E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə82/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

ilə).  Almaniya  Polşanın  müstəqilliyini  tanımış  və  yuxan  Silezi- 
yanın bir hissəsini ona vermişdir. 
Şlezviqin  şimal  hissəsi  və  Klaypeda  (Memel) 
Danimarkaya  qatılmışdır.  Beləliklə,  Almaniya  ərazisinin 
12,5%-ni,  əhalisinin  isə  8%-dən  çoxunu  itirmişdir.  «Antanta» 
dövlətləri  Almaniyanın  Afrikada  olan  bütün  müstəmləkələrini, 
Sakit  Okeandakı  adalarını  ələ  keçirmişlər.  Müqavilədə 
Almaniyada  hərbi  sahədə  ciddi  məhdudiyyətlər  nəzərdə 
tutulmuşdur. Hərbi cərimə edilmişdir. İlk 20 mlrd, marka 1921-ci 
ilin  may  ayının  1-dək  ödənilməli  idi.  Batırılmış  gəmilərin 
müqabilində  öz  gəmilərinin  müəyyən  qismini  verməli  idi.  10  il 
müddətinə Almaniyanın Fransaya 140 mln.ton, Belçikaya 80 mln. 
ton , İtaliyaya 77 mln.ton kömür göndərməsi qeyd edilmişdir. 
Bütün bu kimi tarixi hadisələri təhlil etdikdə aydın olur ki, 
tarix təkrarlanır. Daha doğrusu başqasına etdiyin zülm və yaxud 
hər hansı bir güzəşt sənin özün üçün də təkrarlanır. 50 il bundan 
əvvəl,  yəni  1871-ci  ildə  Frankfurt  müqaviləsinə  görə  Almaniya 
Fransa üçün bundan da ağır şərtlər tələb etmişdir. İndi isə bu kimi 
tələblər Almaniya qarşısında qoyulmuşdur. 
«Vaşinqton  konfransı».  Birinci  Dünya  Müharibəsindən 
sonra  dünya  hadisələrində  çox  dəyişikliklər  beynəlxalq 
münasibətlərə  də  yeniliklər  gətirmişdir.  Burada  yalnız  Avropa 
dövlətləri deyil, artıq bütün dünya dövlətləri əhatə olunur. Odur 
ki,  yeni  bir  beynəlxalq  konfransın  çağırılmasına  zərurət 
yaranmışdır. Beləliklə, 1921-ci il noyabr ayının 12-də «Vaşinqton 
konfransı))  işə  başlamışdır.  Birinci  Dünya  Müharibəsindən 
sonrakı  dünya  quruculuğu  adətən  «VersaI-Vaşinqton  Sistemi» 
adlanır.  Lakin  «Versal  müqaviləsi))ndə,  əsasən,  Avropa 
dövlətləri  əks  olunurdusa,  Vaşinqton  konfransında  Uzaq  Şərqin 
tənzimlənməsi  də  öz  əksini  tapırdı.  Bu  konfransda  ABŞ, 
Yaponiya, Fransa, İtaliya, Belçika, Hollandiya, Portuqaliya, Çin, 
Britaniya  imıperiyasım  təşkil  edən  6  dövlət  (İngiltərə,  Kanada, 
Avstriya,  Yeni  Zelandiya,  Cənubi  Afrika  İttifaqı  və  Hindistan) 
iştirak edirdilər. 
261 


Sovet  Rusiyası  və  Uzaq  Şərq  Respublikası  Vaşinqtona 
dəvət  edilməmişlər.  Lakin  Uzaq  Şərq  Respublikasından  qeyri 
rəsmi də olsa nümayəndələr gəlmişlər. Konfransın işində iki əsas 
məsələ diqqəti daha çox cəlb edirdi: 
-
 
Quru və dəniz silahlı qüvvələrin məhdudlaşdıniması; 
-
 
Sakit okean və Uzaq Şərq məsələsi. 
Bu  məsələlərin  müzakirəsində  İngiltərə  və  Yaponiya 
arasında və eləcə də Yaponiya ilə ABŞ arasında fikir müxtəlifliyi 
yaranmışdır.  Konfransın  apanidığı  müddətdə  üç  müqavilə 
bağlanmışdır. 
Birinci müqavilə 13 dekabr 1921-ci ildə bağlanmışdır. 
Bu  müqavilə  ABŞ,  Böyük  Britaniya,  Fransa  və  Yaponiya 
tərəfindən  imzalanmışdır.  Bu,  «Dördlük  ittifaqı»  adlamr.  Bu 
müqavilədə əsas məsələ Sakit okean adalarında və Uzaq Şərqdə 
azadlıq  hərəkatlarımn  yatırılmasında  müstəmləkəçi  dövlətlərin 
birgə fəaliyyəti nəzərdə tutulurdu. 
«Doqquzlar»ın  müqaviləsi  ABŞ,  Böyük  Britaniya, 
Fransa, İtaliya, Yaponiya, Belçika, Hollandiya, Portuqaliya və Çin 
arasında olmuşdur. Burada Çinin ərazi bütövlüyü və suverenliyi 
məsələsi müzakirə edilirdi. 
Üçüncü  müqavilə  beş  dövlətin  müqaviləsidir.  ABŞ, 
Böyük  Britaniya,  Yaponiya,  Fransa  və  İtaliya.  Burada  da  dəniz 
silahlı  qüvvələrinin  məhdudlaşdıniması  müzakirə  edilmişdir. 
Bütövlükdə  «Vaşinqton  konfransı»nı  «Versal  konfransı»nın 
davamı kimi qiymətləndirmək olar. 
1919-
 
1922-ci  U  sülh  müqavilələri.  «Versal  konfransı 
»nda Birinci Dünya Müharibəsinə yekun vurulmuşdur. «Antanta» 
Almaniya  və  onun  müttəfiqləri  ilə  müqavilələr  bağlamaqla 
məşğul  olmuşdur.  Belə  imzalamalar  Avstriya,  Bolqanstan, 
Macarıstan  və  Türkiyə  ilə  həyata  keçirilmişdir.  Müharibələr 
nəticəsində  Avstriya-Macanstan  imperiyası  dağılmışdı.  Onun 
əvəzində  ayrıca  Avstriya  və  Macarıstan  yaranmışdır. 
Çexoslovakiya da ayrılmışdır. 
262 


Serbiya, 
Çernoqoriya, 
Bosniya, 
Hersoqoviaa, 
Xorvatiya, Sloveniya, Dalmasiya, Makedoniya və Cənubi Maca- 
nstanm  bir  hissəsini  özündə  birləşdirən  Serb-Xorvat-Sloven 
dövləti  yaranmışdır.  Sonralar  daha  ümumi  şəkildə  Yuqoslaviya 
adlanmışdır.  10  sentyabr  1919-cu  ildə  Avstriya  ilə  müqavilə 
imzalanmışdı.  Bu  müqavilə  Habsburqlar  sülaləsinə  son  qoymuş 
oldu.  Avstriya  mənsub  olduğu  ərazilərin  bir  qismini  qonşu 
dövlətlərə  İtaliya,  Yuqoslaviya,  Rumıniya  və  Çexoslovakiyaya 
verməli  olmuşdu.  Avstriya  qonşu  dövlətlərin  müstəqilliyini 
tanımışdı.  Müqavilədə  Avstriyanın  Almaniya  və  yaxud  digər 
dövlətlərlə  birləşdirilməsi  məsələsi  qadağan  edilmişdir.  Onun 
flotu  qalib  ölkələrə  verilmiş,  30  mindən  artıq  ordu  saxlamaq 
qadağan edilmişdi. Hərbi cərimə də kəsilmişdir. 
27  noyabr  1919-cu  ildə  Bolqarıstanla  müqavilə 
bağlanmışdır. Bolqarıstan bütün günahları çar Ferdinandın üstünə 
ataraq Almaniyanın tərəfində vuruşduğunu inkar etmək istəyirdi. 
Lakin bu bəhanələr baş tuta bilməzdi. Bolqarıstanın ərazisinin də 
bir  qismi  Yuqoslaviya,  Yunanıstan  və  Rumini-  yaya  verilmişdi. 
Ona  da  kifayət  qədər  məhdudiyətlər  tətbiq  edilirdi.  20  min 
nəfərdən  artıq  orduya  icazə  verilməmiş,  hərbi  aviasiya  qadağan 
edilmişdi.  2,5  mlrd,  qızıl  frank  cərimə  ödəməli  olmuşdu.  Beş  il 
müddətinə Yuqoslaviyaya kömür göndərməli olmuşdu. 
Macarıstanla sülh müqavilələri 4 iyun 1920-ci ildə 
həyata  keçirilmişdir.  Bu  müqavilə  Versalın  böyük  bir  sarayında 
imzalanmışdır. 
Macarıstanın 
Avstriya, 
Yuqoslaviya, 
Çexoslovakiya və Rumıniya ilə sərhədləri müəyyənləşdirilmişdir. 
Macarıstanın  da  ərazisinin  müəyyən  hissəsi  həmin  ölkələrə 
verilmişdir.  Ordunun  35  min  nəfərdən  artıq  olması  qadağan 
edilmişdir. Aviasiya işi dayandırılmışdır. Bütün flot qalib ölkələrə 
verilmişdir. Əhalisinin cəmisi 30%-i və ərazisinin 50%-i qalmışdı. 
Türkiyə ilə müqavilə bağlanması.
 Bu müqavilə 10 avqust 
1920-ci ildə Parisin yaxınlığında Servdə imzalanmışdır. 
263 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə