E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə97/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

ləndən sonra onlar yenə də dünya miqyasında özlərinə layiqli bir 
yer tuta bilərlər. ABŞ, SSRİ və İngiltərə Almaniyanı üç  zonaya 
ayırmaq  qərarına  gəlmişlər.  İdarəçilik  və  nəzarət  üçün 
müttəfiqlərdən ibarət nəzarət orqanı yaradılması qərara alınmışdır. 
Almaniyanın hərbi cərimə verməsi barədə də qərar qəbul 
edilmişdir. 
Konfransda  Polşa  məsələsi  də  çox  danışıqlara  səbəb 
olmuşdur  (Əsasən  Stalin  ilə  Çerçili  arasında  Alman-Polşa 
sərhəddi  barədə  fikir  müxtəlifliyi  vardı).  Krımda  Yuqoslaviya 
məsələsinə  də  baxmışlar.  «Azad  oimuş  Avropa»  barədə 
bəyannamə qəbul edilmişdir. 
Amerika tərəfinin təklifi ilə Almaniya təslim olduqdan üç 
ay  sonra  SSRİ-nin  Yaponiyaya  qarşı  müharibəyə  qoşulması 
barədə  də  razılıq  əldə  edilmişdir.  Beləliklə  müharibənin  tez 
qurtarması və müharibədən sonrakı quruculuq işləri barədə Krım 
Konfransının  böyük  rolu  olmuşdur.  İ  may  1945-ci  ildə  Berlin 
devrilmiş, may ayının 9-da isə Almaniya təslimçilik aktına imza 
atmışdır. 
Aydındır  ki,  nisbi  də  olsa  müharibədən  sonra  dəqiq 
quruculuq dövrü başlanmışdır. Beynəlxalq münasibətlərdə köklü 
dəyişikliklər baş vermişdir. 
Böyük vətən müharibəsindən sonra sülhün 
tənzimlənməsi problemləri 
Müharibənin  qurtarması  ilə  Avropa  dövlətlərinin  xarici 
siyasətində  sülhün  tənzimlənməsi  məsələsi  əsas  yeri  tuturdu. 
Burada 
sərhədlərin 
müəyyən 
edilməsi 
və 
qarşılıqlı 
münasibətlərdən başlamış, sosial və iqtisadi vəzifələrin həllinədək 
olan  bir  çox  problemlər  əhatə  olunurdu.  Müharibədən  sonrakı 
tənzimləmə problemlərində əsas vəzifələrdən biri də beynəlxalq 
təşkilatların yaradılması idi. 
309 


San-Fransisko Konfransı. BMT-nin yaranması. 
Müharibənin qurtarmasına iki həftə qalmış 25 aprel 1945-ci ildə 
ABŞ-ın  Kolifomiya  ştatının  San-Fransisko  şəhərində  (Sakit 
okeanda  liman)  konfrans  keçirilmişdir  (Konfrans  aprel  ayının 
25-dən  iyun  ayının  26-dək  davam  etmişdir).  Konfransda 
müharibədən  sonrakı  dövrdə  xalqın  təhlükəsizliyi  məsələsi 
müzakirə edilirdi. Elə bu məqsədlə də BMT yaradılmış və onun 
nizamnaməsi qəbul edilmişdir. 
Konfransa 50 ölkədən nümayəndə gəlmişdi. Onlara xarici 
işlər  nazirləri  rəhbərlik  edirdi.  Konfransı  ABŞ-ın  o  vaxtkı 
(1945-1953-cü  illərdə)  prezidenti  Qarri  Trumen  (1884-  1972) 
açmışdır. Uzun sürən kəskin müzakirələrdən sonra 1945- ci il iyun 
ayının  26-da  BMT-nin  nizamnaməsi  qəbul  edilmişdir. 
Nizamnamə 1945-ci il oktyabr ayının 24-də qüvvəyə minmişdir. 
O vaxtdan da bu tarix BMT-nin yarandığı gün kimi qeyd edilir. 
Aydındır  ki.  Nizamnamədə  yeni  təşkilatın  vəzifələri  və 
onun həyata keçirilməsi metodları öz ifadəsini tapmışdır. İlk dəfə 
olaraq beynəlxalq münasibətlərin əsas başlanğıcı kimi bərabərlik 
və  xalqların  öz  müqəddəratını  təyin  etmək  prinsipi 
göstərilmişdir.  7-ci  maddənin  2-ci  bəndində  xüsusi  olaraq 
göstərilirdi ki. Nizamnamə BMT-nin daxili işlərə qarışmasına yol 
vermir  (bu  şərtlə  həmin  daxili  işlər  başqa  ölkələr  üçün  təhlükə 
törətməsin). 
Nizamnaməyə 
əsasən 
BMT-nin 
əsas 
məqsədi 
aşağıdakılardan ibarətdir: 
-Beynəlxalq 
hüququ  dəstəkləmək  və  beynəlxalq 
münaqişələri ədalətli həll etmək üçün birgə tədbirlər görmək
-Bərabərlik  və  xalqlann  öz  müqəddəratını  təyin  etmək 
prinsipi  əsasında  dövlətlər  arasında  dostluq  münasibətlərini 
inkişaf etdirmək
-İnsanların  irqindən,  cinsindən,  dilindən,  dinindən  asılı 
olmayaraq  onların  arasında  iqtisadi,  mədəni  əməkdaşlığı  həyata 
keçirmək və insan hüququna hörmət etmək
310 


-Bütün  bu  ümumi  məqsədlər  üçün  dövlətlərarası 
fəaliyyətdə mərkəz rolu oynamaq. 
Sülhsevər hər bir dövlət BMT-nin üzvü ola bilər. 
BMT-nin 6 əsas orqanı vrır: 
Baş məclis; Təhlükəsizlik şurası; İqtisadi və Sosial Şura 
(EKOSOS); Qəyyumluq Şurası; Beynəlxalq məhkəmə və Katiblik. 
Baş  məclis  BMT-nin  əsas  məsləhətçi  orqanıdır.  BMT- 
nin  bütün  üzvlərinin  nümayəndələri  Baş  Məclisin  işində  iştirak 
edirlər. BMT-nin hər bir üzvü Baş məclisdə bir səsə malikdirlər. 
Təhlükəsizlik  Şurası  əsas  siyasi  orqan  hesab  edilir. 
Təhlükəsizlik Şurasının üzvləri daimi və qeyri daimi (müvəqqəti) 
üzvlərdən  ibarətdir.  Daimi  üzvləri  -  Rusiya,  ABŞ,  Böyük 
Britaniya, Fransa və Çin dövlətləridir. Qeyri daimi üzvləri isə Baş 
məclis tərəfindən iki illiyə seçilir. Bu üzvlərin hər biri növbə ilə 
Təhlükəsizlik  şurasına  bir  ay  sədrlik  edir.  Konkret  beynəlxalq 
problemlər  üzərində  işləmək  üçün  BMT-  nin  tərkibində 
dövlətlərarası ixtisaslaşdırılmış müəssisələr fəaliyyət göstərir. 
Müharibədən  sonra  tənzimləmələr.  Podstam  konfransı. 
Hitler  Almaniyasının  darmadağın  edilməsində  əsas  rol  oynayan 
hər üç dövlət - SSRİ, ABŞ və İngiltərə müharibədən sonrakı sülh 
tənzimlənməsi  probleminə  müxtəlif  səpgidə  baxırdılar.  SSRİ 
Avropada öz mövqelərini genişləndirməyi nəzərdə tuturdu. ABŞ - 
Avropada  öz  iştirakım  azaltmaq,  başqa  regionlarda  isə  təsir 
dairəsini artırmaq fikrində idi. 
İngiltərə Avropada tarazlığın saxlanılmasını və regionda 
baş verən proseslərə təsir etməyi nəzərdə tuturdu. Beləliklə 
1945-
 
ci  ilin  iyun  ayında  SSRİ,  ABŞ,  İngiltərə  və  Fransa 
Almaniyanın məğlub olması barədə bəyannamə yaydılar. 
Almaniya  barədə  bütün  hakimiyyəti  bu  dörd  dövlət  öz 
öhdəsinə götürmüşdü. «Almaniyada siyasi rejim» barədə 
311 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə