E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə74/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   70   71   72   73   74   75   76   77   ...   106

maddədən ibarət olan bu sənəd məxvi olaraq iki nazirin qarşılıqlı 
məktubu kimi saxlanırdı. 
Müqavilədə  İtaliyanın  öhdəçiliyi  Qara  dəniz  boğazı 
məsələsində  Rusiyanı  dəstəkləmək,  Rusiyamn  öhdəçiliyi  isə 
Tripoolitani 
və 
Kirenankedə 
İtaliyanın 
maraqlarını 
dəstəkləməkdən ibarət idi. 
Almaniyanın 
Rusiyaya 
ultimatumu. 
Avstriya 

Macarıstanın  Balkandakı  siyasəti  Serb  xalqımn  qəzəbinə  səbəb 
olmuşdu. Rusiyada da ictimai rəy serblərin tərəfində idi. Bu isə 
Vyanaya  sərf  etmirdi.  Rusiyaya  təsir  etmək  üçün  Vyana  öz 
müttəfiqi  olan  Almaniyadan  istifadə  etmək  qərarına  gəlmişdi. 
1909-cu ilin mart ayında Almaniyanın Rusiyadakı səfiri Portales 
Izvolskiyə ultimatum xarakterli nota vermişdi. Berlin Rusiyamn 
Serbiya barədəki dəqiq mövqeyini bilmək istəyirdi. Əgər Rusiya 
Serbiyaya kömək edərdisə, onda Almaniya Avstriyanın Balkanda 
sərbəst hərəkətinə yol verəcək idi. Odur ki, II Nikolay II Vilhelmə 
məlumat verdi ki, Rusiya almanların şərtini qəbul edir. Beləliklə, 
bir neçə gündən sonra Serbiya Avstriyaya təslim oldu. 
Mərakeşdə 
vəziyyət 
Aydındır 
ki, 
beynəlxalq 
münasibətlərdəki  bu  qarışıqlıq  yalnız  Balkanda  deyil,  başqa 
regionlarda da mövcud idi. Fransa Mərakeşə olan təsirini daha da 
artırırdı.  Bu  isə  Almaniyanı  qıcıqlandırırdı.  1908-ci  ilin  avqust 
ayında Mərakeşdə olan qarışıqlıq zamanı Sultan Mulay Havid və 
onun  qardaşları  öldürülmüşdür.  Bir  nəfər  də  fransız  vətəndaşı 
öldürülmüşdür. Bundan istifadə edən Fransa hökuməti Əlcəzairin 
sərhəd  rayonlarına  ordu  yeritmiş  və  Kasablanka  limanım  zəbt 
etmişdir. Almaniya Fransanın belə hərəkətini izləyirdi. Qarışıqlıq 
salanların  həbsi  zamanı  Alman  səfirliyinin  katibi  də  zərər 
çəkmişdir.  Bu  vəziyyəti  daha  da  gərginləşdirmişdir.  Berlin 
müəyyən  diplomatik  danışıqlarla  kifayətlənmişdir.  Fransa  isə 
alman  vətəndaşı  üçün  Mərakeşdə  bərabər  hüquqlu  kommersiya 
fəaliyyəti  aparmasına  zəmin  yaratmışdır.  Rusiyanın  xarici  işlər 
naziri İzvolskiy qeyri-səmərəli xarici 
236 


siyasətinə görə istefaya buraxılmış və 1910-cu ildə S.D. Sazo- nov 
xarici  işlər  naziri  təyin  edilmişdir.  Sazonov  ehtiyatlı  və 
düşünülmüş siyasətin tərəfdarı idi. 
Antantanın dağılmasına Almaniyanın təsiri. 1910-cu ilin 
axırlarında  Potsdamda  II  Nikolay  ilə  II  Vilhelmin  görüşü 
olmuşdur.  Hər  iki  xarici  işlər  nazirləri  də  burada  görüşmüşlər. 
Potsdam  görüşündə  Almaniya  yenə  Rusiyaya  qarşı  xeyirxafı 
münasibətdə  olduğunu  bildirirdi.  O,  eyni  zamanda  bildirirdi  ki, 
Avstriya  -  Macarıstanın  Balkan barədəki  siyasətini  gələcəkdə də 
dəstəkləməyəcəkdir. Bundan əlavə, Rusiya ilə Almaniya arasında 
müqavilənin layihəsi də hazırlanmışdı. Bu layihəni Berlin təqdim 
edirdi. Layihədə Bağdad dəmir yolu çəkilişinə olan münasibətdən 
başqa  tərəflər  arasında  qarşılıqlı  öhdəçiliklər  də  öz  əksini 
tapmışdır. 
Əslində,  bu  layihə  Rusiyamn  açıq-aşkar  Antantadan 
çıxması  demək  idi.  Layihə  uzun  müddət  Peterburqda  müzakirə 
edilmiş  ,  1911-ci  il  avqust  ayının  19-da  (10  aydan  sonra) 
imzalanmışdır.  Müqavilədə  hər  iki  dövlətin  Bağdad  dəmir  yolu 
çəkilişinə,  İran  və  Türkiyəyə  olan  münasibəti  -  siyasəti  əks 
olunurdu.  Hər  halda  Almaniyanın  səylərinə  baxmayaraq  Rusiya 
Antantadan çıxmamışdı. 
Almaniyanın Mərakeşdə möhkəmlənməsi səyləri. 
1911-
 
ci ildə Mərakeşdə baş verən hadisə Avropaya səs salmışdı. 
Yazda Mərakeşin mərkəzinin Fes rayonunda üsyan baş vermişdir. 
Bundan istifadə edən fransızlar oranı zəbt etmişlər. Almaniya buna 
çox tez reaksiya vermişdir. Berlində belə qərara gəlmişlər ki,  ya 
Fransadan  Mərakeşin  ərazisinin  bir  hissəsini  və yaxud  müəyyən 
məbləğ  pul  istəsinlər.  Müəyyən  məsləhətləşmələrdən  sonra 
Mərakeşin  Mahador  və  Aqadir  (burada  almanların  müəssisələri 
vardı) rayonlarını zəbt etməli olmuşlar. 
1  iyul  1911-ci  ildə  Almaniyanın  hərbi  «Pantera»  gəmisi 
Aqadirə  daxil  olmuşdur  (tarixdə  bu  «Panteranm»  tullanması 
adlanır). Bundan əlavə, Almaniya Mərakeş sahillərinə yüngül 
237 


kreyser  də  (sürətli  gəmi)  göndərmişdi.  Beləliklə,  Almaniya  və 
Fransa  diplomatlan  arasında  danışıqlar  başlanmışdır.  Burada 
Londonun da böyük təsiri vardır. Britaniyanın xarici işlər nazirliyi 
qəti xəbərdarlıq etmişdir ki, Almaniyanın Mərakeşə soxulmasına 
heç vaxt imkan verməyəcəkdir. 
1911-ci  ildə  Fransa  ilə  Almaniya  arasında  müqavilə 
imzalanmışdı.  Almaniya  Mərakeş  üzərində  Fransanın  Protektor- 
luq  hüququnu  tanımışdır.  Bunun  müqabilində  o,  Konqonun  bir 
hissəsini  Almaniyaya  güzəştə  getmişdir.  Mərakeş  hadisələri 
bütünlükdə  bir  tərəfdən  Almaniya  ilə  Fransa,  digər  tərəfdən 
İngiltərə  ilə  olan  münasibətləri  daha  da  kəskinləşdirmişdir. 
İngiltərə və Fransada da Almaniyaya qarşı əks fikirlər artmışdır. 
Fransa  və  Almaniyada  şovinist  cəhətlər  özünü  göstərirdi.  Artıq 
Almaniyada  Fransaya  qarşı  müharibəyə  başlamaq  səsləri 
duyulurdu. 
Balkanda  vəziyyət-  Balkanda  gərginlik  artmaqda  davam 
edirdi.  1911-ci  ilin  sentyabrında  İtaliya  Türkiyəyə  ultimatum 
göndərmişdir.  O,  Tripoli  və  Kerenankunu  əldə  etmək  üçün 
müharibəyə  başlamışdır.  İtaliya  donanması  Türkiyə  sahillərinə 
yaxınlaşaraq  bəzi  limanları  bombalamışdır.  Rusiya  bu 
müharibədən istifadə edərək öz səfiri Çarıkov vasitəsilə vəzir Səid 
paşaya  müqavilə  üçün  layihə  təqdim  etmişdir.  Rusiya  hərbi 
gəmilərinin boğazlardan sərbəst hərəkəti üçün razılıq əldə etmək 
istəyirdi.  Burada  Fransa  və  İngiltərə  Rusiyanı  dəstəkləməmişdi. 
Beləliklə, Rusiyanın niyyəti baş tutmamışdır. 
İngiltərə-Almaniya  danışıqları.  Avropada  uzun  müddət 
İngiltərə  ilə  Almaniya  arasında  qarşıdurma  mövcud  olmuşdur. 
Buna  baxmayaraq,  1912-ci  ilin  fevral  ayında  İngiltərənin  hərbi 
naziri XoJden Berlinə gəlmişdir. Bu hadisə bir çox dövlətlər üçün, 
xüsusilə,  Fransa  və  Rusiya  üçün  gözlənilməz  olmuşdur.  Burada 
əsas məqsəd  guya müharibə barədə olan  gərginliyi  azaltmaqdan 
ibarət idi. 
İngiltərənin  nümayəndəsi  əvvəlcədən  Parisə  bildirmişdi 
ki, bu səfər onlann xarici siyasətində heç bir dəyişiklik 
238 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə