E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə75/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   71   72   73   74   75   76   77   78   ...   106

etməyəcəkdir. Onlar hər hansı bir sahədə müqavilə bağlanmasım 
da  nəzərdə  tutmamışlar.  Almaniyanın  xarici  işlər  naziri 
Betman-Halvet  əksinə  Xolden  ilə  müəyyən  danışıqlar  aparmaq 
istəyirdi.  Bunımla  da,  bir  tərəfdən  İngiltərə,  digər  tərəfdən  isə 
Fransa  və  Rusiya  ilə  olan  münasibətlərdəki  inamsızlığı  aydın 
bildirmək  istəyirdi.  Bu  məqsədlə  də  neytrallıq  barədə  müqavilə 
bağlamağı  təklif  edirdi.  Lakin  nə  neytrallıq  barədə  müqavilə 
bağlanmadı, nə də Xoldenin Berlinə getməsi bir nəticə vermədi. 
Bütün bunlar onu göstərmişdir ki, İngiltərə və Almaniya müxtəlif 
mövqelərdə dayanırlar. İngiltərə 1912-ci ildə qərar qəbul etmişdir 
ki, Almaniyada yaradılmış bir gəmi əvəzinə 2 gəmi yaradılmalıdır. 
Balkan  blokunun  formalaşdırılması.  Balkanda  yaranan 
vəziyyət,  Avstriya-  Macanstanın  mürtəce  hərəkətləri,  İtaliya  ilə 
Türkiyə  arasında  müharibə  kimi  hadisələr  Balkan  dövlətlərində 
Türkiyə  əleyhinə  ittifaq  yaratmaq  ideyası  aşılayırdı.  Rusiya  bu 
qüvvələrin  birləşməsini  dəstəkləyirdi.  Lakin  Türkiyə  əleyhinə 
deyil,  Avstriya-Macanstan  əleyhinə  olmasını  arzulayırdı. 
Bolqarıstan və Yunanıstan isə Türkiyəyə qalib gəlmək və bununla 
da Türklərin əsarətindən tam azad olmağı nəzərdə tuturdular. 
Serbiya Avstriyaya qarşı mübarizə apararaq dənizə çıxış 
əldə  etməyə  çalışırdı.  Serbiya  və  onun  baş  naziri  Milonoviç 
Makedoniyaya 
təsir 
dairəsinin 
bölüşdürülməsi. 
Balkan 
dövlətlərinin  blokunun  yaradılması  və  beləliklə  Türkiyəyə  qarşı 
birgə  mübarizə  ideyası  ilə  çıxış  edirdi.  Rusiya  bu  ideyanı 
dəstəkləyirdi. Lakin qorxurdu ki, Almaniya Avstriya-Macarıstan 
da  müharibəyə  qoşulmuşlar.  Rusiyada  gedən  hərbi  qüvvələrin 
islahatı  qurtarmamış  onu  da  müharibəyə  cəlb  edərlər.  Qeyd 
etməliyik  ki.  Balkan  dövlətlərinin  özündə  də  birlik  yox  idi. 
Serbiya  Makedoniyanın  bölüşdürülməsini  nəzərdə  tuturdu. 
Bolqarıstan  isə  bütün  Makedoniya  ərazisinin  birləşdirilməsini 
istəyirdi.  Belə  bir  fikir  müxtəlifliyi  şəraitində  Bolqarıstanla- 
Serbiya arasında 1912-ci ilin mart ayında müttəfiqlik müqavi 
239 


ləsi bağlanmışdır. Müqavilə 7 bənddən və məxvi hissədən ibarət 
idi. Hər iki dövlət biri-birinin müstəqilliyinə və ərazi bütövlüyünə 
təminat  vermişdir.  Eyni  zamanda,  bunların  hər  hansı  birinə 
kənardan  hücum  olarsa,  bütün  qüvvələri  ilə  köməklik  etmək 
barədə öhdəçilik götürmüşlər. 
Məxfi  hissədə  qeyd  edilirdi  ki  Türkiyədə  hər  hansı  bir 
(jarışıqlıq  yaranarsa  (Balkan  yanmadasına  zərər  dəyməməsi 
üçün), Rusiya ilə məsləhətləşərək hərbi fəaliyyətə başlaya bilərik. 
Birinci  müqavilədən  2  ay  sonra  1912-ci  ilin  may  ayında  hər  iki 
ölkə  arasında  hərbi  müqavilə  bağlandı  (Burada  Türkiyə  və 
Avstriya ilə  yaranacaq müharibə nəzərdə tutulurdu). Bolqarıstan 
və  Serbiya,  eyni  zamanda,  Yunanıstan  və  Çernoqoriya  ilə  də 
danışıqlar aparırdı. Razılaşmaya uyğun olaraq, Serbiya 150 min, 
Bolqarıstran isə 200 min nəfər ordu çıxarmağı qərara almışlar. Elə 
həmin  vaxt  Bolqarıstanla  Yunanıstan  arasında  da  müttəfiqlik 
müqaviləsi  bağlanmışdı.  Bolqanstan  və  yaxud  Yunanıstana 
kiminsə  hərbi  müdaxiləsi  olduqda,  hər  iki  tərəf  bütün  gücü  ilə 
köməklik  göstərmək  barədə  öhdəçilik  götürmüşdür.  Dəfələrlə 
qeyd  etdiyimiz  kimi,  Rusiya  Balkan  dövlətlərinin  birliyinin 
yaradılmasını  dəstəkləyirdi.  Lakin  Türkiyə  üzərinə  hücum 
etmələrini  istəmirdi.  Balkan  dövlətləri  isə  öz  fikrindən 
dönməyirdi. 
1912-
 
ci  ildə  oktyabr  ayının  9-da  Çernoqoriya  hərbi 
hərəkətə  gələrək  1-ci  Balkan  müharibəsinin  başlanğıcını  qoydu. 
Bir  neçə  gündən  sonra  Serbiya  Bolqarıstan  və  Yunanıstan  da 
müharibəyə  qoşuldular.  Balkan  dövlətləri  qısa  bir  müddətdə 
Türkiyə  ordusunu  sıxışdıraraq  Türkiyənin  Avropa  ərazisinin 
böyük  bir  hissəsini  tutdu.  Bolqanstan  ordusu  Konstantinopola 
yaxınlaşırdılar.  Bu  vaxt  Türkiyə  sülh  bağlamağı  təklif  etməli 
olmuşdur. 
240 


XVII
 
Fəsil. 
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ 
ƏRƏFƏSİNDƏ DİPLOMATİYA 
«Balkan  müharibəsi»  Avropada  olan  gərginliyi  daha  da 
artırmışdı. Balkan ölkələri üzərində olan Türkiyə sahibliyinə son 
qoyulmuşdur.  İndi  də  Türkiyə  ilə  müharibə  aparan  dövlətlər 
arasında  mübarizə  başlanmışdır.  Avstriya-Macarıstanın  bu 
regionun  Şimal-Qərbində,  Türkiyənin  isə  şərqində  müəyyən 
planları  vardı.  Avstriya  Serbiyanı  vurmağı,  Türkiyə  isə  Egey 
adasını qaytarmağı nəzərdə tuturdu. Berlin və Peterburq da bunlan 
izləyirdilər. 
Almaniya  vaxt  gözləyirdi  ki,  dünyanın  bölüşdürülməsi 
üstündə müharibəyə başlasın. 
Rusiya  isə  Serbiyanın  taleyi  ilə  maraqlanırdı.  Onu 
gələcəkdə  Avstriya-Macarıstana  qarşı  özünə  müttəfiq  hesab 
edirdi.  Bütün  bu  hadisələr  Fransa  və  İngiltərəni  də 
maraqlandırırdı.  Paris  bilirdi  ki,  Rusiya  məğlub  olarsa 
zəifləyəcəkdir və demək Almanlara da hər hansı bir mənada təsir 
etmək imkanından məhrum olacaqdır. 
İngiltərə də Fransa ilə müttəfiq  kimi  öz müttəfiqinin  və 
«Antanta»nm  zəifləməsini  istəmirdi.  İngilis  diplomatiyası 
1914-cü  il  iyulun  sonunadək  öz  məqsədini  gizlədirdi.  Bundan 
əlavə  ingilislər  Almaniya  ilə  bəzi  danışıqlar  da  aparırdı.  Bəzi 
məsələlərə  görə  isə  -  Bağdad  dəmir  yolunun  çəkilməsinin 
maliyyəlşədirilməsi,  Portuqaliya  müstəmləkələrinin  taleyi, 
Albaniya  sərhədlərinin  müəyyən  edilməsi  və  s.  ikinci  dərəcəli 
mövqedə  qalırdı.  Bütün  bunlarla  yanaşı  İngiltərə  Fransa  ilə 
dostluq münasibətlərində olduğunu nümayiş etdiridi. 
Müharibə ərəfəsində ziddiyyətlərin kəskinləşməsi. 
1913-
 
cü  ilin  axırları-1914-cü  ilin  əvvəllərində  Rusiya  ilə 
Almaniya  arasındakı  münasibətlər  kəskinləşmişdir.  1913-cü  ilin 
noyabr  ayında  Almaniya  Türkiyəyə  hərbi  nümayəndə  qrupu 
göndərmişdir. Bu hərbi nümayəndə qrupu İstanbulda 
241 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə