E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

XVIII
 
Fəsil. 
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN 
QURTARMASI VƏ RUSİYADA VƏZİYYƏT 
Rusiyada  vəziyyət.  1916-1917-ci  illərdə  Rusiyada  çox 
köklü  hadisələr  baş  verirdi.  Rusiya  imperiyası  iqtisadi,  hərbi  və 
siyasi baxımdan «Antanta»nm ən zəif üzvlərindən biri idi. Ölkədə 
böhran  vəziyyəti  mövcud  idi.  Odur  ki,  hərbiləşmə  əleyhinə, 
hökumət əleyhinə hərəkatlar artırdı. Rusiyanı inqilabi təlatümdən 
qurtarmaq  üçün  dövlət  başçısının  dəyişdirilməsi  qərarına 
gəlmişlər.  II Nikolayı  onun qardaşı  Mixail əvəz etmişdi (Mixail 
taxta çıxmaqdan imtina edirdi). Lakin artıq gec idi. Monarxiyanı 
xilas  etmək  mümkün  olmadı.  Fevral  inqilabı  çarizmə  yekun 
vuraraq  müvəqqəti  hökumət  yaratdı.  Əvvəlcə  müvəqqəti 
hökumətə  knyaz  Q.S.Lvov,  sonra  A.F.  Kereneskiy  rəhbərlik 
etmişdir. 
Müvəqqəti  hökumətin  xarici  işlər  naziri  P.N.  Milyukov, 
sonra  isə  İ.İ.Tereşenko  olmuşdur.  1917-ci  ilin  fevral  ayında 
«Antanta» dövlətlərinin konfransında qərar qəbul etmişlər ki, tam 
qalib gələnədək müharibə davam etdirilsin. Bu konfransda Fransa 
və  Rusiya  xəlvəti  belə  qərara  gəlmişlər  ki,  Almaniya  ilə 
sərhədlərini özləri müstəqil müəyyən etsinlər. Müvəqqəti dövlətin 
xarici  işlər  naziri  qeyd  edirdi  ki,  Almaniya  üzərində  qələbə 
çalmadan sülhə getmək olmaz. 1917-ci ilin mart-aprel  aylarında 
bir çox dövlətlər müvəqqəti hökuməti hüququ cəhətdən tanımışlar. 
Rusiyada baş verən hadisələrlə bağlı olaraq müvəqqəti hökumət 
Almaniyaya  qarşı  ümumi  hücumu  yay  ayına  keçirmək  istəyirdi. 
Lakin  İngiltərə  və  Fransa  hücumu  sürətləndirməyi  qərara 
almışdılar. Rusiyanın yeni hökuməti «Antanta»dan daha çox asılı 
idi.  İngiltərə  Fransa  və  ABŞ-ın  təkidi  ilə  Kereneskiy  zəif 
silahlanmış rus ordusu ilə hücuma keçmişdi. Qoşun tam məğlub 
olaraq çoxlu itki vermişdi. Beləliklə, Rusiyada çox kəskin siyasi 
böhran başlanmışdı. 
251 


Astriya-Macarıstanda və Almaniyada vəziyyst. Aydındır ki, 
müharibənin  digər  tərəfi  olan  («Antanta»nın  düşmənləri) 
Avstriya-Macarıstan  və  digər  dövlətlərdə  də  vəziyyət  ağır  idi. 
İqtisadi  çətinliklər,  millətlər  arasında  qarşıdurma  artırdı. 
Avstriyanın imperatoru I Kari (Frans İosifi əvəz etmişdir) siyasi 
hadisələrdən  qorxurdu.  Odur  ki,  separat  sülh  bağlamaq  yolları 
axtarırdı.  O,  özü  Elzas  və  Lotaringiyanı  Fransaya  qaytarmağa 
tələsirdi.  Avstriya  -  Macanstan  üçün  isə  müharibəyə  qədərki 
sərhədlərin  bərpa  edilməsini  arzulayırdı.  İtaliya  da  Triest,  Dal- 
maniya və Trentinonu tələb edirdi. Almaniyanın daxili vəziyyəti 
nisbətən  yaxşı  idi.  Lakin  Rusiyada  olan  fevral  inqilabı 
Almaniyaya  da  təsir  etmişdi.  Tətillər  olur,  hərbi  flotda  da 
qarışıqlıqlar baş verirdi. 
İngiltərə və Fransanın Rusiyaya qarşı siyasəti. Hələ çarın 
vaxtında  müttəfiqlərin  gözündə  Rusiyanın  mövqeyi  aşağı 
düşmüşdü.  Fevral  inqilabından  sonra  bu  münasibət  dalıa  da 
artmışdı. Odur ki, İngiltərə və Fransa Rusiyanın daxili vəziyyətini 
də  öz  nəzarəti  altına  alaraq  onu  müharibədən  çıxmağa 
qoymurdular. 
İngiltərə  və  Fransa  ABŞ  ilə  birlikdə  Rusiyanın  daxili 
işlərinə qarışmağa razılaşmışlar. 1917-ci ilin payızında rəhbərlik 
belə  bir  razılığa  gəlmişdir  ki,  Rusiyada  dəmir  yolunun  yenidən 
qurulması  ilə  ABŞ,  Rusiya  dəniz  flotu  ilə  İngiltərə,  ordunun 
yenidən  təşkili  və  modernləşməsi  ilə  Fransa  məşğul  olmalıdır. 
Burada  yalmz  Rusiyanın  daxili  işlərinə  qarışmaq  deyil,  əsas 
məqsəd İngiltərə, Fransa və ABŞ-a nisbətən onun təsir dairəsini 
azaltmaqdan ibarət idi. 
Sovet dövlətinin sülh təşəbbüsü. Məlumdur ki, 1917-ci ildə 
Rusiyada sosialist inqilabı baş vermişdir. Nə müvəqqəti hökumət
nə  də  «Antanta»  dövlətləri  Rusiyada  yaranan  proseslərdən  baş 
çıxara  bilmirdilər.  Onları  ancaq  Almaniya  üzərində  tam  qələbə 
maraqlandırırdı.  Bu  siyasətin  əksinə  olaraq  bolşeviklər 
müharibəni tez qurtarıb sülh bağlamağa tələsirdilər. 
252 


inqilabdan bir gün sonra Ümumrusiya Sovetlər Qurultayı «Sülh 
haqqında dekret» qəbul etdi. 
Aydındır ki, sülh haqqında dekret Sovet Rusiyasının tarixi 
inkişafında  böyük  rol  oynamışdır.  Sülh  haqqında  dekret  iki 
sistemin sülh şəraitində yaşaya bilməsi barədə nəzəri bir əsas idi. 
1917-ci  il  noyabr  ayının  8-də  Sovet  hökuməti  Baş  Komandan 
general  N.N.  Duxoninə  göstəriş  vermişdir  ki,  müharibə  edən 
bütün dövlətlərə sülh təklifi edilməlidir. Duxonin hökumətinin bu 
tapşırığına əməl etmədiyinə görə vəzifəsindən uzaqlaşdırılmışdır. 
Elə  bu  vaxt  İngiltərə  ilə  Fransanın  nümayəndələri  Mogilev 
şəhərinə - Duxoninin yanma gələrək ondan tələb etmişlər ki, tabe 
olmayıb hərbi fəaliyyəti davam etdirsin. Lakin Rusiyanın iqtisadi, 
siyasi, hərbi vəziyyəti çox ağır idi. 
Almaniya  da  çox  ağır  iqtisadi,  siyasi  vəziyyətdə  idi. 
Almaniyada  yuxarı  təbəqə  həmişə  Rusiya  ilə  sülh  bağlamağı 
arzulayırdılar.  1917-ci  il  dekabr  ayının  3-də  Brest  Litovskidə 
Sovet 
Rusiyasının 
nümayəndələri 
arasında 
danışıqlar 
başlanmışdır.  Sovet  nümayəndələri  sülh  haqqında  dekretdəki 
müddəaları  əsas  götürürdü.  Almaniya  nümayəndələri  isə  barışıq 
haqqında konkret danışıq təklif edirdilər. 
Nəhayət,  Almaniya  bloku  ilə  Rusiya  arasında  28  gün 
müddətinə  barışıq  əldə  edilmişdir.  Sovet  hökuməti  Brest-Li- 
tovskidə  gedən  danışıqlar  barədə  ABŞ,  Fransa,  İtaliya,  Çin, 
Yaponiya, Rumıniya, Belçika və Serbiyanın səfirlərinə təkliflərlə 
müraciət etmişdir. Ayrı-ayrı dövlətlər gənc sovet Respublikasının 
vəziyyətindən  istifadə  etməyə  çalışırdılar.  1917-ci  ilin  dekabr 
ayında  Rumıniya  Bessarabiyaya  soxularaq  onu  zəbt  etmişdir. 
1918-ci ilin aprel ayında isə Rumıniyaya birləşdirilmişdir. 
«Brest  süUıü».  1917-ci  il  dekabr  ayının  22-də  Brest- 
Litovskidə Rusiya ilə Almaniya və müharibə edən digər dövlətlər 
arasında  sülh  danışıqlan  başlanmışdır.  Bu  danışıqları  üç 
mərhələyə bölmək olar: 
253 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə