E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə71/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   67   68   69   70   71   72   73   74   ...   106

qeyinin  zəifləməsinə  çalışırdılar.  Rusiya  isə  Pekin  ilə  müqavilə 
bağlamağa  səy  göstərirdi.  Rusiya  ordusunun  Çin  ərazisində 
qalması  məsələsində  də  Rusiya  rəhbərliyində  fikir  müxtəlifliyi 
vardı. 
Yaponiyaya  qarşı  Avropa  dövlətlərinin  siyasəti. 
Almaniya  bir  tərəfdən  Yaponiya  ilə  danışıqlar  aparır,  digər 
tərəfdən  isə  istəyirdi  ki,  Rusiya  onunla  müharibəyə  başlasın.  O, 
Rusiyanı  Uzaq  Şərqdə  müharibəyə  cəlb  etməklə  özü  Fransaya 
qarşı  sərbəst  hücum  etmək  imkanı  qazanmaq  istəyirdi  (Çünki 
Fransa ilə Rusiya arasında müttəfiqlik müqaviləsi vardı). Fransa 
da  Rusiyanın  müttəfiqi  olduğu  üçün  Rus  ordusunun  Şərqə 
yönəldilməsini  istəmirdi.  O  da  bilirdi  ki,  bu,  Almaniyanın 
xeyrinədir. 
Rusiya  ilə  münasibətdə  Yaponiyada  iki  mövqe  mövcud 
idi.  Bir  qrup  rəhbərlik  Yaponiya  üçün  əlverişli  şərtlər  əsasında 
Rusiya  ilə  müqavilənin  tərəfdarı  idi.  Baş  nazir  X.  İto  öz 
proqramında «Koreya - Yaponiya» - «Mançjuriya - Rusiya» (yəni 
Mançjuriyeım  Koreya  ilə  dəyişmək)  əsasında  müqavilə  təklif 
edirdi.  İkinci  ideya  ondan  ibarət  idi  ki,  hələ  ki  Yaponiya 
güclüdür, Rusiya ilə müharibəyə girişmək lazımdır. Yaponiya 
hökuməti  Almaniya  və  İngiltərə  ilə  də  danışıqlar  aparırdı. 
Almaniya  neytral  olmağına  söz  vermişdir.  İngiltərə  isə  çox 
ehtiyatla,  tərəddüdlə  müttəfiqlik  barədə  müqavilə  bağlamağa 
razılıq  vermişdir.  Elə  həmin  qarışıq  bir  zamanda  Yaponiyanın 
rəhbərliyində dəyişiklik baş vermişdir. Baş Nazir İtonu  Kasura 
əvəz  etmişdir.  O,  danışıq  apaımaq  üçün  müavinini  Peterburqa 
göndərmişdir. Burada iki məqsəd nəzərdə tutulurdu. Bir tərəfdən 
Peterburqda müəyyən saldtlik inamı yaratmaq, digər tərəfdən isə 
İngiltərəni  müqavilə  bağlamağa  tələsdirmək.  Doğrudan  da, 
Yaponiyanın bu siyasəti İngiltərəni hərəkətə gətirmişdi. 
Beləliklə,  1902-ci  il  yanvar  ayının  30-da  İngiltərənin 
xarici  işlər  naziri  Q.  Lensdaun  Yaponiya  ilə  müqavilə 
imzalamışlar. Əslində, bu müqavilə ABŞ, Almaniya və Rusiya 
226 


əleyhinə olan hərbi-siyasi müttəfiqlikdən ibarət bir müqavilə idi. 
Müqavilədə  Çin  üzərində  təsir  dairəsi  və  Yaponiyanın  Koreya 
barədəki mənafeyi də öz əksini tapırdı. İngiltərə və Yaponiya Çin 
ilə Koreya üzərində tam ağalıq etməyi, daxili işlərinə qarışmağı, 
xarici  müdaxilədən  qorumağı  nəzərdə  tuturdular.  Digər 
dövlətlərlə  müharibə  baş  verdiyi  halda  neytral  olmaq  və 
müharibənin  gedişinə  maneçilik  göstərmək,  başqa  dövlətlərlə 
əməkdaşlıq etməmək öhdəçiliyi də götürmüşlər. 
Bu  müqavilə  5  illiyə  bağlanmışdır.  Bu  müqaviləni 
bağladıqdan  sonra  İngiltərə  Rusiya  ilə  danışıqlara  getmişdir. 
Burada  da  yenə  əsas  səbəb  Almaniyanın  güclənməsi  qorxusu 
olmuşdıa. Elə bu vaxtlar Almaniya ikinci «dəniz proqramı» qəbul 
etmişdir.  İngiltərə  ilə  Almaniya  arasında  ziddiyyətlərin  artması 
bütünlükdə  Avropada  vəziyyətin  dəyişməsinə  təsir  edə  bilərdi. 
İngiltərə ilə Rusiya danışıqlarında əsas obyekt onda;a ibarət idi ki. 
Uzaq  Şərqdə  Rusiya  Mançjuriyadan  o  tərəfə  irəliləməsin.  Orta 
Asiya və Qafqazda Rusiya İngiltərə üçün müəyyən güzəştlər etsin, 
Əfqanıstanla  diplomatik  əlaqələri  kəssin  və  İran  üzərində  təsir 
dairəsi bölgüsündən də imtina etsin. İngiltərə - Rusiya danışıqları 
şəraitində Yaponiya sürətlə müharibəyə hazırlaşırdı. 
Rusiya-Yaponiya münasibətləri. Yaponiyanın  Koreya və 
Mançjuriyanı ələ keçirmək və Çinin dərinliyinə doğru irəliləmək 
səyi  başqa  dövlətlərdə  narazılıqlar  yaradırdı.  Ümumiyyətlə, 
Rusiya,  Almaniya,  İngiltərə,  Fransa  və  ABŞ-m  Çin  barədəki 
siyasətləri  ciddi  ziddiyyətlərə  səbəb  olurdu.  Bu  kimi  rəqibləri 
qabaqlamaq üçün Yaponiya öz mövqeyini möhkəmləndirərək Çin 
ilə  müharibəyə  başlamış  və  sonra  da  Rusiya  ilə  mühai'ibəyə 
hazırlaşmışdır.  Uzaq  Şərq  barədəki  strateji  plana  əsasən, 
Yaponiyanı dayandırmaq lazım idi (Yaponiyanın planı geniş idi - 
Çin, Koreya, Sibir və s.). 
Yaponiya ilə müharibənin başlanması. Yaponiya öz hərbi 
hazırlığını  gizlətmək  üçün  Rusiya  ilə  danışıqları  bərpa  etməyə 
başlamışdır. Yaponiya aşağıdakı tələbləri qoyurdu: 
227 


Koreya  üzərində  protektoratlığın  tanınması,  Koreya  ilə  Cənubi 
Mançjuriyanı  birləşdirən  dəmir  yolu  çəkilişinə  razılıq  verilməsi, 
Mançjuriya  üzərində  Rusiya  ilə  bərabər  hüquqa  malik  olması. 
Rusiya  bütün  bu  tələblərə  razılıq  versə  də,  Yaponiya  1903-cü  il 
dekabr ayının 23-də ultimatum formada tələb qoymuşdur. Bütün 
bunlara  baxmayaraq,  1904-cü  il  fevral  ayının  6-  da  Yaponiya 
Rusiya  ilə  diplomatik  əlaqələri  kəsərək  iki  gündən  sonra 
xəbərdarlıq  etmədən  Yaponiya  ordusu  Fort  Artur  və  Çemulepo 
hərbi-dəniz  bazalarına  hücuma  keçmişdir.  Beləcə  (1904-1905), 
Rusiya-Yaponiya müharibəsi başlanmışdır. 
Müharibədən  əvvəl  də,  sonra  da  Uzaq  Şərq  barədəki 
siyasətdə Peterburqda vahid fikir yox idi. Məsələn: dövlət katibi 
A.M.  Bezobrazov  hələ  «bokslaşma»  vaxtı  Çinə  daxil  olmuşdu. 
Bezobrazov  və  daxili  işlər  naziri  V.K.Pleve  Koreyada  xüsusi 
cəmiyyətlər - rus müəssisələri yaratmaq və gəlirini mənimsəməyi 
təklif edirdilər. 
Maliyyə  naziri  S.İ.Vitte,  xarici  işlər  naziri  V.N.Lamzdorf 
və  hərbi  naziri  A.N.Kuropatkin  isə  Rusiya  ordusımun  Mançju- 
riyadan  çıxanimasının  tərəfdarı  idi.  Müharibənin  başlanması  ilə 
məlum oldu ki, Bezobrazovçulann «yeni kursu» cəfəng bir siyasət 
idi. 
Rusiya  və  Yaponiya  sülh  danışıqları.  Müharibənin  ilk 
mərhələlərində Yaponlar açıq-aşkar üstünlüyə malik idilər. Tez bir 
zamanda Koreyanı tutaraq Port Artura çıxmışlar. Yaponların hərbi 
üstünlüyü  Uzaq  Şərqdə  vəziyyəti  kökündən  dəyişmişdir.  Bu  isə 
ABŞ,  İngiltərə,  Fransa  və  Almaniyanın  mövqeyində  dəyişiklik 
yaratmışdır.  İngilis  hökuməti  Yaponiyanın  London  Bankları  ilə 
əməliyyat  aparmasını  dayandırmışdı.  İngiltərə  və  ABŞ 
Yaponiyanın daha çox güclənməsini və Rusiyanın Uzaq Şərqdəki 
mövqeyinin azalmasını istəmirdilər. 
Fransa  İsə  ümumiyyətlə,  Rusiyanın  Şərqə  böyük  ordu 
yeritməsini  istəmirdi.  Odur  ki,  bütün  dövlətlər  müharibənin  tez 
qurtarmasını istəyirdilər. ABŞ-ın prezidenti T.Ruzvelt Rusiya ilə 
Yaponiya arasında vasitəçilik edirdi. Demək olar ki, hər iki 
228 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə