E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə93/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

Beləliklə,  ilk  dəfə  olaraq  İspaniyada  demokratik  - 
mütərəqqi  qüvvələrlə  faşizm  arasında  toqquşma  baş  vermiş 
olmuşdur.  Respublika  hakimiyyəti  tərəfindən  100  minlərlə 
müxtəlif millətlər, sənət sahibləri, siyasi inam sahibləri vuruşurdu. 
Almaniya və İtaliyadan İspaniya üsyançılarına silah, hərbi gəmilər 
göndərilirdi. Faktiki olaraq iki faşist dövləti İspaniyaya müdaxilə 
edirdi. 
İspaniyada  vətəndaş  müharibəsi  getdiyi  müddətdə 
Almaniyada  məxfi  olaraq  Almaniyanın  gələcək  hərəkəti  barədə 
dipIom,atik sənəddən ibarət plan hazırlanırdı. Bu sənəd 26 avqust 
1936-cı  ildə  Hitler  tərəfindən  imzalanmışdır.  Bu  plan  əsl  alman 
dəqiqliyi  ilə  yerinə  yetirilirdi.  Təkcə  1936-cı  illərdə  silahlı 
qüvvələrə çəkilən xərclər birlikdə İngiltərə və Fransadan 2,5 dəfə 
artıq  idi.  i936-cı  ildə  İspan  hökuməti  müdaxiləçilərə  qarşı 
mübarizə  üçün  Millətlər  Birliyinə  müraciət  etməli  olmuşdur. 
Lakin  bu  Birlikdə  də  İngiltərə  və  Fransanın  rolu  böyük  olduğu 
üçün heç bir tədbir görülməmişdir. Birlik daxili işlərə qarışmamaq 
üzrə Beynəlxalq Komitə yaratmışdır. 
Fransada  Xalq  Cəbhəsi  qalib  gəldikdən  sonra  L.Blyum 
sağ 
sosialistlərin  liderləri  ilə  birlikdə  yeni  hökumət 
formalaşdırmışdır. O, İspan hökumətinə qarşı silah göndərilməsini 
dayandırmağa  çalışırdı.  O,  bu  məqsədlə  Londona  gedərək 
müəyyən  fikir  birliyi  yarada  bilmişdir.  Buna  baxmayaraq 
İspaniyada  vətəndaş  müharibəsi  davam  etməkdə  qalmış,  Hitler 
Almaniyası  isə  Avropada  digər  mürtəce  aktlar  həyata  keçirmək 
planlarım davam etdirməkdə qalmışdır. 
«Komintern^  əleyhinə  pakt'».  Həmin  vaxtlarda 
beynəlxalq  məsələlərə  baxışda  Almaniya  ilə  Yaponiyanın 
mövqeləri, demək olar ki, eyni idi. İqtisadi və hərbi əməkdaşlıqları 
da  müvəffəqiyyətlə  həyata  keçirilirdi.  1936-cı  ilin  fevral  ayında 
Yaponiyada  hərbi  faşist  qüvvələrin  üsyanı  nəticəsində  Xirota 
hakimiyyətə gəlmişdir. 
Snoska Komintern - Kommunist beynəlmiləlçiliyi. 1919-1943-cü illərdə beynəlxalq 
inqilabi proletar təşkilatı 
297 


Bununla  da  Tokio  ilə  Berlin  arasında  yaxınlıq  daha  da 
artmışdır. 25 noyabr 1936-cı ildə Berlində Almaniya ilə Yaponiya 
arasında  «Komintern  əleyhinə  pakt»  imzalanmışdır.  Burada, 
əsasən, üç bənd nəzərdə tutulurdu: 
-Komintemin 
fəaliyyətini 
izləyərək 
bir-birimizi 
məlumatlandırmaq və ona qarşı mübarizə aparmaq
-Kommunist beynəlmiləlçiliyinin təhlükə törədə biləcəyi 
hər hansı bir dövlətə müdafiə tədbirləri üçün təkliflər vermək
-Bu müqaviləyə 5 illik müddət müəyyən etmək. 
Komintemin  işinə  hər  hansı  bir  formada  köməklik 
göstərən  hər  bir  kəsə  qarşı  ciddi  tədbir  görülməsi  də  yaddan 
çıxanimamışdır.  Bununla  yanaşı  Komintemə  qarşı  mübarizə 
bəhanəsi ilə başqa dövlətlərin daxili işlərinə qarışmaq barədə də 
razılığa  gəlmişlər.  6  noyabr  1937-ci  ildə  İtaliya  da  bu  akta 
qoşulmuşdur. Beləliklə, Almaniya, Yaponiya və İtaliyadan ibarət 
üçlük bloku yaranmışdır. 
«Hücum  etməmək  barədə  Sovet  Çiny>  müqaviləsi. 
1937-ci  ilin  iyun  ayında  Yaponiya  yenidən  Çinə  müdaxilə 
etmişdir.  Çin  ordusu  var  gücü  ilə  təcavüzkara  müqavimət 
göstərirdi. Əlbəttə, burada SSRİ siyasətinin də böyük rolu vardır. 
Belə  ki,  21  yanvar  1937-ci  ildə  «Sovet  İttifaqı  ilə  Çin  arasında 
hücum etməmək barədə» müqavilə imzalanmışdır. Sovet İttifaqı 
Millətlər  Birliyində  də  Çini  dəstəkləyirdi  (Çin  Birliyə  müraciət 
etmişdi). 
Bu  məsələnin  müzakirəsi  zamanı  Sovet  nümayəndəsi 
işğalçılığa  yol  verdikləri  üçün  Qərb  dövlətlərini  pisləyərək 
göstərmişdir  ki.  Millətlər  Birliyi  İspaniyaya  və  eləcə  də  Çinə 
köməklik göstərməlidir. 
«Qarışmamaq»  siyasəti.  1938-ci  ilin  yazında  Avropada 
vəziyyət daha da gərgin xarakter alırdı. Hitler 1938-ci il fevralın 
20-də  Reyxstaqda  çıxış  edərək  göstərmişdir  ki,  yaxın  vaxtlarda 
Almaniya  Avstriya  və  Çexoslovakiyada  yaşayan  almanları  öz 
müdafiəsinə götürəcəkdir. Böyük Britaniya və 
298 


Fransa  Almaniyanın  qarşısının  alınması  və  Avstriya  dövlətinin 
ləğv olunmaması üçün heç bir tədbir görməmişlər. 
Böyük  Britaniyanın  yeni  xarici  işlər  Naziri  Qalifaks  11 
mart  1938-ci ildə Almaniyanın  xarici işlər Naziri Ribbentrop ilə 
damşıqlar aparmış və ona bildirmişdir ki, bizim ölkəmiz Almaniya 
ilə Avstriyanın işinə qarışmayacaqdır. 
Bir gündən sonra Alman ordusu artıq Avstriya torpağına 
daxil  olmuşdu.  Mart  ayının  13-də  Avstriya  Almaniyaya 
birləşdirilmiş  oldu.  İngiltərə  ilə  Fransa  bu  barədə  Almaniyaya 
etiraz  notası  versə  də  bu  nota  Almaniya  tərəfindən  qəbul 
edilməmişdir. Ancaq Sovet İttifaqı Almaniyanı ciddi pisləmişdi və 
Millətlər 
Birliyinin 
Konfransına 
çıxarmağı, 
sülhün 
möhkəmlənməsi  üzrə  praktiki  tədbirlər  görülməsini  təklif 
etmişdir. Lakin yenə də London və Paris qətiyyət göstərməmişlər. 
Çexoslovakiya  «tohlükosi».  Almaniya  Avstriyam  ələ 
keçirdikdən  sonra  Çexoslovakiyam  işğal  etməyə  hazırlaşırdı. 
Çexoslovakiyanın Sudet vilayətində 3 mln. alman yaşayırdı. Ona 
görə də elə o vilayətdən başlamağı planlaşdırmışlar. 
Çexoslovakiyanın  belə  bir  çətin  vaxtında  Sovet  İttifaqı 
bildirirdi  ki,  Çexoslovakiya  ilə  müqaviləyə  əsasən  biz  öz 
öhtəçiliyimizi  yerinə  yetirməli  idik.  Məntiqə  görə  Fransa  da  öz 
öhtəçiliyini  yerinə  yetirməli  idi.  Lakin  İngiltərə  və  Fransa  isə 
Çexoslovakiyanın müdafiəsi haqqında fikirləşmirdilər. Yəqin ki, 
öz gələcəklərini düşünürdülər. 
Vəziyyətin  daha  da  ağırlaşdığı  bir  şəraitdə  İngiltərənin 
Baş Naziri Çemberlen 15 sentyabr 1938-ci ildə Berxtes- qardenə 
gələrək Hitlerlə görüşmüşdür. Çexoslovakiyanın vəziyyəti barədə 
danışıqda  Hitler  Sudet  vilayətini  Almaniyaya  birləşdirəcəyini 
bildirmişdir.  Fransa  rəhbərliyi  də  İngiltərə  ilə  həmrəyliyini 
bildirərək  Çexoslovakiyanın  prezidenti  E.  Benoşuya  ultimatum 
xarakterli  nota  göndərmişlər.  Ondan  tələb  edirdilər  ki,  Sudet 
vilayətinin Almaniyaya birləşdirilməsinə razılıq versin. 
299 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə