Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

 
49 
Dəniz nəqliyyatının həm əvvəllər, həm də müasir dövrdə 
xarici  ticarət  yüklərinin  daşınmasında  əsas  nəqliyyat  növü 
olaraq,  qaldığına  görə  beynəlxalq  razılaşmalar  və 
konvensiyalar başlıca olaraq dəniz  yolu  ilə  nəqletməni  həyata 
keçirilməsi  çərtlərindən  ibarətdir.Beynəlxalq  xarakterli 
müqavilə  və  razılaşmalardan  ayrı  ayrıları  XVIII  əsrin  ən  iri 
dəniz  dövlətlərinə  aid  idi.  Ən  əhəmiyyətli  beynəlxalq 
razılaşmalar XX əsrə aiddir.Məsələn, I dünya müharibəsindən 
sonra  Versal  sülh  müqaviləsinin    hazırlanması  və 
reallaşdırılması 
prosesində 
dəniz 
daşımalarının 
standartlaşdırılmış  qaydalarının  yaradılması  zərurətinə  xüsusi 
diqqət verilmişdir. Dənizdə yük daşımalarının  Haaqa qaydaları 
adını alan razılaşma 1921-ci ildə yarandı.Burada tərəflərin yük 
göndərənlərin,  daşıyanların    və  yük  alanların  məsuliyyətinin 
parametrləri    dəqiq  müəyyənləşdirilmişdir.1924-cü  ildə 
konsament  haqqında  Brüssel  konvensiyası  konsamenti  nəql 
olunan  yükün  ötürülməsi  prosesində  tərəflərin  hüquqi 
münasibətlərini əks etdirən əsas sənəd kimi müəyyən etdi. 
BMT-
nin  himayəsi  altında  1950-60-cı  illərdə  daşıma 
proseslərini  reqlamentləşdirən  bir  çox  beynəlxalq-hüquqi 
aktların təkmilləşdirilməsi  və yeniləşdirilməsi üzrə böyük işlər 
həyata keçirdi.1970-ci illərin əvvəllərində dəniz daşımalarında 
hər  şeyi  əhatə  eən  qaydaların  yaradılması  üzrə  işə 


 
50 
başlanıldı.1978-ci  ildə  Hamburq  qaydası  adını  almış 
beynəlxalq  konvensiya  qəbul  olundu.  1992-ci  ildə  o  qüvvəyə 
mindi.  Bu  dəniz  daşınmalarında  iştirak  edən  ölkələrin 
prinsiplərini  müəyyən  edən  əsas  beynəlxalq-hüquqi  sənəddir. 
Bir  qədər  əvvəl,  1974-cü  ildə  dənizdə  sərnişin  daşımaları 
haqqında  Afina  deklarasiyası  imzalanmışdı  ki,  o  da  1978-ci 
ildə qəbul olundu. 
Dəmiryolu  ilə  daşımaların  beynəlxalq  tənzimlənməsi  də 
qədim  dövrlə  bağlıdır.Dəmir  yolu  ilə  xarici  ticarət 
daşımalarının  şərtlərini  tənzimləyən  I  beynəlxalq  konvensiya 
1886-
cı  ildə  6  Avropa  dövləti  tərəfindən  Bern  şəhərində 
imzalanmışdır.Sonralar 
bu 
konvensiyaya 
yenidən 
baxılmışdır.XX  əsrin  I  yarısında  Avropanın  demək  olar 
ki,bütün  ölkələri  bu  konvensiyaya    qoşuldular.1970-ci  ildə 
BMT  çərçivəsində  Bern  konvensiyasının  bazası  əsasında 
beynəlxalq  dəmiryolu  ilə  daşımalar  haqqında  Beynəlxalq 
konvensiya  hazırlandı  və  1980-cı  ildə  qəbul  olundu(KOTİF). 
Qeyd edək ki, elə həmin il KOTİF –in fəaliyyətinə beynəlxalq 
qarışıq  daşımalar  haqqında  BMT-nin  konvensiya  qarıçıq 
daşımalarda  iştirak  edənlərin  hüquqi  münasibətlərini 
möhkəmləndirdi,  daşıyıcıların,  məsuliyyəti  üzrə  vahid  sistemi 
formalaşdırdı,  yüklərin  konteynerlərə  yüklənməsi  və  ondan 
boşaldılması qaydalarını inifikasiya(vahid şəklə saldı) və təsdiq 


 
51 
etdi,  nəqliyyat  sənədinin  yeni  vahid  formasını(CT-document) 
təsdiq etdi. 
 
Dünya iqtisadiyyatının hərbi-siyasi problemləri

 
Qlobal  iqtisadi  problemlərin  həlli  sahəsində  ən  mühüm 
məsələlərdən  biri  yer  kürəsində  sülhün  bərqərar  olması  və 
qorunub  saxlanılmasıdır.  Bu  problem  həmişə  bəşəriyyəti 
narahat  etmiş,  hal-hazırda  da  öz  aktuallığını  saxlayır.  Müasir 
dünyanın  inkişaf  etmiş  ölkələrində  güclü,  iri  hərbi-sənaye 
kompleksl
əri  yaradılmış,  güclü  silahlı  qüvvələr  mövcuddur. 
Hərbi  sənaye  komplekslərinin  və  güclü  silahlı  qüvvələrin 
yaradılmasına  külli  miqdarda  vəsait  sərf  edilir.  Hərbi-sənaye 
komplekslərinə  və  silahlı  qüvvələrin  saxlanmasına  xərclənən 
bu  vəsaitləri  dünya  xalqlarının  rifahının  yaxşılaşdırılmasına 
istiqamətləndirmək  məqsədilə  təkcə  konversiya  (konversiya  - 
dövlət borclarının aşağı salınması məqsədilə faizin və ya ləğv 
olunma müddətini uzatmaq yolu ilə dövlət istiqrazı şərtlərinin 
dəyişməsi)  nəzəriyyəsi  yaratmaq  deyil,  hərbi-sənaye 
komplekslərinin  sökülməsi,  dağılması  da  zəruri  və  vacib 
məsələlərdən biridir. 
Bu problemlərin aktuallığı şübhəsizdir.Lakin onların həlli 
hədsiz  dərəcədə  mürəkkəb  və  birmənalı  deyildir.Əvvəla  ona 


 
52 
görə  ki,hərbi-sənaye  komplekslərində  və  silahlı  qüvvələr 
sahəsində 
milyonlarla 
insanlar 
işlə 
təmin 
edilmişlər.İqtisadiyyatın  başqa  sahələri  ilə  mqayisədə  hərbi-
sənaye komplekslərində və silahlı qüvvələr sistemində məşğul 
olanlar  yüksək  təminatlı  əmək  haqqı  alırlar.Onların  həyat 
səviyyəsi  iqtisadiyyatın  digər  sahələrində  işləyən  adi 
vətəndaşların  yaşayış  tərzindən  yüksəkdir.Bu  onunla 
əlaqədardır  ki,sürətlə  silahlanmanın  və  militarizmin  maddi 
infrastrukturu,  onun  maddi  bazası  yüksəkdir.Bu  da  öz 
növbəsində  bəşər  əhalisini  müharibə  qorxusu  altında 
saxlay
ır.Nəticədə  isə  müxtəlif  qitələrdə  yaşayan  insanlar 
aclığa,yoxsulluğa,cürbəcür  xəstəliklərə  düçar  olurlar.Hərbi-
sənaye  komplekslərinə  və  silahlanmaya  xərclənən  maddi 
vəsaitlər  hər  bir  ölkə  daxilində  sənaye  sahələrinə  və  kənd 
təsərrüfatı  istehsalına  istiqamətləndirilsə,bütün  ölkələrdə 
sivilizasiya inkişaf edər və bəşəriyyət üçün qorxulu olan bütün 
təhlükələrin qarşısı alınar. 
Kütləvi  qırğın  silahları  istehsalının  dayandırılması 
müxtəlif dövlətlər və əhalinin bəzi təbəqələri arasında mənafe 
ziddiyətləri  yaradır.  Hərbi  texnikanın  kütləvi  istehsalı,bu 
silahların 
öz 
partnyorlarına 
satılması 
və 
onların 
iqtisadiyyatlarına da müsbət təsir göstərəcəklərini inandırmaqla 
iri  dövlətlər,xüsusilə  ABŞ  və  keçmiş  SSRİ  Geosiyasət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə