E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə90/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

İtaliya, ABŞ-ın birgə rəyi ilə Almaniyada tərksilah məsələsinin iki 
mərhələdə  həyata  keçirilməsi  qərara  alınmışdır.  Neyrat  bu 
layihəni qəbul etməmiş və oktyabr ayının 6-da Almaniya Londona 
və  Romaya  bu  aynseçkilik  barədə  nota  göndərmişdir.  Hər  iki 
tərəfin  cəhdləri  nəticə  verməmiş,  Almaniya  Yaponiya  kimi  14 
oktyabr 1933-cü ildə Millətlər Birliyindən çıxmışdır. Bu fakt bir 
daha  onu  göstərmişdir  ki,  Almaniya  beynəlxalq  təşkilatla  da 
hesablaşmayır. 
«Şərq  paktı»  (müqaviləsi).  Almaniya  «Versal  Sülh 
müqaviləsi»nin  qərarlarından  imtina  edərək  silahlanmanı 
artırmaqda davam edirdi. Bu isə Avropam və ilk növbədə Fransanı 
narahat  edirdi.  Fransanın  Mərkəzi  və  Cənubi-Şərqi  Avropadakı 
mövqeyini  sıxışdırırdı.  Belə  bir  şəraitdə  Fransanın  xarici  işlər 
Naziri L. Bartu bəzi Avropa dövlətləri arasında qarşılıqlı yardım 
sistemi yaradılmasını təklif etmişdir. Almaniyanın təcavüzü olarsa 
bu sistemə əsasən bu dövlətlər biri- birinə köməklik edə bilərdilər. 
Beləcə «Şərq paktı» ideyası yaranmışdır. 
1934-cü  il  yanvar  ayının  2-də  Almaniya  Avropada 
yaranan bu sistemi dağıtmağa çalışmışdır. Daha doğrusu  yanvar 
ayının  26-da  Berlində  Polşa  ilə  hücum  etməmək  və  qarşılıqlı 
yardım barədə müqavilə imzalamışlar. 
1934-cü  ilin  yazında  Fransa  Sovet  İttifaqı  ilə  danışıqlar 
apararaq Almaniya, SSRİ, Polşa, Çexoslovakiya, Litva, Latviya, 
Estoniya  və  Finlandiyanın  da  bu  «Şərq  paktı»na  daxil  olmasını 
təkid edirdi. SSRİ bu təklifi qəbul etdiyi halda Almaniya və Polşa 
damşıqlarda  iştirak  etməmiş,  Finlandiya  isə  ümumiyyətlə  bu 
müraciətə cavab verməmişdir. İngiltərə də əvvəlcə bu müraciətə 
dəstək verdiyi halda sonralar fikrindən dönmüşdür. 
Fransanın bu diplomatiyası Balkan ölkələrində də müsbət 
qarşılanmışdır.  9  fevral  1934-cü  ildə  Afinada  Yunanıstan, 
Rumıniya, Türkiyə və Yuqoslaviya arasında «Bağdad 
288 


paktı» imzalanmışdır. Lakin Almaniya və İtaliyanın təsiri altında 
Bolqarıstan və Albaniya bu pakta qoşulmamışlar. 
AvstriyamnAlmaniyaya  birləşdirilməsi  siyasəti.  Belə  bir 
qarışıq  zamanda  Avropada  yeni  bir  problem  meydana  çıxmışdı. 
Almaniya Avstriyanı işğal etməyə hainrlaşırdı. Avstriyanın işğal 
edilərək Almaniyaya birləşdirilməsi əleyhinə Avstriyanın federal 
kansleri Dolfue çıxış etmişdir. Əvvəlcə onu İtaliya hökumətinin 
başçısı  B.  Mussolini  dəstəkləyirdi.  Lakin  sonra  (14-15  iyun 
1934-cü  ildə)  Venesiyada  B.  Mussolini  Hitler  ilə  görüşdükdən 
sonra vəziyyət dəyişmişdi. 
İki  həftədən  sonra  1934-cü  il  iyun  ayının  30-da 
Avstriyanın  federal  kansleri  Dolfue  öz  kabinetində  nasistlər 
tərəfindən  öldürülmüşdür.  Elə  həmin  vaxt  Avstriya  hökuməti 
istefa vermişdir. 
Avstriyanın nasist nazirlərinin bu kimi üsyanı o qədər də 
faydalı olmamışdı. Çünki Mussolini Dunay regionunu İtaliyanın 
təsir dairəsi hesab edirdi. 
Odur  ki,  qiyamçılara  qarşı  çox  kəskin  hərəkət  edərək 
Avstriya sərhəddinə üç diviziya göndərmişdi. Həmin vaxt Hitler 
İtaliyanın  bu  hərəkətinə  qarşı  o  qədər  də  hazır  deyildi.  Lakin 
Hitler Almaniyası İngiltərənin köməkliyinə arxayın olduğu üçün 
başqa  dövlətlərlə  heç  də  razılaşmırdı.  Beləliklə  eyni  vaxtda 
iki 
faşist  dövlətin 

Almaniya  və  İtaliyanın  əlaqələri 
möhkəmlənirdi. 
SSRİ-nin  sülh  diplomatiyası.  1933-cü  ildə  Franklin 
Delano  Ruzvelt  (1882-1945)  ABŞ-ın  prezidenti  seçildikdən 
sonra  ABŞ  ilə  Sovet  İttifaqı  arasında  diplomatik  əlaqələr 
yaranmışdır. Həmin ilin noyabr ayında Vaşinqtonda və Londonda 
müəyyən  danışıqlar  apanlmış  və  F.  Ruzvelt  ilə  SSRİ  Mərkəzi 
İcraiyyə  Komitəsinin  sədri  M.İ.  Kalinin  (1875-  1946)  arasında 
kifayət  qədər  məktublaşmalar  da  olmuşdur.  Yenə  1933-cü  ildə 
SSRİ  ilə  İspaniya  və  Uruqvay  arasında  da  diplomatik 
münasibətlər yaranmışdır. 
289 


193  3-cü  ilin  sentyabrında  Sovet  İttifaqı  ilə  İtaliya 
arasında  dostluq,  hücum  etməmək  və  neytral  olmaq  barədə 
müqavilə  imzalanmışdı.  Paktın  adında  «dostluq»  sözünün 
yazılması şəxsən Mussolinin təkidi əsasında həyata keçirilmişdir. 
Bu cür müqavilələr digər ölkələrlə də imzalanmışdır. 
SSRİ-nin Millətlər Birliyinə daxil olması. 1919-cu ildə 
«Paris  konffansı»nda  Millətlər  Birliyinin  nizamnaməsi  qəbul 
edildikdə  Sovet  Rusiyası  ora  daxil  olmamışdır.  Bu  təşkilat 
beynəlxalq münasibətlərin möhkəmlənməsində və təcavüzkarlığa 
qarşı mübarizədə o qədər də təsirli tədbirlər görə bilmirdi. Onun 
rolunun  artınimasma  zərurət  yaranırdı.  Odur  ki.  Qərb 
dövlətlərinin  bəzi  siyasi  xadimləri  Sovet  İttifaqım  bu  təşkilata 
dəvət  etməyə üstünlük  verirdilər. Bu fikrin  əsas  müəlliflərindən 
biri  Fransanın  baş  naziri  sonra  xarici  işlər  naziri  Bartu  Lui 
(1862-1934)  olmuşdur.  Fransa  diplomatiyasının  təşəbbüsü  ilə 
Birliyin  üzvü  olan  30  dövlətin  imzası  ilə  SSRİ-yə  teleqram 
göndərmişlər.  Sovet  İttifaqı  bu  təşkilata  daxil  olmağa  razılıq 
verərək bildirirdi ki, SSRİ-yə Millətlər Birliyinin şurasında daimi 
yer  verilməlidir.  Beləliklə,  1934-cü  il  sentyabr  ayının  18-də 
Millətlər  Birliyinin  iclasında  SSRİ  bu  təşkilata  üzv  qəbul 
edilmişdi. Birliyin şurasında da SSRİ nümayəndəliyinə daimi yer 
verilmişdir. 
Yeni  təcavüzkar  aktı.  Təcavüzkarlıqla  mübarizəyə,  sülh 
uğrunda, kollektiv təhlükəsizlik uğrunda gedən mübarizəyə cavab 
olaraq  faşist  ölkələri  daha  qanlı  hadisələr  törətməkdən 
çəkinmirdilər.  Belə  ki,  1934-cü  il  sentyabr  ayının  9-da  yeni 
cinayət  hadisəsi  baş  vermişdi.  Həmin  günü  Marsel  şəhərində 
Fransanın  xarici  işlər  Naziri  Bartu  və  Yuqoslaviya  Kralı 
Aleksandr  öldürülmüşlər.  Bartunu  P.Laval  əvəz  etmişdir.  O, 
Hitler  Almaniyasına  çox  rəğbət  bəsləyirdi.  Beləliklə,  ikinci 
müharibə mənbəyi Avropada yaradılırdı. 
290 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə