E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

5.
 
Hərbi  potensialın  bölgüsündəki  fərqin  olması 
üzündən (güclü dövlətlərdə) qüvvələr balansı müxtəlif formalar 
ala bilər - iki qütblü, üç qütblü, daha çox qütblü və s. 
Bu sahədə tədqiqat aparan bir çox alimlər belə qənaətə 
gəlmişlər  ki,  beynəlxalq  münasibətlərdə,  onun  xarakterində 
köklü  dəyişikliklər  baş  verir.  Bu  münasibətlər  ancaq  döv- 
lətlərarası  münasibətləri  deyil,  daha  yeni  münasibətləri,  yeni 
subyektləri əhatə edir. 
Fransız  alimləri  B.Badi  və  M.K.Siuts  bu  sahədə  öz 
fikirlərini  açıqlamaq  üçün  belə  bir  əsər  yazmışlar:  «Dünya 
dəyişilməkdədir», «Beynəlxalq Səhnənin Sosiologiyası». 
Onlar  göstərirdi  ki.  Müasir  beynəlxalq  münasibətlərə  ancaq 
dövlətlərarası qarşılıqlı fəaliyyət kimi baxmaq olmaz. 
Yenə Fransa alimi F.Moro Defarc göstərirdi ki, XX əsr 
beynəlxalq  münasibətlərin  xarakterində  köklü  dəyişikliklər 
olması ilə başa çatmışdır. Bu dəyişikliklər dövlət siyasətçilərinin 
fəaliyyətinin  nəticəsi  deyil,  başqa  proseslərin  nəticəsi  idi.  Din, 
mədəniyyət, cəmiyyətdə baş verən müxtəlif mübadilə formaları 
beynəlxalq münasibətlərin xarakterini dəyişmişdir. 
29 


1

3. 
4. 
III
 
Fəsil. 
SOSIAL
-
SIYASI FIKIR TARIXINDƏ
 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 

 XARICI SIYASƏT PROBLEMI
 
Qədim dünya siyasi fikir tarixində xarici siyasi 
baxışlar. 
Beynəlxalq münasibətlərdə realist təsəvvürlərin 
formalaşması və inkişafı. 
Beynəlxalq siyasətdə liberal fikirlər genezisi. 
Marksizm və beynəlxalq münasibətlər. 
1.
 
Qədim dünya siyasi llkir tarixində 
xarici siyasi baxışlar 
Dövlətin  meydana  gəlməsi  ilə  cəmiyyətin  həyat 
fəaliyyətində  əlahiddə  olaraq  siyasi  məsələlər  də  aynimışdır. 
Bununla  da  beynəlxalq  münasibətlər  fenomeni  yaranmışdır. 
Siyasət özü isə daxili və xarici siyasət şəklində tədqiq edilmişdir. 
Bu kimi proseslər qədim dünya fikirlərində də öz əksini 
tapmışdır.  Aydındır  ki,  əvvəllər  dövlətlərarası  münasibətlər  o 
qədər  də  müntəzəm  xarakter  daşımırdı  və  xarici  siyasət  dairəsi 
çox  sadə  və  primitiv  şəkildə  səciyyələnirdi.  Beləliklə  qədimdə 
xarici  siyasi  fikirlər  o  qədər  də  inkişaf  etməmişdir.  Bu  barədə 
ancaq ayrı-ayrı halları və xüsusilə qədim Çində yaranmış xarici 
siyasi fikirləri qeyd etmək olar. 
Çinin  siyasi  fikir  tarixində  üç  cərəyanı  ayırmaq  olar: 
Konfutsiyaçılıq, Leqizm, Daosizm. Bu cərəyanlar bizim eradan 
əvvəl  VI-III  əsrlərdə  formalaşmışdı.  Xarici  siyasətin  həyata 
keçirilməsi  prinsipləri  və  metodlan  baxımdan  bu  cərəyanlar 
bir-birindən  fərqlənir.  Lakin  hər  üç  halda  Çinin  mərkəzçilik 
modeli əsas götürülmüşdür. Çünki, o vaxt Çinin əhatəsində çoxlu 
miqdarda geriliklər, cəhalət, vəhşiliklər hökm 
30 


sürürdü.  Odur  ki,  bir  necə  yüzilliklər  Çinin  siyasətində  əsas 
problem  bu  kimi  cəhalətə  qarşı  mübarizə  problemi  olmuşdur. 
Beləliklə  qədim  Çin  siyasi  fikrində  olan  hər  iki  istiqamət  öz 
münasibətini əsaslandırmağa çalışırdı. 
Çinin tarixində Konfutsiaçılıq böyük rol oynamışdır. Bu 
cərəyanın  əsasını  Konfutsiya  və  yaxud  Kun-szı  (551-479) 
qoymuşdur.  O,  bir  çox  fikirlərini  “Söhbət  və  mülahizə”  adlı 
əsərində  ifadə  etmişdir.  O  vaxtkı  Çinin  Sosial-iqtisadi 
quruluşunun  sabit  olması  üçün  insanın  mənəvi-əxlaqi  cəhətdən 
təkmilləşdirilməsi  proqramı  hazırlanmışdır.  O,  dövlətə  böyük 
ailə kimi, dövlət başçısına isə xalqın atası kimi baxırdı. 
Konfiıtsiyaçılığın  ikinci  nümayəndəsi  Men-szı  (372- 
289)  (qısaca  Men)  olmuşdur.  O,  belə  hesab  edirdi  ki,  dövlətdə 
xalq daha əsasdır, sonra torpağın və taxılın ruhu, axırda isə dövlət 
başçısıdır, 
Konfiıtsiyaçılığın  digər  nümayəndəsi  Syun-szı  (313- 
238) dövlətin varlanmasının tərəfdarı idi. 
Konfutsiya  tərəfdarlan  Çinliləri  etika  baxımından  daha 
yüksək  hesab  edirdilər.  Qonşularını  belə  cəhalətdən  çıxarmağı 
özlərinə mənəvi borc hesab edirdilər. Müəyyən mənada xilaskar, 
nicat  rolunda  çıxış  edirdilər.  Ayn  cür  ola  da  bilməzdi.  Bu  kimi 
cəhalət, gerilik Çinə əks təsir göstərə bilməzdi. Ayrı-ayrı xalqların 
qarşılıqlı mədəniyyəti də Çin üçün yad idi. 
Ənənəvi  Çinin  xarici  siyasətindəki  təcrid  olunma 
istiqamətini Konfutsiya tərəfdarlan daha düzgün hesab edirdilər. 
B.e.ə. VI-III əsrlərdə Konfutsiya ideyası ilə yanaşı ikinci 
bir cərəyan - Leqizm  yaranmışdır. Leqizm məktəbinin meydana 
gəlməsi  VI-V  əsrlərə  (b.e.ə.)  təsadüf  edir.  Bu  cərəyanın  adı  o 
dövrün görkəmli siyasi xadimi İzi Canya və Li Kuyanın adı ilə 
bağlıdır.  Li  Kuyanın  dövlətin  möhkəmlənməsində  «əkinçiliyin 
rolu» baxışlarını Qunsun Yan (390- 338) inkişaf etdirmişdir. O, 
Çində Şan-Yan kimi məşhurdur. O, göstərirdi ki, dövlət iki yolla 
çiçəklənə bilər - əkinçilik və müharibə. Torpağa qayıtmaq üçün 
dövlət fəal siyasət 
31 


yeritməlidir.  Leqistlər  dövlətin  rolunun  artınimasının  tərəfdan 
idilər.  İdarəçilikdə  qanunlara  əsaslanmağa  üstünlük  verirdilər. 
Onlar daha fəal xarici siyasətə də üstünlük verirdilər. 
İlkin  Konfutsiyaçılar  kimi  ilkin  Leqistlər  də  cəhalətə 
qarşı eyni mərkəzçilik münasibətində idilər. Lakin sonralar bir çox 
real şəraiti nəzərə alaraq digər xalqlann üstün cəhətlərinin, məişət 
mədəniyyətinin,  hərbi işlərin, (məsələn Süvari hücum  texnikası) 
bəzi  elementlərindən  bəhrələnməyin  zəruriliyini  məqbul 
sayırdılar.  Bütün  bunlar  Leqizmin  ümumi  sosial-  fəlsəfi, 
sosial-siyasi  konsepsiyalanndan  irəli  gəlirdi.  Onlar  belə  hesab 
edirdilər  ki,  insan  öz  təbiəti  etibarı  ilə  tamahkar  -  acgözdür, 
paxıldır  -  həsəd  aparandır  və  şöhrətpərəstdir.  Odur  ki, 
hökumət  başçıları  idarəçilikdə  insanlann  bu  keyfiyyətlərini 
əlaqələndirməyi  bacarmalıdır.  Bu  baxımdan  insanları  iki  “daha 
faydalı” işə yönəltməlidir - əkinçilik və müharibə. Leqizmə görə 
hər  bir  dövlət  və  onu  idarə  edənlər  faydalanmağa  cəhd 
göstərməlidir,  iqtisadi  və  hərbi  potensial  əsasında  öz  qüdrətini 
möhkəmlətməlidir. 
Öz 
dövlətlərinin 
mənafeyi 
naminə 
başqalarının  təcrübəsindən  istifadə  olunmasım  qanunauyğun 
hesab  edirdilər.  Onlar  müharibələr  aparılmasının  da  tərəfdarı 
idilər.  (Dövlətin  qüdrəti  hərbi  nailiyyətlərdən  asılıdır). 
Leqistlər iddia edirdilər ki, hər hansı bir  ölkəni  gəzərkən  onun 
necə idarə edildiyini, qüdrətli olduğunu müşahidə edirsənsə, 
deməli  orada  hərbi  qüvvələrdən  daha  fəal  istifadə  edilir. 
Deməli  Leqistlər  insanların  idarə  edilməsində  məcburiyyət, 
ehtiyac və zorakılığı əsas götürdüyü kimi, xarici siyasi dairədə 
də güc metoduna üstünlük verirdilər. 
Qədim Çin ideologiyasında Deosizm istiqaməti də geniş 
yayılmışdır. Çin mədəniyyətinin formalaşmasında onların böyük 
rolu olmuşdur. Bu cərəyanın əsasım Lao-Szı qoymuşdur. 
Beynəlxalq  münasibətlərdə  güc  amili  məsələsi  qədim 
yunan mütəfəkkiri Fukudid tərəfindən də işlənmişdir. O, 
32 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə