E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə84/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   80   81   82   83   84   85   86   87   ...   106

tutulan əsas məsələlərdən biri də Avropada sülhün bərqərar olması 
və maliyyə və iqtisadi məsələlərin həllindən ibarət idi. Bununla da 
Almaniyanın  hərbi  cərimə  verməsi  işi  yüngülləşdirilə  bilərdi. 
Lakin  Fransa  konfransın  keçirilməsinə  mane  olmaq  istəyirdi. 
Buna baxmayaraq London konfransının 1922- ci ilin aprel ayında 
keçirilməsini təkid etmişdir. Sovet hökuməti də bu barədə güclü 
təbliğat aparırdı. 
Həmin  il  fevral  ayının  22-də  RSFSR,  Azərbaycan, 
EiTnənistan, Gürcüstan, Ukrayna, Belorusiya, Buxara, Xarəzm və 
Uzaq  Şərq  Sovet  Respublikaları  arasında  razılıq  imzalanmışdır. 
Bu razılığa əsasən Rusiya onların əvəzindən sənədləri imza etmək 
hüququ  qazanmışdır.  Konfrans  1922-ci  il  aprel  ayının  10-da 
açılmışdır.  Konfransda  29  dövlət  iştirak  etmişdir  (Britaniya 
dom.innonları ilə birlikdə 34 dövlət). 
Konfransda Rusiyanın müharibəyə qədər olan borclarının 
qaytarılması  və  ona  vurulan  zərərin  ödənilməsi  məsələləri 
müzakirə edilmişdir. Rəsmi olaraq konfrans 1922-ci il may ayının 
19-da öz işini qurtarmışdır. 
«Rapall müqaviləsi». Hələ «Genuya» danışıqları zamanı 
Sovet Rusiyası ilə Almaniya nümayəndələri arasında da danışıqlar 
gedirdi.  Nəticədə  16  aprel  1922-ci  ildə  Genuya  yaxınlığında 
Rapalloda Sovet-Alman müqaviləsi imzalanmışdı. Tərəflər təcili 
olaraq diplomatik əlaqələri və səfirlik müna- sibətələri yaratmaq, 
iqtisadi münasibətələri inkişaf etdirmək və qarşılıqlı olaraq hərbi 
xərclərin ödənilməsindən imtina etmək qərarına gəlmişlər. 
Bu  müqavilə;  1)  Dövlətlər  arasında  heç  bir  öhtəçilik 
olmadan  sülh  münasibətlərinin  mümkünlüyünü  sübut  etmiş 
olurdu; 2) Bu müqavilə ən böyük kapitalist dövlətlərindən birinin 
Sovet Rusiyasını tanımasını hüququ cəhətdən sübut edirdi; 3) Bu 
müqavilə  iki  dövlət  arasındakı  iqtisadi  inkişafa  zəmin  yaratmış 
olurdu. 
«Haaqa  konfransı».  «Genuya  konfransı»nda  danışıqlar 
zamanı xalis iqtisadi məsələlərə dair yeni bir konfrans 
268 


çağrılması  da qərara alınmışdır. Bu konfrans Niderlandın  Haaqa 
şəhərində  (1922-ci  ildə  iyun  ayının  15-dən  iyul  ayının  19-dək) 
keçirilmişdir.  Konfransda  «Genuya»da  iştirak  edən  dövlət 
nümayəndələri  (Almaniyadan  başqa)  iştirak  edirdilər.  Əslində, 
Rusiyadakı  inhisar  birliklərini  təmsil  edən  ekspertlər  iştirak 
edirdilər.  Onlar  Rusiyadakı  milliləşdirilmiş  mülkiyyətin 
ödənilməsini tələb edirdilər. «Antanta» dövlətləri çalışırdı ki, Çar 
Rusiyasından qalmış borcların qa
3
harılmasma razılıq əldə etsinlər. 
Sovet  Rusiyası  isə  bu  məsələyə  baxılmasına  razılıq 
verirdi. Lakin şərt qoyurdu ki, öz iqtisadiyyatını bərpa etmək və 
həmin borcları qaytarmaq üçün ona kredit versinlər. Bu şərtlərlə 
razılaşmayan  xarici  sahibkarlar  və  Qərb  dövlətləri  bu  məsələnin 
müzakirəsinin  nəticəsiz  olduğunu  görüb  konfransın  işini  davam 
etdirməmişlər. 
Sovet Rusiyasının xarici siyasi nailiyyathri. «Genuya» və 
«Haaqa konfrans»lan nəticə etibarı ilə gənc Sovet dövlətinin xarici 
siyasətinin  sözsüz  nailiyyətlərini  göstərmiş  olurdu.  İmperialist 
dövlətləri  öz  şərtlərini  ona  qəbul  etdirə  bilməmişlər.  Onların 
planları boşa çıxırdı. ABŞ, İngiltərə, Fransa və digər dövlətlərin 
mürtəce-irticaçı  qüvvələrinin  səylərinə  baxmayaraq  Sovet 
Rusiyası  beynəlxalq  aləmdə  öz  vəziyyətini  möhkəmləndirirdi. 
1923-1925-ci illərdə Sovet Rusiyası bir çox dövlətlərlə diplomatik 
əlaqə  yarada  bilmişdi.  Bu  dövr  Sovet  xarici  siyasəti  tarixinə 
«Təsdiqləma dövrü» (və yaxud tanıma dövrü, etiraf zolağı) kimi 
daxil olmuşdu. 1922-ci ilin axırlarına Sovet İttifaqı yaradılması və 
onun  beynəlxalq  vəziyyətinin  möhkəmlənməsi  yenidən  Sovetlər 
əleyhinə  kompaniyanın  artmasına  səbəb  olmuşdur.  1923-cü  ilin 
yazında Avropanın bir çox dövlətlərində belə kompaniyalar daha 
da güclənmişdir. 
İngiltərə  SSRİ  ilə  münasibətləri  gərginləşdirməkdə  hər 
cür bəhanə axtarırdı. 1923-cü ilin mart ayında Sovet sahil keşikçi 
gəmisi  İngiltərənin  «Ceyms  Conson»  balıq  tutan  gəmisini 
(sərhəddi pozduğuna görə) tutmuşdu. İngiltərədə Sovetlər 
269 


əleyhinə hay-küy qalxmışdı. Həmin vaxtlar İngiltərə Sovetlərə hər 
cür təzyiq göstərməyə çalışırdı. 1923-cü il may ayının 8-də Böyük 
Britaniyanın  xarici  işlər  naziri  C.  Kerzon  Sovet  hökumətinə 
(tarixən  məlum  «Kerzon  ultimatumu»)  memorandum 
(xəbərdarlıq)  göndərmişdi.  O  Britaniya  əleyhinə  təbliğat 
aparmaqdan  əl  çəkməyi  tələb  edirdi.  Sovet  Rusiyası  İrandan  və 
Əfqanıstandan  guya  təbliğat  aparan  öz  nümayəndələrini  geri 
çağırmalı idi.  İngiltərənin  gəmisi  azad edilməlidir, dəymiş zərər 
ödənilməlidir  və  s.  Ultimatum  hədə-qorxu  ilə  qurtararaq 
bildirilirdi  ki,  əgər  10  gün  müddətinə  bu  tələblər  yerinə 
yetirilməzsə,  İngiltərə  diplomatik  əlaqələri  kəsəcəkdir.  Bu 
hədə-qorxu  hərbi  tədbirlərlə  nümayiş  etdirilmişdir.  İki  ingilis 
gəmisi  iki  ədəd  hərbi  gəmi  ilə  may  ayının  26-da  Murmanska 
gələrək (bir neçə gün) Sovet sularında qalmışdır. Başqa bir hərbi 
gəmi  Arxangelsk  su  sahəsinə  daxil  olmuşdur.  Elə  həmin  vaxt 
Lozanno (İsveçrə) şəhərində konfrans keçirilirdi. Vəziyyəti daha 
da  qızışdırmaq  məqsədi  ilə  Sovet  nümayəndəsi  V.V.  Vorovskiy 
öldürülmüşdü.  İsveçrə  məhkəməsi  caniyə  bəraət  qazandırmışdı. 
İngiltərənin  hərəkətləri  başqa  dövlətlər,  o  cümlədən  ABŞ 
tərəfindən də dəstəklənmişdir. 
Aydındır ki, «Kerzon ultimatum» və İngiltərənin Sovetlər 
əleyhinə  olan  hərəkətləri  Sovet  adamlarında  ciddi  narazılıqlar 
yaratmışdır. Kütləvi nümayişlər keçirilirdi. Moskvada may ayının 
12-də  500  min  nəfərlik  nümayiş  keçirilmişdi.  1923-  cü  il  may 
ayının  11-də  Kerzonun  əsassız  xəbərdarlıqları  Sovet  hökuməti 
tərəfindən təkzib  olunmuşdur. Qeyd etməliyik  ki,  İngiltərədə və 
eləcə də bəzi ölkələrdə əhali arasında Sovetlər əleyhinə apanlan 
açıq  düşmənçiliklə  razılaşmayanlar  da  az  deyildi.  Dünyada 
beynəlxalq  münasibətlər,  iqtisadi-ticarət  münasibətləri  dəyişirdi. 
Beynəlxalq münasibətlər o qədər də sabit deyildi. 
O  vaxt  İngiltərədə  Baş  Nazir  olmaq  istəyən  Kerzon  səs 
qazana bilməmişdi. 1923-cü il may ayının 23-də Bolduin baş nazir 
vəzifəsini tutmuşdu. Həmin ilin axırlarına SSRİ ilə 
270 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə