E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə92/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

tanınmış  siyasi  lider  olan  A.İdeni  Moskvaya  dəvət  etmişdir.  O, 
1935-ci  il  mart  ayının  28-də  Moskvada  olmuş  İ.V.  Stalin,  V.M. 
Molotov  və  M.M.  Litvinovla  fikir  mübadiləsi  aparmışlar.  Onlar 
belə  razılığa  gəlmişlər  ki,  «Avropada  kollektiv  təhlükəsizlik 
sistemi»  yaradılsın.  Danışıqların  rəsmi  məlumatında  da  qeyd 
edilmişdir  ki,  kollektiv  sülhün  təşkili  və  təhlükəsizlik  ən  zəruri 
şərtlərdən biridir. 
Sovet  İttifaqı «Şərq  paktı»  yaradılmasında özünün fəal 
iştirak  edəcəyini  bildirirdi.  Bütün  bu  danışıqlardan  sonra  İden 
Moskvadan  Varşavaya  və  Praqaya  getmişdir.  Praqada  bu  ideya 
yaxşı qarşılandığı halda Polşa rəhbərliyi «Şərq paktı» barədə heç 
danışmaq da istəməmişdi. Aydındır ki, bu kimi hadisələr Fransanı 
çox narahat edirdi. Odur ki, təcili olaraq Millətlər Birliyi Şurasının 
çağrılmasını təklif etmişdir. 
Şuranın  sessiyasının  çağrılması  ərəfəsində  Fransa 
hökumətinin təkidilə İtaliyanın Streza şəhərində Böyük Britaniya, 
Fransa və İtaliyanın Baş Nazirləri ilə xarici işlər Nazirlərinin birgə 
konfransı olmuşdur. Bu danışıqlar bir daha göstərirdi ki, hər hansı 
bir tərəfin razılığı, arzusu olmadan kollektiv təhlükəsizlik sistemi 
yaratmaq qeyri mümkündür. 
«İtaliya-Alman İttifaqı»mn möhkəmlənməsi. Aydındır ki, 
belə  bir  şəraitdə  Berlin  ilə  Roma  arasında  müntəzəm  olaraq 
danışıqlar  gedirdi.  Onlar  İngiltərə  və  Fnmsamn  heç  bir  təsirinə 
məruz qalmadan gələcək birgə hərəkətlərini planlaşdırırdılar. Bu 
iki  faşist  dövlətinin  birgə  əməkdaşlığı  tarixdə  «Berlin-  Roma 
oxu» adı ilə məlumdur. 
İngiltərə  və  Fransanın  daxilində  də  bu  ölkələrin 
hökumətlərinin  xarici  siyasətini  tənqid  edənlər  də  az  deyildi. 
Məsələn, İngiltərənin xarici siyasi kursu Lloyd Corc və U. Çörçill 
tərəfindən tənqid edilirdi. Onlar göstərirdilər ki, belə təsirsiz xətt 
yeritmək  Millətlər  Birliyini  zəiflədir  və  «Kollektiv  təhlükəsizlik 
sistemi» yaradılması məsələsini çətinləşdirir. 
Fransaya  gəldikdə  qeyd  etməliyik  ki,  Bartu 
öldürüldükdən  və  Laval  xarici  işlər  nazirliyinə  gəldikdən  sonra 
faşizm 
294 


və  hərbiləşmə  əleyhinə  müxaliflik  çətinləşmişdir.  O,  açıq-aşkar 
barışdırıcı  siyasət  yeridirdi.  Sovetlər  əleyhinə  siyasət  aparırdı. 
Faşist Almaniyası ilə əməkdaşlıq edirdi. 
Bütün  bunlara  baxmayaraq  «Kollektiv  təhlükəsizlik 
sistem.i» yaradılması və sülhün möhkəmlənməsi üzrə olan ümumi 
fikirlər qalırdı. Bu ümumi  rəylər və Sovetlərin fəal  xarici  siyasi 
diplomatiyasının  təsiri  altında  Laval  Sovet  İttifaqı  və 
Çexoslovakiya ilə müqavilə bağlamalı olmuşdur. 2 may 1935-ci 
ildə SSRİ ilə Fransa  arasında qarşılıqlı  yardım barədə müqavilə 
bağlanmışdır. 
Müqaviləyə  əsasən  bu  ölkələrin  hər  hansı  birinə  hərbi 
hücum olarsa digəri ona köməklik göstərməlidir. Hətta SSRİ hərbi 
müqavilə  bağlamağı  da  təklif  etmişdir.  Lakin  Laval  buna  razı 
olmamışdır. Bununla yanaşı Laval müqavilənin təsdiqlən- məsini 
27  mart  1936-cı  ilə  kimi  ləngitmişdir.  Eyni  zamanda  SSRİ  ilə 
Çexoslovakiya  və  Fransa  ilə  Çexoslovakiya  arasında  da  belə 
müqavilələr bağlanmışdır. 
«Sovet~Çexoslovakiya qarşılıqlı yardım» müqavibsL Bu 
müqavilə 1935-cİ il may ayının 16-da Praqada imzalanmışdır. Bu 
müqavilənin  bağlanmasında  da  əsas  məqsəd  başqa  dövlətlər 
tərəfindən  hücuma  məruz  qaldıqda  biri-birinə  köməklik 
göstərməkdən ibarət idi. 
Faşizmin  irəliləməsi.  1936-cı  ilin  yazından  Hitler 
Almaniyasının  təcavüz  hərəkatı  daha  da  fəallaşırdı.  Reyn 
zonasının  yenidən  hərbiləşdirilməsi  həyata  keçirilmişdir.  Mart 
ayının  7-də  Almaniya  hökuməti  «Lokam  müqaviləsi»ndən  (5- 
16.X.1925-Cİ itdə) imtina etdiyini bildirmişdir. Elə həmin gün də 
Alman  ordusu  Reyn  vilayətinə  daxil  olmuşdur.  Təcavüzkarların 
bu  hərəkəti  cəzasız  qaldığı  üçün  Hitlerçilərin  cəsarəti  dalıa  da 
artırdı. 
Birləşmiş  Millətlər  Təşkilatı  Şurasımn  mart  ayında 
keçirilən  iclasında  Sovet  nümayəndəsi  Litvinov  çıxış  edərək 
göstərirdi ki, Reyn zonasının işğalı çox uzağa gedən işğalçılıq 
295 


planının başlanğıcıdır. Odur ki, təcavüzün qarşısının alınması çox 
zəruridir. 
Lakin  Şuranın  digər  üzvləri  Almaniyanın  bu  hərəkətini 
tənqid etsələr də konkret tədbirlər görülməsindən yan keçirdilər. 
Əksinə,  onlar  belə  hesab  edirdi  ki,  müəyyən  ciddi  tədbirlərlə 
Almaniyanı və Avropanı müharibəyə gətirib çıxarmaq olar. Hətta 
Böyük  Britaniyanın  təşəbbüsü  ilə  İtaliyanın  Həbəşistana  qarşı 
apardığı  müharibədə  İtaliya  üçün  nəzərdə  tutulmuş  sanksiya  da 
Millətlər Birliyinin 4 iyun 1936-cı il qərarı ilə ləğv edilmişdir. 
İspaniyada  vəziyyət.  Seçkilərlə  əlaqədar  olaraq  1936-cı 
ilin  yayında  «İspaniya  hadisələri))  dünyanın  diqqətini  daha  çox 
cəlb edirdi. 1936-cı il fevral ayının 16-da parlament seçkilərində 
Xalq  Cəbhəsi  Partiyası  qalib gəlmişdir. Sonra Fransada seçkilər 
keçirilmiş və burada da Xalq Cəbhəsi qalib gəlmişdir. Əlbəttə, bu 
vəziyyət  sülhün  möhkəmlənməsinə  köməklik  etmişdir.  Burada 
SSRİ  ilə  Fransa  arasındakı  və  eləcə  də  bu  hər  iki  dövlətlə 
Çexoslovakiya arasındakı müqaviləni də nəzərə alsaq, demək olar 
ki,  faşizm  işğalçılığı  əleyhinə  müəyyən  əsas  yaranmışdır.  Belə 
zənn etmək olardı ki, «KoIlektiv təhlükəsizlik sistemi)) yaratmaq 
üçün  sülhsevər  qüvvələr  qarşısında  müəyyən  perspektiv  inkişaf 
yaranır.  Lakin  Berlində başqa plan hazırlanırdı.  Burada, əlbəttə, 
İngiltərə,  ABŞ  və  Fransanın  da  günahı  az  deyildi.  Burada  elə 
qüvvələr  vardır  ki,  Almaniya  ilə,  demək  olar  ki,  əməkdaşlıq 
edirdi.  Bu  da  sülhün  əvəzinə  müharibəyə  gətirib  çıxarırdı. 
Mürtəce qüvvələr açıq-aşkar demokratiya və sülhə qarşı mübarizə 
aparırdılar.  1936-cı  il  iyul  ayının  18-də  xüsusi  şərti  siqnal  olan 
«Bütün  İspaniya  üzərində  buludsuz  səma))  adı  altında  üsyan 
başlanmışdı. Bu üsyan qanunla seçilmiş respublika hakimiyyətinə 
qarşı idi. Bu üsyanın təşkilatçıları və demək olar ki, iştirakçıları 
Alman və İtaliyan faşistlərindən ibarət idi. Onlar birbaşa üsyanda 
iştirak  edirdilər.  Beləcə,  İspaniyada  vətəndaş  müharibəsi 
başlanmışdı. 
296 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə