütün  bu  kimi  vəziyyətdən  istifadə  edən  Rusiyanın  Xarici  İşlər 
naziri Qorçakov 1870-ci ilin oktyabr ayında 1856- cı il Paris sülh 
müqaviləsinin  bəzi  bəndlərində  xüsusi  ilə  Qara  dəniz  barədə 
dəyişiklik olunmasmı tələb etmişdir (onların qəbul olunmasından 
imtina etmişdir). Aydındır ki, Qorçakovun bu təşəbbüsü Avropa 
dövlətlərinin xoşuna gəlməmişdi. 
Damşıqlar  nəticəsində,  1871-ci  ilin  yanvar  ayında 
Londonda  Konfrans  çağrılmışdır.  Konfransda  bəzi  dəyişikliklər 
edilmiş,  o  cümlədən  Qara  dənizdə  Alman  gəmilərinin  olmasım 
qadağan  edən  bənd  də  ləğv  edilmişdi.  Konfrans  Qara  dəniz 
boğazlannda xarici hərbi gəmilərin olmaması barədəki prinsipi də 
təsdiq etmişdir. 
202 


XII
 
Fəsil. 
FRANKFURT MÜQAVİLƏSİNDƏN 
SONRA YARANAN MÜNASİBƏTLƏR 
Aydındır ki, Frankfurt müqaviləsi bütün ziddiyyətləri həll 
edə bilməzdi. Fransanın məğlub olması və Almaniya kimi güclü 
bir dövlətin yaranması ilə qüvvələr nisbəti dəyişmişdi. Almaniya 
ilə  İngiltərə  arasındakı  ziddiyyətlər  kəskinləşirdi.  Almaniya  öz 
dövlətçiliyini  və  hərbi  qüdrətini  artınrdı.  Fransa  mütləq 
Almaniyadan  intiqam  almağa  hazırlaşırdı.  1871-ci  ildən  sonra 
Parisin xarici siyasətində müəyyən dəyişikliklər yaranırdı. Rusiya 
ilə əlaqələrə daha çox diqqət verilirdi. Bununla yanaşı, Rusiya ilə 
aranı vurmaq istəyən qüvvələr də az deyildi. 
Avstriya da istəyirdi ki, Bismarkı Rusiyaya qarşı qoysun. 
Lakin  Bismarkm  öz  plam  vardı.  O,  Avstriya-  Macanstan  və 
Rusiya  ilə  münasibət  yaradıb  onlann  Fransaya  yaxınlaşmasına 
imkan vermək istəmirdi. Rusiya isə Almaniya  İttifaqı  ilə olduğu 
kimi Fransa ilə də yaxınlıq etmək fikirində idi. 
Rusiya-Avstriya-Almaniya  ittifaqı.  1872-ci  ilin  sentya- 
bnnda  Berlində  üç  imperatorun  görüşü  olmuşdur:  I  Vilhelm 
(Alman), Frans-İosif (Avstriya) və II Aleksandr (Rusiya) . Hər üç 
dövlətin Xarici İşlər Nazirləri də görüşdə iştirak edirdi. Görüşdə 
Balkan məsələsi barədə Rusiya ilə Avstriya arasında əks fikirlər 
vardı. Hər halda Rusiya bu ölkələrlə eyni ittifaqda olmaqla onlann 
çox  yaxınlaşmasına  imkan  verməməyi  nəzərdə  tuturdu.  Həm  də 
Orta Asiya məsələsinə görə İngiltərəyə qarşı onlardan istifadəyə 
ümid  edirdi.  Beləliklə,  Rusiya  ilə  Almaniya  arasında  hərbi 
müqavilə bağlanmışdı. İki aydan sonra 1873-cü il iyul ayının 
6
-da 
II Aleksandr Avstriyaya gəlmişdir. Burada Rusiya-Avstriya siyasi 
müqaviləsi bağlanmışdır. 
1873-cü  ilin  oktyabr  ayında  imperator  Frans  İosif 
(Avstriya)  və  Vilhelm  (almaniya)  Almaniyanın  Rusiya-Avstriya 
müqaviləsinə qoşulmasını imzalamışlar. Beləliklə üç 
203 


imperatorun  ittifaqı  tam  sənədləşdirilmişdir.  Müəyyən 
müddətdən sonra Orta Asiya məsələsinə görə Rusiya ilə İngiltərə 
arasında ziddiyyət yaranmışdı. 
Fransa  -  Almaniya  münasibətləri.  Fransada  yeni 
monarxistlər  hakimiyyətə  gəlmişlər.  Odur  ki,  burada  olan 
hadisələrin gedişini Berlində çox diqqətlə izləyirdilər. Ölkədə çox 
sürətlə  ordu  bərpa  olunurdu.  Hərbi  baxımdan  Almaniya  açıq  - 
aşkar  Fransadan  üstün  idi.  Odur  ki,  Fransanı  münaqişəyə 
qızışdırırdı.  Almanlar  Fransanın  müharibə  hazırlığına  dair 
müxtəlif  məqalələr  dərc  etdirirdilər.  Fransada  müəyyən 
diplomatik tədbirlər həyata keçirilirdi. Fransa Rusiya, İngiltərə və 
Avstriya-Macarıstana xahiş ilə müraciət edirdi ki, Almaniya ona 
hücum etsə, köməklik göstərsinlər. 
London,  Peterburq  və  Vyana  da  öz  növbəsində 
Almaniyanın  güclənməsini  istəmirdilər.  Rusiya  ilə  Avstriyanın 
Xarici  İşlər  Naziri  1874-cü  ildə  Peterburqda  Fransa  səfirliyinə 
gələrək  açıq-aşkar  Bismarkın  hərəkətini  pisləmişlər.  İngiltərə 
İcraliçası da Prussiya Kralı I Vilhelxmə şəxsi məktub göndərərək 
bildirmişdir ki, yeni müharibə daha ağır nəticələrə səbəb ola bilər. 
Beləliklə,  birgə  səy  nəticəsində  müharibə  qorxusu  aradan 
götürülmüşdür. 
Son neçə illərdə ilk dəfə idi İd, Bismark öz planını həyata 
keçirə bilməmişdi. Burada əsas maneəçilik Rusiya tərəfindən idi. 
Odur  ki,  Bismark  yollar  axtarırdı  ki,  Rusiyanı,  Avropa  işlərinə 
qarışmaqdan kənarlaşdırsın. O, belə qərara gəlmişdi ki, Rusiyanın 
diqqətini Yaxın Şərqə yönəltsin. Elə bu məqsədlə də, 1875-ci ildə 
o,  öz  şəxsi  nümayəndəsi  Radovisi  Peterburqa  göndərmişdi. 
Radovis ilk əvvəllər gəlməsinin əsas məqsədini biruzə vermirdi. 
Əslində,  o,  Fransa  ilə  müharibə  olduqda  Rusiyanın  mövqeyini 
öyrənməli  idi.  Bismark  yenə  də  Fransada  hərbi  islahatlar 
keçirilməsini  şişirtməklə  məşğul  idi.  Bütün  bu  kimi  hərəkətlər 
Avropada beynəlxalq gərginliyi daha da artın rdı. Odur ki, bu dövr 
Avropa tarixinə və beynəlxalq 
204 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə