Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   2   3   4   5   6   7   8   9   ...   38

j/ iı t ım   ı) liy e v
gər  terrorçu  erməni  təşkilatlarının  beynəlxalq 
terror  şəbəkəsinin  tərkib  hissələri  olduğunu 
qeyd  edən  müəllif,  onların  Ermənistan  dövləti 
tərəfindərı  maliyyələşdirildiyini  və  idarə  olundu- 
ğunu  da  faktlarla  əsaslandırmışdır.  İlham  müəl- 
lim  çox  düzgün  qeyd  edir  ki,  SSRİ-nin  birinci  və 
sonuncu  prezidenti  Mixail  Qorbaçovun  və  onun 
yaxın  əhatəsində  olan  Aqanbekyan  və  Şahna- 
zaryan  kimi  şovinistlərin  təhriki  ilə  süni  olaraq 
Dağlıq  Qarabağ  problemi  yaradılmış  və  indiyə 
qədər  də  həlli  yolları  tapılmamış  bir  münaqişə- 
nin  alovlanmasına  rəvac verilmişdir.
Kitabda  bu  reallıqlar  kontekstində  Ermənis- 
tan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
yaranma  səbəbləri,  beynəlxalq  vasitəçilərin  nə- 
ticəsiz  danışıqlar  siyasəti,  habelə,  münaqişənin 
tənzimlənməsi  prosesində  yaranmış  status-kvo 
ilə  bağlı  məsələlər də geniş  təhlillər müstəvisinə 
çıxarılmışdır.  Kitabda  erməni  vandalizminin  ən 
müdhiş  təzahürü  olan  “Xocalı  soyqırımı”  ilə  bağlı 
araşdırmalara  da  xüsusi  yer  ayrılmışdır.  Bəşə- 
riyyətə  qarşı  cinayət  olan  “Xocalı  soyqırımı”nın 
,20-ci  ildönümünün  dünyanın  əksər  ölkələrində 
qeyd  olunduğu  və  bu  faciəyə  siyasi-hüquqi 
qiymətin  verilməsinin  son  dərəcə  zəruri  olduğu 
kontekstində  məsələyə  yanaşsaq,  bu  araşdır- 
maların  böyük  məna  kəsb  etdiyi  qənaətinə  gəl- 
miş  olarıq.  Ümumən,  monoqrafiyada  ermənilə-
6
Qafqazda imperiyalar və ermsnildrin Azərbaycan ərazHarim köçürütmnsi
rin  azərbaycanlılara  qarşı  tarixin  ayrı-ayrı  mər- 
hələlərində  həyata  keçirdikləri  etnik  təmizləmə, 
terrorizm  və  soyqırımı  siyasətinin  mahiyyət, 
məzmun  və  reallaşdırma  mexanizmləri  ilə  bağlı 
geniş  və  ətraflı  təhlillər aparılmışdır.  Müəllifin  bu 
tədqiqat  işində  əsas  uğurlarından  biri  də  ondan 
ibarətdir  ki,  o,  tariximizin  bu  və  ya  digər səhifə- 
sinə  toxunarkən,  təkcə  məlum  həqiqətləri  tək- 
rarlamır,  onlara  yeni  bucaq  altında  baxır,  hadisə 
və  proseslərlə  bağlı  şəxsi  mövqeyini  ifadə  edir, 
elmi  polemikaya  səbəb  ola  biləcək  cəsarətli 
fikirlərə  imza  atır.  Bununla  da  həqiqətən  müba- 
hisələrdən  doğulduğu  məntiqindən  çıxış  edir. 
Düşünür  və  düşündürür.  Zənnimizcə,  bu,  təd- 
qiqatçı  olaraq  İlham  müəllimin  ən  böyük  uğu- 
rudur.
Beləliklə,  Azərbaycanın  qədim  və  çağdaş 
tarixinin  ayrı-ayrı  dövrlərinə  işıq  salan  bu  kitabın 
qısa  zaman  ərzində  qədirbilən  oxucuların  müs- 
bət  rəyini  qazanacağına  inanır  və  müəllifə  yeni- 
yeni yaradıcılıq  uğurları  arzulayıram.
Elm an Nəsirov, 
ta rix  e lm lə ri üzrə fəlsəfə doktoru,
dosent, p o lito lo q


İllıam  Əliyev
ÖNSÖZ 
AZƏRBAYCAN  TARİXİNİ SEVDİRƏN KİTAB
Qarşınızdakı  kitab Azərbaycan  mətbuatının 
tanınmış  isimlərindən  olan  İlham  Əliyevin  kitab- 
larından  biridir.  Azərbaycan  mətbuatında  öz 
dəst-xətti,  hadisələrə orijinal  yanaşması  ilə  seçi- 
lən  İlham  Əliyev  “Qafqazda  imperiyalar  və  er- 
mənilərin  Azərbaycan  ərazilərinə  köçürülməsi” 
kitabı  Azərbaycan  dövlətçilik  tarixinə  və  mənfur 
qonşumuz  olan  ermənilərin  Cənubi  Qafqaza 
köçürülmələri  ilə  başlanmış  erməni  məsələsinə 
yeni  baxışı  özündə  ehtiva  edir.  Azərbaycan 
dövlətçilik  tarixi  zəngindir.  Sovet  tarixşünaslığı 
Azərbaycan  dövlətçiliyi  tarixini  “cavanlaşdırmış- 
dı”.  Lakin  müstəqillik  illərində  aparılan  elmi araş- 
dırmalar nəticəsində  məlum  oldu  ki,  Azərbaycan 
dövlətçiliyinin  yaşı  5  min  ildir.  İlk  dövlətimiz  Gü- 
ney  Azərbaycan  ərazisində  qurulmuş  Aratta 
dövləti  idi.  5  min  illik  Azərbaycan  dövlətçiliyi  qı- 
sa  zaman  fasilələri  istisna  olmaqla  daim  yaşa- 
mışdır.  Ərəblərin  işğalı  başa  çatdıqdan,  ərəb 
xilafəti  dağılandan  sonra Azərbaycan  dövlətçiliyi 
yenidən  dirçəldi.  Azərbaycan  və  indiki  İran  əra- 
zilərində  Rəvvadilər,  Salarilər,  Çobanilər  kimi 
dövlətlər  yaradıldı.  Orta  çağlar  dövrü  Azərbay- 
can  xalqının  tarixində  intibah  dövrü  kimi  yadda
8
Qafqazda imperiyalar va ermənilərin Azərbaycan ərazilarina kö çü riiln m i
qalıb.  Həmin  dövrdə  Azərbaycan  xalqı  dünya 
mədəniyyəti  xəzinəsinə  zəngin  töhfələr  vermiş- 
dir.  O dövrlərdə yaranmış Azərbaycan  imperiya- 
ları  dünya  siyasətini  müəyyən  edən  siyasi  qu- 
rumlar idi.  Qaraqoyunlu,  Ağqoyunlu,  Səvəfi  döv- 
lətləri  sovet  tarixşünaslığında  o  qədər  də  əhə- 
miyyətli  qeyd  olunmasalar  da,  əslində,  həmin 
Azərbaycan  dövlətləri  imperiya  idi.  “Qafqazda 
imperiyalar  və  ermənilərin  Azərbaycan  ərazilə- 
rinə  köçürülməsi”  kitabında  vətən  tarixinə  yeni 
baxış  diqqəti  çəkir.  Mübağiləsiz  demək  olar  ki, 
İlham  Əliyevin  kitabı  Azərbaycan  tarixini  sevdi- 
rən,  vətən  tarixinə  sayğı  ilə  yanaşmağa  sövq 
edən  kitabdır.  Kitabın  ermənilərin  Cənubi  Qaf- 
qaza  köçürülməsini  əks  etdirən  bölmələri  də 
dolğun,  maraqlı  və  yeni  faktlarla  zəngindir.  Eiu 
bölümdə  bir  daha  göstərilir  ki,  ermənilər  Qaf- 
qazda  köklü  xalq  olmayıb,  sonralar  türk  dünya- 
sını  parçalamaq  istəyən  Rusiya  imperiyası  tərə- 
findən  köçürülüblər.  Qafqazda  erməni  məsələsi 
də,  əslində,  Rusiya  imperiyasının  türk  düşmən- 
çiliyi  ilə  başlanmış  və  nəticədə  qədim-qayım 
türk  torpaqlarında  erməni  dövləti  yaradılmışdır. 
Azərbaycan  xalqına  qarşı  zaman-zaman  törədil- 
miş  soyqırımı  siyasəti,  Azərbaycan  kəndlərinin, 
qədim  yurd  yerlərinin  boşaldılması  tarixi  sənəd- 
lərin dili  ilə  açılır. Azərbaycan  dövlətinin  apardığı 
məqsədyönlü  və  düşünülmüş  siyasəti  təqdir
9


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə