E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   69   70   71   72   73   74   75   76   ...   106

Fransanın  mövqeyini  zəiflətmək  üçün  Mərakeş  barədə 
Fransa ilə  İngiltərə arasındakı 1905-ci il razılaşmalarının həyata 
keçirilməsinə Almaniya maneçilik etmək istəyirdi. 
1905-
 
ci  ilin  yayında  II  Vilhelmlə  II  Nikolay  Berke  (Baltikdə) 
adasında görüşmüşlər. Yenə də müqavilə barədə danışıqlar həyata 
keçirilmişdir.  Almanlar  təklif  edirdilər  ki,  bu  müqavilə 
Rusiya-Fransa  müqaviləsinin  davamı  kimi  götürülsün.  Əslində, 
bu layihə 1904-cü il layihəsindən heç də fərqlənmirdi. Odur ki, 
Peterburqda  tamamilə  bu  ittifaqın  əleyhinə  çıxmışdılar. 
Vəziyyətdən  çıxmaq  üçün  II  Nikolay  məcbur  olub  (1905-ci  il 
sentyabr ayının 24-də) müqavilənin qüvvəyə minmək müddətinin 
uzadılmasını bildirmişdir. 
Fransa  isə  istəyirdi  ki,  Rusiya  İngiltərə  ilə  ittifaq 
müqaviləsi bağlasın. London da Rusiya ilə yaxınlaşmağa üstünlük 
verirdi.  Rusiyasız  İngiltərə  -  Fransa  İttifaqı  o  qədər  də  real 
görünmürdü. Lakin İngiltərə ilə Fransa arasında hərbi əməkdaşlıq 
da  möhkəmlənirdi.  1906-cı  ildə  Rusiya  ilə  Fransanın  baş 
ştablarının  rəisləri  görüşmüşlər.  Fransa  və  İngiltərə  yaponlarla 
müharibədən sonra Rusiya ordustmun bərpa edilməsində maraqlı 
idilər.  Rusiya  diplomatiyasında  olan  dəyişikliklər  də  İngiltərə  - 
Rusiya yaxınlaşmasına zəmin yaradırdı. 
1906-
 
cı  ilin  yazında  xarici  işlər  naziri  Lamzdorfu  A.P.  İzvols- 
kiy əvəz etmişdir. O, İngiltərə - Rusiya İttifaqının yaradılmasım 
daha çox dəstəkləyirdi. 
1906-1907-ci  illərdə  Rusiya  müəyyən  qədər  bəzi  zəruri 
xarici siyasi məsələləri həll edə bilmişdir. Bolqarıstanla gömrük 
ittifaqı  barədə  müqavilə,  balıq  tutulmasına  dair  və  siyasi 
razılaşmalar 
barədə 
Yaponiya-Rusiya 
müqavilələri 
imzalanmışdır.  İngiltərə  Fransa  ilə  müqavilədən  sonra  Rusiyam 
da  «Antanta»ya  cəlb  etmək  istəyirdi.  İngiltərə  burada  həm 
Almaniya  ilə  müharibəni  və  həm  də  Şərqdə  öz  mövqeyini 
möhJcəm-  lətməyi  nəzərdə  tuturdu.  Rusiyanın  mənafeyi  də  onu 
İngiltərə  ilə  yaxınlaşmağa  sövq  edirdi.  Deməli,  burada  hər  iki 
dövlətin Orta Şərqə olan marağı əks olunurdu. 
232 


Beləliklə,  1907-ci  il  avqust  ayının  31-də  Peterburqda 
İngiltərə  ilə  Rusiya  arasında  müqavilə  imzalanmışdı.  Müqavilə 
Rusiyanın  xarici  işlər  naziri  A.P.  İzvolski  və  İngiltərənin  səfiri 
A.NikoIson  tərəfindən  imzalanmışdır.  Bu  müqavilədə  İran  və 
Əfqanıstana  olan  münasibət  məsələsi  də  öz  əksini  tapmışdır. 
Əslində,  isə  bu,  Rusiyanın  «Antanta»ya  qoşulması  demək  idi. 
Beləliklə,  1907-ci  ilin  payızında  İngiltərə,  Fransa  və  Rusiya 
arasında  yaranan  ittifaq  reallığa  çevrilmişdir.  «Antanta»nm 
formalaşmasında  və  möhkəmlənməsində  Fransanın  baş  naziri 
J.Klemansçonun böyük rolu olmuşdur. 
233 


XVI
 
Fəsil. 
BALKAN MÜHARİBƏSİYƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
İngiltərə-Almaniya  qarşıdurmasının  əsas  cəhətləri 
Antantanın  yaradılması,  Avropada  iki  blok  arasındakı 
ziddiyyətləri  daha  da  artırmışdır.  Almaniya  yeni  tipli  gəmilər 
istehsal  etməyə  başlamışdır.  Silahlanmanın  azaldılması  barədə 
İngiltərənin  diplomatiyası  da  Almaniyaya  təsir  etməmişdir. 
1907-ci  ildə Haaqa Konfransında və 1908-ci  ildə  İngiltərə Kralı 
VII  Eduard  ilə  II  Vilhelmin  görüşündə  də  bir  nəticə  əldə 
edilməmişdir.  Almaniyada  gəmi  quruculuğunun  sayı  artırdı. 
Nəticədə,  İngiltərə belə qərara gəlmişdir ki,  Almaniyada hər bir 
gəmi müqabilində iki ədəd gəmi hazırlansın. 
Yalmz  dəniz  üstünlüyü  deyil,  hər  iki  blok  Balkanda  və 
Yaxın Şərqdə öz mövqeyini möhkəmlətməyə çalışırdı. Almaniya 
Türkiyəni  də  özünə  tabe  etdirməyə  çalışırdı.  Bağdad  dəmir 
yolunun çəkilişi barədə razılıq aldıqdan sonra onun təsiri daha da 
artmışdı.  Türkiyə  də  almanların  köməkliyi  ilə  öz  hakimiyyətini 
möhkəmlətməyi  nəzərdə  tuturdu.  Bütün  bunlar  İngiltərənin 
siyasətinə zidd idi (Hindistana aparan yol olduğu üçün) İngiltərə 
Berlinin Yaxın Şərq regionundakı hərəkətlərini diqqətlə izləyirdi. 
Beləliklə,  hər  cürə  maneçiliklər  göstərməyə  çalışırdı.  Bağdad 
dəmir  yolunun  çəkilişini  maliyyələşdirməkdən  imtina  etmişdir. 
Türkiyəyə 
təsir 
edir, 
onu 
Makedoniya 
üzərindəki 
hakimiyyətindən məhrum edilməsi ilə hədələyirdi. 
Rusiya-Avstriya 
münasibətləri 
Avstriya-Macarıstan 
Rusiyanın çətinliklərindən istifadə edərək Balkan ölkələrinə təsiri 
artırırdı.  Beləliklə  də.  Egey  dənizi  sahilinə  olan  çıxışı 
genişləndirməyə  çalışırdı.  1908-ci  ilin  əvvəllərində  məlum 
olmuşdur  ki,  Salonikiyə  dəmir  yolu  çəkilişi  layihəsi 
hazırlanmışdır.  Makedoniya  üzərində  Avstriya-Macarıstanın 
mövqelərinin  artdığını  görən  Rusiya  Balkan  hadisələrinə  daha 
ciddi fikir verməyə başlamışdır. 
234 


Xarici  işlər  naziri  A.P.  İzveolskiy  İngiltərə  ilə  danışığa 
girərək  Rusiyanın  onlarla  birgə  hərəkət  etməsini  və  müdafiə 
mövqeyindən  əl  çəkməsini  təklif  edirdi.  Lakin  hökumət 
nümayəndələri  onu  o  qədər  də  dəstəkləmirdilər.  Serbiyanın 
Avstriya-Macarıstanın  iqtisadi  və  siyasi  asılılığından  azad 
olmasına köməklik etmək üçün Rusiya Dunaydan Adriatik dənizi 
sahilinədək dəmiryolu çəkilişi layihəsi hazırlanmışdı. Avstriya bu 
layihənin  əleyhinə  çıxmışdır.  İngiltərə  isə  bu  layihəni 
dəstəkləyirdi. Onun müqabilində isə Rusiya Makedoniyada islahat 
aparmaq  üçün  İngiltərəni  dəstəkləməli  idi.  Dəmiryolu  çəkilişi 
barədəki danışığa Türkiyədə baş verən hadisələr də təsir etmişdir. 
Türkiyədə  zabitlərin  üsyanı  olmuşdur.  Yeni  Konstitusiya  qəbul 
edilmişdir. 
Türkiyənin  xarici  siyasi  kursu  Almaniyadan  İngiltərəyə 
keçmişdir.  Avstriya-Macarıstan  öz  planlarını  həyata  keçirmək 
üçün  Rusiyaya  söykənməyi  qərara  almışdı.  Avstriya-Macarıstan 
belə  hesab  edirdi  ki,  Qara  dəniz  boğazı  məsələsində  Rusiyaya 
köməklik 
etməklə 

da 
Bosniya 
Herseqovinanın 
Avstriya-Macanstana  birləşməsinə  razılıq  verərdi.  1908-ci  ilin 
sentyabr  ayında  Avtsriyanın  xarici  işlər  naziri  Erental  və 
Rusiyanın xarici işlər naziri A.P.lzvolski Buxlau sarayında şifahi 
razılıq əldə etmişlər. Bu danışıqlar tam qurtarmamışdır. 1908- ci 
ilin oktyabr ayında Avstriyanın imperatoru Frans İosif Bosniya və 
Hersoqovinanın təslimçiliyi barədə sənədi imzalamışdı. Beləliklə, 
xarici işlər naziri İzvoskinin Fransaya və İngiltərəyə səfəri elə bir 
nəticə  verməmişdi.  Qara  dəniz  boğazı  məsələsinə  də  yenidən 
baxılması baş tutmamışdı. 
İtaliya  ilə  məxvi  razılaşma.  Bu  uğursuzluqdan  sonra 
Rusiya İtaliya ilə müqavilə bağlamağı zəruri hesab edirdi. Burada 
Balkan üzərindəki hüququ saxlamaq və hazırki mövcud vəziyyətə 
zidd hərəkətlərə qarşı birgə cavab vermək nəzərdə tutulurdu. Bu 
müqavilə 1909-cu il oktyabr ayının 24-də Rakkonidcidə İtaliyanın 
xarici  işlər  naziri  Titoni  və  Rusiyanın  xarici  işlər  naziri  A.P. 
İzvolski tərəfindən imzalanmışdır. Beş 
235 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə