E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə78/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

Beləliklə,  Avropada  yaşanan  gərgin  bir  vaxtda 
diplomatlar  gələcəkdə  sülh  məsələlərini  araşdınrdılar.  Uzun 
müddətli  danışıqlardan  sonra  «Antanta»  dövlətləri  Asiya 
Türkiyəsinin  bölüşdürülməsi  barədə  qərar  qəbul  etmişlər. 
İngiltərə  ilə  Fransa  arasında  müəyyən  razılaşmalar  edilmişdir. 
Razılığa  əsasən  Mesopotamiya  İngilətərəyə,  Suriya,  Kiçik 
Ermənistan,  Kürdüstanın  bir  hissəsi  Fransaya;  Trapezunda 
vilayəti, Ərzurum, Bəyazit, Kürdüstamn digər hissəsi. Qara dəniz 
sahili  Rusiyaya  çatmalı  idi.  İtaliya  «Antanta»ya  daxil  olduqdan 
sonra Anadolunun bir hissəsinə sahib olmalı idi. Fələstin üzərində 
Beynəlxalq  nəzarət  planlaşdınimışdır.  Xayfa  və  Akçala 
limanlanmn  İngiltərəyə  verilməsi  nəzərdə  tutulmuşdur. 
Türkiyənin özündə isə Anadolunun Mərkəzi və Şimal-Şərq hissəsi 
qalmalı idi. 
Bütün bunlar «Antanta»nm planı idi. Almaniya blokunun 
da özünəməxsus plam vardı: Berlin Avropanın mərkəzində böyük 
bir iqtisadi ittifaq yaratmaq fikrində idi. Bu ittifaq da Almaniyaya 
tabe 
edilməli 
idi. 
Almaniyamn 
özündən 
əlavə 
Avstriya-Macanstan,  Belçika,  Hollandiya,  Danimarka,  Polşa  və 
Fransanın bir hissəsi də bu ittifaqa daxil olmalı idi. Gələcəkdə isə 
İtaliya,  İsveç,  Norveç  də  bura  daxil  edilməli  idi.  Beləliklə 
Almaniya  bloku  Avropada  qalib  gələrsə  yeni  siyasi  bir  birlik 
(hərbi imperiya) yarammş olardı. 
Bunlardan  əlavə  Almaniyanın  niyyətlərində  Finlandiya, 
Baltikyanı (Pribaltika) vilayətlər hətta Ukrayna, Belorusiya, Knm 
və Qafqaz da vardı, lakin qeyd etməliyik ki, ABŞ «An- tanta»ya 
az-çox köməklik göstərirdi. Almaniyanın isə imkanları tükənirdi. 
Yaponiyanın işğalçılıq siyasati. Hər bir dövlət Avropada 
gedən müharibədən bir cür istifadə edirdi. Yaponiya da 1914-cü 
ilin avqust ayında Almaniyaya müharibə elan etmişdir. Aydındır 
ki,  əsas  məqsəd  işğalçılıq  idi.  Yaponiya  ordusu  Sakit  okeanda 
Almaniyaya  məxsus  olan  adaları  tutaraq  Çin  ərazisinə  tərəf 
irəliləmişlər. Onlar Kiao-Çaonu zəbt etmişlər. Yaponiya 
248 


belə  iddia  edirdi  ki,  bununla  da  Çinin  öz  ərazisini  özünə 
qaytaracağıq.  Yaponiya  1915-ci  ilin  yanvar  ayında  Çinə  nota 
göndərmiş  və  orada  21  tələb  qoymuşdur.  Çinə  çox  ağır  şərtlər 
qoymuşdur. Şandun əyaləti üzərində Almaniyanın hüquqlan necə 
idisə,  Yaponiyanın  tələblərində  də  eyni  şərtlər  öz  əksini  tapırdı. 
Şərqi  və  Mərkəzi  Monqolustan,  Cənubi  Mançuriya  tara. 
Yaponiyanın  asılılığına  keçməli  idi.  21  tələbi  qəbul  edən  Çin, 
demək olar ki, Yaponiyanın protektoratma çevrilirdi. 
Yaponiyanın  bu  hərəkəti  «Antanta»  ölkələrində, 
Vaşinqtonda,  Londonda,  Petroqradda  müəyyən  mənada  həyəcan 
yaratmaya bilməzdi. Yaponiya nəzarətsiz olaraq Uzaq Şərqdə öz 
mövqelərini  möhkəmləndirirdi.  Bununla  yanaşı  Almaniyam  da 
vurduğu  üçün  Rusiya  onun  Çindəki  hərəkətinə  o  qədər  də  fikir 
vermirdi. 
Müharibəda  çevriliş.  Müharibənin  əvvəllərində  hərbi 
baxımdan Almaniya hərbi bloka daxil olan dövltələrin hamısından 
da üstün idi. Onun müttəfiqləri olan Avstriya-Macarıstan, Türkiyə 
Almaniyadan  çox  geri  idilər.  «Antanta»nın,  İngiltərə,  Fransa  və 
Rusiyanın  (1917-ci  il  ABŞ-da  bura  daxil  olmuşdur)  isə 
hərbi-iqtisadi  potensialı  Almaniyadan  və  onun  müttəfiqlərindən 
çox üstün idi. 
Almaniya  ordusunun  Belçika  və  Parisə  doğnı  sürətli 
hücumunun  qarşısını  Rusiya ordusu dayandırmışdı.  1916-ci  ildə 
açıq-aşkar  məlum  oldu  ki,  «Antanta»  Almaniya  -  Avstriya 
blokundan üstündür. 1917-ci ilin yazına Almaniya praktiki olaraq 
strateji  təşəbbüsünü  itirmiş  olmuşdu.  Ölkədə  çox  kəskin 
sosial-iqtisadi böhran başlanmışdı. 
Almaniyanın separat sülh bağlamaq cəhdi. Müharibənin 
başlanmasından  iki  il  keçdikdən  sonra  Almaniyada  separat  sülh 
bağlamaq  həvəsi  yaranmışdır.  Diplomatik  danışıqlar  müxtəlif 
istiqamətlərdə  aparılırdı.  Məsələn,  1916-cı  ildə  Rumıniyanı 
tutduqdan  sonra  Berlin  neytral  dövlətlərə  sülh  danışıqları  təklif 
edirdi.  Almaniya  nəzərdə  tuturdu  ki,  «An-  tanta»  dövlətləri 
danışığa gələrsə, gələcəkdə onların içərisində 
249 


parçalanma  sala  bilər.  Lakin  «Antanta»  razılığa  gəlməmişdir. 
«Antanta»  qeyd  edirdi  ki,  ancaq  xalqların  hüquqları  bərpa 
edildikdən  sonra  sülhdən  danışmaq  olar.  Buna  baxmayaraq, 
Almaniya Rusiya ilə separat sülh bağlamağa ümid edirdi. 
1916-cı  ildə  Rusiyanın  iqtisadi  vəziyəti  pisləşmişdi. 
İnqilabi  hərəkatlar  genişlənirdi.  Burada  da  Almaniya  ilə  separat 
sülh tərəfdarı artmışdı. Bu bir qrup separat tərəfdarları 1916-cı ilin 
dekabr  ayında  xarici  işlər  naziri  Sazonovun  istefasına  nail 
olmuşlar. Onun yerinə həmin qrupdan Ştyurmer gəlmişdir. Sülh 
üçün  Berlin  rus  çarının  qohumlarının  köməkliyindən  istifadə 
etməkdən də çəkinmirdi. 
Həmin  vaxt  İngiltərə  rəhbərliyində  də  dəyişiklik  baş 
vermişdir. 1916-cı ilin dekabr ayında baş nazir vəzifəsinə L.Corc 
gəlmişdir. Onun gəlməsilə müharibədə İngiltərənin rolu artmışdır. 
O vaxt ABŞ prezidenti (4-cü dəfə seçilmişdi) Vil- sonun tapşırığı 
ilə konkret sülh təklifləri hazırlanırdı. 1917-ci il fevral ayının 3-də 
ABŞ  Almaniya  ilə  diplomatik  əlaqələri  kəsmiş  və  aprel  ayının 
6-da  Almaniyaya  müharibə  elan  etmişdi.  1916-cı  ilin  axırlarına 
cəbhədə  Antanta  dövlətlərinin  üstünlüyü  artmışdı.  ABŞ-m 
müharibəyə  qoşulması  isə  müharibənin  gedişini  tamam 
dəyişmişdi. 
250 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə