E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə87/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

aymda  İsveçrə  bu  hadisəni  pisləmişdir.  Odur  ki,  Sovet 
nümayəndələri də İsveçrəyə gəlmişlər. Bütün bu kimi gərginliklə 
və müharibə qorxusu ilə bağlı olaraq Fransanın xarici işlər Naziri 
A.Briam  Amerika  xalqına  təklif  göndərmişdir.  O,  göstərirdi  İd, 
hər iki ölkə müharibəni pisləmək barədə bəyannamə hazırlasın. 9 
aydan  sonra  Amerikamn  dövlət  katibi  F.Kelloq  ona  məktub 
yazaraq  bildirmişdir  ki,  ancaq  bəyannamə  ilə  kifayətlənmək 
olmaz,  digər  təkliflər  də  hazırlansın  və  böyük  dövlətlər  də  bu 
təkliflərə qoşularaq öz razılıqlarını bildirsinlər. 
1928-ci  il  aprel  ayının  13-də  Kelloq  öz  layihəsini 
məktubla İngiltərə, Almaniya, İtaliya və Yaponiyanın xarici işlər 
nazirlərinə  göndərmişdir  ki,  müzakirə  etsinlər.  Bu  iş  «Brianın 
başının  üstündən»  olduğu  üçün  fransızların  o  qədər  də  xoşuna 
gəlməmişdi. Lakin Fransa da bu layihə ilə razılaşmalı olmuşdur. 
1928-ci  il  avqust  ayının  27-nə  15  dövlət  bu  layihəyə  imza 
etmişdir.  Həmin  ilin  sentyabr  aymda  SSRİ  xarici  işlər  Naziri 
M.M.Litvinov  da  Fransa  səfiri  vasitəsi  ilə  bu  beynəlxalq 
müqaviləyə  qoşulduğunu  bildirdi.  Sonra  Polşa,  Rumıniya, 
Estoniya,  Latviya,  Litva,  Türkiyə,  İran  da  bu  layihəyə 
qoşulduqlarmı  bildirmişlər.  Beləliklə,  1927-1928-ci  illərdəki 
beynəlxalq hadisələrin inkişafı göstərirdi ki, sülhün saxlanılması 
və  normal  münasibətlər  yaradılması  ancaq  böyük  dövlətlərin 
sağlam əməkdaşlığı şəraitində mümkün ola bilər. 
Dünya iqtisadi böhranı illərində 
beynəlxalq vəziyyət 
1920-1930-cu  illərdə  dünya  miqyasında  iqtisadi  böhran 
baş  verirdi.  İlk  əvvəl  böhran  vəziyyəti  1929-cu  ildə  ABŞ-ın 
birjalarında özünü göstərmişdir. Sonra böhran vəziyyəti Avropaya 
keçərək bütün sənaye ölkələrini bürümüşdü. Böhranın ilk illərində 
sənaye istehsalının həcmi kəskin surətdə azalmışdır. Sonra ticarət 
azalmışdır.  Bu  isə  maliyyə  iflasına  səbəb  olmuşdur.  Böhran 
ABŞ-ın bütün iqtisadiyyatını bürümüşdü. 
278 


Bundan sonra müflisləşmə başlanmışdır. 135 min firma, 10 min 
bank  öz  fəaliyyətini  dayandırmışdır.  Demək  olar  ki,  bütünlükdə 
istehsal  50%  ixtisara  düşmüşdür.  İki  il  ərzində  kapitalist 
ölkələrində  istehsalın  həcmi  40%  azalmışdır.  1932-ci  ildə  bütün 
işsizlərin sayı 30 mln nəfər təşkil etmişdir. 
Aydındır  ki,  bu  cür  iqtisadi  vəziyyət  həmin  illərdə 
beynəlxalq  münasibətlərə  təsir  etməyə  bilməzdi.  Satış  bazarı 
uğrunda mübarizə dalıa da güclənirdi. Ayrı-ayrı ölkələr arasındakı 
ziddiyyət  daha  çılpaqlığı  ilə  özünü  göstərirdi.  Birinci  Dünya 
Müharibəsində  məğlub  olmuş,  hərbi  cərimə  verməli  olan  bəzi 
ölkələr  belə  vəziyyətdən  istifadə  edərək  həmin  hərbi  cəriməni 
ödəməkdən  boyun  qaçırırdılar.  Bunlar  Almaniya,  Avstriya, 
Macarıstan  və  Bolqarıstan  idi.  Beləliklə  «Versal  sülh 
müqaviləsi»nin qərarı iflasa uğrayırdı. 
Almaniyanın  hərbi  cəriməsinə  yenidən  baxılması. 
Hələ 
1919-cu  il  «Versal  müqaviiəsi»nin  qərarına  əsasən  Almaniyaya 
cərimələr  müəyyən  edildikdə  o,  bir  çox  maddələrlə  qəti  razı 
deyildi. Lakin demək olar ki, məcbur edilmişdir. O vaxtdan artıq 
10 il keçmişdir. Almaniya bu cərimələrin təsiri altında müəyyən 
mövqe tuta bilmirdi. Odur ki, Almaniya hökuməti dövlətlərarası 
iqtisadi  münasibətlərə  və  hərbi  cərimələrə  və  «Daues  plam»na 
yenidən baxılması məqsədi ilə konfrans çağrılmasmı tələb edirdi. 
Beləliklə, 1929-cu il fevral ayının 11-də Parisdə bəzi dövlətlərin 
ekspertləri toplantı keçirmişlər. «Daues plan»ı müzakirə edilirdi. 
Bu  plana  Morqanm  elektrotexnika  trestinin  prezidenti 
Amerika bankiri O. Yunq sədrlik edirdi. Əvvəldən də məlumdur 
ki, cərimə alınmasında ən maraqlı tərəf Fransa idi. Lakin Fransa da 
«Daues planı»na yenidən baxılmasına razılıq vermişdir. Bir neçə 
aydan sonra ekspertlər komitəsi işi yekun- laşdınb yekun sənədi 
hazırlamışlar. Bu sənəd «Yunq planı» adlanmışdı. Bu plana əsasən 
hərbi cərimə 113,9 mlrd, marka müəy>'ən edilmişdir. Cərimənin 
ödənmə  müddəti  37  il,  orta  illik  ödəmə  məbləği  2  mlrd,  marka 
müəyyənləşmişdi. 
279 


«Paris  yığıncağın»da  bir  çox  digər  qərarlar  da  qəbul 
etmişdir. Belə ki , cərimə komissiyası ləğv edilmişdir, dəmir yolu 
və  müəssisələr  üzərindəki  nəzarət  götürülmüşdür.  Reyn 
zonasındakı  ordunun  çıxarılması  məsələsi  də  həll  edilmişdir. 
«Yunq  planı»  1930-cu  ilin  iyun  ayında  qüvvəyə  minmişdir.  Bir 
ildən sonra Almaniya ABŞ-a müraciət edərək (cəriməni ödəmək 
üçün)  yardım istəmişdir. Amerika bankirləri  yardım etməyə çox 
ehtiyatla yanaşırdılar. ABŞ-ın prezidenti Q.Quver hərbi cərimənin 
ödənilməsi və hərbi borc barədə moratorium keçirilməsini təklif 
etmişdir. Bu Fransa üçün ildə 2 mlrd frank itki demək idi. Buna 
baxmayaraq cərimələrin ödənilməsi üzrə ardıcıl olaraq müəyyən 
dəyişikliklər  həyata  keçirilirdi.  1931-ci  ilin  ortalarında  ABŞ-m 
prezidenti  Q.Quver  cərimə  ödəmələrini  bir  illiyə  dayandırmağı 
təklif  etmişdir.  Bir  ildən  sonra  isə  1932-  ci  ilin  iyun  ayında 
«Lozann  konfrans»mda  hərbi  cərimənin  ödənilməsi  ləğv 
edilmişdir. 
Bankirlər  və  sənayeçilər  öz  iqtisadi  və  maliyyə 
vəziyyətlərini  hesablamaqda  olarkən  siyasi  və  diplomatik 
dairələrdə  pan  avropa  yaratmaq  layihəsi  meydana  gəlmişdi. 
1930-cu il may ayının 17-də Fransanın xarici işlər naziri A.Brian 
Avropamn  27  dövlətinə  təkliflə  müraciət  etmişdir.  O,  Avropa 
Federal  ittifaqı  yaratmağı  təklif  edirdi.  O,  göstərirdi  ki,  bu 
dövlətlərarası birlik iki orqana malik olacaqdır. 
Biri Avropa Komissiyası kimi fəaliyyət  göstərəcək. Biri 
isə icra orqanından ibarət Avropa Komitəsi olacaqdır. Burada ilk 
əvvəl  Fransa  öz  mövqeyini  artırmağa  səy  göstərirdi.  Bu  layihə 
Avropada  və  Millətlər  Birliyində  İngiltərənin  təsir  dairəsinin 
azaldılmasına  yönəldilmişdir.  İkinci  tərəfdən  isə  Fransanın 
pan-avropa  planı  Sovetlər  əleyhinə  yönəldilmiş  bir  layihə  idi. 
Lakin  Fransamn  layihəsi  kağız  üzərində  qaldı.  İngiltərə, 
Almaniya, İtaliya onun əleyhinə çıxdılar. Həmin dövrdə ikinci bir 
plan meydana çıxdı. İki dövlətin birləşməsi planı. 19 mart 1931-ci 
ildə Avstriya ilə Almaniya arasında «Gömrük ittifaqı yaradılması 
barədə» müqavilə bağlandı. Bu 
280 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə