E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə76/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   72   73   74   75   76   77   78   79   ...   106

ordu koıpusuna rəhbərlik edərək Bosforu nəzarətdə saxlamalı idi. 
Müəyyən  ciddi  danışıqlardan  sonra  hərbi  nümayəndənin  rəhbəri 
Liman  Fon  Sanders  öz  komandanlığının  rəhbərliyindən  imtina 
etmişdir. Buna baxmayaraq Almaniya Türkiyədə müəyyən qədər 
ordu saxlayırdı. Bu, Almaniyanın müəyyən qədər təsir dairəsinin 
olmasını  göstərirdi.  Bu  isə  Rusiya-  Almaniya  münasibətlərinin 
pisləşməsinə təsir edirdi. Həmin vaxtlar Fransanın  təşəbbüsü ilə 
İngiltərə ilə Rusiya ai'asmda da danışıqlar gedirdi. 
Danışıqlar  əsasən  hərbi-dəniz  məsələləri  üzrə  aparılırdı. 
FLusiya  donanmasının  zəifliyindən  istifadə  edən  İngiltərə  daha 
çox güzəştlər tələb edirdi. Rusiya isə razılaşmırdı. Beləliklə heç 
bir müqavilə bağlana bilməmişdi. 
Müharibənin  başlanması.  1914-cü  ilin  yayında  «Üçlər 
ittifaqı)) və «Antanta)), demək olar ki, müharibənin başlanmasına 
hazır  idi.  1914-cü  il  iyun  ayının  28-də  Sarayevoda  Avstriya 
taxtının  vərəsəsi  Ersqersoq  Frans  Ferdinand  öldürülmüşdür,  Elə 
bu  da  müharibənin  başlamaisına  bəhanə  olmuşdur.  Beləliklə 
Avstriya Serbiyaya qarşı müharibəyə başlamışdır. Bu dəfə Berlin 
çox  qəti  mövqedən  çıxış  edirdi.  Avstriya  -  Macarıstanı 
dayandırmaq fikri yox idi. 
II  Vilhelm  Avstriya  səfirini  qəbul  edərək  sürətlə 
irəliləməyi məsləhət bilirdi. Kayzerin belə bir mövqeyi Vyanada 
müharibə  tərəfdarlarını  daha  da  qızışdırmışdır.  Avstriya- 
Macarıstan  ultimatum  hazırlayaraq  iyulun  23-də  Belqrada 
göndərmişdir.  Ultimatumda  Serbiyadan  bir  neçə  öhdəçilik  tələb 
olunurdu:  Avstriya-Macarıstanın  əleyhinə  heç  bir  məqalə,  yazı 
dərc  etdirməməlisiniz;  Avtsriya-Macarıstanın  əleyhinə  təbliğat 
aparan hər bir qurumun bütün əmlakını, avadanlıqlarını müsadirə 
etmək;  İnqilabi  hərəkatları  yatırmaq  üçün  Vyana  hökumət 
orqanlarım  maneəsiz  Serbiyaya  buraxmaq;  Frans  Ferdinandm 
öldürülməsi  ilə  bağlı  olaraq  aparılan  tədqiqatda  da  Avstriya- 
Macarıstanın nümayəndələri iştirak etməlidir. Ultimatuma 48 
242 


saat  vaxt  verilmişdir,  Avstriya  -  Macarıstan  ultimatum  barədə 
London, Paris və Peterburqa da məlumat vermişdir. 
Avropada  siyasi  vəziyyət.  Rusiya  rəhbərliyi  ultimatum 
barədə  məlumat  aldıqdan  sonra  belə  qərara  gəlmişdir  ki,  hərbi 
toqquşmaya qoşulmaqdan qaçsın. Rusiya rəhbərliyinin bir qismi 
isə Serbiyanı köməksiz qoymağı məsləhət bilmirdi. II Nikolay da 
II Vilhelm ilə danışıq aparmaq istəyirdi. II Vilhel- min cavabında 
açıq  bildirilirdi  ki,  Almaniya  Avstriya  -  Macanstanı 
dəstəkləyəcəkdir.  Rusiya  nə  iqtisadi,  nə  də  hərbi  cəhətdən 
müharibəyə hazır deyildi. Lakin bilirdi ki, müharibədən qaçmaq 
mümkün  deyil.  Odur  ki,  ümumi  səfərbərlik  etməyi  qərara 
almışdır. 
Paris  isə  müharibə  gözləyirdi  və  Rusiyaya  təsir 
göstərməyə  çalışırdı.  Bu  məqsədlə  də  Fransanın  prezidenti  R. 
Puankare  Peterburqa  gəlmişdir.  Bu  vaxt  İngiltərə  (xarici  işlər 
naziri E. Qrey) müharibə üçün bütün hazırlıqları görmüşdü. Lakin 
öz fikirlərini açıq bildirmirdilər. Nəhayət avqustun 3-də İngiltərə 
müharibəyə qoşulmaq qərarına gəlmişdir. 
Qrey Parlamentdə çıxış edərək İngiltərənin Almaniya ilə 
müharibəyə  qoşulmasının  səbəblərini  açıqlayırdı  (Fransaya 
köməklik  edilməsini  nəzərdə  tuturdu).  Müəyyən  mənada 
Almaniya  özü  Qreyə  köməklik  etmiş  oldu.  Belə  ki,  Almaniya 
Belçikanın  neytarllıq  prinsipini  pozaraq  ona  hücum  etmişdir 
(İngiltərə  onun  neytrallığına  təminat  vermişdir).  Odur  ki,  bir 
gündən  sonra  İngiltərə  ultimatum  formasında  Almaniyadan 
neytrallığa əməl olımmasını tələb etmişdir. Almaniya belə hesab 
edirdi ki, Rusiya hələ müharibəyə hazır deyil, odur ki, Almaniya 
üçün  ən  əlverişli  vaxt  idi.  İki  hərbi  -siyasi  blokun  qarşıdurması 
şəraitində  Avstriya  -  Macarıstanla  Serbiya  arasında  gedən 
müharibə  çox  keçmədən  Almaniya  və  Avstriya  -  Macarıstanla 
Fransa  və  Rusiya  arasındakı  müharibəyə  çevrilmişdir.  Beləliklə 
Balkanda olan lokal müharibə dünya müharibəsinə yüksəlmişdir. 
243 


«Antanta»  dövlətlərinin  və  Almaniyanın  müharibəyə 
qoşulması.  Beləliklə,  Avropa  dövlətləri  arasında  baş  verən 
müharibə  sürətlə  genişlənirdi.  İyul  ayının  28-də  Avstriya  - 
Macarıstan Serbiyaya müharibə elan etmiş və hücuma keçmişdir. 
İyulun  29-da  Britaniya  donanması  öz  hərbi  -dəniz  bazası  olan 
Skapa-Flouya yollanmışdır. 
İngiltərənin  xarici  işlər  naziri  Qrey  Almaniyaya 
bildirmişdir ki, biz Almaniya ilə dostluq şəraitində qalırıq. Ancaq 
əgər Avstriya və Rusiya müharibədə iştirak edərsə, onda İngiltərə 
müharibəyə  qoşulmayacaqdır.  Əgər  Fransa  və  Almaniya 
müharibəyə cəlb olunarsa, onda  İngiltərə təcili tədbirlər görməli 
olacaqdır. 
Avqust  ayının  1-də  Almaniya  Rusiyaya  müharibə  elan 
etmişdir.  Qrey  Berlinə  bildirmişdir  ki,  əgər  Almaniya  Fransaya 
hücum  etməsə  və  Belçikanın  neytrallığını  pozmasa  İngiltərə 
neytral vəziyyətdə ola bilər. Əlbəttə, bu, Almaniyaya sərf etmirdi. 
Çünki  onun  əsas  məqsədi  Fransanı  darmadağın  etmək  idi. 
Rusiyada  iyul  ayının  29-da  ümumi  səfərbəfrlik  elan  edilmişdir. 
İyul  ayının  31-də  Almaniyanın  səfiri  Purtales  Rusiyanın  xarici 
işlər naziri Sazonova müraciət edərək bildirmişdir ki, əgər Rusiya 
səfərbərliyi dayandırmasa (ləğv etməsə) Almaniya da səfərbərlik 
elan edəcəkdir. Avqustun birində Almaniyada ümumi səfərbərlik 
elan  edilmiş  və  həmin  günün  axşamına  Purtales  müharibə  elan 
edilməsi barədə Sazonova nota vermişdir. 
Almaniya çalışırdı ki, çox tez bir zamanda Fransaya qarşı 
hərbi  əməliyyata  başlasın  və  Rusiya  ordusunun  geniş  manevr 
etməsinə  imkan  verməsin.  Fransaya  da  neytrallığa  riayət  etməsi 
barədə müraciət edilmişdir. Fransa bu müraciətə cavab verməmiş 
və  səfərbərlik  elan  etmişdir.  Avqust  ayının  3-  də  Almaniya 
Fransaya müharibə elan etmişdir. 
İngiltərədə yuxarı təbəqənin böyük bir qismi müharibənin 
əleyhinə  olmuş  və  istefaya  getmişlər.  İngiltərənin  müharibəyə 
girməsi bütün Britaniya imperiyasının müharibəyə 
244 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə