E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   2   3   4   5   6   7   8   9   10   ...   106

edilməsi,  yükdaşımaların  artırılması,  informasiya  ötürülməsi 
imkanları aıtmışdır. 
Nəqliyyat  və  informasiya  kommunikasiyasının  inkişafı 
özü ilə bərabər iqtisadi, sosial və eləcə də siyasi dəyişikliklər də 
yaratmışdır. 
2.
 
Beynəlxalq münasibətlərin dinamikası 
Beynəlxalq  münasibətlərin  dinamikasma  xarici  mühit 
daha güclü təsir edir. Xarici mühit anlayışını əsasən qeyri-sosial 
və sosial amillər kimi xarakterizə etmək olar. 
Beynəlxalq  münasibətlər  sistemində  qeyri-sosial  mühit 
və  yaxud  amillər  dedikdə  ilk  növbədə  geologiya,  coğrafiya, 
meteorologiya,  ekologiya  və  s.  kimi  elmlərin  tədqiqat  obyekti 
kimi  öz  ilkin  formasında  olan  təbiət  nəzərdə  tutulur.  Bu  amil 
bütün  öz  elementləri  ilə  insan  cəmiyyəti  yaranmamışdan  əvvəl 
mövcud  olmuşdur.  Aydındır  ki,  cəmiyyətin  inkişaf  sürətinə 
nisbətən  təbiət  aləminin  dəyişilməsi  daha  ləng  baş  verir. 
Materiklər, qitələr, dəniz və okeanlar, çaylar, dağ silsilələri və s. 
demək olar ki, 2-3 min il bundan əvvəlki kimi qalmaqdadır. 
Lakin bu qeyri-sosial mühit bir çox texniki və texnoloji 
tərəqqinin təsirinə məruz qalaraq müəyyən dəyişikliyə uğrayır. Bu 
dəyişiklik  nəticəsində  o,  özü  də  beynəlxalq  münasibətlərə  təsir 
etmiş olur. 
Beləliklə,  doğmdan  da  məsələn  iqlimin  dəyişməsi  və 
yaxud  hər  hansı  bir  təbii  ehtiyatın  azalması,  tükənməsi 
iqtisadiyyata, insanların gündəlik həyatlarına təsir etməyə bilməz. 
Bu isə öz növbəsində istər-istəməz ayrı-ayrı dövlətlər və xalqlar 
arasındakı münasibətlərin xarakterində öz əksini tapmış olur. 
Sosial mühit dedikdə isə insanların yaranması ilə əmələ 
gələn  (yaradılan)  bütün  amillərin  məcmusu  nəzərdə  tutulur.  Bu 
amillər  bütövlükdə  cəmiyyətin  varlığını  müəyyən  etmiş  olur. 
Bunlar iqtisadiyyat, siyasət, texnika, texnologiya. 
23 


ideologiya, mədəniyyət, din və digər amilləri özündə birləşdirir. 
Bu kimi sosial amillər və onların beynəlxalq münasibətlərə təsiri 
barədə  onlarla  həyati  misallar  gətirmək  olar.  Məlumdur  ki, 
XX-XXI əsrlərdə ayrı-ayrı dövlətlərin liderləri bir çox beynəlxalq 
problemləri  şəxsən  görüşmədən  texniki  vasitələrdən  istifadə 
olunması yolu ilə həll edirlər. Bu kimi imkanlar min illər (bəlkə 
yüz illər) bundan əvvəl mümkün deyildi. 
Onu  da  qeyd  etməliyik  ki,  son  yüzilliklərdə  beynəlxalq 
münasibətlərin təkamül inkişafına təsir edən əsas amillərdən biri 
də nəqliyyat və informasiya texnologiyasının inkişafı olmuşdur. 
3.
 
Dünya siyasəti və Beynəlxalq siyasət 
Bərqərar  olmuş  Dünya  iqtisadiyyatı  bazasında  dünya 
siyasəti formalaşmağa başlamışdır. 
Bir  çox  ədəbiyyatlarda  “Dünya  siyasəti”  anlayışı  ilə 
“Beynəlxalq  siyasət”  anlayışı  eyniləşdirilir.  Əlbəttə  bu  hər  iki 
anlayış  arasında  müəyyən  yaxınlıq  vardır.  Lakin  aydındır  ki, 
“Dünya  siyasəti”  sadəcə  olaraq  qlobal  miqyasda  “Beynəlxalq 
siyasəf’in, bütün siyasi sistemin inkişafında keyfiyyətcə tamamilə 
yeni bir mərhələ hesab edilir. 
“Dünya  siyasəti”  “Beynəlxalq  siyasəf’dən  həm 
problemin  məzmununa  görə,  həm  də  subyektlərin  xarakterinə 
görə fərqlənir. 
Beləliklə,  XX əsrin axırlarına dünya siyasətində  müasir 
dövrün aktual problemləri adlanan ekoloji, demoqrafik, energetik, 
ərzaq və s. kimi problemlər daha fəal rol oynamağa başlamışlar. 
Yeni problemlərin  yaranması milli səviyyədə də ictimai 
hərəkatların artmasına və beynəlxalq aləmdə yeni qeyri hökumət 
təşkilatlarının çoxalmasına səbəb olmuşdur. 
24 


Bu  qurumlar  yarandığı  zaman  siyasi  xarakterə  malik 
olmadığı halda, sonralar dünya siyasi proseslərinin gedişinə nüfuz 
etməyə başlamışlar. 
Beləliklə,  “Dünya  siyasəti”  “Beynəlxalq  münasi- 
bətlər”in  təməli  əsasında  yaranmış  və  inkişaf  etmişdir.  Deməli 
“Dünya  siyasəti”  “Beynəlxalq  münasibətlər”lə  vəhdət  və 
yaxud vahid kompleks təşkil edir. 
Beynəlxalq  münasibətlərin  formalaşmasında  dünya 
siyasəti  daha  fəal  rol  oynayır.  Beynəlxalq münasibətlər dünya 
siyasətinin təsiri altında da daimi dəyişir. Bununla yanaşı o dünya 
siyasətinin məzmununa və xarakterinə də təsir etmiş olur. 
Dünya  səhnəsində  dövlətlərin  qarşılıqlı  hərəkətləri 
müxtəlif  sahələrdə  ikitərəfli,  üçtərəfli  əlaqələr,  çəkişmələr  və 
münaqişələr, əməkdaşlıq (ticarət mübadiləsindən başlamış siyasi 
inteqrasiyayadək)  və  s.  bu  kimi  cəhətlər  «Beynəlxalq  siyasət» 
anlayışında əks olunur. 
“Dünya siyasəti” “Beynəlxalq siyasət”! də özündə əks 
etdirir.  Lakin  onunla  eyni  deyildir.  Dünya  siyasəti  öz 
problemlərinə və subyektlərinə görə daha genişdir. 
Beynəlxalq  siyasi  münasibətlər  bütünlükdə  Beynəlxalq 
münasibətlərin  tərkib  hissəsi  kimi  daha  böyük  xüsusi  çəkiyə 
malik  olub,  beynəlxalq  münasibətlərin  quruluşunda  sistem 
yaradan  bir  element  hesab  edilir.  Bütün  bu  anlayışların 
məzmununa  iqtisadi  baxımdan  yanaşdıqda  qeyd  etməliyik  ki, 
“Beynəlxalq  iqtisadi  münasibətlər”  də  “Beynəlxalq  müna- 
sibətlər”in  tərkib  hissəsi  kimi  dünya  iqtisadiyyatı  çərçivəsində 
fəaliyyət göstərir. 
Dünya  siyasəti  ilə  beynəlxalq  münasibətlər  fərqləndiyi 
kimi xarici siyasətlə beynəlxalq siyasət arasında da fərq vardır: 
hər  bir  dövlətin  xarici  siyasəti  konkret  olaraq  xarici  işlər 
nazirlərinin hesab edilir. İsveçrə alimi F.Brayar da xarici siyasəti 
xarici  işlər  nazirlərinin  fəaliyyəti  ilə  əlaqələndirirdi.  Burada 
dövlətin beynəlxalq siyasətinin əsas prinsipləri əks 
25 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə