E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə85/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   81   82   83   84   85   86   87   88   ...   106

münasibətlər  az-çox  yaxşılaşmışdı.  1923-cü  ilin  dekabr  ayında 
İngiltərədə  parlament  seçkilərində  Leyboristlər  partiyası  qalib 
gəlmişdi.  Onlar  öz  xarici  siyasi  proqramlarına  əsasən  Sovet 
Rusiyası  ilə  siyasi,  iqtisadi  əlaqələr  yaratmağa  üstünlük 
verdiklərini 
bildirmişlər. 
Lakin 
İngilis 
sahibkarlarının 
milliləşdirilmiş  mülkiyyətləri  üzrə  olan  borcların  ödənilməsində 
müəyyən güzəşt əldə etmək məqsədi ilə SSRİ -ni tanımağa o qədər 
də tələsmirdilər. Bütün bunlara baxmayaraq Makdonald' hökuməti 
2  fevral  1924-cü  ildə  xarici  işlər  üzrə  Xalq  Komissarlığına 
bildirmişdir  ki,  o  SSRİ-ni  tanıyır  və  ticarət  üzrə  müqavilə 
bağlamağa hazırdır. Fevral  ayının 8-də Xalq  Komissarlar Soveti 
danışıqlara hazır olduğunu bildirmişdir. Beləliklə, İngiltərə SSRİ 
ilə diplomatik əlaqə yaradaraq onu tanıyan 11 -ci dövlət olmuşdu. 
Rusiyanın,  1922-ci  ildən  isə  SSRİ  -nin  artan  sosial- 
iqtisadi inkişafı yeni sosialist dövlətinin möhkəmliyini göstərmiş 
olmuşdu.  Vətəndaş  müharibəsində  qələbə,  xarici  müdaxilənin 
qarşısının  alınması,  xalq  təsərrüfatının  bərpa  edilməsi,  hərbi 
kommunizmdən  yeni  iqtisadi  siyasətə  keçid,  təhsil  sisteminin 
inkişafı  və  s.  bütün  bu  kimi  nailiyyətlər  qərb  ölkələrini  məcbur 
edirdi  ki,  öz  siyasətlərinə  münasibətlərinə  yenidən  baxsınlar. 
1924-cü ilin fevral ayında SSRİ İtaliya və Avstriya ilə, mart ayında 
isə  Türkiyə,  Çin  və  İsveçrə  ilə  diplomatik  əlaqələr  yaratmışdı. 
İngiltərədə  olduğu  kimi  Fransada  da  Çar  Rusiyası  dövründən 
yaranan  borcların  ödənilməsini  təkid  edirdilər.  Lakin  diplomatik 
əlaqə yaratmağın tərəfdarları da az deyildi. 
Lakin Puankara^ hökuməti öz tələblərində çox iddialı idi. 
SSRİ  ilə  münasibətlərin  kəskinləşməsində  Bessarabiya  məsələsi 
də gündəlikdə dayanırdı. Rumıniya 1918-ci ildə 
‘ Makdonald Ceyms Ramsey (1866-1937) Leyb.part.lider. biri 1924-1931-ci illərdə baş 
nazir 
■ Puankara raymon (1860-1934). 1913-1920 Fr.proezid. 1922-1924; 1926- 1929-baş 
nazir 
271 


Bessarabiyanı işğal etmişdi və özünə birləşdirmək istəyirdi. Sovet 
hökumətinin  Rumıniya  ilə  danışıqlar  aparmasına  Fransa 
maneəçilik göstərirdi. 
1924-cü  ilin  may  ayında  Fransada  Parlament  seçkiləri 
keçirilmişdir.  Qalib  gələn  «Sol  blok»  seçkiqabağı  SSRİ-ni 
tanıyacağını  bəyan  edirdi.  Nəhayət  Enio'  hökuməti  beş  aydan 
sonra  1924-cü  il  oktyabr  ayımn  28-də  SSRİ-ni  tanımışdır. 
Amerilcadan ilk dəfə Meksika SSRİ -ni tanımış (4 avqust 1924-cü 
ildə), 1925-ci il yanvar ayının 20-də Yaponiya ilə diplomatik və 
səfirlik münasibətləri yaranmışdır. 1925-ci ildə Yaponiya ilə SSRİ 
arasında bağlanan müqavilə, demək olar ki,  tarixdə məlum  olan 
«Təsdiqləmə  dövrü»nə  yekun  vurmuş  olurdu.  1920-ci  illərin 
ortalanna SSRİ 22 dövlət ilə diplomatik əlaqə yaratmışdı. 
Yaxın  Şərqdə  vəziyyət.  Məlumdur  ki,  1920-ci  illərin 
əvvəlinə  İngiltərə  Yaxın  Şərq  regionunda  öz  mövqelərini 
möhkəmlətməyə çalışırdı. Odur ki, bu regionda vəziyyət o qədər 
də  sakit  ötüşmürdü.  İngiltərə  planlaşdınrdı  ki.  Afrikada  olan  öz 
müstəmləkələrini Hindistan, Fələstin, Suriya və Mesopotamiya ilə 
birləşdirsin. Bu yolda Türkiyə onun üçün əsas maneə idi. Türkiyə 
ilə  Yunanıstan  arasında  yaradılan  müharibə  də  İngiltərə  üçün 
«xoşbəxtlik»  gətirməmişdir.  Türkiyə  ordusu  Yunamstanı  ağır 
məğlubiyyətə uğratmışdı. 
Yaxın  Şərqdə  gərginliyin  aradan  qaldırılması  məqsədilə 
Rusiyanın Xalq Komissarlar Soveti 1922-ci ilin sentyabr ayında 
İngiltərə,  Fransa,  İtaliya,  Yuqoslaviya,  Bolqarıstan,  Ru-  miniya, 
Yunanıstan və Misirə təklif edirdi ki, əgər Yaxın Şərq böhranının 
tənzim  olunmasım  istəyirsinizsə  konfrans  çağırılsın.  Bu  təklif 
qəbul  olunmamışdır.  Türkiyə  ordusu  hücumu  davam  etdirərək 
yunanları  sıxışdırırdı.  Odur  ki,  ingilislər  türklərlə  danışıqlar 
aparmaq qəranna gəlmişlər. 
Yunanların  məğlubiyyəti  Yunamstanda  və  İngiltərədə 
iki hökumət başçısının istefasına səbəb olmuşdur. Yunan kralı 
' ErrioGduar (1872-1957). 1924-1925-1926-1932 baş nazir 
272 


Konstnatin  və  İngiltərənin  Baş  Naziri  Lloyd  Corc  istefaya 
getmişlər.  Parlament  seçkilərindən  sonra  İngiltərədə  B.Lou  Baş 
Nazir olmuşdur. Yaxın Şərqdə vəziyyətin sabitləşməsində Sovet 
hökuməti  ilə  İran  arasında  olan  müqavilə  də  böyäik  rol 
oynamışdır. 
1921-ci  ilin  fevral  ayının  26-da  Sovet-İran  müqaviləsi 
bağlanmışdır.  Bu  müqavilənin  qərarı  ilə  Çar  Rusiyası  ilə  İran 
arasında olan bütün müqavilələr, razılaşmalar ləğv edilmişdir. İki 
gündən sonra 28 fevral 1921-ci ildə Sovet Rusiyası ilə Əfqanıstan 
arasında  müqavilə  imzalanmışdı.  Hər  iki  dövlət  bir-  birinin 
müstəqilliyini tanımışdır. 
273 


XXI
 
Fəsil. 
1920-Cİ İLLƏRİN İKİNCİ YARISINA DÜNYANIN 
QABAQCIL ÖLKƏLƏRİNDƏ BEYNƏLXALQ 
MÜNASİBƏTLƏRİN VƏ XARİCİ SİYASƏTİN İNKİŞAFI 
1920-Cİ  illərin  ikinci  yansına  Avropada  beynəlxalq 
münasibətlərin vəziyyətinin qiymətləndirilməsində üç əsas cəhəti 
qeyd etmək olar; 
Birinci  -  Bir  tərəfdən  Almaniyanın  sürətli  iqtisadi 
inkişafı,  digər  tərəfdən  isə  «Versal  sülh  müqaviləsi»nin  ağır 
şərtlərinin  təsiri  altında  Veymar  Respublikası  güclü  təbliğat 
apanlması ilə bu vəziyyətdən çıxmalı idi. 
İkincisi - Məğlub olmuş Almaniya ilə Sovet Rusiyasının 
gələcəkdə  yaxınlaşması  Qərbi  qorxudurdu.  Hələ  o  vaxt  bəziləri 
artıq  iddia  edirdi  ki,  güclənən  Almaniya  öz  qüw'əiərini  Şərqə 
deyil.  Qərbə  («Versal  sülh  müqaviləsi»nin  iştirakçılarına  qarşı) 
tərəf yönəldə bilər. 
Üçüncüsü  -  Qalib  ölkələr  arasında  fikir  ayrılığı  və 
ziddiyyətlər olduğu üçün Almaniya ilə ümumi iqtisadi və siyasi 
xətt  yeridə  bilmirdilər.  Odur  ki,  «Almaniya  problemi»  Avropa 
siyasətində  ən  kəskin  bir  problem  idi.  Almaniyanın  ödəməli 
olacağı  hərbi  cərimə  istər  Almaniyanı  və  istərsə  də  Qərb 
dövlətlərini düşündürürdü. Bu məsələ ancaq iqtisadi deyil, siyasi 
cəhətdən  də  böyük  əhəmiyyət  kəsb  edirdi.  Bu  məqsədlə 
16.08.1924-cü ildə Londonda konfrans çağırılmışdır. Konfransda, 
əsasən,  Almaniyanın  üzərinə  qoyulan  cərimə,  onun  ödənilməsi 
şərtləri,  onu  ödəmək  üçün,  iqtisadiyyatın  bərpası  üçün 
Almaniyaya  köməklik  göstərilməsi  və  s.  problemlər  müzakirə 
edilirdi.  Almaniyaya  132  mlrd,  marka  hərbi cərimə edilmişdir. 
Bundan  əlavə  sənayeləşmə,  hərbi  iş  və  digər  sahələrin  inkişafı 
üzrə  də  bir  çox  məhdudiyyətlər  qoyulmuşdur.  Bütün  bunları 
ödəmək  üçün  Almaniyanın  inkişaf  planı  da  olmalı  idi.  Belə  bir 
plan hazırlamaq üçün bö>dik ekspertlər 
274 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə