Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


  Lazım olan material və avadanlıqlar



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
47 
Lazım olan material və avadanlıqlar: mioqraf, ki-
moqraf, yüklər (5, 10, 20, 30,...,100 q), xətkeş, 
stimulyator, elektrodlar, qayçı, pinset, 0,6% fizioloji 
məhlul, mantar lövhə, sancaqlar, pambıq, qurbağa. 
 
İşin gedişi.  
 1. 
Əzələnin yorulması.  Sinir-əzələ preparatı 
mioqrafdan asılır; mioqrafın linginə yük bağlayıb, 
kimoqrafın silindirini fırlatmaqla əzələnin dartıldığının ilk 
vəziyyəti qeyd olunacaq. Sonra kimoqrafı  işə salıb, 
preparatı vasitəli qıcıqlandırmaqla  əzələni tam yorana 
qədər mioqramı yazırlar. 
 
Təcrübədən görünür ki, ardıcıl qıcıqların təsiri ilə 
əzələnin oyanıqlığı yüksəlir, sonra eyni qüvvəli ardıcıl 
qıcıqlar təsirindən təqəllüslərin hündürlüyü azalır və 
əzələnin tam yorğunluğu nəzərə çarpır. 
 
 
Şəkil 40. İzolə edilmiş əzələnin vasitəsi (1) və  
vasitəsiz (2) qıcıqlandırılması səbəbilə yorulması. 
 
Qıcığın verilməsi kəsilir,  əzələyə 2 – 3 dəqiqə 
istirahət verilir və yenidən vasitəli yolla qıcıqlandırılır. 
Dincəlmiş əzələ qıcığa qarşı təqəllüs edir. 
 2. 
Sinirin 
yorulmasının müşahidəsi. 2 sinir-əzələ 
preparatı hazırlanır. Preparatın birində əzələyə yaxın yerdə 
sinir sabit cərəyan elektrodları üzərinə qoyulur və dövrə 
bağlanır. Sonra hər iki preparatın sinirinə stimulyatordan 
ritmiki qıcıq verilir. Sabit cərəyanı verməkdə  məqsəd 
 
48
sinirdə oyanıqlığı – keçiriciliyi endirməkdən və 
oyanmanın  əzələyə  nəql olunmasının qarşısını almaqdan 
ibarətdir. 
 
Dəyişən cərəyan qıcıqlarının hər 2 preparata veril-
diyinə baxmayaraq, bunlardan biri təqəllüs edəcək. Çünki 
preparatlardan birinin siniri sabit cərəyan təsiri altında 
olduğundan oyanmanı əzələyə keçirə bilmir. Təqəllüs edən 
preparatı tam yorduqdan sonra sabit cərəyan dövrəsi açılır. 
Bu zaman digər preparat dəyişən cərəyan qıcıqları 
təsirindən müvafiq sayda təqəllüs edəcək. 
 
 
Şəkil 41. Sinirin nisbi yorulmazlığını öyrənərkən təcrübənin 
sxemi: 1-arxa ətraflar; 2-oturaq siniri;  
3-dəyişən cərəyan; 4-sabit cərəyan; 5-mantar lövhə. 
 
 3. 
İnsanda  əzələ yorulmasının öyrənilməsi.  İn-
sanda  əzələnin yorulmasını öyrənmək üçün erqoqrafiya 
üsulundan istifadə edirlər. Erqoqrafiya üsulu təklif edən 
alim Mosso öz üzərində təcrübə aparmışdır. O, dinc vaxtı 


 
49 
və  tələbələrlə yekun məşğələsindən yorulduğu zaman 
erqoqrafiya etmiş  və görmüşdür ki, gərgin zehni əmək 
əzələnin işgörmə qabiliyyətini zəiflədir. 
 
Mosso təcrübəsi.  Mosso erqoqrafı 2 hissədən    əli 
fiksə edən  ştativdən və yükü qaldırarkən barmaq 
əzələlərinin təqəllüsünü qeyd edən üfüqi mioqrafdan 
ibarətdir. 
 
Tələbə biləyini erqoqrafın xüsusi hissəsinə fiksə 
edir. Sonra dörd barmaqla dəstəyi tutur, orta və ya şəhadət 
barmağını blokdan asılmış yükə (2 – 4 kq) bağlı ipin 
halqasına keçirir. Dəqiqədə 50 – 60 dəfə barmağı büküb 
açmaqla yükü qaldırıb endirdikdə erqoqrafın üfüqi lövhəsi 
üzərindəki karandaşın hərəkəti sayəsində erqoqram qeyd 
olunur. 
 
 
 
 
 
Şəkil 42. Əzələ işini qeyd etmək üçün qurğu: 1-yük; 2-bağ; 3-blok; 
4-metalik sürüngəc; 5-qeydedici; 6-metalik silindirlər;  
7-manjet; 8-ilgək. 
 
 
50
 
Şəkil 43. Dinc vaxtı və tələbələrlə 6 saatlıq yekun  
məşğələsi zamanı yorğunluğun erqoqramı  (Mosso təcrübəsi). 
 
Barmaq əzələləri yorulmağa başladıqda erqoqramın 
hündürlüyü azalır, tam yorğunluq zamanı isə yük qaldırıla 
bilmədikdə erqoqram yazılmır. 
 
 
 
 
Şəkil 44. Erqoqram. 
 
 Erqoqrafiya 
barmağın bükmə 
və açma 
hərəkətlərinin müxtəlif ritmlərindən (dəqiqədə 60 və ya 
120) və müxtəlif ağırlıqlı yük (2 – 4 kq) qaldırılıb 
endirildikdə aparılır. Təcrübə göstərir ki, ritm 
sürətləndikcə və ağırlıq artdıqca yorğunluğun baş verməsi 


 
51 
tezləşir. 
 Aparılan təcrübələrdən məlum olmuşdur ki, bütöv 
orqanizmdə ən əvvəl sinir mərkəzləri sinapsları, sonra sinir-
əzələ sinapsları,  ən sonda isə  əzələ lifinin yorulması baş 
verir.  
 
 
9 saylı  iş. Sinir və  əzələ lifləri ilə sinir impulslarının 
nəqlolunma qanunları 
 
 Sinir 
və  əzələ liflərində oyanmanın yayılması 
müəyyən qanunlara tabedir. Sinirin əsas fizioloji 
xüsusiyyəti oyanma və oyanmanı nəql etməkdir. 
 Müxtəlif heyvanların sinirləri oyanmanı müxtəlif 
sürətlə nəql edirlər. Qurbağanın sinirləri oyanmanı 10 – 30 
m/san. sürətlə  nəql olunduğu halda, istiqanlı heyvanların 
sinirləri oyanmanı 30 – 120 m/san. sürətlə  nəql edirlər. 
Sinirin oyanmasını ona birləşmiş üzvün fəaliyyətə gəlməsi 
ilə  təyin edirlər. Məsələn; sinir impulsları  əzələyə  nəql 
olduqda,  əzələ  yığılır, vəziyə  təsir göstərdikdə, vəzi 
hormon ifraz edir. 
 Sinirin 
oyanma 
və oyanmanı nəqletmə qabiliyyətinə 
malik olması potensial cərəyanın  əmələ  gəlməsi ilə  də 
müəyyən edilir. Sinirlər sinir impulslarını sinir mərkəz-
lərindən və mühitdən, sinir ucları törəmələrindən alırlar. 
Ona görə sinir lifləri oyanmaları  nəql etmələrinə görə 2 
yerə ayrılırlar; 1) Oyanmaları mühitdən mərkəzə aparan 
mərkəzə qaçan afferent sinirlər və ya afferent neyronlar; 2) 
İmpulsları  mərkəzdən mühitə  nəql etdirən mərkəzdən 
qaçan efferent sinirlər və ya efferent neyronlar. 
 Lazım olan material və avadanlıqlar:  İkikanallı 
ossiloqraf, elektrik stimulyatoru, qıcıqlandırıcı  və aparıcı 
 
52
elektrodlar, qayçı, pinset, mantar lövhə,  şüşə lövhə, 
sancaqlar, sap, 0,6% fizioloji məhlul, ammonyak məhlulu, 
pambıq, qurbağa. 
 
İşin gedişi
1. Oyanmanın iki tərəfə  nəqlolunma qanunu. 2 
ədəd sinir-əzələ preparatı hazırlayırlar. Bunlardan biri 
oturaq sinirindən, digəri isə oturaq siniri və  pəncədən 
ibarətdir. Mantar lövhə üzərinə bir-birindən aralı eyni 
cərgədə 3 elektrod fiksə edilir. Ortadakı elektrodları 
stimulyatora, yandakıları isə ossiloqrafın kanallarına 
birləşdirirlər. Siniri elektrodlar üzərinə qoyub, ortadakı 
elektrodlarla tək-tək qıcıq göndərilir. 
 
 
 
Şəkil 45. Oyanmanın hər 2 tərəfə nəqlolunmasının ossiloqramı: 
1,2 – aparıcı elektrodlar; 3 – qıcıqlandırıcı elektrodlar. 
 
 
Qıcığın qüvvəsi sinirdə oyanmanı yaradırsa, iki 
tərəfə  nəql olunan impulsun elektrik göstəricisi 
ossiloqrafın ekranında  şüaların qalxıb-enməsi ilə alınan 
əyrilər vasitəsilə müşahidə olunacaq. 
 
 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə