E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə69/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   65   66   67   68   69   70   71   72   ...   106

Bu məsələdə ABŞ prezidenti Klivesid Stiven Qrover (1837- 1908) 
və dövlət katibi Olin ABŞ-ın qəti mövqeyini bildirmiş və Amerika 
qitəsində ABŞ-ın hakim rolunu qeyd etmişlər. 
XIX  əsrin  son  onilliklərində  ABŞ  Sakit  okeanda  və 
Atlantik okeanında da fəal siyasət apannağa başlamışdır. 1893-cü 
ildə  ABŞ  Havay  adalarım  zəbt  etmişdir.  1895-ci  ildə  Kubada 
İspaniya əleyhinə üsyan başlamışdır. Beləliklə, ABŞ-ın köməkliyi 
ilə 1898-ci ildə İspaniya Kubadan qovulmuşdur. 1898- ci il dekabr 
ayının 10-da Parisdə İspaniya ilə ABŞ arasında sülh müqaviləsi 
imzalanmışdır.  Kuba  ABŞ-ın  protektoratına  çevrilmiş  Puerto  - 
Riko və Filippin ABŞ-a daxil olmuşlar, Dünyanın bölüşdürülməsi 
üstündəki ilk akt belə başa çatmışdır. 
Avropada  qarşıdurma.  Həmin  illərdə  qabaqcıl  ölkələr 
arasında  iqtisadi  və  hərbi  üstünlüklər  uğrunda  kəskin  mübarizə 
gedirdi.  Beynəlxalq  münasibətlərin  bütün  istiqamətlərində 
gərginlik yaşanırdı. İngiltərə və Almaniya arasında, Almaniya ilə 
Fransa və Rusiya arasındakı ziddiyyətlər daha da kəskinləşmişdir. 
Fransa Elzas və Lotaringiyanı özünə qaytarmağa çalışırdı. 
İngiltərə  kifayət  qədər  müstəmləkə  və  protektorat 
ərazisinə  malik  olduğu  üçün  yeni  ərazilər  arzusunda  deyildi. 
Almaniya isə əksinə, yeni ərazilər ələ keçirməyə çalışırdı. 
Uzaq  Şərqdəki  vəziyyat.  Avropada  olduğu  kimi,  digər 
ərazilər də ziddiyyətlərdən azad deyildi. Belə ki, ziddiyyətlərin bir 
düyünü  də  Uzaq  Şərqdə  mövcud  idi.  Koreya,  Tayvan  və  Çinin 
(Mançjuriya) ərazisi Yaponiyanı çox maraqlandırırdı. Bu mənada 
Yaponiya  çox  fəallıq  göstərərək  Çinə  qalib  gəlmişdir.  1894-cü 
ildə  Tayvan  və  Lyaodun  yarımadası  da  Yaponiyanın  əlinə 
keçmişdi. Bundan əlavə, sülh müqaviləsinə əsasən, Çinin üzərinə 
kifayət qədər hərbi cərimə də qoyulmuşdur. 
Yaponiyanın  bu  cür  tezliklə  beynəlxalq  aləmə  çıxması 
Rusiya,  İngiltərə,  Fransa,  Almaniya  və  digər  dövlətləri  narahat 
etməyə  bilməzdi.  Çünki  bu  dövlətlərin  də  Uzaq  Şərqdə  öz 
maraqları vardı. Nəticədə, Avropa dövlətlərinin diplomatik 
220 


səyləri və diplomatik təsiri nəticəsində Lyaodun yarımadası Çinə 
qaytarılmışdır.  Çinin  Sinqao  limanı  Almaniyaya,  Port~  Artur 
limanı isə Rusiyaya veilmişdir. Bununla yanaşı, Rusiya Lyaodun 
yarımadasını  və  Şərqi  dəmir  yolunun  istifadəyə  verilməsini 
icarəyə götürmüşdü. 
ABŞ da Avropa dövlətlərindən kənarda qalmaq istəmirdi. 
Odur ki 1899-cu ilin payızında ABŞ hökuməti Çində «açıq qapı» 
tətbiq  etmək  prinsipi  irəli  sürmüşdür.  Bu  təklif  beynəlxalq 
münasibətlər  tarixində  C.M.Xey  doktrinası  kimi  məlumdur. 
C.M.Xey  Amerikanın  tanınmış  siyasətçilərindən  biri  olmuşdur. 
1898-1905-ci  illərdə  dövlət  katibi  işləmişdir.  ABŞ-m  Avropa 
dövlətləri  ilə  olan  münasibətlərində  onun  böyük  rolu  olmuşdur. 
Latın  Amerikasında  müxalifətin  güclü  təsirinə  baxmayaraq,  o, 
1903-cü  ildə  Panama  Kanalının  çəkilməsi  barədə  Panama  ilə 
müqavilə bağlanmasına nail olmuşdur. 
M.Xey  qabaqcıl  dövlətlərə  xüsusi  nota  göndərmişdi.  O, 
tələb  edirdi  ki,  ayrı  -  ayrı  dövlətlər  müqavilə  vəziyyətində  olan 
ərazilərin və dövlətlərin hüququna toxunmamaq barədə öhdəçilik 
götürsünlər.  1902-ci  ildə  bütün  Avropa  dövlətləri  Xeyin  bu 
təklifini  qəbul  etdiklərini  bildirmişlər.  Bu  məsələ  üzrə  ancaq 
Rusiya özü bəzi təkliflər vermiş və xüsusi mövqe tutmuşdur. Odur 
ki,  Uzaq  Şərq  məsələsi  üzrə  Rusiyaya  qarşı  ABŞ,  İngiltərə  və 
Yaponiya arasında müəyyən yaxınlaşma, söz birliyi yaranmışdır. 
İngiltərə ilə Almaniya arasında olan ziddiyyət. XIX əsrin 
son  illərində  İngiltərə  müxtəlif  regionlarda  öz  təsir  dairəsini 
genişləndirmək  siyasəti  yeritməklə  Almaniya  ilə  mübarizə 
aparmış,  öz  iqtisadi  və  hərbi  gücünü  artırmış  və  öz 
müstəmləkəçilik  imperiyasını  genişləndirmişdir.  Almaniyanın 
dənizçilik  naziri  (1897-1916-cı  illər)  admiral  A.Fon  Tripis  öz 
xatirələrində  yazırdı  ki,  Almaniyanın  kansleri  Bismark  çoxdan 
etiraf edirdi ki, ingilis xalqı da başa düşür ki, Avropada iki böyük
bir-birinə qarşı duran barışmaz qüvvə, iki böyük millət - İngiltərə 
və Almaniya mövcuddur. Samoa adası üstündə də 
221 


İngiltərə  ilə  Almaniya  arasında  çox  kəskin  münaqişə  baş 
vermişdir.  Nəhayət,  İngiltərə  güzəştə  getmişdir  (1899-cu  il 
müqaviləsinə əsasən). 
ABŞ da arxipelaqdan iki ada ələ keçirmişdi. İngiltərə ilə 
Almaniya arasında müqavilə bağlanmasına baxmayaraq, onla- nn 
arasmdakı  münasibət  yaxşılaşmamışdır.  Afrikada  İngiltərənin 
çətinliyə  düşməsi  yalnız  Almaniya  və  ABŞ  üçün  deyil  (Samoa 
adasmı  ələ  keçirməklə),  Rusiya  üçün  də  sərfəli  olmuşdur.  Orta 
Asiyada Rusiyanın  mövqeyi  möhkəmlənmiş, Əfqanıstan və  İran 
ilə münasibətləri yaxşılaşmışdır. 
İngiltsrə - Amerika münasibətləri. Avropadakı mürəkkəb 
vəziyyətin olduğunu nəzərə alan London həm də uzaq Şərqdəki 
mövqeyini saxlamaq üçün ABŞ ilə münasibətləri yaxşılaşdırmağa 
çalışırdı.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  İspaniya  ilə  ABŞ 
arasında  gedən  müharibə  zamanı  İngiltərə  çox  xeyirxahlıq 
göstərərək  neytral  olmuşdur.  Eləcə  də  Britaniya  Qvianası  ilə 
Venesuela  arasında  sərhəd  münaqişəsi  zamanı  ABŞ  bu  işə 
qarışdıqda  İngiltərə  güzəştə  getmişdir.  Aydındır  ki,  bütün  bu 
münasibətlərin  yaxşılaşmasına  baxmayaraq,  ABŞ  öz  siyasətini 
yeritməyə çalışırdı. 1903-cü ildə Panama Kanalımn çəkilişinə dair 
müqaviləyə  əsasən,  bütün  gəmilərin  sərbəst  sürətdə  buradan 
keçməsinə  təminat  verməyi  öhdəsinə  götürmüşdür.  Bununla 
yanaşı,  ABŞ  hərbi  mühafizə  saxlamaq  hüququ  da  almışdı. 
1903-cü ildə 6 mil (dəniz mili =1852 m) enliyində olan Panama 
Kanalı boğazını 99 illiyə icarəyə götürmüşlər. 
Hərbi  - siyasi  blok yaradılması. Qeyd  etdiyimiz iki  yüz 
illik bir dövrdə bir tərəfdən ayrı-ayn ölkələrdə kəskin parçalanma, 
digər  tərəfdən  isə  müəyyən  bloklar  və  ittifaqlar  yaradılması 
müşahidə  olunur.  Bütün  bunlar  da  beynəlxalq  münasibətlərin 
xarakterində  öz  əksini  tapmışdır.  1879-cu  ilin  oktyabr  ayında 
Avstriya  ilə  Almaniya  arasında  olan  müqavilə  bu  prosesin 
başlanğıcını qoymuşdur. İki - üç ildən sonra Almaniya, Avstriya- 
Macarıstan və İtaliya arasında yaranan müt 
222 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə