E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.

səhifə99/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

XXV
 
Fəsil. 
1940-1950-ci İLLƏRDƏ BEYNƏLXALQ 
VƏZİYYƏT 
VƏ SSRİ-NİN XARİCİ SİYASƏTİ 
Tərk  -  silah  problemi.  Müharibədən  sonrakı  dövrdə 
beynəlxalq  münasibətlərdə  yaranan  əsas  problemlərdən  biri  də 
tərksilah məsələsi idi. Müharibənin qurtarması ilə ordu sıralarının 
azaldılması  və  müxtəlif  növ  silahların  ləğv  edilməsi  tələb 
olunurdu.  Elə  həmin  illərdə  bir  çox  hərbi  müəssisələr  sülh 
məramlı  məhsullar  istehsalına  keçmişdi.  Bu  cür  ağır,  dəhşətli 
müharibədən  sonra,  on  milyonlarla  insan  ölümündən,  maddi  və 
mədəni  dəyərlərin  itgisindən  sonra  tərksilah  problemi  heç  vaxt 
gündəlikdən  düşmürdü.  Bununla  yanaşı  bir  çox  məsələlər  öz 
həllini  də  tapa  bilmirdi.  Bunun  əsas  səbəbi  ayrı-ayrı  ölkələr 
arasında və xüsusilə SSRİ ilə ABŞ arasında olan ideoloji və siyasi 
qarşılıqlı münasibətlərdə idi. 
Hitler  Almaniyasına  qarşı  müttəfiq  ölkələr  artıq  bir- 
birinə  qarşı  o  qədər  də  etibar  etməməyə  başlamşlar.  Hər  iki 
tərəfdə düşmən obrazı yaranmışdır. Nüvə silahı yaradılmasına 
can atılması da elə bu etibar etməməkdən irəli gəlirdi. 
Nüvə  silahı  ixtirası.  Keçmiş  müttəfiqlər  arasında 
yaranan  inamsızlığın  əsas  səbəblərindən  biri  atom  silahının 
yaradılması  məsələsi  idi.  ABŞ  və  İngiltərənin  nüvə  silahı 
yaradılması  layihəsi  üzərində  işləməsi  və  bunu  SSRİ-dən 
gizlətməsi əlbəttə münasibətlərə təsir etməyə bilməzdi. Bütün bu 
kimi silahların nə dərəcədə faciəli olması bir çox insanlara o qədər 
də çatmırdı. 
Bunu  ancaq  bəzi  qabaqcıl  alimlər  -  fiziklər  dərk  edirdi. 
Atom enerjisindən hərbi məqsədə istifadə edilməsini istəməyən - 
pisləyən  ilk  alimlərdən  biri  Danimarkalı  fizik  Bor  Nils  Xenrik 
David' olmuşdur. Bor ABŞ və İngiltərənin rəhbər- 
Bor  Nils  (1885-1962)  fizik  ABŞ-da  işləmişdir  (1943-1945).  Atom  nəzəriyyəsi 
yaratmışdı. Atom silahının tətbiqinə qarşı çıxırdı. 1922-ci ilə 
315 


liyini  inandırmağa  çalışırdı  ki,  atom  silahı  üzərində  inhisar 
yaratmaq düzgün deyildir. 
1944-cü  il  aprel-may  aylarında  F.Ruzvelt  və  U.  Çerçili 
onu  qəbul  etmişlər.  O,  təklif  edirdi  ki,  bu  layihə  barədə  mütləq 
Sovet  İtitifaqı  ilə  əməkdaşlıq  etmək  lazımdır.  Onu  dəstəkləyən 
başqa  alimlər  də  az  deyildi.  ABŞ-da  R.  Oppenqeymer  Los- 
Alomos’  laboratoriyasını  təltif  etdikdən  sonra  demişdir:  Vaxt 
gələcək  ki,  insanlar  bizi  lənətləyəcəklər  (Los-Alomos  və 
«Xirosimo» sözlərini lənətləyəcəklər). 
Qeyd etməliyik ki, tanınmış fizik A. Eynşteyn^ demişdir 
ki,  mən  bilsəydim  ki,  Hitlerdə  atom  bombası  olmayacaqdır, 
ABŞ-ın atom layihəsini dəstəkləməzdim. 
Tərk-silah  danışıqları.  Müharibədən  sonrakı  bütün 
illərdə  böyük  dövlətlər  arasında,  xüsusilə  kütləvi  qırğın 
silahlarının  azaldılması  barədə  danışıqlar  getmişdir.  Bu 
danışıqları bir neçə dövrə bölmək olar. Məsələn - 1945-1949- cu 
ilhr.  Bu  mərəhələ  atom  silahımh  yaradılması  və  onun  üzərində 
ABŞ-ın inhisarçı mövqeyi ilə fərqlənir. 
1949-1955-ci  ilhr.  Bu  mərhələdə  Sovet  İttifaqında  da 
atom  silahı  yaradılmışdı.  1955-1960-cı  illərdə  silahların 
azaldılması barədə real şans yaradılmışdır. ABŞ-İngiltərə və 
Nobel mükafatı almışdı. Oğlu Bor da (1922 təv.) atom enerjisi üzrə mütəxəssisdir. 
1975-ci ildə Nobel mükafatı alıbdır. 
'R.  Oppenqeymer  (1904-1967)  Amerika  fiziki,  1943-1945-ci  illərdə  atom  bombası 
yaradılması  rəhbəri.  Sualtı  bombaların  yaradılmasına  qarşı  çıxırdı.  Odur  ki, 
1953-cü  ildə  məxfi  işlərdən  kənarlaşdırıldı.  Los  Alomos  Nyu-Meksiko  şt.  kiçik 
şəhər.  ABŞ-ın  enerji  tədqiqatları  mərkəzi.  Əsasən  nüvə  enerjisi  problemləri 
iləməşğul olurlar. C
OBCTCKH
H
 OHUHKJIO
-
 
neflHHecKHÖ cnoBapt. MocKBa. 1987 
^  Albert  Eynşteyn-  (1879-1955)  Almaniyada  doğulub,  1893-cü  illərdə  İsveçrədə 
yaşayıb, 1933-cü ildə ABŞ-a gedib, 1930-cü illərdə faşizmə qarşı çıxış edib. 1940-cı 
illərdə nüvə silahı işlədilməsinə qarşı çıxıb. Bu barədə ABŞ prezidentinə məktubda 
yazıb. 1921-ci ildə Nobel mükafatı nalayiq görülüb 
316 


SSRİ  Xarici  İşlər  Nazirlərinin  1945-ci  il  Moskva  müşavirəsinin 
qərarlarına  uyğun  olaraq  BMT-nin  Baş  Məclisinin  birinci 
sessiyasında atom enerjisi üzərində BMT-nin nəzarət komissiyası 
təsis edilmişdir. Bu komissiya təhlükəsizlik komitəsinin beş daimi 
üzvlərindən və Kanadadan ibarət idi. 
1946-cı il yanvar ayının 24-də Baş Məclis qətnamə qəbul 
etmişdir. Bu qətnaməyə əsasən komissiya atom enerjisi üzərində 
nəzarət  barədə  təklif  hazırlayıb  Təhlükəsizlik  Şurasına  təqdim 
etməli  idi.  Aydındır  ki,  ABŞ  öz  inhisarçı  vəziyyətindən  qalmaq 
istəmirdi.  1946-cı  il  iyun  ayının  14-də  ABŞ-ın  dövlət 
departamentinin  komissiyasında  ABŞ  nümayəndəsi  B.  Baruxa 
atom silahı üzərində ABŞ-m dalıa çox səlahiyyətə malik olması 
barədə plan hazırlamışdı. Bu sənəd «Baruxa  planı»  adlamr. Bu 
plan atom silahı üzərində ABŞ-ın inhisarçı vəziyyətini uzatmağa 
xidmət  edirdi.  Lakin  atom  silahının  yaradıldığı  ilk  vaxtlardan 
SSRİ  onun  istehsalı  və  istifadə  edilməsini  dayandırmağı  tələb 
edirdi. 
1946-
 
cı  il  29  oktyabrda  BMT  Baş  məclisinin 
sessiyasının ikinci hissəsində ümumiyyətlə silahların azaldılması 
və  xüsusilə  atom  silahının  hərbi  məqsədlər  üçün  istifadəsinin 
qadağan edilməsini təklif edirdi. 
1947-
 
ci  ilin  fevral  ayında  BMT-nin  Təhlükəsizlik 
Şurası  adi  silahların  da  azaldılması  barədə  komissiya 
yaradılmasına nail olmuşdu. 
1949-cu  ilin  sentyabr  ayında  Sovet  İttifaqı  atom 
bombasını  sınaqdan  keçirdikdə  artıq  ABŞ-m  bu  sahədəki 
inhisarçıhğı başa çatmış olurdu. Lakin aydındır ki, vaxt keçdikcə 
daha  yeni  silah  növləri  yaradılırdı.  Əlbəttə  bütün  bunlar 
beynəlxalq münasibətlərdə öz əksini tapırdı. Ayrı-ayrı dövlətlərin 
xarici siyasətlərinə təsir edirdi. Məsələn 1950-ci ilin iyul ayında 
ABŞ-m  dövlət  departamenti  «Atom  eneıjisi  və  Amerika 
rəhbərliyinin xarici siyasəti» barədə sənəd hazırlamışdı. 
317 




Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə