E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə95/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

1941-
 
ci  ilin  iyul  ayında  ABŞ-ın  prezidenti  Delano 
Ruzvelt  (1882-1945)  öz  köməkçisi  Q.Qopkinsi  Moskvaya 
göndənnişdi.  1  sentyabr  1941-ci  ildə  dövlətlərarası  konfransda 
Sovet  İttifaqı  ABŞ  ilə  Böyük  Britaniya  arasında  imzalanan 
Atlantik xartiyasına qoşulmuşdur (Atlantik xartiyası 14.08.1941- 
ci  ildə  ABŞ  və  İngiltərə  hökumət  başçıları  bəyannamə  qəbul 
etmişlər. Faşist Almaniyasının apardığı müharibəyə münasibət əks 
olunurdu). 
Bununla  da  o,  Atlantik  Xartiyasının  əsas  müddəalarım 
qəbul edərək birgə hərəkət proqramı hazırlamağı  təklif etmişdir. 
Faşizm  əleyhinə  koalisiya  yaratmaq  prinsiplərini  ön  plana 
çəkmişlər. 
Demək  olar  ki,  5  aylıq  geri  çəkilmələrdən  soma  Sovet 
ordusu  1941-ci  ilin  dekabr  ayında  Moskva  altında  Almanların 
hücumunun  qarşısını  almış  və  irəliləyiş  əldə  edə  bilmişlər.  Bu 
hadisə böyük beynəlxalq səda yaratmışdır. Əvvəla almanların az 
vaxt  içərisində  müharibəni  qurtarmaq  planlarını  pozmuşdur. 
İkincisi isə işğal edilmiş Avropa dövlətlərində bir inam, canlanma 
yaratmışdır. Belə bir qarışıq şəraitdə Yaponiya da yeni torpaqlar 
əldə etməyə çalışırdı. 1941-ci ilin dekabr ayında Yaponiya ABŞ-ın 
Havay adalarındakı əsas hərbi-dəniz donanması bazasına hücum 
etmişdir.  Bu  cür  təcavüzdən  sonra  ABŞ  Yaponiyaya  və  eyni 
zamanda  Almaniyaya  müharibə  elan  etmişdir.  1942-ci  ildə 
Vaşinqtonda 26 dövlətin iştirakı ilə faşizm əleyhinə dövlətlərin və 
xalqların  qüvvələrinin  birləşdirilməsi  barədə  qətnamə  qəbul 
edilmişdir (Bu sənəd BMT-nin qətnaməsi adı ilə məşhurdur). 
1942-
 
ci ilin may ayında Sovet İttifaqının xarici işlər üzrə 
Xalq  Komissarı  V.M.  Molotov  hərbi  təyyarə  ilə  Londona  və 
Vaşinqtona  gəlmiş,  may-iyun  aylarında  ABŞ  və  İngiltərə  ilə 
müqavilə bağlamışlar. 26 may 1942-ci ildə İngiltərə ilə bağlanan 
müqavilədə  Hitler  Almaniyasına  qarşı  müharibədə  müttəfiq 
olmaq,  bir-birinə  hərbi  və  digər  yardımlar  etmək,  Hitler 
Almaniyası ilə heç bir danışığa getməmək kimi öhdəçiliklər 
303 


götürülmüşdür.  Bunlarla  yanaşı  müharibədən  sonra  da  hər  iki 
dövlətlər arasında  geniş  siyasi  və iqtisadi əlaqələrin  yaradılması 
nəzərdə tutulmuşdur. 
İyun ayının 2-də isə Vaşinqtonda müqavilə imzalanmış- 
dır.ABŞ SSRİ-ni müdafiə materialları ilə təchiz etməyi öhdəsinə 
götürmüşdür.  SSRİ  də  öz  növbəsində  ABŞ-ın  müdafiəsinin 
möhkəmlənməsinə,  ona  müdafiə  materialları  və  məlumatlar 
göndərməsinə  zəmanət  vermişdir.  Hər  halda  həmin  illərdə 
müəyyən silahlar və texniki yardımlar kifayət qədər olmuşdur. 
ABŞ 
ilə 
İngiltərə 
arasında 
olan 
müttəfiqlik 
münasibətlərində  əsas  məsələ  ikinci  cəbhənin  açılması  idi. 
1942-1943-cü  illərdə  İngiltərə  və  ABŞ-da  ikinci  cəbhənin 
açılması barədə müzakirələr olmuşdur. Bu barədə Stalin, Ruzvelt 
və Çerçili arasında olan yazışmaları da qeyd etmək olar. 1942-ci 
ildə  Molotov  Vaşinqtonda  olduğu  dövrdə  də  ikinci  cəbhənin 
açılması  vaxtının  çatması  bildirilmişdir.  Bütün  bunlara 
baxmayaraq  çox  keçmədən  Çerçili  Stalinə  məktubunda 
bildirmişdir  ki,  müttəfiqlər  1942-ci  ildə  ikinci  cəbhəni  aça 
bilməyəcəklər. 
Beləliklə ikinci cəbhənin açılması 1943-cü ilə qalmışdır. 
Avropada ikinci cəbhənin olmaması Alman hərbi komandanlığına 
imkan verirdi ki, Avropanm şərqində ordusunu daha da artırsın. 
Onu qeyd etmək kifayətdir ki, 1942-ci ilin payızına Sovet Alman 
cəbhəsində  266  alman  diviziyası  vardı.  Bu,  ilin  əvvəlkindən  29 
diviziya artıq idi. Elə həmin vaxtlar Alman ordusu Stanlinqrada və 
Qafqaza can atırdı. 
İngiltərənin baş naziri Çerçili 1942-ci ilin avqust ayında 
Moskvaya gəlmiş və yenə də həmin ildə Avropada ikinci cəbhənin 
açıla  bilməməsi  barədə  məlumat  vermişdir.  Eyni  zamanda  o 
bildirmişdir ki, ABŞ və İngiltərə Afrikada Romel- lin’ ordusuna 
qarşı əməliyyat aparmağa başlayacaqdır. 
Romell. Alman generalı feld marşalı 
304 


1942-
 
ci ilin axırlarında da (noyabr ayında) So\'et ordusu 
Volqa  sahillərində  və  Qafqaz  dağlannda  düşmən  ordusuna  çox 
ciddi  müqavimət  göstərərək  hücumu  dayandırmışdır.  Noyabr 
ayının  19-da  Sovet  ordusu  Stalinqradda  almanların  (Poulyusun) 
300 minlik ordusunu mühasirəyə almış və əsir götürmüşdür. 
1943-
 
cü ilin yayında Almaniya ordusu Kurskda hadisələrin 
gedişini dəyişməyə cəhd edirdilər. 
Lakin  ağır  vuruşmalardan  sonra  Sovet  ordusu  cəbhənin 
yarılmasma  imkan  verməmiş,  hücuma  keçərək  payız  aylannda 
Dneprə yaxınlaşmış və Kiyevi azad etmişdir. 
Beləliklə  əgər  Moskva  altındakı  vuruşma  Alman 
ordusunun 
qarşısı 
alınmazlığmı  göstərmişsə,  Stalinqrad 
vuruşması  açıq  göstərmişdir  ki,  Almaniya  məğlub  olacaqdır. 
Kursk  döyüşləri  isə  Hitler  ordusunun  fəlakət-faciə  qarşısında 
olduğunu sübut etmişdir. 
1943-
 
cü  ildə  ikinci  cəbhənin  açılması  əvəzinə  İngiltərə 
və  Amerika  qoşunları  Şimali  Afrikada  qalib  gəldikdən  sonra 
İtaliyaya  daxil  olmuşlar.  Bu  Mussolinin  faşist  rejiminin  iflasa 
uğraması demək idi. Beləliklə 1943-cü ilin sentyabr ayında İtaliya 
təslim olmuşdu. 
Moskva  Konfransı.  1943-cü  ilin  payızında  müttəfiqlər 
arasında  danışıqlar  gedirdi.  Burada  müharibənin  qurtarması  və 
müharibədən sonrakı quruculuq işləri geniş müzakirə edilirdi. Elə 
bu məqsədlə də 19-30 oktyabr 1943-cü ildə Moskvada SSRİ-nin, 
ABŞ  və  İngiltərənin  xarici  işlər  Nazirlərinin  konfransı 
keçirilmişdir.  Konfransda  Çinin  Moskvadakı  səfiri  də  iştirak 
edirdi.  Konfransda  aşağıdakı  məsələlər  müzakirə  edilirdi. 
Müharibənin  tez  qurtarması;  müharibədən  sonra  Almaniyada 
quruculuq  işləri;  İtaliyanın  vəziyyəti;  Avstriyanın  vəziyyəti; 
müharibədən  sonra  təhlükəsizliyin  təmin  edilməsi;  beynəlxalq 
təşkilatlar  yaradılması  və  s.  Konfransda  Avropa  Məsləhət 
Komissiyası  da  (AMK)  təsis  edilmişdir.  Bu  komissiya  qeyd 
etdiyimiz məsələlər və Hitler koalisiyasının təslimçiliyi məsələləri 
barədə geniş təkliflər hazırlayaraq hər üç 
305 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə