Ə Ə İ a I mallar



Yüklə 85,79 Kb.
Pdf görüntüsü
tarix25.03.2018
ölçüsü85,79 Kb.
#33297


121

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

UOT: 617.7:615.21

Əsədova Ş.Ə.

BOTULİN A TOKSİNİN OFTALMOLOGİYADA İSTİFADƏSİ (ƏDƏBİYYAT 

İCMALI)

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı şəh., Azərbaycan

Açar sözlər: Botulin A toksini, çəpgözlük, blefarospazm, göz qapaqlarının retraksiyası

Clostridium botulinum tərəfindən ifraz olunan botulin toksin A insana təsir edən ən güclü bioloji toksinlərdən 

biridir və 8 ayrı antigeni (A, B, C1, C 2, D, E, F, G) var [1]. Bunların içində ən güclü olan Botulin A toksini (BAT) 

çəpgözlüyün  müalicəsində  istifadə  olunur  [2].  İlk  dəfə  1980  ildə AB  Skott  çəpgözlüyün  müalicəsində  istifadə 

etmişdir [3]. Daha sonra preparat nevrologiyada istifadə olunmağa başladı [4]. Çox saylı müşahidələr BAT-nin 

effektivliyini sübuta yetirdi və 1989-cu ildə Amerikanın Qida və Dərmanlara Nəzarət İdarəsi (FDA) rəsmi surətdə 

BAT-nin  oftalmologiyada  və  nevrologiyada  istifadəsinə  icazə  verdi.  Bir  çox  oftalmoloqlar  və  nevropatoloqlar 

inyeksiyalardan sonra qırışların azalmasını müşahidə etmişdir və 1980-ci ildən preparat dermatokosmetologiyada 

öz yerini tapmağa başladı [5]. 

BAT güclü neyrotoksindir, xolinergik sinirlərin uclarına bağlanaraq endositoz yolu ilə hüceyrə içinə daxil olur 

və neyromuskulyar birləşmələrdə asetilxolin ifrazını blok edir. Asetilxolin əzələnin yığılması üçün lazım olan bir 

neyrotransmitterdir. Beləliklə BAT kimyəvi deinervasiya edir. Əzələnin motor funksiyası daha sonra sinir uclarında 

tumurcuqlanma və reinervasiya prosesi ilə geri dönür və regenerasiya klinik olaraq ən tez 2-4 ay arasında baş verir. 

Deinervasiya olunan əzələnin miofilamentlərində azalma, əzələ fibrinlərində atrofiya, lizosomların toplanması və 

sinir uclarında zəif dərəcədə demielinizasiya kimi geri dönən bəzi morfoloji və histopatoloji dəyişikliklər olduğu 

müşahidə olunmuşdur [1]. 

BAT oftalmologiyada geniş istifadə olunur. Paralitik və qeyri-paralitik çəpgözlüklər, nistaqm, lakrimal vəzin 

hipersekresiyası,  göz  qapaqlarının  retraksiyası,  spastik  entropion,  kompressiv  optik  neyropatiya  və  s.  kimi 

xəstəliklər BTX inyeksiyası ilə çox uğurla müalicə olunur [6, 7].

Ekstraokulyar  əzələlərdə  iki  fərqli  tip  BAT  istifadə  olunur.  Bunlar  BOTOX  (Allergan)  və  Dysport  (İpsen)-

dur.  Botoxun  bir  flakonunda  100  vahid  BAT,  Dysportun  bir  flakonunda  isə  500  vahid  BAT  var. Yəni  1  vahid 

Botox 3-5 vahid Dysporta bərabərdir. Ekstraokulyar əzələlərdə 2.5- 10 vahid BAT istifadə olunur. BAT paralitik 

təsiri  inyeksiyadan  sonra  5-8  günlərdə  maksimuma  çatır.  Bu  zaman  içində  BAT  vurulan  əzələdə  hərəkətsizlik 

qeyd olunur və bu hərəkətsizlik 2 ay içində bərpa olunur. BAT təsirinin tam keçməsi təqribən 6-9 arasında baş 

verir. BAT keçici iflic etməsinə baxmayaraq bəzi hallarda çəpliyi tamamilə düzəldir. Əgər BAT effektiv olmursa, 

Botulin toksin B 750-2500 vahid hər gözə istifadə oluna bilər. Lakin Botulin toksin B-nin təsiri qısa müddətlidir 

(8-10 həftə) və ətraf toxumalara geniş diffuziya edir [8, 9, 10]. BAT əlavə təsirləri: göz ətrafında şişkinlik, ptoz, 

diplopiya,  laqoftalm,  quru  göz  sindromu  ,  akkomodasiya  pozulması  və  s.  kimi  keçici  təsirlər  ola  bilər.  Lakin 

inyeksiya qaydalarına düzgün riayət edilsə fəsadlar çox nadirdir.

Təsiri keçən bir maddə çəpliyi necə qalıcı düzəldə bilər

Qalıcı  təsirinə  dair  bir  çox  faktorların  rol  oynadığı  düşünülür.  BAT  inyeksiyasından  sonra  ekstraokulyar 

əzələlərdə keçici olan və uzun müddət davam edən struktur dəyişikliklər baş verir və BAT-in əzələnin boşalma-

yığılma  xüsusiyyətlərində  funksional  dəyişikliklər  yaradır.  AB  Scott  ekstraokulyar  boşalan  əzələdə  sarkomer 

sayının  artmasını,  yığılan  əzələdə  isə  sarkomer  sayının  azalmasını  göstərmişdir  [3].  BAT  inyeksiyası  olunan 

əzələdə  deinervasiya  olan  zaman  boşalma,  antaqonist  əzələdə  isə  yığılma  baş  verir.  Antaqonist  əzələdəki  bu 

dəyişmə deinervasiya təsirindən sonrada davam edir. BAT in təsiri zamanında binokulyar fuziya əmələ gələrsə 

gözlər ortoforiya vəziyyətinə sabitlənə bilər və bu da BAT təsiri keçəndən sonra qalıcı səbəblərdən biri olaraq 

qəbul edilir [11].

BAT inyeksiya qaydası

BAT inyeksiyası yaşlı insanlarda monopolyar 27 G iynə elektrodu istifadə olunaraq elektromioqrafiya (ERG) 

yardımı ilə poliklinika şəraitində damla anesteziyası altında keçirilir. İynə elektrodu konyunktivanı keçərkən xəstə 

əks yönə baxdırılır və daha sonra xəstədən inyeksiya olunan əzələnin hərəkət yönünə baxması istənilir. İnyeksiya 

ekstraokulyar  əzələnin  gövdəsinə  maximum  EMG  siqnalı  alındığı  zaman  aparılmalıdır.  Uşaqlarda  inyeksiya 

ketamin anesteziyası altında aparıla bilər.




122

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

BAT inyeksiyası EMG istifadə olmadan aparıla bilər, ancaq burda BAT əzələnin gövdəsinə çatıb-çatmaması 

şübhə  yarada  bilər.  Küt  uclu  bir  pinset  ilə  göz  alması  çəkilir  və  iynə  konyuktivanı  keçərək  BAT  inyeksiyası 

ekstraokulyar əzələnin gövdəsinə, insersiya yerindən təqribən 10 mm aralı yeridilir [11]. BAT konyunktiva açılaraq 

ekstraokulyar əzələ görünərək birbaşa aparıla bilər, ancaq bu halda BAT müalicəsinin cərrahiyyəyə görə ən vacib 

üstünlüyü olan invaziv olması, çapığı buraxmamaq və təkrarlamaq xüsusiyyəti yox olur.



Botulin toksin müalicəsinin müsbət və mənfi cəhətləri

İnyeksiyanın yaşlı insanlarda poliklinika şəraitində damla anesteziya ilə aparılması və təkrarlanması ən vacib 

üstünlüyüdür.  Inyeksiya  sayı  üçün  maximum  sərhəd  yoxdur.  Çapığın  olmaması,  on  seqmentə  təsir  etməməsi, 

torlu qişaya toksik olmaması digər üstünlüklərindən biridir. Ən vacib üstünlüklərdən biri olan təsirinin müvəqqəti 

olması, onu çəpliyin qəfil və dəyişkən olduğu dövrdə istifadə olunmasına imkan verir. Botulin A toksininin digər 

üstünlüyü cərrahi müalicənin nəticəsinə təsir etməməsidir. Yəni BAT ilə yetərli düzəlmə əldə olunmazsa, cərrahi 

müalicə seçilə bilər. Bəzi hallarda BAT ilə qalıcı təsir əldə edilməsinə baxmayaraq, bəzi hallarda təsiri keçicidir 

və  təkrarlayan  inyeksiyalar  lazim  ola  bilər.  Təsirinin  müvəqqəti  olması  çəpliyin  kəskin  dövründə  istifadəsinə 

göstərişdir. Böyük dərəcəli çəpliklərin düzəlməsində BAT-nin təsiri yetərli olmaya bilir və pattern ilə birlikdə olan 

çəpliklər BAT ilə düzəldilməz [12]. BAT sıx olaraq daxili düz, xarici düz və aşağı düz əzələlərə vurulur. Yuxarı düz 

əzələyə inyeksiya zamanı levator əzələyə təsiri nəticəsində ptoz baş verməsi səbəbi ilə BAT müalicəsi aparılmaz. 

Çəp əzələlərdə BAT təsiri düz əzələsindəki qədər effektiv deyil. 



BAT çəpgözlüyün müalicəsində 3 məqsəd ilə istifadə oluna bilər

1) 


test məqsədi ilə,

2) 


cərrahi müalicəyə əlavə olaraq,

3) 


mualicə məqsədi ilə BAT-nin təsirinin keçici olması onun test məqsədi ilə istifadəsinə geniş imkan verir.

Test məqsədli olaraq BAT 2 şəkildə istifadə olunur:

1. 

Postoperativ diplopiya riskinin dəyərləndirilməsində: cərrahiyyədən sonraki dövrdə diplopiyanın olub- 



olmamasını təyin etmək məqsədi ilə BAT inyeksiya ilə çəplik keçici olaraq düzəldilir. Çəplik düzəldiyində 

diplopiya olmursa, BAT-nin təsiri keçəndən sonra cərrahi müalicə aparıla bilər.

2. 

Sonradan qazanılmış çəpgözlükdə fuziya itkisi ilə birlikdə davamlı diplopiya varsa fuziya genişliyini 



təyin etmək məqsədi ilə BAT inyeksiyası istifadə oluna bilər: bu xəstələrdə prizma ilə çəplik düzəldilsə 

də, diplopiya davam edir və cərrahı müalicə ilə ortoforiya əldə edilərsə, bir- biri ilə üst- üstə olan iki çox 

yaxın görüntü xəstəni çox narahat edə bilər. BAT inyeksiyası ilə çəplik keçici olaraq düzəldilərək xəstənin 

fuziyası dəyərləndirilə bilər. BAT inyeksiyasından sonra bəzi hallarda göz ortoforiya vəziyyətində sabit 

qala bilir və başqa müalicəyə ehtiyac olmaya bilər. Çəplik təkrarlanarsa, cərrahi müalicə tətbiq oluna 

bilər.  BAT  inyeksiyası  ilə  əldə  edilən  ortoforik  zamanda  diplopiya  davam  edərsə  və  qətiyyən  tolerə 

edilməsə, bu xəstələrə cərrahi müalicə aparılmamalıdır.

3. 


Paralitik  çəpgözlükdə  paralic  olan  əzələnin  funksiyasının  dəyərləndirilməsi:  paralitik  çəpgözlükdə 

paralitik əzələnin funksiyasının düzəlməsinə əks olaraq antaqonist əzələdə baş verən kontraktura gözün 

hərəkətinə mane ola bilər. Antaqonist əzələyə BAT inyeksiyasindan sonra əzələnin funksiyasında artma 

olarsa, iflic olan əzələnin funksiyasının olduğu düşünülür və cərrahi müalicə buna görə planlanlaşdırılır.



Cərrahi müalicəyə əlavə olaraq BAT istifadəsi.

İkidən çox düz əzələyə müdaxilə zamanı xüsusilə böyük yaş qrupunda ciddi on seqment işemiyası riski artır. 

Bu hallarda funksiyasını azaltmaq istənən əzələyə gerilətmə yerinə BAT inyeksiyası olunaraq əməliyyat olunan 

əzələnin sayı ikiyə endirilir. Bu kombinasiya ən sıx olaraq transpozisiya cərrahiyəsinin lazım olduğu vəziyyətlərdə 

istifadə edilir.

Cərrahiyyəyə  əlavə  kimi  əməliyyatdan  sonra  artıq  və  ya  yetərsiz  düzəlmələrin  müalicəsində  xüsusi  ilk  3 

ay  içində  BAT  inyeksiyası  effektiv  ola  bilər.  BAT  resessiyanın  gücünü  artıran  bir  üsul  olaraq  da  gerilətmə  ilə 

kombinasiya olaraq istifadə edilir. Bu böyük dərəcəli çəpliklərdə cərrahi olunacaq əzələ sayını azaldaraq vacib bir 

üstünlüklərdən biridir.

Müalicə məqsədi ilə istifadə

Botulin toksin inyeksiyası əsas olaraq 20 PD yaxın çəpliklərin müalicəsində daha effektivdir. BAT müalicəsinin 

nəticəsində çəplikdə ortalama olaraq 60% azalma baş verir. Ümumi olaraq hər hansı bir səbəblə cərrahiyyənin 

istənmədiyi çəpliklərdə BAT müalicəsi aparıla bilər [13, 14]. 



Birincili çəpliklərin BAT ilə müalicəsi

Çəpgözlülərin  müalicəsində  göstərişlər:  keçirilmiş  çox  sayda  çəplik  əməliyyatları;  qalıq  və  ya  konsekyutiv 

çəpliklər;  intermitan  (akomodativ  olmayan  konvergensiya  artıqlığı)  çəpgözlülər;  konvergensiya  çatmamazlığı; 

kiçik dərəcəli çəpliklər; görmə zəifliyi ilə əlaqədar (hər hansı bir səbəb ilə: travma, afakiya və s. kimi) ezo- və ya 

ekzodeviasiyalar; ikincili çəpgözlüklər; infantil ezotropiyalar.



123

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

BAT ilə müalicə olunan xəstələr 2 qrupa bölünür: 1-ci qrupda bir və ya bir neçə inyeksiya ilə düzəlmə əldə edilirkən, 

2-ci qrupda davamlı olaraq periodik BAT inyeksiyası lazım ola bilər. Bu iki qrupdakı xəstələri qarşılaşdıranda 1-ci 

qrupu binokulyar fuziyası olan xəstələr, 2-ci qrup isə görmə zəifliyi və fuziya olmayan xəstələr təşkil edir. Lakin 

diqqət çəkən bir xüsusiyyət var ki, vaxt aşırı inyeksiya lazım olan xəstəliklərdə inyeksiya aralığında zaman içində 

bir uzanma baş verir. Cavab olaraq, fuziya potensiyalı olan vəziyyətlərdə qalıcı düzəlmə şansının daha cox olduğu, 

ambliopiya  olan  ve  fuziya  əmələ  gəlməyən  xəstələrdə  inyeksiyaların  təkrarlanması  lazım  olduğu  deyilə  bilər. 

Xüsusi ilə əməliyyat sonrasında çəpliyin tekrarlama riskinin yüksək olduğu, görmə azlığına bağlı çəpliklərdə BAT 

mualicəsi vacib bir üstünlük saxlayır. Belə hallarda əsasən böyük dərəcəli çəpliklərdə əvvəl cərrahi düzəltmək, 

daha sonra çəplik davam edərsə, dərəcəsi çox artmadan BAT ilə nəzarət altına almaq uyğun bir yanaşma ola bilər. 

Davamlı və vaxtaşırı inyeksiyalar ilə bu xəstələrin çəpliklərini zamanla nəzarət altında tutmaq mümkündür [11].

Araşdırmalar göstərmişdir ki, infantil ezotropiyaların müalicəsində BAT-nin bimedial inyeksiyasından sonra 

xəstələrin  üçdə  ikisində  bir  miqdar  stereopsis  qazanılmışdır.  Birincili  ekzotropiya  ilə  xəstələrin  üçdə  birində 

deviasiyada düzəlmə baş vermişdir [15, 16]. Böyük dərəcəli çəpliklərdə toksinin dozasını artırmaq olar. Lakin 

uşaqlarda ptoza bağlı əmələ gələn ambliyopiyanın əmələ gəlməsinə nəzarət etmək lazımdır.

Toksin travmatik paralitik çəpliklərin müalicəsində istifadə oluna bilər və eyni zamanda antaqonist əzələnin 

kontrakturasının qarşısı alınır. 6 ay ərzində düzəlmə olmasa cərrahi əməliyyat aparıla bılər.

Paralitik çəpgözlüklərin müalicəsində BAT

Burda  əsas  məqsəd  antaqonist  əzələnin  funksiyasını  azaltmaqdır.  Bu  şəkildə  kimyəvi  deinnervasiya  olunan 

əzələdə boşalma və uzanma baş verir. BAT-in paralitik çəpgözlüyün müalicəsində cərrahiyyəyə alternativ olmaqdan 

başqa cərrahiyə ilə əldə olunmayan imkanlar saxlayır. Bunlardan birincisi, cərrahi müalicə uyğun olmayan, xəstə 

üçün narahatçılığa səbəb olan və müəyyən bir zaman davam edən diplopiya dönəmində müalicə şansı saxlamasıdır. 

Paralitik çəpgözlüklərin kəskin dönəmində BAT inyeksiyası ilə düz baxışda tək görmə saxlamaq mümkündür və 

xəstədə simptomatik rahatlıq əmələ gəlir. Kəskin dövrdə BAT inyeksiyasının spontan düzəlməyə heç bir əks təsiri 

yoxdur. Nəzərə almaq lazımdır ki, BAT inyeksiyası iflicə yol açan əsas səbəbin proqressiyasını maskalaya bilər. 

Bu səbəb ilə əsas səbəbin progressiyasının izlənməsi üçün BAT inyeksiyasından qacınılmalıdır.

Paralitik çəpgözlüklərin xronik dönəmində hər hansı bir səbəb ilə cərrahi müalicənin istənmədiyi vəziyyətlərdə 

düzənli BAT inyeksiyaları ilə çəpliyi kontrol altına almaq olar. Hissəvi paraliclərdə bir tək BAT ilə müalicə aparıla 

bilər. Bu qrup xəstələrdə bir və ya bir necə inyeksiyadan sonra çəplik qalıcı düzələ bilər. 



Üçüncü sinir paralicində BAT

Üçüncü  sinir  paralici  hissəvi  və  ya  tam  ola  bilər.  Hissəvi  üçüncü  sinir  paralicində  zədələnən  ekstraokulyar 

əzələ və ya əzələ qrupuna görə müxtəlif tipli çəpliklər ortaya çıxa bilər. BAT üçüncü sinir paralicində kəskin və ya 

xroniki dönəmdə istifadə oluna bilər. Total üçüncü sinir paralicində ptoz nəzərə çarpan deyilsə, xarici düz əzələyə 

BAT inyeksiyası ilə dar da olsa binokulyar tək görülən bir sahə əldə edilə bilər. Hissəvi paraliclərdə aşağı düz 

əzələyə və ya xarici düz əzələyə inyeksiya oluna bilər. Aşağı düz əzələnin paralici var isə BAT aparılması düzgün 

deyil. Yuxarı düz əzələyə BAT inyeksiyası ptoza yol açacaq. Daxili düz əzəldə paralic varsa ya xarici düz əzələyə 

inyeksiya və ya vertikal düz əzələlərin transpozisiyası ilə BAT istifadə oluna bilər [6, 17].



Altıncı sinir paralicində BAT

Altıncı kranial sinir paralicində BAT-in istifadəsi vacib göstəriş sahələridən birini təşkil edir [17]. Hal hazırda 

altıncı sinir paralicinin müalicəsində BAT ilk müalicə üsulu ilə qəbul olunur. Altıncı sinir paralicində BAT daxili 

düz əzələyə vurulur. Kəskin və ya xroniki dövrdə istifadə olunur. Kəskin dövrdə BAT inyeksiyasının daxili düz 

əzələdə baş verəcək kontrakturanın qarşısını alması düşünülür və spontan düzəlmə şansının artdığı önə sürülür. 

Ancaq daha sonra aparılan tədqiqatlar göstərdi ki, kəskin dövrdə BAT inyeksiyası simptomatik düzəltməni saxlayır, 

lakin spontan düzəlməyə təsiri yoxdur. Hissəvi paraliclərin xroniki dövründə BAT tək başına yetərli müalicə ola 

bilər. Bəzən bir və ya bir neçə inyeksiya nəticəsində əlavə bir müalicəyə ehtiyac olmaya bilər. Hər hansı bir səbəb 

ilə əməliyyat istənməsə və xarici düz əzələnin funksiyasında nəzərə çarpan bir yetməməzlik varsa, BAT ilə qalıcı 

düzəltmə  alınmasa  belə,  müntəzəm  inyeksiyalar  ilə  xəstədə  binokulyar  tək  görməni  saxlamaq  olar.  Bu  şəkildə 

poliativ bir müalicə əldə edilir.

Beləliklə, xroniki dövrdə BAT inyeksiyası xarici düz əzələnin potensial funksiyası haqqında vacib məlumat 

verir. BAT sonrası xarici düz əzələnin funksiyasında artma olmasa vertikal düz əzələlərə transpozisiya, artma baş 

verərsə, daha sonra resessiya-rezeksiya cərrahiyyəsi planlana bilər. Vertikal əzələlərin transpozisiyasında ortaya 

çixan ən vacib məsələ ön seqment işemiyasıdır. Daxili düz əzələyə BAT inyeksiyası ilə kombinə vertikal əzələlərin 

transpozisiyası  aparıldığında  on  seqment  işemiyası  bildirilmiştir.  Gərilətmə-rezeksiya  cərrahiyyəsi  planlanarsa 

bunun üçün BAT-nin təsirinin keçməsini gözləmək lazımdır.



124

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

Dördüncü sinir paralicində BAT

Dördüncü  kranial  sinir  paralicində  BAT-nin  rolu  digər  kranial  sinir  paralicinə  görə  daha  azdır  [18].  BAT 

zədələnən gözdəki aşağı çəp və ya digər gözdəki aşağı düz əzələyə vurula bilər. EMG yardımı ilə aşağı çəp əzələyə 

aşağı düz əzələyə təsir etmədən BAT inyeksiyasını etmək çətindir. Aşağı çəp əzələyə inyeksiya ilə uğurlu nəticələr 

bildirən az sayda məqalələr var. Lakin digər gözdə aşağı düz əzələyə BAT inyeksiyasi ilə sonuclar daha effektiv 

olaraq bildirilir. Torsion çəpliyin çox olmadığı 4-cü sinir paralicində kəskin və ya xroniki dövrdə BAT istifadə 

olunur. Xroniki dövrdə cərrahiyə sonrasi qalıq çəplik zamanı digər gözdə aşağı düz əzələyə BAT inyeksiyası ilə 

qane edici nətıcə alınır.



Restriktiv çəpliklərdə BAT istifadəsi

Restriktiv çəpliklərdə fibroz olduğu hallarda BAT müalicəsinin yeri yoxdur [11]. Ancaq qazanılmış restriktiv 

hərəkət zəifliyi zamanı restriksiyanın əmələ gəlmə dönəmində BAT fayda verə bilər. Burdaki göstərişlərdən biri 

qalxanvarı vəzin xəstəliklərinə bağlı gözdə görülən hərəkətin zəifliyidir. Bu tip xəstələr cərrahi müalicə uyğun 

olmayan kəskin iltihab dövründə BAT inyeksiyasından fayda görürlər. Torlu qişa qopması cərrahiyyəsinə bağlı 

olaraq əmələ gələn hərəkət pozulmalarında BAT müalicəsinin təsiri bildirilmişdir.

Adherens sindromunun erkən dövrlərində fibroz yağ toxumalarının proliferasiyasında BAT inyeksiyası faydalı 

ola  bilər.  Məsələn  aşağı  çəp  əzələ  cərrahiyyəsinə  bağlı  Adherens  sindromu  əmələ  gəlirsə,  aşağı  düz  əzələyə 

vurulacaq  BAT  inyeksiyası  fibroz  yağ  toxumalarının  proliferasiya  sırasında  gözün  düz  vəziyyətdə  qalmasını 

saxlayaraq bu toxumanın gözü hipotropiya vəziyyətinə gətirməsini əngəl ola bilər [11].



Fəsadlar

BAT müalicə sırasında baş verən ən önəmli fəsadlardan biri göz almasının perforasiyasıdır. BAT səf olaraq göz 

içinə inyeksiya olunarsa retina üzərində toksik bir təsirin olmadığı bildirilir. BAT inyeksiyasına bağlı olaraq digər 

fəsadlar kimi levator əzələyə təsirinə bağlı ptoz və yaxın ekstraokulyar əzələlərə təsirinə bağlı ikincili çəpliklərdir. 

İnyeksiyanın  erkən  dövründə  BAT  edilən  əzələdə  hərəkət  məhdudluğu  olan  zamanda  diplopiya  gözlənən  bir 

problemdir. BAT inyeksiyası sırasında subkonyuktival qansızma və retrobulbar hematoma görülə bilər [14].



Blefarospazm.

Blefarospazm müalicəsində BAT 1983 ildən istifadə olunmağa başlanıb və müşahidələr effektivliyini 70-90% 

göstərmişdir  [18].  Blefarospazm  orbikulyar  əzələnin  istəksiz  yığılması  ilə  qalıcı  olaraq  qapaqların  yumulması 

və açılmamasıdır. İstəksiz olaraq başlayan spazm bir necə dəqiqə, günlər və ya aylarla davam edə bilər. Yüngül 

dərəcəli  blefarospazm  başlanğıcda  sıx,  spazm  şəklində  göz  qırpma  ilə  müşahidə  olunur.  Eyni  zamanda  işıq 

həssaslığı qapaqları açmağa imkan vermir. Stress və həyəcan ilə artar [15]. Orta dərəcədəki spazmda qapaqların 

açılması daha da çətinləşir və qapaqları əhatə edən orbikulyar əzələ bölgəsində əmələ gələn dərin qırışlar qapaq 

kənarlarına paralel yerləşir. Ciddi blefarospazmda isə bu vəziyyət fasiyal sinirin innervasiya etdiyi bütün əzələlərdə 

görünür. Frontal və korrugator əzələlərlə alın qırışır, çənə və ağız kənarı lateral kantusuna doğru çəkilir. Digər üz 

əzələlərinin iştirakı ilə ortaya çıxan bu üz ifadəsinə “Meiqe sindromu” deyilir. Çox şiddətli hallarda damaq əzələsi 

və servikal platizma yığılır, bütüm bədəndə ümumi konvulsiya görülür. Tək tərəfli başlayan blefarospazm bilateral 

olur. Çətinlik ilə qapaqlar açılan zaman işıq refleksi çox təsir edır, sensorial qıcıqlanma ilə fotofobiya əmələ gəlir 

və qapalar yumulur. Fassial sinirin qıcıqlanması ilə göz yaşı ifrazının artmasına bağlı epifora əmələ gəlir, və eyni 

zamanda salivasiya ola bilər. Qapaqlardakı ödem palpebral venalardakı təzyiq artmasına bağlıdır.

Lakrimal kanalların spazmodik olaraq bağlanması ilə yaşaxma artır, fliktenli və ekzematoz keratokonyunktivitlərdə 

dəridə maserasiya və lateral kantusta ağrılı çatlar əmələ gəlir. Trixiyazisin səbəb olduğu irritasiya spazmın artmasına 

səbəb olur. Yaşlılarda uzun sürən blefarospazm daxili palpebral liqamentində boşalmağa, daxili kantusun korneadan 

uzaqlaşmasına və alt qapağın xaricə doğru yer deyişdirməsinə səbəb olur. Nəticədə xüsusilə uşaqlar və isteriyalı 

insanlarda aylarla davam edən spazm xəstənin özünün kor olduğu və bir daha görməyəcək düşüncəsinə aparır. 

Blefarospazmın  səbəbi  tam  olaraq  bilinmədiyi  ilə  birlikdə  müxtəlif  səbəblərdə  düşünülür  [19].  Ən  çox  rast 

gələn səbəblərdən biri gözdəki irritasiyaya bağlı refleksin olması xronikdir və orqanik bir səbəb hələ müəyyən 

olunmayıb. Reflektor irritasiya V sinirin hər hansı bir nahiyəsinin və ya optik sinirin qıcıqlanması ilə, VII sinirin 

mərkəzi və ya periferik irritasiya verən törəmələrlə, orbikulyar əzələnin xəstəliyində və ya funksional nevroz ilə 

baş verə bilər.

Son zamanlarda blefarospazm müalicəsində BAT geniş istifadə olunur [20]. Alt qapaqda (3nöqtə) kirpiklərin 

1mm  altına,  üst  qapaq  kirpiklərin  2mm  yuxarısına,  nazoglabellar sahəyə,  qaşın  daxili  kənarına  vurulur.  Lazım 

olarsa  alt  qapağin  daha  aşağı  hissələrinə  də  inyeksiya  edilə  bilər.  27-20  G  iynəli  insulin  iynəsi  ilə  dəri  altına 

həll  edilmiş  olaraq  (0.1  ml`-də  1.25-2.50  vahıd  olacaq  şəkildə  saf  0.9%`lik  fızıoloji  məhlul  ilə)  qarışdırılaraq 

hazırlanır.  Hazırlanmış  flakon  dondurucuda  saxlanılır.  Həll  etdikdən  sonra  4  saat  içində  istifadə  olunmalıdır. 

Başlanğıc müalicə dozası cəmi tək göz üçün 12.5-25 vahid olmalıdır. Təsiri bir müddət sonra azaldığı üçün 1-3 ay 




125

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

arasında təkrarlanmalıdır. Təsiri ortalama 13 həftə davam edir. Uzun sürən və müalicəyə cavab verməyən hallarda 

cərrahiyyə aparıla bilər. Bu məqsədlə 2 üsul istifadə olunur.

Neyrektomiya blefarospazma yol açan əzələləri innervasiya edən fasial sinirin zigomatik və temporal şaxələrinin 

koagulyator  vasitəsi  ilə  kəsilməsidir.  Regenerasiyanı  azaltmaq  üçün  aradan  uzun  bir  seqment  də  çıxarıla  bilər. 

Əsasən, qulaq önündən və alt qismindən aparılan kəsik ilə fasial pleksus acılır, stimulyator ilə sinir ucları tapılaraq 

innervasiyaları izlənərək koaqulyator vasitəsi ilə kəsilir [21].



Miektomiya  blefarospazma  səbəb  olan  əzələlərin  selektiv  olaraq  subtotal  kəsilərək  çıxarılmasıdır.  Pretarzal 

orbikulyar liflər istəksiz göz qirpma refleksi ilə əlaqəli olduğundan normal göz qırpma hərəkətini pozmamaq üçün 

yerində buraxılır [9]. Qapaqdan 3mm genişlikdə dairəvi bir bant şəklində orbikulyar əzələ buraxılır.

Lakrimal hipersekresiyanın BAT ilə müalicəsi

Lakrimal  hipersekresiya  gözə  irritasiya  verən  trixiaz,  göz  qapaqlarının  törəməsi,  buynuz  qişanın  quruması, 

blefarit və s. kimi xəstəliklər nəticəsində əmələ gəlir. Birincili idiopatik hipersekresiya, heç bir səbəb olmadanda 

görülə  bilər.  2.5-5  vahid  BTA  yaş  vəzinin  palpebral  hissəsinə  inyeksiya  edilir.  Xəstələrin  əksəriyyətində 

simptomlarda azalma müşahidə edilir. Epiforanın azalması 3-4 ay davam edir [22].

Göz qapaqlarının retraksiyası

Tiroid oftalmopatiya zamanı üst qapağın retraksiyası buynuz qişanın qurumasına və buynuz qişanın xorasına 

gətirib  çıxarda  bilər.  Cərrahi  resessiya  90-95%  hallarda  əla  nəticə  verir.  Lakin  xəstənin  vəziyyətində  stabillik 

olmasa, cərrahiyyə aparıla bilməz. 5-10 vahid BTA transkonyunktival ya dəridən levator əzələyə inyeksiya edilir 

və retraksiyanın kəskin azalması ilə nəticələnir. Adətən 2-4 mm qapaq enməsi müşahidə olunur və inyeksiyanin 

təsiri 12-14 həftə davam edə bilər. Dozanın aşması ptoz və BTA yuxarı düz əzələyə diffuziya edərsə diplopiya ilə 

nəticələnə bilər [6].

Spastik entropion

Spastik entropion horizontal qapaq boşluğu və arxa və ön lamellaların fiksasiyasının pozulması nəticəsində 

əmələ gəlir. Xüsusi ilə əvvəl qapaqda keçirilən əməliyyatdan sonra okulyar irritasiya orbikulyar əzələdə spazm 

yaradır və nəticədə entropion əmələ gələ bilər. 5 vahid BTA pretarzal orbikulyar əzələyə vurularaq entropionda 3-4 

ay ərzində kəskin azalma baş verir [6].

Bundan əlavə BTA dermatokosmetologiya da göz ətrafı qırışların və digər üz qırışlarının azalması məqsədi ilə 

də çox geniş istifadə olunur.

Beləliklə, BAT müalicəsi müasir oftalmologiyada yerini almiş və cox saylı klinik nəticələri olan bir müalicə 

üsuludur.  BAT  yalnız  cərrahiyyəyə  alternativ  bir  üsul  olmaqla  yanaşı  cərrahiyyənin  uyğun  olmadığı  bir  çox 

xəstəliklərin müalicəsində aktiv istifadə oluna bilər. Xüsusən göz xəstəliklərinin kəskin və dəyişkən mərhələsində 

istifadə edilməsi və cərrahiyyə uyğun olmayan hallarda müalicə seçimi kimi BAT istifadəsi en vacib müalicə üsulu 

kimi olaraq qəbul edilir. 

ƏDƏBİYYAT

1. 


Breidenbach M.A., Brunger A.T. Substrate recognition strategy for botulinum neurotoxin serotype A // 

Natureб, 2004, v.432(7019), p.925-929.

2. 

Dutton J.J., Fowler A.M. Botulinum toxin in ophthalmology // Surv. Ophthalmol., 2007, v.52(1), p.13-



31.

3. 


Scott  A.B.  Change  of  Eye  muscle  sarcomers  according  to  eye  position  //  J.  Pediatr.  Ophthalmol. 

Strabizmus, 1994, v.31, p.85-88.

4. 

Ozkan S.B., Dayanir V., Kir E. et al. Role of botulinum toxin in a management of acquired loss of fusion 



/ De faber JT(ed). Transactions 27th Meeting of the European Strabismologicial Association. Florence. 

Swet&Zeitlinger. Netherlands, 2009, s.195-198.

5. 

Carruthers J., Fagien S., Matarasso S.L. Consensus recommendations on the use of botulinum toxin type 



a in facial aesthetics // Plast. Reconstr. Surg., 2004, v.114(6), p.:1S-22S.

6. 


Dintelmann T., Sold J., Grehn F. Botulinum toxin injectiontreatment of upper lid retraction in thyroid eye 

disease // Ophthalmologe, 2005, v.102(3), p.247-250.

7. 

Quagliato  E.M.,  Carelli  E.F.,  Viana  M.A.  Prospective,  randomized,  double-blind  study,  comparing 



botulinum toxins type a botox and prosigne for blepharospasm and hemifacial spasm treatment // Clin. 

Neuropharmacol., 2010, v.33(1), p.27-31. 




126

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

8. 


Setthawatcharawanich S., Sathirapanya P., Limapichat K. et al. Factors associated with quality of life in 

hemifacial spasm and blepharospasm during longterm treatment with botulinum toxin // Qual. Life Res., 

2011, v.20(9), p.1519-1523. 

9. 


Wenzel  T.,  Schinder  P.,  Griengel  H.  et  al.  Psychiatric  disorders  in  patients  with  blepharospasm  -  is 

reactive pattern ? // J. Psychosom. Res., 2000, v.48(6), p.589-591. 

10.  Nemoto Y., Kaneko H., Serizawa R. Superselective neurectomy with periorbital primary reconstrunstrion 

for blepharospasm // Case report, 2000, v.34(3), p.265-268.

11. 

Tengtrisorn S., Treyapun N., Tantisarasart T. Botulinum A toxin therapy on esotropia in children // J. 



Med. Assoc. Thai., 2002, v.85(11), p.1189-1197.

12.  Khan A.O. Two horizontal rectus eye muscle surgery combined with botulinum toxin for the treatment 

of very large angle esotropia: A pilot study // Binocul. Vis. Strabismus., 2005, v.20(1), p.15-20. 

13.  Ruiz  M.F.,  Moreno  M.,  Sanchez-Garrido  C.M.  et  al.  Botulinum  treatment  of  infantile  esotropia  with 

abduction nystagmus // J. Pediatr. Ophthalmol. Strabismus, 2000, v.37(4), p.196-205. 

14.  Li Y., Wu X. Observation of botulinum toxin A management in childhood with intermittent exotropia // 

Zhonghua Yan Ke Za Zhi, 2008, v.44(11), p.967-971.

15.  McNeer  K.W.,  Tucker  M.G.,  Guerry  C.H.  et  al.  Incidence  of  stereopsis  after  treatment  of  infantile 

esotropia with botulinum toxin A // J. Pediatr. Ophthalmol. Strabismus, 2003, v.40(5), p.288-292.

16.  Spielmann A.C. Botulinum toxin in infantile estropia: longterm results // J. Fr. Ophtalmol., 2004, v.27(4), 

p.358-365.

17.  Lee J.P., Page B., Lipton J. Treatment of strabismus after retinal detachment surgery with botulinum 

neurotoxin A // Eye, 1991, v.5, p.451-455.

18.  Nowakowska  O.,  Loba  P.,  Broniarczyk-Loba A.  The  efficacy  of  vertical  rectus  transposition  and  its 

modalities in patients with abducens nerve palsy // Eur. J. Ophthalmol., 2011, v.21(3), p.223-227.

19.  Tucha O., Naumann M., Berg D. et al. Quality of life in patients with blepharospasm // Acta Neurol. 

Scand., 2001, v.103(1), p.49-52.

20.  Boyle M.H., McGwin G.Jr., Flanagan C.E. et al. High versus low concentration botulinum toxin A for 

benign  essential  blepharospasm:  does  dilution  make  a  difference?  //  Ophthal.  Plast.  Reconstr.  Surg., 

2009,v. 25(2), p.81-84.

21.  Truong D., Comella C., Fernandez H.H. et al. Efficacy and safety of purified botulinum toxin type A 

(Dysport) for the treatment of benign essential blepharospasm: A randomized, placebo-controlled, phase 

II trial // Parkinsonism Relat. Disord., 2008, v.14(5), p.407-414.

22.  Oliveira F.C., Oliveira G.C., Cariello A.J. et al. Botulinum toxin type A influence on the lacrimal function 

of patients with facial dystonia // Arq. Bras. Oftalmol., 2010, v.73(5), p.405-408. 

Асадова Ш.А.

КЛИНИЧЕСКОЕ ИСПОЛЬЗОВАНИЕ БОТУЛИНА ТОКСИНА А В 

ОФТАЛЬМОЛОГИИ (ОБЗОР ЛИТЕРАТУРЫ)



Кафедра Офтальмологии Азербайджанского Государственного Института Усовершенствования врачей 

им. А. Алиева, г.Баку 

Ключевые слова: ботулотоксин А, косоглазие, блефароспазм, ретракция век

РЕЗЮМЕ


 Использование ботулотоксина А имеет широкое применение в медицине, с ростом новых показаний 

для применения данного препарата. Свыше 20 лет офтальмологи используют ботулотоксин А в лечении та-

ких заболеваний как косоглазие, возрастной блефароспазм, гиперсекреции слезных желез, спастического 

энтропиона, ретракции век и т.д.




127

2015/1 (17)

Ə Ə İ

A  İ MALLAR

Asadova Sh.A.

CLINICAL USES OF BOTULINUM TOXIN IN OPHTHALMOLOGY 

(LITERATURE REVIEW)



Azerbaycan State Institute for the Advanced Training of Doctors named by A.Aliyev

Key words: botulinum toxin type A, strabismus, blepharospasm, eyelid retraction

SUMMARY


Botulinum toxin has found numerous uses in medicine, with new indications continuing to be added. For over 

20  years,  ophthalmologists  have  been  using  Botox  to  treat  a  variety  conditions,  including  strabismus,  benign 

essential blepharospasm, lacrimal hypersecretion syndromes, spastic entropion, eyelid retraction and ect.

Для корреспонденции:



Асадова Шахла Алескер кызы, врач-офтальмолог Аз.ГИУВ им. А.Алиева, кафедра офтальмологии

Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15

Тел: (+994 12) 569 09 73; 569 54 62; (+994 50) 346 46 78

Email: administrator@eye.az;

http: ⁄⁄www.eye.az; shahlaasadova@rambler.ru 

Yüklə 85,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə