21
hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin
səylərinin cəmləşməsidir. Məsələn,alyumin istehsalında Rusiya
və Macarıstanın əməkdaşlığını göstərək.Macarıstan Rusiyaya
qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan
elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş
aly
umin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə
ixtisaslaşma baş verir.
Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin
firmaları ayrı-ayrı detalları,aqreqatları istehsal edir,sonra isə
onları hazır məhsulun yığımını həyata keçirən müəssisələrə
göndərirlər.Bu cür ixtisaslaşma həmişə istehsalın beynəlxalq
kooperativləşməsi ilə uyğunlaşır.Detallar üzrə ixtisaslaşma
müasir mərhələdə ETİ-ilə bağlıdır.
İBİ-nin
dərinləşməsi
istehsalın
beynəlxalq
kooperativləşməsinin (İBK) meydana çıxması və inkişafı ilə
qaçılmaz əlaqədardır. İBK müxtəlif ölkələrin ayrı-ayrı firmaları
arasında təsadüfi xarakterli sabit və uzun müddətli əlaqələrin
formalaşdırılmasını bildirir. İBK zamanı tərəfdaşların
münasibətləri biləvasitə istehsal prosesinin üzərinə keçir.İBK
xüsu
siliyi ondan ibarətdir ki,burada müxtəlif ölkələrin
müəssisələri arasındakı istehsal əlaqələri uzun müddətli olur.
Buna uyğun olaraq göndərmələr haqqında müqavilə davamlı
müddətdə bağlanır, göndərmələrin özü isə sabit və müntəzəm
22
xarakter daşıyır. İBK bir neçə ölkənin müəssisələrinin şəylərini
birləşdirmədən həlli mümkün olmayan iri iqtisadi vəzifələrinin
reallaşmasına kömək edir. Bu vəzifələrə iri sənaye
obyektlərinin inşasını misal göstərmək olar. Məsələn;La-Manş
altında dəmiryolu tunelinin tikintisi Böyük Britanya və Fransa
firmalarının birgə fəaliyyəti ilə həyata keçirilmişdir.Beynəlxalq
kooperativləşmənin iki əsas növü mövcuddur:1. İkitərəfli-
əlaqələrdə iki müəssisə iştirak edir 2. Çoxtərəfli-müxtəlif
ölkələrin bir neçə müəssisəsi kooperasiyada iştirak edir.
İBK üç əsas formada həyata keçirilir:
1.Podrat kooperativləşmə-tərəflərdən biri digər tərəfə
müəyyən işi,qabaqcadan şərtləşmiş tələblərlə icra etməyi
tapşırır.
2.Müqaviləli ixtisaslaşma.İştirakçılar öz aralarında
istehsal proqramını bölürlər. Nəticədə istehsalın təkrarlanması
azalır, bazarda birbaşa rəqabət də həmçinin azalır.
3.Müştərək müəssisələr-Birgə istehsal fəaliyyətini həyata
keçirmək üçün dünyanın müxtəlif ölkələrinin təsərrüfat
subyektləri vahid təşkilati formada kapitalı birləşdirirlər.
Ma
ddi istehsal sahəsində beynəlxalq ixtisaslaşmanın və
beynəlxalq kooperativləşmənin dərinləşməsi və inkişafı
təsərrüfat həyatının beynəlmiləlləşməsinə və dünya
təsarüfatının bütövlükdə qloballaşdırılmasını gücləndirir.
23
Transmilli korporasiyalar(TMK) istehs
al sahəsində
əməkdaşlığın əsas forması kimi. TMK Beynəlxalq
Kooperativ biznesinin güclü və inkişaf etmiş hissəsini özündə
əks etdirir,vahid dünya təsərrüfatının formalaşmasında aparıcı
rol oynayır.TMK-nın əsas xarakteristikaları bunlardır:inhisar
vəziyyətində olan yetərincə iri ölçüdə firmalardır,beynəlxalq
istehsal strukturunun mövcudluğu,firmaların fəaliyyətində və
ümumi dövriyyələrində xarici əməliyyatların yetərincə olan
payı,vahid
qlobal
strategiyanın
mövcudluğu,firmanın
maraqlarına xidmət edən xarici bölmələrin tabeçi fəaliyyəti.
TMK-
ların müxtəlif növləri mövcuddur:
1.
Ənənəvi TMK-lara bir neçə ölkədəki firmalarla birgə
baş şirkət aiddir.
2.
Çoxtərəfli TMK-baş şirkət və nisbətən müstəqil
xarici filialların məcmusundan ibarətdir
3.
İnteqrasiya olunmuş TMK-fəaliyyət sferasını
maksimum beynəlmiləlləşdirməyə çalışan şirkətdir.
4.
Şəbəkəli
TMK-digər
şirkətlərə
əməkdaşlıq
münasibətlərinin
inkişafına
üstünlük
verən,firmalararası müqavilələr əsasında öz fəaliyyət
sferasını
və
funksiyalarının
bir
hisəsini
beynəlmiləlləşdirməyə cəhd edən şirkətdir.
24
TMK-
nın
müasir
mərhələdə
inkişafının
əsas
istiqamətlərindən biri-istehsalın beynəlxalq inteqrasiyasının
formalaşdırılmasına və genişləndirilməsinə kömək edən
müxtəlif
təşkilati
strukturlu
işgüzar
əlaqələrin
kombinələşdirilməsindən ibarətdir.TMK elmi texniki fəaliyyətə
böyük əhəmiyyət verirlər.TMK dünyanın inkişaf etmiş
ölkələrinin elmi-texiki potensialının əsas hissəsinə nəzarət
edirlər ki,bu da onlara dünya texnologiya bazarlarında aparıcı
rol oynamağa imkan verir.TMK-ın payına elmi-texniki
biliklərin mübadiləsinin 80%-i düşür.TMK avtomobil, EHM,
aviakosmik, əczaçılıq və müdafiə sənayesində firmalar arasında
strateji alyansların geniş yayılmasına gətirib çıxarır.TMK-
cəmiyyətin beynəlmiləlləşməsində ən güclü agentdir. Çox da
böyük olmayan ”Filips” TMK-
nı misal gətirək, Dünyanın 40
ölkəsində özünün istehsal filallarını yaratmışdır.Dünyanın 60
ölkəsində isə məhsul satışi üzrə onun firmaları vardır.
Beləliklə, TMK dünya iqtisadiyyatına beynəlmilləşdirirlər.
İstehsal prosesi isə qlobal xarakter qazanır.
Dünya
iqtisadiyyatında beynəlxalq maliyyə
t
əşkilatlarının xüsusiyyətləri.
Dostları ilə paylaş: |