E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

Birinci mərhələ -1917-ci ii dekabr ayının 22-dən 28- dək 
olan müddət; 
ikinci  mərhələ  -  1918-ci  il  yanvar  ayımn  9-dan  fevral 
ayının 1 O-dək; 
Üçüncü  mərhələ-  1918-ci  il  mart  ayının  1-2-ni  əhatə 
etmişdir. 
Danışıqlarda  alman  nümayəndələri  güclü  təzyiq 
göstərərək  öz  şərtlərini  həyata  keçirməyə  çalışırdılar.  Sülh 
müqaviləsi  ikinci  mərhələdə  də  imzalana  bilərdi.  Lakin  Sovet 
nümayəndəliyinin rəhbəri Trosskiy şərtlərə etiraz etdiyi üçün bu 
mümkün olmamışdır. Nəticədə Alman ordusu (Baltik dənizindən 
Qara  dənizədək)  bütün  cəbhə  boyu  hücuma  keçmişdi.  Odur  ki, 
Rusiya  hökuməti  bildirmişdi  ki,  Almaniya  tərəfinin  şərtlərinə 
razıdır və sülhə hazırdır. 
Beləliklə, 1918-ci il mart ayının 3-də Brest- Litovskidə 
Rusiya  ilə  Almaniya  bloku  (Almaniya,  Avstriya  -  Macanstan, 
Bolqanstan  və  Türkiyə  bıina  «Dördlük  ittifaqı»  da  deyirdilər) 
arasında sülh  müqaviləsi imzalandı. Rusiya üçün bu sülhün çox 
çətin  şərtləri  olmuşdur.  Polşa,  Litva,  Kurlyandiya  ,  Liflyandiya, 
Estiyandiya Rusiyanın ərazisindən aynimışlar. 
Qafqazda  Kars,  Ərdahan  və  Batumi  Türkiyəyə 
verilmişdir.  Ukrayna  və  Finlandiya  müstəqil  dövlət  olmuşlar. 
Brest-  Litovskdə  ayrı-ayn  dövlətlər  (Rusiya-Almaniya;  Rusiya  - 
Avstriya; Rusiya-Bolqarıstan və Rusiya - Türkiyə) gömrük- taarif 
dərəcələri  barədə  də  müqavilə  imzalamışlar.  Mart  ayının  15-də 
Ümumrusiya Sovetlər qurultayı Brest müqaviləsini təsdiq etməli 
olmuşdur. 
Müharibənin 
qurtarması 
mərhələsi. 
Almaniya 
müharibədə  Ukraynadan,  Belorusiyadan,  Rusiyanın  müxtəlif 
vilayətlərindən  əldə  etdiklərini  daşımaqla  yanaşı,  həm  də  öz 
tələblərini,  nizamım  tətbiq  etməyə  çalışırdı.  Bununla  yanaşı 
cəbhədə bir çox üstünlüklərinə baxmayaraq uğursuzluqları da az 
olmamışdır. 1918-ci ilin yazında ABŞ müharibəyə qoşul- duqdan 
sonra qüvvələr nisbəti dəyişmişdir. 
254 


1918-ci  il  yanvar  ayının  8-də  ABŞ-ın  prezidenti  14 
bənddən ibarət müqavilə layihəsi təqdim edirdi. Bu layihə 
V.
 
I.Leninin  «Sülh  haqqında  dekreti»nin  müddəalarına 
çox yaxın idi. Bunu ABŞ-m prezidenti Vilson da etiraf edirdi. Bu 
kimi  tədbirlərə  baxmayaraq,  1918-ci  ilin  yayında  Almaniya 
yenidən  geniş  miqyaslı  (sonuncu  dəfə)  hücuma  keçdi.  Almanlar 
bu  dəfə  Parisə  tərəf  irəliləyirdi.  Lakin  almanlann  gözlədiyi 
olmamışdı. 
Fransızlar  tankların  və  artilleriyanın  köməkliyi  ilə 
təşəbbüsü  ələ  almışlar.  Avqust  ayının  8-də  ingilis  və  fransız 
ordusu cəbhəni yararaq almanları darmadağın etdilər. Elə bununla 
da  «Dördlük  ittifaqı»  özünə  gələ  bilməmişdi.  1918-ci  ilin 
payızında onlar bir-birinin ardınca sülh bağlamağı təklif edirdilər. 
İlk dəfə Bolqanstan təslim olmuşdu və 1918-ci il oktyabr ayının 
3-də  Bolqanstan  çan  Ferdinand  taxtdan  imtina  etmişdi.  Sonra 
Türkiyə  təslimçiliyi  qəbul  edib  Almaniya  ilə  müttəfınliyə  son 
qoydu. Sonra növbə Avstriya-Macarıstana çatmışdı. 1918-ci  ilin 
oktyabr ayında Habsburqlar sülaləsi monarxiyasının sonu çatmış 
oldu.  Noyabr  ayının  3-də  Avstriya-  Macarıstan  ordusunun 
komandanlığı barışığı imzalamışlar. Almaniyanın özündə isə çox 
güclü inqilabi hadisələr baş verirdi. 1918-ci ilin oktyabrında alman 
matrosları  üsyan  edirdilər.  Onlar  Kili  zəbt  edərək  Hamburqa 
keçmişlər. Beləliklə üsyan bütün Almaniyanı bürüyürdü. Belə bir 
şəraitdə Antanta ordusu hücuma keçərək alman cəbhəsini yarmış 
və  Almaniyanın  mərkəzinə  doğru  irəliləyirdilər.  Bu  vaxt 
Almaniyada  yeni  rəhbərlik  İsveçrə  rəhbərliyi  vasitəsilə  ABŞ 
prezidenti Vilsona barışıq haqqında müraciət etmişdir. 
Vilson  14  bənddən  ibarət  banşıq  layihəsi  hazırlamışdı. 
İttifaq  üzvləri  ilk  növbədə  günahkarlann  hakimiyyətdən  uzaq- 
laşdırılmasmı  tələb  edirdilər.  Daha  doğrusu  ilk  növbədə  II 
Vilhelmin 
kənarlaşdırılması 
nəzərdə 
tutulurdu. 
Sonra 
Almaniyanın  tam  təslimçiliyi  həyata  keçirilməli  idi.  1918-ci  il 
oktyabr  ayının  25-də  müttəfiqlər  yığışaraq  barışığın  şərtlərini 
müzakirə 
255 


etmişlər. Burada da İngiltərə ilə Fransa arasında fikir müxtəlifliyi 
yaranmışdı. 
Belə  ki,  İngiltərə  müəyyən  dərəcədə  mülayim  tələblər 
təklif edirdi. Fransanın və Belçikanın ərazisinin azad edilməsi və 
Elzas, Lotaringiyanın qaytarılmasını təklif edirdilər. Fransızlar isə 
tələb  edirdi  ki,  bunlardan  əlavə  Almaniya  ordusunu  ağır 
silahlardan  məhrum  etmək,  Reyn  sahilinin  50  kilometrliyi 
dərinliyində ərazini tutmaq və digər tələblər də qoymaq lazımdır. 
Nəhayət, aşağıdakı tələblər qoyulmuşdur: 
-  Belçika,  Fransa  və  Lüksemburqun  zəbt  edilmiş 
ərazilərini  azad  etmək;  -  Elzas,  Lotaringiya  və  Rumıniyadan 
qoşunların çıxarılması; - Reynin sol sahilinin azad edilməsi. 
Hərbi cərimə aşağıdakı kimi olmalıdır: İttifaq üzvlərinə 5 
min  parovoz,  5  min  ağır  silah,  150  min  vaqon,  1700  təyyarə 
çatmalıdır.  1918-ci  il  noyabr  ayının  11-də  müttəfiqlərin  birgə 
ordusunun baş komandanı marşal F.Foş barışığa imza etmişdi. İki 
gündən  sonra  Sovet  rəhbərliyi  1918-ci  il  mart  ayının  3-də 
«Dördlük»lə  bağladığı  «Brest  sülh  müqaviləsi»ni  ləğv  etməli 
olmuşdur. 
Sovet  Rusiyasına  qarşı  müdaxilə.  Oktyabr  inqilabının 
qələbəsindən sonra İngiltərə və Fransa Rusiyanın ərazisində hərbi 
əməliyyat  aparmaq  qərarına  gəlmişlər.  Hətta  çar  generalına 
kifayət qədər vəsait də ayırmışlar. Bu məqsədlə ilk dəfə 1918-ci il 
mart ayının 9-da 200 nəfərdən ibarət bir dəstə ordu Murmanska 
düşmüşlər. Bunun ardınca fransız ordusu bura gəlmişdir. 1918-ci 
ilin  yayına  İngiltərə  ilə  Fransa  ordusu  Arxangelski  və  Soloves 
adalarını  tutmuşlar.  Uzaq  şərqdə  isə  yaponlar  Rusiya  ərazisinə 
girmişlər. 1918-ci ilin yanvar ayında 3 kreyser (ikisi İngiltərənin, 
biri isə Yaponiyanın) Vladivostok limanına daxil olmuşlar. Artıq 
Amerikadan da bir kreyser gəlmişdir. 
Sovet  hökumətinin  rəsmi  etirazına  İngiltərənin 
Moskvadakı nümayəndəsi belə cavab vermişdi ki, yaponların əsas 
məqsədi orada olan öz vətəndaşlarını və öz mülkiyyətlərini 
256 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə