E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə86/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   82   83   84   85   86   87   88   89   ...   106

qrupu  yaradılmışdır.  Bu  qrupa  Amerikada  Çikaqo  banklarından 
birinin direktoru Ç. Daues' rəhbərlik etmişdir. 
«Morqan»  bank  qrupu  ilə  sıx  bağlı  olan  «Daues  planı» 
1924-cü  il  sentyabr  ayının  1-dən  qüvvəyə  minmişdir.  Cərimə 
öhtəliklərini  həyata  keçirmək  üçün  «Daues  planı»nda  üç  əsas 
mənbə  nəzərdə  tutulurdu.  1)  Kütləvi  istehlak  malları  üzrə  daxil 
olan rüsumlar və dolayı vergilər, xüsusi istiqrazlar buraxılması; 
2)
 
Almaniya dəmir yollarının istifadəsindən olan gəlirlər
3)
 
Sənayenin vergiyə cəlb edilməsi. 
Onu  da  qeyd  etməliyik  ki,  «Daues  planı»  işə  düşəndən 
sonra  Amerika  kreditorları  Almaniyaya  800  mln.marka  borc 
vermişlər,  təkcə  Amerikadan  və  İngiltərədən  21  mlrd,  marka 
kredit  almışlar.  1920-ci  illərin  axırlarına  alman  maqnatları 
itirilmiş beynəlxalq mövqelərini qaytara bilmişlər. «Daues planı» 
dövründə  (1924-1932-ci  illər)  Almaniya  öz  ağır  sənayesini  və 
hərbi  sənayesini  təzələmiş  və  inkişaf  etdirə  bilmişdir.  Bir  az 
əvvələ  keçərək  qeyd  edək  ki,  1929-cu  ildə  dünya  iqtisadi 
böhranının  gərginləşdiyi  bir  şəraitdə  «Daues  planı»  «Yunq 
planı»  ilə  əvəz  edilmişdir.  O,  «Yunq  Daues  planı»nın 
iştirakçılanndan  biri  idi.  Morqanın  elektrotexniki  trestinin 
prezidenti idi. Cərimə problemi üzrə ekspertlər komitəsinin sədri 
idi.  Yunq  cərimənin  cəmi  məbləğini  113,9  mlrd,  markaya 
endirmiş,  ödəniş  müddətini  37  ilə  nəzərdə  tutmuşdur.  Digər 
dəyişikliklər də edilmişdir. 
Almaniyanın  inkişafına  hərtərəfli  köməklik  göstərilməsi 
ilə  yanaşı  hər  halda  «Lokaro  konfransı»nm  (5-16.10.1925) 
iştirakçılan 
Almaniyanın 
gələcək 
silahlanmasından 
ehtiyatlanırdılar.  Həmin  konfrans  «Reyn  təminat  paktı»  adlanır. 
Burada  Almaniya,  Belçika,  Fransa,  Böyük  Britaniya  və  İtaliya 
öhtəçilik götürmüşlər ki, ərazi toxunulmazlığına təminat verilsin. 
Bu  təminat  müqaviləsinə  əsasən  Polşa  və  Çexoslovakiya 
sərhədlərinin  pozulması  baş  verərsə  köməklik  barədə  Fransa 
öhdəçilik götürmüşdür. 1 dekabr 1925-ci ildə Londonda 
' Daues Çariz (1865-1951) bankir, ABŞ -1925-1929 vitse prezident 
275 


imzalanan  Almaniya,  Fransa,  Belçika,  İngiltərə  və  İtaliya 
arasındakı  müqavilə  də  öz  ilk  başlanğıcını  «Lokam  müqavi- 
ləsi»ndən  götürmüşdür.  Adları  çəkilən  ölkələr  bir  tərəfdən 
Almaniya  digər  tərəfdən  isə  Fransa  və  Belçika  ilə  sərhədlərin 
toxunulmazlığına təminat vermişlər. 
«Lokam  konfransı»ndan  sonra  Avropada  vəziyyət  daha 
da  gərginləşmişdir.  Avropa  dövlətlərinin  qruplaşması  artmışdır. 
İngiltərənin mövqeyi daha da artmış, Fransanın mövqeyi nisbətən 
zəifləmişdir.  Almaniyanın  qərb  sərhədləri  müəyyənləşdirildiyi 
halda,  şərq  sərhədləri  açıq  qalmışdır.  Yenə  də  «Lokam 
konfransı»mn  qərarına  əsasən  1926-cı  ilin  sentyabr  aymda 
Almaniyanı  Millətlər  Birliyinə  qəbul  etmişlər.  İngiltərə 
diplomatiyası  Şərqi  Avropaya  Fransamn  təsirini  artırmağa  və 
Sovetlər  əleyhinə  qruplaşma  yaradılmasına  özü  rəhbərlik  etmək 
fikrində idi. O, Baltikyanı respublikaları Finlandiya və Polşam da 
bura qoşmaq istəyirdi (Baltikyanı «Lokarn» yaratmaq istəyirdi). 
Öz  növbəsində  Sovetlər  tərəfi  də  Baltikyanı  dövlətlərlə 
müqavilə  bağlamağa  səy  göstərirdi.  İngiltərənin  əks  təsirinə 
baxmayaraq  1926-cı  ilin  sentyabr  ayında  Sovet  İttifaqı  ilə  Litva 
arasında  müqavilə  bağlanmışdır.  Bu,  ticarət  müqaviləsi  idi, 
1927-ci ildə qüvvəyə minmişdir. Bundan sonra İngiltərə yeni bir 
blok  (Sovetlər  əleyhinə)  yaratmağa  əl  atırdı.  Finlinadiya, 
Baltikyanı  dövlətlər  və  Polşadan  başqa  Almaniyanı  da  bura 
qoşmaq  istəyirdi.  Ancaq  Polşa  bu  layihəni  dəstəkləyirdi. 
Almaniya burada iştirak etmək istəmədiyini bildirmişdir. 1926- cı 
ilin  aprel  aymda  Sovet  İttifaqı  ilə  dostluq  və  neytrallıq  barədə 
müqavilə  imzalamışlar  (hər  iki  tərəfə  aid  siyasi  və  iqtisadi 
məsələlərin  bütün  tərəfləri  üzrə  razılaşma  müqaviləsi).  Bu 
müqavilə Sovetlər əleyhinə qruplaşmaya qarşı bir əksdurma idi. 
İngiltərə  hökuməti  açıq-aşkar  Sovetlər  əleyhinə  təbliğat 
aparırdı.  Bunların  başında  Baş  Nazir  S.Bolduin  və  xarici  işlər 
Naziri O.Çemberlen dumrdu. S.Bolduin 1927-ci ilin fevral 
276 


ayında  İngiltərə-Sovet  münasibətlərinin  kəsiləcəyini  də 
bildirmişdir.  Beləliklə,  1927-ci  il  may  ayının  27-də  İngiltərə 
(1921-ci  ildə  yaradılmış)ticarət  üzrə  müqaviləni  ləğv  etmiş  və 
diplomatik  münasibətləri də pozmuşdur. Sonra ardıcıl olaraq bir 
çox araqızışdıncı hərəkətlər törətmişdir. 
1927-ci il iyun ayının 7-də Polşada SSRİ-nin səlahiyyətli 
nümayəndəsi P.L. Voykov öldürülmüşdür. 1926-1927-ci illərdəki 
Sovetlər  əleyhinə  olan  hərəkətlərə  Çini  də  qoşa  bilmişlər.  Aprel 
ayının 6-da bir neçə əsgər və milis işçisi Sovet İttifaqının Çindəki 
səfirliyinə girərək müəyyən dağınıqlıq etmişlər, Şanxayda ingilis 
əsgərləri  Sovet  səfirliyinə  soxulmuş  və  dağınıqlıq  yaratmışlar. 
Lakin  İngiltərənin  planları  özünü  doğrulda  bilməmişdir.  Onlar 
belə hesab edirdi ki, Sovetlər əleyhinə təbliğatda başqa dövlətlər 
də  onlara  qoşulacaqlar.  Belə  olmadı.  SSRİ  ilə  ticarət  əlaqələri 
kəsildiyinə  görə  İngiltərənin  ticarəti  xeyli  azalmışdır.  Qeyd 
etməliyik  ki,  yalnız  iki  ildə  (1927-1928)  Almaniya  SSRİ-yə 
İngiltərədən 700 mln. manat artıq məhsul satmışdır. 
Beynəlxalq  vəziyyətin  qarışıqlığından  istifadə  edən 
Almaniya  öz  hərbi  sənayesini  artırırdı  («Versal  sülh  müqa- 
viləsi»nin  qərarlarımn  əksinə).  Bunu  görən  Fransa  və  onun 
müttəfiqləri olan Rumıniya, Polşa, Yuqoslaviya və Çexoslovakiya 
da hərbiləşməni artırırdılar. 1925-ci ilin sentyabr ayında Millətlər 
Birliyinin  sessiyasında  konfrans  çağrılması  qərara  alınmışdır. 
Konfransda  silahlanmanın  məhdudlaşdırılması  məsələlərinin 
müzakirə edilməsi nəzərdə tutulmuşdur. 
Konfransa hazırlıq üçün komissiya da yaradılmışdır. ABŞ 
və SSRİ də dəvət edilmişdir (onlar bu təşkilatın üzvü deyildilər). 
Bir  neçə  layihə  hazırlanmışdır.  Fransa  layihəsində  beynəlmiləl 
ordu  yaradılması  təklif  edilirdi.  İngiltərə,  əsasən,  aviasiyanın  və 
sualtı  flotun  azaldılmasına  üstünlük  verirdi.  Konfrans  İsveçrədə 
keçdiyi  üçün Sovet  İttmfaqı  ora  getməmişdi.  Çünki  o vaxt  V.V. 
Vorovskinin  öldürülməsindən  sonra  İsveçrə  ilə  bütün  əlaqələr 
kəsilmişdir. Sonra 1927-ci ilin aprel 
277 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə