E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   60   61   62   63   64   65   66   67   ...   106

münasibətlər  tarixinə  «1875-ci  hərbi  həyəcan  ili»  kimi  daxil 
olmuşdur. 
Rusiyanın  Berlindəki  səfirliyinin  işçisi  Ubri  Qorçakova 
məlumat  göndərmişdi  ki,  Bismarkın  fikrincə  belə  bir  sülh 
şəraitində Fransa 700 min silahlı ordu saxlayır. Deməli Fransanın 
xəlvəti fikri vardır (Belçika nüamyəndəsi isə bunun əksini deyirdi. 
İddia edirdi ki, Fransanın heç nəyi  - ordusu, müdafiəsi  yoxdur). 
Bir  neçə  vaxtdan  sonra  Rusiyanın  Fransadakı  səfiri  Orlov 
Fransanın  ehtiyatlanması  və  özünə  müttəfiq  axtarması  barədə 
Qorçakova məlumat vermişdi. Qorçakov II Aleksandrın adından 
bildirirdi ki, Almaniya Fransaya hücum edərsə, biz siyasi dəstək 
verə bilərik. İngiltərə isə müharibə olmasını istəmirdi. Fransızlar 
ancaq  II  Aleksandra  ümid  edirdilər.  Çünki  o  vaxt  Rusiyanın 
mövqeyi daha yüksək idi. 
Şərq  böhranı.  1875-ci  illərdə  bütövlükdə  Avropada 
gərginlik nisbətən azalmışdır. Lakin Rusiya ilə Almaniya arasında 
elə  bir  münasibət  yaranmamışdı.  Əsas  hadisələr  Yaxın  Şərq 
üstündə  cərəyan  edirdi.  Odur  ki,  bu  dövr  tarixi  ədəbiyyatlarda 
«1875-1877-ci illərdə Şərq böhranı» kimi məlumdur. 
1861-ci  ildə  təhkimçiliyin  ləğv  edilməsi  ilə  Rusiyada 
iqtisadi  inkişaf  az-çox  dirçəlirdi.  Lakin  bütövlükdə  Rusiya 
Avropadan  çox  geri  qalırdı.  Rusiya  cənub  rayonlarında 
möhkəmlənmək - ticarəti  artırmaq istəyirdi. Bosfor və Dardanel 
boğazlarına  çıxış  zəruri  tələbata  çevrilmişdir.  Elə  bu  vaxtlar 
Türkiyədə  də  böhran  şəraiti  özünü  göstərirdi.  Osmanlı 
imperiyasında  Avropa  kapitalına  ehtiyac  artırdı.  Türkiyənin 
Avropa  əraziləri  olan  -  Bolqanstan,  Serbiya,  Bosniya, 
Hersoqovina və digər yerlərdə milli-azadlıq hərəkatı genişlənirdi. 
1875-ci ilin yayında Hersoqovina və Bosniyanın xristian 
əhalisi türk istismarına qarşı mübarizəyə qalxmışdır. 
Avstriya-Macarıstan  bəyan  edirdilər  ki,  bu  Türkiyənin 
daxili işidir və biz ona qarışmayacağıq. Lakin sonralar bəzi yuxarı 
təbəqələr  Bosniya  və  Hersoqovinanı  Avstriya-Macarıstana 
birləşdirməyin tərəfdan kimi çıxış edirdilər. 1875-ci 
205 


ildə  Rusiya  Avstriya  -  Macarıstanla  birlikdə  Türk-Hersoqovina 
münaqişəsində  iştirakını  bəyan  etmişdi.  Onlar  Hersoqovinaya 
muxtariyyət  verilməsini  təklif  edirdilər.  Lakin  eyni  zamanda 
Avstriya öz daxilindəki Slavyan xalqlarının tələbindən qorxaraq 
kiməsə muxtariyyət və yaxud müstəqillik verilməsini istəmirdi. 
1875-ci  ildə  Balkan  ölkələrində  islahatlar  aparılması 
barədə Avtsriya - Macarıstan dövləti müəyyən layihə hazırlayaraq 
Türkiyə  sultanına  göndərmişdi.  Lakin  bu  layihənin  ancaq 
Avstriya-Macanstan və Türkiyə üçün sərfəli olduğunu iddia edən 
digər nümayəndələr sənədə imza etməmişlər. 1876-cı ildə Rusiya 
Berlinə  öz  planını  gətirmişdir.  O,  Balkan  yarımada-  sındakı 
Slavyan  vilayətlərinə  muxtariyyət  verilməsini,  idarəçilik  - 
quruculuq  işlərinə  isə  Rusiya  və  Avstriya  -  Macans-  tanm 
rəhbərlik etməsini təklif edirdi. Avstriya-Macarıstan isə Balkanda 
Rusiyanın  təsir  dairəsinin  artmasım  istəmirdi.  Odur  ki,  bu 
layihənin  əksinə  səs  verməli  olmuşdur.  Bir  çox  dəyişikliklər, 
düzəlişlər aparıldıqdan sonra layihə 1876-cı il may ayının 13-də 
qəbul  edilmişdi.  Bu  sənəd  tarixdə  Berlin  Memorandumu 
adlanır.  Paris  və  Roma  Balkan  məsələsinə  dair  Berlin 
Memorandumu ilə razılaşdıqlan halda, London bunu Türkiyənin 
daxili işinə qanşmaq kimi qiymətləndirirdi. İngiltərənin öz planı 
vardı.  O  da  Balkanda  Rusiyanın  rolunun  artmasını  istəmirdi 
(xüsusilə Qara dəniz boğazında). O həmişə öz müstəmləkəsi olan 
Hindistan üçün qorxurdu. 1873-cü ildə Rusiya Xivəni tutduqdan 
sonra,  İngiltərə  bunun  Rusiya-  İngiltərə  münasibətlərinə  zidd 
olması barədə bəyanət vermişdi. 
İngiltərə  Berlin  sənədini  dəstəkləmədiyi  üçün  Balkanda 
vəziyyət  kəskinləşirdi.  Türkiyə  Bolqanstanda  olan  hərəkatları 
ciddiliklə  aradan  qaldırırdı.  Ardıcıl  olaraq  Serbiya  və 
Çernoqoriyada da çıxışlar güclənirdi. Slavyan xalqları bilirdi ki, 
Rusiya onlara kömək edəcəkdir. Beləliklə, 1876-cı ilin iyulunda 
müharibə  başlanmışdı.  Rusiya  din  qardaşlarına  köməklik  üçün 
Balkana könüllülər göndərməli olmuşdur. 
206 


Balkandakı  vəziyyət  1876-cı  ilin  iyulunda  Çexiyada 
Rusiya  ilə  Avstriya-Macarıstan  rəhbərləri  arasında  müzakirə 
edilmiş  və  daxili  işə  qarışmamaq  barədə  razılığa  gəlmişlər.  Hər 
halda  Serbiya  və  Çernoqoriya  hərəkatının  genişlənməsi  baş 
vermişdir. Bu görüşün nəticəsi kimi Rusiya-Avstriya razılaşması 
olmuşdur. Qərara alınmışdır ki, üsyançılar qalib gəldiyi təqdirdə 
Bolqarıstan,  Bosniya  və  Hersoqovinaya  muxtariyyat  verilsin 
(Macarıstan  və  Rusiya  böyük  Slavyan  dövləti  yaranmasının 
tərəfdarı  deyildir).  Cənubi  Bessarabiya  Rusiyaya,  Xorvatiya  və 
Bosniya isə Avstriyaya  birləşməli olacaqdır. Əgər Türkiyə qalib 
gələrsə, tələb edilirdi ki, Bosniya və Hersoqovinaya muxtariyyət 
verilsin.  Sonra  Rusiya  ultimatum  verərək  Türkiyə  ilə  Serbiya 
arasında barışıq müqaviləsi bağlanmasını tələb etdi. Türkiyə bütün 
tələbləri qəbul etməli oldu. 
Sonra  Rusiyanın  Xarici  İşlər  Naziri  Qorçakov 
Konstantinopolda  konfrans  çağırılımasmı  təklif  etdi.  Konfrans 
1876-  cı  ilin  dekabr  ayında  çağırıldı.  Konfransda  Rusiya, 
Almaniya,  Avstriya  -  Macarıstan,  İtaliya,  Fransa  və  İngiltərənin 
səfirləri iştirak edirdi. Burada Rusiya daha aparıcı rol oynayırdı. 
Bolqarıstan,  Hersoqovina  və  Bosniyaya  muxtariyyət  verilməsi 
üzrə razılıq  əldə edilmişdir. Elə bu vaxt  Türkiyə sultanı  Avropa 
dövlətlərinin  şərtlərini  qəbul  etmədən  öz  tabeçiliklərində  olan 
ərazilərə  Konstitusiya  hüququ  verdi.  Beynəlxalq  münasibətlər 
yenidən  gərginləşdi.  Rusiya  Türkiyə  ilə  müharibənin  qaçılmaz 
olduğunu görüb Avstriya - Macarıstanla danışıqları təzələmişdir. 
Avstriya - Macarıstan neytral qalacağını bildirmişdir. 
207 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə