E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə72/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   68   69   70   71   72   73   74   75   ...   106

tərəf  müharibənin  qurtarmasının  tərəfdarı  idilər.  Yaponiyanın 
hərbi  üstünlüyünə  baxmayaraq,  iqtisadi  və  maliyyə  çətinliyi 
açıq-aşkar  duyulurdu.  Müharibəni  davam  etdirmək  imkanlan 
tükənmişdi. 
Rusiya  müəyyən  iqtisadi  üstünlüyə  malik  olsa  da,  hərbi 
geriliyi  çox  idi.  Bundan  əlavə,  Rusiyada  artıq  inqilab  dalğalan 
duyulurdu. Beləliklə, Rusiya ilə Yaponiya arasında danışıqlar 
1905-
 
ci  il  avqust  ayının  19-da  Portsmut  kurort  şəhərciyində 
aparılmışdır. Danışıqlar 27 gün davam etmişdir. Yaponlar Saxalin 
adasını tələb etməklə yanaşı, 1200 mln. ien hərbi cərimə ödəməyi 
də  tələb  edirdilər.  Cərimə  məsələsində  Rusiya  nümayəndələri 
ümumiyyətlə  danışıqları  dayandırmaq  qərarına  gəlmişlər.  T. 
Ruzvelt də Rusiya nümayəndələrini müdafiə etmişdir. II Nikolay 
Saxalin adasının cənub hissəsini yaponlara vermişdir. 
Nəhayət,  1905-ci  il  sentyabr  ayının  5-də  Port-smutda 
Rusiya  ilə  Yaponiya  arasında  sülh  müqaviləsi  imzalanmışdı. 
Müqavilə  15  əsas  və  2  əlavə  bənddən  ibarət  olmuşdur. 
Müqaviləyə əsasən, Rusiya Yaponiyanın Koreya üzərindəki bütün 
maraqlarını  tanımış,  Yaponiya  hökumətinin  Koreyadakı 
fəaliyyətinə  hər  hansı  bir  mənada  maneçilik  etməyəcəyinə  söz 
vermişdir.  Hər  iki  dövlət  Mançjuriyadan  öz  qoşunlarını  qismən 
çıxarmalı  olmuşlar.  Beləcə,  1904-1905-ci  il  Rusiya-Yaponiya 
müharibəsi  qurtarmışdır.  Bu  vaxtdan  da  beynəlxalq  miqyasda 
qüvvələrin yenidən qruplaşması prosesi dəyişmişdir. 
229 


XV
 
Fəsil. 
AVROPADA İKİ ƏKS BLOKUN 
YARADILMASI 
VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
Əvvəlinci fəsillərdə qeyd etmişdik ki, XIX əsrin axırları - 
XX  əsrin  əvvəllərində  bir-birinə  əks  iki  blok  yaradılmışdır. 
Dövlətlər arasında müqavilələr yaransa da, onlar çox ziddiyyətli 
xarakter  daşıyırdılar.  Avropa  dövlətləri  tədricən  öz  diplomatik 
fəaliyyətlərini  artırmışlar.  Fransa  ilə  Almaniyanın  hər  biri  öz 
üstünlüyü  üçün  həmişə  müharibəyə  hazırlaşmış  və  özlərinə 
müttəfiq axtarmalı olmuşlar. 
Fransa-İngiltərə, İtaliya və Rusiya ilə danışıqlar aparırdı. 
Almaniya da Rusiyanı öz tərəfinə çəkməyə çalışırdı və İtaliya ilə 
danışıqlar  aparırdı.  Beləliklə,  Fransa  Almaniyanı  qabaqlayaraq 
1902-ci  il  noyabr  ayının  1-də  İtaliya  ilə  (bir-  birinə  hücum 
etməmək  barədə)  müqavilə  bağlamışlar.  Başqa  dövlətlərin 
hücumuna  məruz  qaldıqda  isə  neytral  olmaq  barədə  öhdəçilik 
götürmüşlər. 
Fransa  -  İngiltərə  razılaşmaları.  Bir  neçə  vaxt  idi  ki, 
Fransa  ilə  İngiltərə  arasında  soyuq  münasibət  davam  edirdi. 
Fransanın  xarici  işlər  naziri  Delkasse  münasibətlərin 
yaxşılaşdırılması məqsədi ilə bir neçə dəfə danışıqlar aparmışdır. 
Nəhayət,  1903-cü  ildə  (yazda)  İngiltərənin  Kralı  VII  Eduard 
Parisdə  olmuşdur.  Hər  iki  tərəf  İngiltərə  ilə  Fransa  arasında 
dostluğun  vacibliyindən  danışmışdı.  Həmin  ilin  yaymda  Fransa 
prezidenti  Lube  Emil  (1838-1929)  Londona  getmişdir.  Bu 
vaxtdan  da  İngiltərə-Fransa  əlaqələri  ardıcıl  xarakter  almışdır. 
Müstəmləkə  məsələsi  üzrə  onların  arasında  müəyyən  qarşı- 
dmmalar vardır. 
Uzun  müddətli  damşıqlardan  sonra  1904-cü  il  aprel 
ayının  8-də  Londonda  Fransa  ilə  İngiltərə  arasında  müqavilə 
imzalanmışdır.  Bu  müqavilə  «Qəlbən  razılıq»  adlamr  (Entente 
Cordial) (rus dilində Antanta). Müqavilə İngiltərənin Xarici 
230 


işlər  Naziri  Laıısdaun  və  Fransanın  Londondakı  səfiri  Kamben 
tərəfindən imzalanmışdır. Müqavilə iki hissədən ibarət idi: Açıq 
və məxvi. 
Açıq 
hissədə  Misir  və  Mərakeş  barədə,  Siam, 
Madaqaskar  və  yeni  Hebrid  adaları  barədə  bəyannamələr  əks 
olunmuşdur. Məxvi hissədə isə İngiltərə ilə Fransanın müstəmləkə 
məsələləri, Almaniyaya qarşı birgə mübarizə məsələləri öz əksini 
tapmışdır.  Bununla  yanaşı,  İngiltərənin  Misirə,  Fransanın  isə 
Mərakeşə  sərbəst  hərəkəti  barədə  də  razılıq  əldə  edilmişdir. 
Misirlə Mərakeşdə müəyyən dəyişiklik edilməsi mümkünlüyü də 
qeyd edilmişdir. 
İngiltərə-Almaniya  blokunun  genişlənməsi.  Rusiya  da 
Antantanın  iştirakçısı  olmağa  səy  göstərirdi.  Lakin  bəzi 
maneçiliklər  olmuşdur,  Almaniya  İngiltərə  ilə  Fransa  arasındakı 
1904-cü il müqaviləsi barədə bildikdən sonra Rusiyanın bu ittifaqa 
qoşulmasına  hər  cür  maneçilik  göstərirdi.  Eləcə  də  Fransa  ilə 
Rusiya  arasında  sədd  çəkməyə  çalışırdı.  Beləliklə,  bu 
müqavilədən  sonra  Almaniya  İngiltərəyə  əks  duran  bir  qüvvə 
axtarırdı. Berlində Rusiyaya qarşı xüsusi maraq göstərirdilər. Bu 
isə Londonla Peterburq arasında olan ziddiyyəti nisbətən artırırdı. 
Beləliklə, Berlin Rusiya ilə müttəfiqlik barədə müqavilə bağlamaq 
fikrində  idi.  Bu  müqavilənin  layihəsini  Almaniya  diplomatları 
hazırlamışlar. Müqavilənin əsas mə
2
:- munu bundan ibarət idi ki, 
Avropa  dövlətləri  onların  hər  hansı  birinə  hücum  edərsə,  bütün 
hərbi qüvvələri ilə bir-birinə köməklik etsinlər. 
Lakin  Rusiyanın  Fransa  ilə  müqaviləsi  vardı.  Deməli, 
Rusiya  Almaniya  ilə  ittifaqa  girərsə,  Fransa  ilə  münasibətlər 
pozulurdu.  Fransa  Rusiyanın  əsas  kreditoru  idi.  Yaponiya  ilə 
müharibədə Rusiya ondan kifayət qədər maliyyə vəsaiti almışdı. 
Odur  ki,  Rusiya  Fransa  ilə  məsləhətləşmək  istəyirdi.  Almaniya 
buna razı  olmurdu. Odur ki,  Almaniya ilə Rusiyanın  ittifaqı  baş 
tutmamışdı. 
231 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə