E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

olunur.  Məsələn,  çoxmilli  korporasiyalar,  beynəlxalq  mafiya 
qruplaşmaları, müəyyən dini birliklər kimi qeyri-dövlət qurumları 
beynəlxalq münasibətlərin iştirakçıları olduqları üçün beynəlxalq 
xarici siyasət deyil, beynəlxalq siyasəti əks etdirirlər. 
Beləliklə, 
“Dünya 
siyasəti” 
ilə 
“Beynəlxalq 
münasibətlər” qarşılıqlı asılılıqda olub çox mürəkkəb və dinamik 
bir qanunauyğunluq təşkil edirlər. Bu baxımdan bu elmin tədqiq 
etdiyi  beynəlxalq  problemlər  də  kifayət  qədər  mürəkkəb 
problemlərdir. 
Hər  halda  beynəlxalq  münasibətlərin  predmetində 
aşağıdakı problemlərin öyrənilməsi nəzərdə tutulur
-
 
Beynəlxalq  münasibətlərin  qanunauyğunluqlarının 
bütün bir sistem halında öyrənilməsi
--  Ayrı-ayrı  dövlətlərdə  beynəlxalq  siyasətin  və  xarici 
siyasətin təhlili; 
-
 
Dünya  siyasi  proseslərinin  və  onun  daha  aparıcı 
subyektlərinin  fəaliyyətlərindəki  istiqamətlərin  dinamikasının 
təhlil edilməsi; 
-
 
Dünya  siyasətinin  ayrı-ayn  problemlərinin  kompleks 
şəkildə tədqiq edilməsi. 
Bütün qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, 
“Beynəlxalq  münasibətlər  nəzəriyyəsi”  bu  kimi  geniş  predmetə 
malik  olmaqla  humanitar  biliklər  sistemində  böyük  ictimai 
əhəmiyyət kəsb edir. 
4.
 
Beynəlxalq münasibətlərin qanunauyğunluqları 
Beynəlxalq münasibətlərin tədqiqi ilə məşğul olan bir çox 
alimlərin  əldə  etdiyi  nəticələr  ondan  ibarətdir  ki,  beynəlxalq 
münasibətlər özünəməxsus qanunauyğunluqlarla daha zəngindir. 
1 .Beynəlxalq münasibətlərin dairəsi çoxcəhətli hadisə və 
proseslərin məcmusundan ibarətdir. 
26 


2.
 
Beynəlxalq  hadisə  və  proseslərə  sosial  baxımdan 
yanaşdıqda  onların  arasında  müəyyən  fərqli  və  oxşar  cəhətlər 
olmaqla yanaşı təkrarlanan hallar da müşahidə olunur. 
3.
 
Bu kimi təkrarlanmaları qanunauyğunluqlar adlandırmaq 
olar. Bu qanunauyğunluqlar aşağıdakılardan ibarətdir: 
1 .Hər bir cəmiyyət və eləcə də vahid siyasi qurum texniki 
üstünlüyə can atır. 
2.
 
Hər 
bir 
texniki 
təkmilləşdirilmə 
ümumi 
qanunauyğunluqlar çərçivəsində baş verir. 
3.
 
Texnikanın  yayılmasında  ən  əsas  maneçilik  dəfələrlə 
ümumi hal kimi baxılmasıdır (fərqləndirilməməsidir). 
4.
 
Qanunauyğun olaraq cəmiyyətdə müəyyən yeniləşmələr 
dəyərlər  sisteminin  dəyişilməsi  baş  verir.  Məsələn,  bir 
ideologiyadan  digər  ideologiyaya  olan  keçid.  Köhnə 
ideologiyanın zorla dağıdılması. Ucqtırlarda olan dəyişikliklər. 
5.
 
Hər  hansı  bir  dəyişikliyin  cəmiyyətin  ayrı-ayrı 
qurumlarında  qəbul  edilib  edilməməsi  qanunauyğunluğu 
cəmiyyətin  bir  qismi  ümumi  dəyişikliyi  istədiyi  halda  öz 
həyatlarından belə keçməyə razı olduqlan halda, digər qismi belə 
dəyişikliyi qəbul edə bilmir. Məsələn, İngiltərədə 1830 - 1835-ci 
illərdə hökumət geniş islahatlar keçirməklə inqilab baş verməsinin 
qarşısını ala bilmişdir. Azərbaycanda 1990 - 1991-ci illərdə yeni 
ictimai-iqtisadi  sistemə  keçidi,  xalq  cəbhəsi  adlanan  hərəkatın 
tələblərini, ideyalarını heç də hamı, yeniliklə qəbul edə bilmirdi. 
Bu da ən məlum qanunauyğunluqlardan biri hesab edilir. 
ö.İnsanlarm  birləşməsi  üsulları  digər  dəyərlər  sisteminə 
(məsələn  dini,  ideoloji  birliklər)  nisbətən  daha  zəruridir  -  sabit 
deyil. Eləcə də texniki dəyişiklik daha tez baş verir. 
7.Müharibələrin  əsas  səbəbi  sabit  dəyərlərin  qapalı 
sistemində  olmasından  irəli  gəlir  (məsələn,  hərbi  potensial 
arasındakı fərq həmişə dözümlülük vəziyyəti yaradır). 
Bu qanunauyğunluqlar beynəlxalq münasibətlərə birbaşa 
təsir edirlər. 
27 


XVI  əsrdən  1914-cü  illərədək  olan  dövrdə  baş  verən 
beynəlxalq  münasibətlərin  müəyyən  xarakterik  cəhətlərini 
müqayisə  etməklə  bu  sahədə  tanınmış  alim  J.B.Dyurozel  belə 
qənaətə gəlmişdir ki, müasir dünyada hər hansı bir və yaxud bir 
neçə  böyük  dövlətə  qarşı  koalisiya  birlik,  ittifaq  yaradılması 
mövcud deyildir. Hazırda hər hansı bir hegemon Avropa dövləti 
anlayışı mövcud deyildir. 
Dünya səhnəsində  yeni,  parçalanmış şəkildə lakin real 
gücə  malik  olan  dünya  ictimai  rəyi  meydana  gəlmişdir.  Hərbi 
strategiyada da köklü dəyişikliklər baş verir. 
Bütövlükdə  beynəlxalq  münasibətlər  probleminin 
açıqlanmasına  daha  dərindən  yanaşdıqda  aydın  olur  ki,  burada 
müharibələr  və  yaxud  onun  aradan  qaldırılması  məsələləri 
üstünlük  təşkil  edir.  Məşhur  fransız  sosioloqu  R.Aronun 
«Millətlər arası sülh və müharibə» adlı əsərində də bu fikir öz 
əksini tapmışdır. 
Beləliklə,  «Beynəlxalq  ınünaSibətlər»  barədə  olan 
müxtəlif  fikirlərin,  məktəblərin  nəzəri  ümumiləşdİrmələrinə 
əsasən aşağıdakı qanunauyğunluqları qeyd etmək olar
1.
 
Beynəlxalq  münasibətlərdə  əsas  subyekt  dövlət  hesab 
olunur.  Onun  beynəlxalq  fəaliyyət  forması  isə  diplomatiya  və 
strategiyadan ibarətdir. 
2.
 
Dövlət  siyasəti  iki  formada  mövcud  olur:  daxili  və 
xarici (beynəlxalq) siyasət. 
3.
 
Hər  bir  dövlətin  beynəlxalq  fəaliyyətinin  əsasını  milli 
mənafe təşkil edir (təhlükəsizlik, suverenlik, sağlam yaşamaq və 
s.).  Odur  ki,  «Beynəlxalq  münasibətlər»  dövlətlərarası 
toqquşma, münaqişə və milli mənafelərin qarışığı dairəsini əks 
etdirir. 
4.
 
Hər bir dövlətin milli mənafelərini gözlənilməsi daha 
güclü hərbi potensialın olmasını tələb edir (bu isə öz növbəsində 
təbii, iqtisadi və digər ehtiyatların olmasından asılıdır). Odur ki, 
beynəlxalq münasibətlərə dövlətlərarasındakı qarşılıqlı güc, güc 
balansı kimi də baxmaq olar. 
28 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə