Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   35   36   37   38   39   40   41   42   43

 
189 
Konosament 
– 
Yüklərin  daşınmasında  dünya 
praktikasında  hamı  tərəfindən  qəbul  edilən  standart  formalı 
sənəddir. 
Korporasiya  – 
Latın  sözü  olub  cəmiyyəti  birlik,  ittifaq 
deməkdir. 
Kvota – 
1. İngiliscə ¼ mənası kimi işlədilir; 2. Müəyyən 
hissə, pay, norma; 3. məhsul satışı, təchizatı, gəlirin məbləği və 
s. üzrə iştirakçının iştirak etmə norması.  
Lisenziya  – 
Firmanın  bazarda  müəyyən  olunmuş 
fəaliyyəti  həyata  keçirmək  hüququdur,  icazəni  təsdiq  edən 
sənəddir. 
Lizinq  – 
İngilis  dilindən  Lease-  icarə  deməkdir. 
Binaların,  qurğuların,  güc  maşınlarının  ,  avadanlıqların, 
hseablayıcı  texnikanın,  nəqliyyat  vasitələrinin,  alətlərin, 
istehsal  və  təsərrüfat  invertarların  (və  onların  sonradan 
artırılmasını  nəzərdə  tutan)  icarədir.  Maşın,  avadanlıqların, 
nəqliyyat vasitələrinin  və  habelə  istehsal  xarakterli qurğuların 
uzunmüddətli  icarəsi,  yəni  investisiyalaşdırma  forması 
deməkdir. Bütün lizinq əməliyyatları iki tipə bölünür: Operativ 
lizinq(tam ödənilməyən); Maliyyə lizinqi (tam ödənilən). 
Maliyyə  investisiyaları  –  Maliyyə  alətlərinə,  yeni 
qiymətli kağızlara və bank depozitlərinə yönəldilən vəsaitdir. 


 
190 
MAQATE  – 
Atom  enerjisi  üzrə  beynəlxalq  agentlik. 
1957-
ci ildə yaradılıb (123 ölkə). 
Marşal  planı  –  1947-ci  ildə  ABŞ-ın  dövlət  katibi  C. 
Marşalın  adını  daşıyan  və  Avropanın  dirçəldilməsini  nəzərdə 
tutan  Marşal  planı  o  dövlətlərə  yardım  etmyi  nəzərdə  tuturdu 
ki,  onlar  həmin  maliyyə  yardımını  istehsalın  artımına  və 
maliyyə sabitliyinin yaradılmasına sərf etsinlər; digər ölkələrlə 
əməkdaşlıq  edərkən  ticarət  maneələrini  azaltsınlar;  nadir 
materialları  ABŞ-a  göndərilməsinə  və  ABŞ-ın  bu  ölkələrə 
xüsusi  investisiya  qoyuluşlarına  mane  olmasınlar.  “Marşal 
planı”nın qüvvədə olduğu 4 il ərzində ABŞ Konqresi 13 mlrd 
dollar  vəsait  ayırmışdır.Bu  vəsaiti  alan  dövlətlər  onun  2/3 
hissəsini ABŞ mallarının satın alınmasına sərf etmişdir. 
Mənfəət  –  Kommersiya  hesabı  əsasında  fəaliyyət 
göstərən müəssələrin maliyyə nəticəsidir. 
Mübadilə  Əmtəənin bir istehsalçıdan digər istehsalçıya 
hərəkətidir və ekvivalentliyi nəzərdə tutur.  
Nəqliyyatın  sərnişin  dövriyyəsi  –  Sərnişin  daşınması 
üzrə nəqliyyatın işinin həcmidir. Ölçü vahidi sərnişin-kilometr, 
yəni1  sərnişinin  1  kilometrə  daşınmasıdır.  Daşınmış 
sərnişinlərin sayının onların daşınma  məsafəsinə vurmaq  yolu 
ilə hesablanır. 


 
191 
Nəqliyyatın  yük  dövriyyəsi  –  Yüklərin  daşınması  üzrə 
nəqliyyatın  işinin  həcmidir.  Ölçü  vahidi  ton-kilometr,  yəni  1 
ton  yükün  1  kilometrə  daşınmasıdır.  Daşınmış  yüklərin  tonla 
miqdarının  kilometrlə  daşınma  məsafəsinə  vurulması 
hasillərinin cəmi kimi hesablanır. 
Netto  – 
İtalyan  sözüdür.  Xalis  çəkisi.  Bütün  xərclər 
çıxıldıqdan sonra qalan xalis gəlir. 
Ölkənin  öz  istehsalı  sayılan  mallara,  həmçinin  ölkəyə 
gətirilən  və  təkrar  emal  olunaraq  əsas  kəmiyyət  və  keyfiyyət 
göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir.  
Orta aylıq nominal əmək haqqı – Siyahı üzrə işçilərin 
əmək haqqı fondunu işçilərin orta sayına bölməklə alınır. 
Patent  – 
1.  İxtiraçının  yaratdığı  ixtira  üzərində  tam 
nəzarətini  təmin  edən  şəhadətnamədir;  2.  Hər  hansı  bir 
fəaliyyətin  həyata  keçirilməsinə  dövlət  tərəfindən  icazə 
verilməsini təsdiq edən sənəddir. 
Pərakəndə  əmtəə  dövriyyəsi  –  Şəxsi  istehlak  və  ev 
təsərrüfatında istifadə üçün əhaliyə nağd pulla satılmış istehlak 
mallarının dəyərini xarakterizə edir. 
Prioritet  –  Hüquqi 
cəhətdən  istənilən  hər  hansı  bir 
fəaliyyət sferasına və ya prosesə üstünlük vermək. 
Provizyon – 
Müştərinin hər hansı bir anda cari hesabdan 
çıxara biləcəyi miqdara provizyon deyilir. 


 
192 
Qiymət  –  Əmtəənin  və  xidmətlərin  dəyərinin  pulla 
ifadəsidir. 
Qrant  –  Daxi
li  və  xarici  mənbələr  hesabına  əvəzsiz 
verilən məqsədli maliyyə yardımıdır.  
Rabitə  xidmətlərinin  həcmi  –  Elektrik  rabitəsi 
məmulatlarının və ya poçt göndərişlərinin qəbulu, işlənilməsi, 
ötürülməsi  və  çatdırılması  üzrə  işlərin  dəyər  ifadəsində 
həcmidir. 
Re
al əmək haqqı – Baza dövründəki qiymətlərdən  irəli 
gələn  cari  ildə  (ayda)  əmək  haqqına  əldə  edilən  mal  və 
xidmətləri  xarakterizə  edir.  Müvafiq  dövr  üçün  real  əmək 
haqqının  indeksi  nominal  əmək  haqqı  indeksinin  istehlak 
qiymətlər indeksinə bölmək yolu ilə alınır. 
Real investisiyalar  –  Maddi-
istehsal  ehtiyatlarının 
artımı,  əsas  fondların  təkrar  istehsalı  məqsədilə  kapital 
qoyuluşlarıdır. 
Rentabellik  – 
Nisbi göstərici olub müəssisənin gəlirlilik 
dərəcəsini,  onun  alınan  mənfəəti  hansı  xərclər  hesabına  əldə 
etdi
yini göstərir. 
Revalvasiya  – 
Milli  valyuta  kursunun  başqa  ölkələrin 
valyutalarına  nisbətən  rəsmi  yüksəldilməsi,  tədavüldə  olan 
pulun 
miqdarını 
dəyişmədən 
əmtəə 
dövriyyəsinin 


 
193 
artırılmasıdır.Milli  valyutanın  faktiki  kursunun  yüksəlməsidir 
və ya rəsmi qızıl məzmununun artırılmasıdır. 
Rüsum – 
Vergi və yığım kateqoriyalı ödəniş növüdür. 
Sekvestr  – 
Dövlət  büdcəsi,  Naxçıvan  MR  büdcəsi  və 
yerli  büdcələrin  gəlirləri  yerinə  yetirilmədikdə,  müdafiə 
olunmuş  xərc  maddələri  istisna  olmaqla,  büdcə  ilinin  qalan 
ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır. 
Səmərə – İstehsal prosesində həyata keçirilən fəaliyyətin 
nəticəsidir. 
Səmərəlilik – istehsal fəaliyyəti prosesində alınan nəticə 
ilə ona çəkilən xərclərin dəyər ifadəsində müqayisə edilməsini 
əks etdirən anlayışdır. 
Sərəncamda  qalan  real  pul  gəlirləri  –  Gəlirlərdən 
mütləq ödəmələr çıxıldıqdan sonra  istehlak qiymətləri  indeksi 
ilə nəzərə alınmaqla hesablanılır.  
Subsidiya  – 
Dövlət  büdcəsindən  Naxçıvan  MR 
büdcəsinə,  yerli  büdcələrə  və  hüquqi  şəxslərə  əvəzsiz  verilən 
maliyyə vəsaitidir.  
Subvensiya  – 
Məqsədli  maliyyələşdirmənin  həyata 
keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan  MR  büdcəsinə 
və  yerli  büdcələrə  məqsədli  şəkildə  verilən,  lakin  həmin 
məqsəd  üçün  və  ya  müəyyən  edilmiş  müddətdə  istifadə 
edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.  


 
194 
Tafta-Xartli qanunu  – 
Senator  Tafta  və  Konqresmen 
Xartli  müəllif  olduğu  üçün  belə  adlanır.  İşçilərin  tətil  etmək 
hüququ məhdudlaşdırılır. 
Təbii  resurslar  –  Torpaq,  su,  hava,  faydalı  qazıntılar, 
bitki  və canlılar aləmi, bir sözlə təbiətin  insanlara bəxş etdiyi 
nemətlər. 
Ticarət  balansı  –  Ölkənin  ixrac  etdiyi  əmtəələrin 
dəyərlərinin idxal olunan əmtəələrin dəyərinə nisbətidir. 
Transfert  qiymətlər  –  Beynəlxalq  birliklər,  firmalar  və 
transmilli  korporasiyalar  çərçivəsində  məhsulların  və 
xidmətlərin  tədarükü  müqabilində  hesablama  apararkən  tətbiq 
edilən  qiymət  növüdür.  Transfert  qiymətlərin  tətbiq  sahələri 
yarımfabrikatların,  detalların,  komplektləşdirən  məhsulların 
tədarükü zamanı müəyyən edilir. 
Ümumi  daxili  məhsul  (ÜDM)    Ölkənin  iqtisadi 
fəaliyyətinin ümumiləşdirilmiş göstəricisi olaraq, son istehlakı 
xarakterizə  edən  əlavə  dəyərin  həcmi  ilə  ölçülür.  ÜDM  cari 
əsas  və  bazarqiymətləri  ilə  (nominal  ÜDM)  və  müqayisəli 
qiymətlərlə (real ÜDM) hesablanır. 
Unitar dövlət – Vahid konstitutsiya, vahid hüquq sistemi 
və  vahid  idarəetmə orqanı, dövlətdə  iqtisadi, sosial    və siyasi 
proseslərin  mərkəzləşdirilmiş  idarəetmə  sistemi  fəaliyyət 
göstərir. 


 
195 
Valyuta  məzənnəsi  –  İki  milli  pul  arasındakı  dəyişmə 
nisbətidir  və  ya  xarici  ölkələrin  pullarının  qiymətinə  valyuta 
məzənnəsi deyilir. 
Vaxtı  keçmiş  əmək  haqqı  borcları  –  Kollektiv 
müqaviləsi  və  bank  (haqq-hesab  kassa  mərkəzi)  tərəfindən 
bağlanmış  haqq-hesab  kassa  xidməti  müqaviləsi  ilə  təyin 
olunmuş  müddətdə  ödənilməmiş  faktiki  hesablanmış  işçilərin 
əmək haqqının məbləği hesab olunur. Ikinci gündən başlayaraq 
geçikmə günləri sayılır. 
Veksel  – 
Bir  tərəfin  digər  tərəfə  müəyyən  müddətdə 
nəzərdə  tutulmuş  pul  məbləğini  qeyri-şərtsiz  məcburi 
ödənməsini və sonuncunun bu məbləği tələb etmək hüququnu 
təsdiq edən ciddi formalı yazılı borc öhdəliyidir. 
Vergi  – 
Dövlətin  və  ya  bələdiyyənin  fəaliyyətinin 
maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində 
olan  pul  vəsaitlərinin  özgəninkiləşdirilməsi  şəklində  dövlət 
büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına 
köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.  
Xarici ticarət – Dövlətin başqa ölkələrlə apardığı ticarəti, 
əmtəələrin idxal və ixracını əhatə edir. 
Xarici  ticarət  dövriyyəsi  –  İdxal  və  ixracın  dəyərinin 
cəmidir.  


 
196 
Xarici  ticarət  saldosu  –  İdxal  və  ixracın  fərqidir.  Əgər 
ixrac idxaldan çoxdursa müsbət saldo, idxal ixracdan çoxdursa 
mənfi saldo adlanır. 
Xəzinədarlıq – Rüsumların, vergilərin və s. toplandığı və 
dövlət  büdcəsinin  kassa  icrası  əməliyyatları  ilə  məşğul  olan 
xüsusi maliyyə orqanıdır. 
Xidmət  –  Elə  yayılmış  iş  növü,  iqtisadi  fəalyyətdir  ki, 
bunun  nəticəsində  mövcud  iqtisadi  obyektlərin  keyfiyyəti 
(müstəsna  hallarda  kəmiyyəti  də)  dəyişdirilir.  Buraya  ictimai 
iaşə  xidməti,  təmir  xidməti,  informasiya  xidməti,  mənzil-
məişət xidməti, təmir xidməti və s. daxildir. 
Yığım - Fərdin pul gəlirinin istahlak üçün sərf edilməmiş 
hissəsidir.  
Yük daşımalarının həcmi - Nəqliyyatla daşınmış yükün 
tonlamiqdarıdır. 
Yüklənmiş  malların  (işlərin,  xidmətlərin)  həcmi 
müəssisənin  hesablaşma  hesabına  pulun daxil olub-
olmamasından asılı olmayaraq hesabat dövründə istehlakçilara 
göndərilmiş  (verilmiş)  malların,  sifarişçi  tərəfindən  qəbul 
edilmiş sənaye xarakterli iş və xidmətlərin dəyəridir. 
Ədəbiyyat 
 


 
197 
1.
 
Nuriyev  C.Q.  Beynəlxalq  iqtisadi  əlaqələrin  hüquqi 
tənzimlənməsi. “Qanun”, Bakı, 2000 
2.
 
Feyzullabəyli  İ.Ə.,  İbişov  E.İ.,İsrafilov  H.A.Beynəlxalq 
ticarət işi. Dərslik. Bakı, 2001. 
3.
 
Məmmədov  Z.  XXI  əsr:  İqtisadi  inkişafın  nəqliyyat 
faktoru. Bakı, 2002. 
4.
 
Hüseynov  T.  Azərbaycanda  bazar  sisteminin  iqtisadi 
problemləri. Bakı-Elm-2004. 
5.
 
M.T.Əliyev Azərbaycan iqtisadiyyatı “Nərgiz”; Bakı 1997. 
6.
 
Süleymanov  N.M.  İqtisadi  tarix  (dərs  vəsaiti)-Bakı,  Elm, 
1999 səh 355. 
7.
 
Səmədzadə  Z.Ə.  Dünya  iqtisadiyyatı.  Çin  “İqtisadi 
möcüzəsi”. Bakı, gənclik, 2001. 
8.
 
Şəkərəliyev  A.Ş.  Dünya  iqtisadiyyatı  və  Beynəlxalq 
iqtisadi münasıbətlər.Bakı,1999. 
9.
 
Bayramov Ə. Regional iqtisadiyyat.Bakı,1994. 
10.
 
Vəliyev D. Beynəlxalq iqtisadiyyat. Bakı,1997. 
11.
 
Bayramov  Ə.  Reginal  iqtisadi  inteqrasiya:  nəzəriyyə  və 
praktika. Bakı,1997. 
12.
 
Kərimov  C.,  Gənciyev  G.  Dünya  iqtisadiyyatı  (Mühazirə 
toplusu). Bakı, 2001 
13.
 
Abdullayev  Z.S.,  Abbasov  A.B.  Neft  sənayesinin 
iqtisadiyyatı və idarə edilməsi. Bakı, 2000 


 
198 
14.
 
Əliyev  M.T.  Azərbaycan  iqtisadiyyatının  formalaşması  və 
inkişaf problemləri. Bakı, 2001 
 
                                     
Rus ədəbiyyatı. 
 
15.
 
Экономика  СНГ  10  лет  реформирования  и 
интеграциенного развития.Москва, 2001 
16.
 
Овчинников 
Г.П. 
Международная 
экономика. 
издателство, Памус, Санкт-Петербург, 1998. 
17.
 
Булатов А.С.Мировая экономика.Учебник Москва 1999. 
18.
 
Ломакин В.К. Мировая экономика.Учебник Москва 1998. 
19.
 
Кудров В.М. Мировая экономика.Учебник Москва 1999. 
20.
 
Хаспулатов  Р.И.  Мировая  экономика.  Учебник 
Москва 1996. 
21.
 
Маркова А.Н., Поляк Г.Б.История Мировой  экономики. 
Москва 1999 
22.
 
Кишиев  З.А.  Мировой    экономики.  Хозяйственные 
рефорты 1920-1990 г. Учебнее пособие. Москва 1998. 
23.
 
Мировая экономика. Москва 2002. 


 
199 
MÜNDƏRICAT 
 
Giriş ........................................................................................ 4 
I Bölmə ................................................................................... 7 
Dünya iqtisadiyyatının yaranması və formalaşması ................. 7 
Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu ....... 11 
Maddi istehsal sahəsində beynəlxalq əməkdaşlıq ................... 17 
Dünya iqtisadiyyatında beynəlxalq maliyyə təşkilatlarının 
xüsusiyyətləri. ....................................................................... 24 
Dünya iqtisadiyyatında beynəlxalq nəqliyyat münasibətləri ... 32 
Dünya iqtisadiyyatının hərbi-siyasi problemləri
.
 ................... 51 
II 
Bölmə ................................................................................ 58 
Qərbi Avropa dünya iqtisadiyyatında. ................................... 58 
Dünya təsərrüfatında inkişaf etməkdə olan ölkələr (İEOÖ), 
Yeni sənaye ölkələri (YSÖ)................................................... 65 
Dünya iqtasidiyyatında zəif inkişaf etmiş ölkələrin 
xarakteristikası, strukturu və rolu .......................................... 75 
Çin Xalq Respublikası və onun dünya təsərrüfatında rolu. ..... 84 
Rusiya Federasiyası (RF) və dünya təsərrüfatında onun rolu . 95 
ABŞ – dünya iqtisadiyyatında ............................................. 107 
Azərbaycan iqtisadiyyatı və onun dünya iqtisadiyyatına 
inteqrasiyası ........................................................................ 119 
III Bölmə ............................................................................ 149 


 
200 
Seminar məşğələlərinə dair ................................................. 149 
Lüğət .................................................................................. 176 
Ədəbiyyat ........................................................................... 196 
 

Document Outline

  • I Bölmə
  • Dünya iqtisadiyyatının yaranması və formalaşması
  • Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu
  • Maddi istehsal sahəsində beynəlxalq əməkdaşlıq
  • Dünya iqtisadiyyatında beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri.
  • Dünya iqtisadiyyatında beynəlxalq nəqliyyat münasibətləri
  • Xarici iqtisadi fəaliyyətin həcmi və tempi;
  • Dünya iqtisadiyyatının hərbi-siyasi problemləri.
  • II Bölmə
  • Qərbi Avropa dünya iqtisadiyyatında.
  • Dünya təsərrüfatında inkişaf etməkdə olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ)
  • Dünya iqtasidiyyatında zəif inkişaf etmiş ölkələrin xarakteristikası, strukturu və rolu
  • Çin Xalq Respublikası və onun dünya təsərrüfatında rolu.
  • Rusiya Federasiyası (RF) və dünya təsərrüfatında onun rolu
  • ABŞ – dünya iqtisadiyyatında
  • Azərbaycan iqtisadiyyatı və onun dünya iqtisadiyyatına inteqrasiyası
  • P-nin həcmi, yəni mənfəət neftinin Azərbaycana çatan payı (faizi) xüsusi metodologiya üzrə müəyyən olunur. Təbiidir ki, külli həcmlərdə kapital sərf edərək layihələrdə iştirak edən xarici şirkətlər müəyyən səviyyədən aşağı olmamaqla divident qazanmaqd...
  • Azərbaycanla konsorsium arasında mənfəət neftinin bölüşdürülməsi faizləri əsaslı sərmayə qoyuluşlarının hər rüb üzrə hesablanan real səmərəlilik əmsalı, nəqletmə xərclərinin ümumi səviyyəsi və podratçının ilkin nefti qrafikə uyğun ala bilməsi (yaxud a...
  • Sxem 1. Hasilatın pay bölgüsü.
  • Sazişə uyğun olaraq ARDNŞ və podratçının bərabər sayda nümayəndələrinin təmsilçiliyi ilə Rəhbər Komitə (RK) yaradılıb. Onun əsas funksiyalarına aşağıdakılar daxildir: neft- qaz əməliyyatları üzərində nəzarət; illik proqramların və büdcənin nəzərdən ke...
  • Əsrin müqaviləsinə əsasən maraq paylarının hər bir faizinə görə xarici şirkətlər Azərbaycan hökumətinə 3 milyon ABŞ dolları həcmində bonus ödəməlidir. Müqavilənin ratifikasiya edilməsindən sonra 30 gün ərzində podratçı bu məbləğin yarısını, gündəlik h...
  • Müqaviləyə uyğun olaraq, səmt qazı əvəzi ödənilmədən (pulsuz) ARDNŞ-ə verilir. 2003-cü ilin əvvəlinədək ABƏŞ artıq 3.5 mlrd. kub metr həcmində səmt qazını Azərbaycana verib.
  • Əsrin müqaviləsində yataqların işlənilməsi Proqramı iki mərhələdən ibarətdir: birinci mərhələ İlkin Neft Layihəsi, ikinci isə Yataqların Təmmiqyaslı İşlənilməsi Proqramı adlanır. Belə bölgü müəyyən həcmlərdə neft hasilatına tezliklə başlanılması istiq...
  • Əsrin müqaviləsi çərçivəsində xarici şirkətlərin vergiyə cəlb oluna bilən mənfəətindən 25 faiz vergi tutulur. Sazişin hər bir iştirakçısı fərdi qaydada vergi məsuliyyəti daşıyır. Müqavilə çərçivəsində xüsusi əməliyyatların icrasına cəlb edilən subpodr...
  • Neft və qaz əməliyyatlarının həyata keçirilməsi üçün gətirilən avadanlıqlar, materiallar, nəqliyyat vasitələri, habelə işçilər üçün ərzaq Azərbaycan ərazisinə idxal edildiyi zaman gömrük rüsumlarından azaddır.
  • Müqavilə çərçivəsində müxtəlif işlərə cəlb ediləcək yerli işçilərin sayında tədrici artım nəzərdə tutulur. Yataqların işlənilməsinin ilkin dövrlərində mühəndislərin və texniki işçilərin ümumi sayında yerli mütəxəssislərin payı 30-50% intervalında, fəh...
  • Müqavilənin şərtlərinə əsasən layihə çərçivəsində zəruri avadanlıq və materiallar alınarkən həm qiymət, həm də keyfiyyət baxımından xarici mallarla rəqabətə girə bilən Azərbaycan mallarına üstünlük verilməlidir.
  • Sazişə əsasən podratçı Müqavilə çərçivəsində neft və qaz əməliyyatlarını elə aparmalıdır ki, ətraf mühitə, o cümlədən, yer səthinə və təkinə, dənizə, havaya, göllərə, çaylara, flora və faunaya, kənd təsərrüfatı sahələrinə, digər təbii ehtiyatlara və ə...
  • Yuxarıda qeyd olunanlardan başqa, habelə neftin qiymətinin razılaşdırılması, istehsal edilmiş neftin həcminin ölçülməsi, səmt qazının hansı məqsədlərə istifadə olunması, valyuta və maliyyə əməliyyatlarının aparılması, mübahisəli məsələlərin həlli yoll...
  • “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan tarixində böyük bir hadisə- Azərbaycan xalqının taleyi üçün həddən artıq önəmli bir olay idi. 1994-cü ilin sentyabrın 20-də imzalanmış “əsrin müqaviləsi” həmin ilin dekabrın 2-də Milli Məclis tərəfindən təs...
  • Bu günə qədər Azərbaycan xarici şirkətlərlə pay bölgüsünə dair 22 saziş imzalayıb.
  • Azərbaycan iqtisadiyyatının inkişafında beynəlxalq maliyyə institutlarının rolu. Beynəlxalq maliyyə institutlarının dedikdə, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və...
  • III Bölmə
  • Seminar məşğələlərinə dair
  • Lüğət
  • Ədəbiyyat

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə