E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə67/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   63   64   65   66   67   68   69   70   ...   106

Saburov  Berlinə  səfir  göndərilmişdir.  Saburov  göstərirdi  ki, 
Avstriyasız  Almaniya  ilə  münasibətləri  yaxşılaşdırmaq  qeyri 
mümkündür. 
1880-1885-ci  illərdə  İngiltərədə  hakimiyyətə  yeni 
rəhbərliyin - U.Qladsonun gəlməsi ilə Rusiya ilə münasibətlər az- 
çox  yaxşılaşmışdı.  Berlin  konqresinin  şərtlərinin  (xüsusilə 
Çernoqoriya  və  Yunanıstanla  bağlı)  yerinə  yetirilməsinə  təkid 
edirdilər. Avstriyanın Balkana qarışmaq cəhdi Qirs ilə Mil- yutini 
daha çox narahat edirdi. 1880-1890-cı illərdə İngiltərə ilə Rusiya 
Türkiyə sultamna hədə-qorxu gələrək Yunanıstanla- Çernoqoriya 
barədə  Berlin  konqresinin  şərtlərinin  yerinə  yetirilməsini  tələb 
edirdilər. 
İngiltərə-Rusiya  münasibətlərinin  yaxşılaşması  Avstriya 
və  Prussiyanı  da  Rusiyaya  yaxınlaşmağa  vadar  edirdi.  Avstriya 
başa düşürdü ki, İngiltərənin hər hansı bir dəstəyinə bel bağlamaq 
olmaz.  Odur  ki,  Avstriya  -  Macanstan  Avstriya,  Rusiya  və 
Almaniya  İttifaqının  bərpa edilməsi ilə razılaşırdı.  Bu üç dövlət 
arasında 1881-ci il iyun ayının 18-də müqavilə bağlanmışdı. Bu 
müqavilə tarixdə  üç  imperatorun  ittifaqı  və yaxud  1873-cü  il 
Beynəlxalq  məsləhətləşmə  sazişi  kimi  məlumdur.  Əslində,  bu 
ittifaq deyildi. Müharibə şəraitində neytrallıq barədə öhdəçilik idi, 
yəni bu sazişi neytrallıq haqqında siiziş də adlandırmaq olardı. Bu 
müqavilə ilə Rusiya Fransa ilə olan münasibətləri pisləşdirirdi. Bu 
isə Almaniyaya sərf edirdi. 
İngiltərə  və  Fransanın  müstəmləkə  siyasəti  XIX  əsrin 
axırlannda  bəzi  böyük  dövlətlərdə  müstəmləkə  ərazisi  tutmaq 
arzusu  artmışdır.  İngiltərə  ərəb  şərqində  öz  mövqelərini 
möhkəmlətmək  üçün  1875-ci  ildə  Süveyş  kanalı  üzrə  səhmlərin 
nəzarət  paketini  öz  əlinə  keçirmişdir.  Türkiyə  sultanına  pulla 
yardım edərək onu Rusiya ilə münaqişəyə girişməyə təhrik edirdi. 
1878-ci  ildə  ingilislər  Əfqanıstana  qarşı  müharibə 
aparırdı.  Beləliklə  Cənub-Şərqi  Asiyada  öz  mövqelərini 
möhkəmləndirirdi. 
Türkiyənin 
maliyyə 
və 
iqtisadi 
çətinliklərindən isti 
214 


fadə  edən  İngiltərə  onu  daha  çox  sıxışdınrdı.  Eyni  ilə  Misiri  də 
özündən asılı vəziyyətə salmağa çalışırdı. 
1870-ci  illərə  qədər  Fransa  kapitalı  Misirdə  daha  geniş 
mövqedə idi. Odur ki, Misirə sahib olmaq üçün İngiltərə Fransa ilə 
mübarizə aparmalı olurdu. Beləliklə, Fransanı Misir ərazisindən 
uzaqlaşdırmışdı.  Müflisləşmiş  Misir  Fransadan  maliyyə 
köməkliyi  istəməyə  məcbur  idi.  Beləliklə,  Misir  İngiltərə  ilə 
Fransanın maliyyə təsiri altına düşmüşdür. 
Müstəmləkəçi ölkələr  yavaş-yavaş Afrikanın dərinliyinə 
girirdilər.  1881-ci  ildə  Fransa  Tunisi  zəbt  etmiş  və  Aralıq 
dənizində  öz  hökmranlığını  möhkəmlətmişdir.  Müstəmləkəçilik 
siyasəti  artdıqca  ayrı-ayrı  dövlətlərin  bir-birinə  yaxınlaşması 
meyli  də  yüksəlirdi,  onlar  öz  təhlükəsizliyini  qorumaq  üçün 
ittifaqa girirdilər. 
Üçlər  İttifaqı.  Yuxarıdakı  fəsillərdə  də  qeyd 
etdiklərimizdən aydın görünür ki, ayn-ayrı dövlətlər arasında nə 
qədər  müqavilələr  bağlansa  da  yenə  də  müəyyən  təhlükələr 
yaranırdı.Avstriya  Qərbdə  Rusiya  ilə  müharibə  qorxusundan 
özünün təhlükəsizliyini təmin etmək üçün İtaliya ilə yaxınlaşmağa 
səy  göstərirdi.  Çox  uzun  danışıqlardan  sonra  1882-ci  ilin  may 
ayında  Avstriya  -  Macanstan,  Almaniya  və  İtalij'a  İttifaq 
müqaviləsi  imzalamışlar.  Bu  müqavilə  Üçlər  İttifaqı  adlanır. 
Faktiki  olaraq,  Almaniya  ,  Avstriya  və  İtaliya  arasında 
yaradılan  hərbi-siyasi  blok  Birinci  Dünya  müharibəsinin 
başlanğıcına ilk addım idi. 
Avropa  və  XIX  əsrin  sonu.  XIX  əsrin  axırlarında 
Avropada  hərbi  siyasi  bloklar  və  ittifaqlar  yaranması  daha  çox 
xarakterik idi. Bu isə siyasi qüvvələrin nisbətinə təsir göstərirdi. 
1880-ci  illərin  axırlanna  Balkanda  vəziyyət  kəskinləşirdi. 
Bolqarıstanda  üsyan  başlanmışdı.  Balkan  məsələsinə  görə, 
Avstriya  ilə  Rusiya  arasında  qarşıdurma  güclənirdi.  Bolqarıstan 
Türkiyə  əsarətindən  azad  olandan  sonra  Avstriya-Macarıstanın 
iqtisadi və maliyyə asılılığına düşmüşdür. Şərq rayonları üstündə 
İngiltərə, Almaniya və Rusiya arasında mübarizə daha 
215 


da  genişlənirdi.  Fransa  Avropadakı  vəziyyəti  reallıqla 
qiymətləndirərək  özünün  şərq  sərhədlərini  möhkəmləndirir  və 
Rusiyaya daha diqqətlə yanaşırdı. 
Fransanın  niyyətlərini  başa  düşən  Bismark  da  Rusiya 
imperatoru ilə münasibətləri yaxşılaşdırmağa səyləri artınrdı. Öz 
növbəsində Rusiyada da Almaniya ilə yaxınlaşmağa səy göstərən 
qüvvələr  az  deyildi.  1880-ci  illərin  axırlarında  (1870-  1871-ci 
illərdə  Fransa-Prussiya  müharibəsi  ərəfəsində  olduğu  kimi) 
Bismark  səfirlər  vasitəsi  ilə  inandırmağa  çalışırdı  ki,  Almaniya 
Fransa ilə müharibə etmək fikrində deyil. 
Rusiya-Almaniya müqaviləsi. Bismarkm səyi nəticəsində 
Rusiyanın  səfiri  Şuvalovla  danışıqlar  aparılmış  və  Almaniya  ilə 
Rusiya  arasında  ikitərəfli  müqavilə  bağlanmışdır.  Müqavilə 
1887-ci  il  iyun  ayının  18-də  imzalanmışdır.  Müqavilənin 
şərtlərinə əsasən, üçüncü bir ölkə bu tərəflərin hər hansı biri ilə 
müharibə etmiş olarsa, belə halda o, səmimiyyətlə neytral olmalı 
və  münaqişənin  aradan  qaldınimasma  köməklik  göstərməli  idi. 
Lakin  bu  şərtlər  Avstriya  və  Fransa  əleyhinə  yarana  biləcək 
müharibəyə aid edilmirdi. Deməli, Fransa ilə Almaniya arasında 
müharibə olarsa, Rusiya ona qarışa bilməzdi. Rusiya ilə Avstriya 
arasında yaranan münaqişəyə isə Almaniya qarışa bilməz. Tarixdə 
bu müqavilə «Özünü sığortalama» müqaviləsi kimi məlumdur. 
Bu müqavilədə Almaniya və Rusiyanın hər ikisi hər hansı bir ərazi 
dəyişikliyinə yol verilməməsi barədə öhdəçilik də götürm.üşlər. 
Müqaviləyə  əsasən,  Almaniya  Rusiyanın  Balkan 
üzərindəki  hüquqlarını  da  tanımışdır.  Eləcə  də  Rusiyanın 
Bolqarıstan üzərindəki hüquqlarının bərpa edilməsinə də yardım 
göstərməli olmuşdur. 
Rusiya-Almaniya 
münasibətlərinin 
kəskinləşməsi. 
Maraqlıdır  ki,  çox  hallarda  bu  müqavilələr  o  qədər  də  səmimi 
olmurdu.  Rusiya-Almaniya  arasında  bağlanan  müqavilədən  az 
keçməmiş  bu  ölkələr  arasındakı  münasibətlər  pisləşməyə 
başlamışdır. Bunun ilk səbəbi Balkan ölkələri ilə bağlı idi. 
216 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə