E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə96/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

hökumətə  təqdim  etməli  idi.  Qeyd  etməliyik  ki,  hər  bir  məsələ 
barədə aydın qətnamə qəbul edilmişdir. 
«Italiya  haqqındakı  qətnamə»də  göstərilirdi  ki,  ABŞ, 
SSRİ,  Böyük  Britaniya  nümayəndələri  və  Fransa  mili  azadlıq 
Komitəsi nümayəndələrindən ibarət (Yunanıstan və Yuqoslaviya 
nümayəndələri  də daxil olmaqla) məsləhət  şurası  yaradılsın.  Bu 
şura  İtaliyada  müttəfiqlərin  siyasətinin  əlaqələndirilməsinin 
sənədləşdirilməsini dəqiqləşdirməli idi. 
«Avstriya haqqındakı qətnamədə» qeyd edilirdi ki, bu 
ölkə Almaniya hökmranlığından azad edilməlidir. 
1938-ci  ildə  Avstriyamn  Almanlar  tərəfindən  işğal 
edilməsi qeyri düzgün hesab edilmişdir (tanınmamışdır). Hər üç 
dövlət - ABŞ, SSRİ və İngiltərə «Hitlerçilərin müharibə vaxtı 
törətdikləri  vəhşiliklərin  məsuliyyəti  barədə»  də  qətnamə 
qəbul  etmişlər.  Hər  üç  dövlətin  nümayəndələri  qəti  qənaətə 
gəlmişlər ki, hərbi cinayətkarlar ciddi cəzalandırılmalıdırlar. 
Bütün  bunlarla  yanaşı  Moskva  kofnransmda  Birləşmiş 
Millətlər Təşkilatının yaradılması barədə də ilk addım atılmışdır. 
Hər üç dövlətin «Ümumi təhlükəsizlik barədə»ki bəyannaməsində 
göstərilirdi ki, düşmənin sözsüz təslim olması barədəki mübarizə 
davam etdirilməlidir. 
Moskva Konfransında SSRİ ilə ABŞ və İngiltərə arasında 
ciddi  müxtəlifliklər  də  az  olmamışdır.  Lakin  bütün  bunlara 
baxmayaraq bu konfransda çox əhəmiyyətli nailiyyətlər əldə edilə 
bilmişdir.  Çox  mühüm  məsələlərdə  fikir  birliyi  yaranmışdı.  Bu 
konfrans  müttəfiqlərin  1943-1945  -ci  iliər  ərzində  keçirilən 
konfranslar seriyasının birincisi hesab edilirdi. 
Tehran  konfransı.  Müttəfiqlərin  -  SSRİ,  ABŞ  və 
İngiltərənin  ikinci  konfransı  İranın  paytaxtı  Tehranda 
keçirilmişdir. Konfrans 1943-cü ildə noyabr ayının 28-dən dekabr 
ayımn  1-dək  olan  müddətdə  aparılmışdır.  Konfrans  dövlət 
başçılannın rəhbərliyi və iştirakı ilə apanimışdır. Konfransda 
306 


İ.V. Stalin  (SSRİ),  F.  Ruzvelt  (ABŞ)  və  U.  Çerçili  (İngiltərə) 
iştirak  etmişlər.  Həmin  dövrdə  artıq  Sovet-Alman  cəbhəsində 
köklü dönüş yaranırdı. Bu isə həm konfransın gedişinə və həm də 
beynəlxalq  münasibətlərin  ümumi  vəziyyətinə  təsir  etməyə 
bilməzdi.  Qızıl  Ordunun  müvəffəqiyyətləri  faşizm  bloku 
üzərində  tam  qələbəyə  böyük  inam  yaradırdı.  Müttəfiqlər 
tərəfindən  Avropada  1942-1943-cü  illərdə  ikinci  cəbhənin 
açılmasının gecikdirilməsi müharibənin gedişinin uzanmasına və 
ölüm hallarının artmasına səbəb olmuşdur. 
Tehran konfransında müzakirə olunan əsas məsələlərdən 
biri  ikinci  cəbhənin  açılması  idi. Ruzvelt  və  Çerçili  Konfransda 
1944-cü  ilin  may  ayında  ikinci  cəbhənin  Fransada  açılmasına 
razılıq  vermişlər.  Bu  barədə  ABŞ  və  İngiltərənin  adından  rəsmi 
olaraq  İngilis  generalı,  feld-Marşal  Bruk  Alan  Frensis 
(1883-1963) məlumat vermişdir. 
İ.V. Stalin konfransın iclasında çıxış edərək göstərmişdir 
ki,  ordunun  Fransa  sahillərinə  enməsində  Alman  ordusunun 
maneəçiliyinə rast gəlməmək üçün Qızıl Ordu hücumu gücləndirə 
bilər.  Beləliklə  Tehran  konfransında  üç  dövlətin  birgə  hərəkəti 
barədə də bəyannamə qəbul edilmişdir. 
Tehran  Konfransında  həmçinin  müharibədən  sonrakı 
quruculuq  işləri  və  dövlətlərarası  sərhəd  məsələsi  də  müzakirə 
edilmişdir. Yaponiya ilə müharibə məsələsi də diqqətdən kənarda 
qalmamışdır. Hər üç dövlət İran  haqqında da bəyannamə qəbul 
etmişlər.  İranın  tam  müstəqil  qalması  və  ərazi  toxunulmazlığını 
arzulamışlar. 
1944-
 
cü  il.  1944-cü  ildə  Qızıl  Ordu  artıq  Avropa 
ərazisində  müharibə  aparırdı.  6  iyun  1944-cü  ildə  ikinci  cəbhə 
açılmışdır.  İngiltərə  və  ABŞ  ordusu  ilə  birlikdə  Fransa  vətən- 
pərv'ərləri  də  (Şari  de-Qolun  başçılığı  ilə)  Fransanın  Nor- 
mandiya vilayətinə enmişlər. 
1944-
 
cü ilin ortalarında Qızıl Ordunun hücumları bütün 
Qərb 
cəbhəsi 
boyu 
genişlənmişdi. 
Polşa, 
Rumıniya, 
Çexoslovakiya, Macarıstan, Bolqarıstan və Yuqoslaviya tamamilə 
307 


almanlardan azad edilmişdir. Müttəfiqlər adından 12.09.1944- cü 
ildə Rumıniya ilə, 28.10.1944-cü ildə Bolqarıstanla, 20.01. 
1945-
 
ci ildə Macarıstanla barışıq müqaviləsi bağlanmışdır. 
Qeyd  etməliyik  ki,  bu  məsələlərin  bir  çoxu  barədə 
Moskva  Konfransında  qərar  qəbul  edilmiş,  1943-cü  il  Tehran 
konfransında  isə  bir  daha  təsdiqlənmişdir.  Bu  qərarların  həyata 
keçirilməsi  işi  də  davam  etdirilirdi.  Yenə  də  SSRİ,  ABŞ  və 
İngiltərə  nümayəndələrinin  Vaşinqtonda  qeyri  rəsmi  bir  görüşü 
keçirilmişdir.  Onların  əsas  məqsədi  Birləşmiş  Millətlər 
Təşkilatının  Nizamnaməsini  hazırlamaq  idi.  Bu  proses  «Ən 
ümumi Beynəlxalq Təhlükəsizlik təşkilatı yaradılması barədə 
təklif» qəbul edilməsi ilə qurtarmışdır. Vaşinqton yaxınlığındakı 
Dumbarton-Okse  imarətindəki  görüşdə  bu  təşkilatın  məqsədi, 
prinsipləri, quruluşu, üzvlük məsələləri və s. aydınlaşdırılmışdır. 
Onun  necə  adlandırılması  da  burada  dəqiqləşdirilmişdir.  Sonra 
başqa dövlətlər də öz təkliflərini və iradlarını bildirmişlər. 
Krım  konfransı.  SSRİ,  ABŞ  və  Böyük  Britaniya 
rəhbərlərinin  növbəti  görüşü  Krımda  -  Yaltada  olmuşdu.  Bu 
konfrans  4-11  fevral  1945-ci  ildə  keçirilmişdir.  Son  vaxtlarda 
keçirilən  konfranslarda  olduğu  kimi  bu  konfransda  da  əsasən 
hərbi  məsələlər  və  müharibədən  sonra  sülh  quruculuğu  işləri 
barədə  müvafiq  qərarlar  qəbul  edilmişdir.  Müəyyən  fikir 
müxtəlifliyi olsa da hər halda qarşılıqlı anlaşılma daha üstün idi. 
Konlfansda  düşmənin  tam  məğlub  edilməsi  planı,  vaxtı,  hərbi 
əməliyyatların əlaqələndirilməsi məsələləri üzrə razılaşmalar əldə 
edilmişdir.  Düşmən  tam  təslim  olanadək  müttəfiqlərin  birgə 
vuruşmasının davam etdirilməsi qərara alınmışdı. ABŞ, SSRİ və 
İngiltərə  xüsusilə  bəyan  edirdilər  ki,  bizim  əsas  məqsədimiz 
Alman  millitarizmini  məhv  etməkdir.  Elə  bir  təminat  yaratmaq 
lazımdır  ki,  Almaniya  bir  də  dünyada  sülhü  pozmaq  imkanına 
malik olmasın. Daha sonra hər üç dövlət başçısı bildirirdi ki, onlar 
heç də alman xalqının məhv edilməsinə çahşmayırlar. Nasizmin 
və millitarizmin kökü kəsi 
308 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə