"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.

səhifə1/74
tarix21.12.2017
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   74


 
1
www.kitabxana.net
  
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
 
 
"e-Dalğa" 
 
Şəbəkə Kulturoloji-Ədəbi Dərgi 
 
IV sayı 
 
“Xarici ədəbiyyat - 2” 
 
(Tematik xüsusi buraxılış. Bədii və filoloji tərcümə əsərlərindən 
ibarət şəbəkə toplusu) 
 
"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərginin baş redaktoru:  
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq  
 
 
 
“Xarici ədəbiyyat” bədii-filoloji tərcümə yazılarından – dünya ədəbiyyatının 
görkəmli nümayəndələrinin Azərbaycan dilinə çevrilmiş əsərlərindən ibarət 
toplu "e-Dalğa" Şəbəkə Kulturoloji-ədəbi Dərginin növbəti, IV sayını təşkil 
edir.  
İnteqrasiyalaşan dünya bədii-kulturoloji düşüncəsinin dəyərli nümunələri – 
poeziya məhsuları, hekayə, fəlsəfi esse, pyes və məqalələrdən ibarət bu 
əsərlərin əksər qismi orijinaldan ana dilimizə ilk dəfə, peşəkar mütərcimlər 
tərəfindən tərcümə edilib... 
  
A4 formatında, 202 səh. 
 
E-kitab N 21 
 
YYSQ – Milli Virtual Kitabxananın rəqəmsal nəşri N 18 
 
Bakı – 2010 


 
2
M Ü N D Ə R İ C A T 
 
1. Qabriel Qarsiya Markes.  “Bu günlərdən biri”   
səh. 3 
2. Qabriel Qarsiya Markes.   
“Üç somnabul üçün kədər”  
səh. 6  
3. Qabriel Qarsiya Markes.   
 “Nəhəng qanadlı ahıl senyor”  səh. 8 
4. Eduardo De Filippo.    
“Ruhlar”     
 
 
səh.12 
5. Oldos 
Haksli. 
 
  “Esselər” 
   səh. 78 
6. Seyx Kabir Edmund Helminski.  
“Ruhani irsimizlə yenidən əlaqə”  
səh. 91 
7. Yasunari Kavabata.  
“Çox sağ olun!”   
 
səh. 94 
8. Adil Mirseyid.    
“Andrey Tarkovski – kinonun şairi” səh. 96 
9. Viktor Yerofeyev. 
 
 “Siçan fonu” 
 
 
səh. 101 
10. Salome Benidze. 
 
 “Bakı. İkinçi səfər” 
 
səh. 106 
11. İtalo 
Kalvino. 
  Üç 
hekayə. 
   səh. 108 
12. “Bəşəriyyətin söz ustaları: Ömər Xəyyam”   səh. 111 
13. “Dalay 
Lama 
      
 
 
 
səh. 114 
14. Xorxe Luis Borxes ilə müsahibə      
 
 
 
səh. 117 
15. Jan Pol Sartr ilə müsahibə     
 
 
 
 
səh. 121 
16. “Don Kixot”dan “Qara kitab”a Droste effekti”      
səh. 125 
17. "İnternetin düzənlənməsi"  
 
 
 
səh. 127 
18. “Üç dinin müqəddəs şəhəri: Qüds” 
   
  səh. 130 
19. II Qismət.  
 
"Fitscerald üstəgəl Fitscerald..." 
səh 133 
20. Vilayət Quliyev.  
"Yol ayrıcındakı illərin anıları" 
səh 135 
21 Andre Morua.  
"Rəhbər üçün seçim: boyun vurmaq, ya baş saymaq?"    səh. 146 
22. Oşo. 
  "Qəlbin yolu"   
 
 
 
səh. 149 
23. Din, ateizm, tanrı, əxlaq... 
     səh. 152 
24. O.Henri.  
 “Qəribə hekayə”    
 
 
 
səh. 157 
25. Yazıçılar haqqında lətifələr   
 
 
 
 
səh. 159 
26. Bakıya gələn yoqun dəhşətli sirri.   
 
 
 
səh. 162 
27. Cim Kerri:  
“Mən normal həyat yaşamıram”   səh. 165 
28. Tanqo - könülləri riqqətə gətirən musiqi və rəqs. 
 
səh. 169 
29. Paul Selan.  
“Ölüm fuqası”  
 
 
 
 
səh. 171 
30. Timoti Artur.   “Faciəsayağı əhvalat”  
 
 
səh. 173 
31. Orxan Pamuk.   
"Məsumiyyət Muzeyi"   
 
səh. 177 
32. İlhamiyyə Rzayeva, Həmid Herisçi. “Sokol” – Yeni insan”    səh. 180 
33. İlhamiyyə Rzayeva, Həmid Herisçi. ““Bizim xalça”    
səh. 187 
34. Gülnarə Rəfiq. "Klara Setkin adına öpüşlər"      
 
səh. 194 
35. “
Tərcümə ədəbiyyatımızın iftixarı”  
 
 
 
səh. 198 
36. 
İtalo Kalvino.   
“Tereza qışqıran adam”                   
səh. 201
 
 
 
 
 
 
 
 
 


 
3
Cənubi Amerika - Kolumbiya 
 
Qabriel Qarsiya Markes 
 
 
“Bu günlərdən biri” 
 
 
Çevirəni: Mehman Musabəyli 
 
  
 
İsti və yağmursuz bazar ertəsi gəldi. Həmişə erkən qalxan diplomsuz diş həkimi Aurelio Eskovar 
kabinetini səhər saat altıda açdı. Şüşə dolabdan süni gips çənə çıxarıb, alətlərini sərgidəki kimi, 
ən irisindən ən xırdasına qədər masasının üstünə düzdü. Əynində boyunluqsuz, yaxası bircə qızıl 
suyuna çəkilmiş düyməylə bağlı köynək, elastik aşırmalı şalvar var idi. Düz qamətli, arıq idi, 
baxışı həmişə kar adamlarınkı sayaq qapalı və öz daxilinə yönəlmiş olardı.  
 
Alətlərini düzüb, bormaşını hərlənən kreslosuna tərəf çəkdi və çənəni cilalamağa başladı. Hətta 
burğunu işlətmədikdə belə, bormaşının pedalını yorulmadan basır, inadla çalışırdı: lakin sifətini 
etinasızlıq tərk etmirdi, sanki üzərində tər tökdüyü şey həkimi qətiyyən maraqlandırmırdı. 
 
Səkkizdə ara verdi, aynadan göyüzünə baxdı və qonşu evin damında lələklərini qurudan iki 
fikirli kərkəs gördü. “Yəqin naharqabağı yenə yağış yağacaq” – fikrilə yenidən işə girişdi. On bir 
yaşlı oğlunun dəyişkən səsi onu düşüncələrdən ayırdı. 
 
- Ata! 
 
- Nədi? 
 
- Alkald soruşur ki, dişini çıxararsan? 
 
- De ki, mən yoxam. 
 
İndi də qızıl diş tacı oyurdu. Onu irəli uzatdığı ovcunda tutub, qıyılmış gözlərilə sanballayırdı. 
Balaca qəbul otağından yenə oğlunun səsi gəldi: 
 
- O deyir ki, sən burdasan, səsini eşidib. 
 
Həkim dişi nəzərdən keçirməkdə idi. Onu da mizin üstünə, hazır sifarişlərin yanına qoyub dedi: 
 
- Lap yaxşı. 
 
Yenə burğunu götürdü. Tədarüklər saxladığı karton qutudan bir neçə qızıl diş düzümünü çıxarıb 
cilalamağa başladı. 
 
- Ata! 
 
- Nədi? 
 
Həkimin üz ifadəsi əvvəlki kimi qalırdı. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə