Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 
30 
əməkdaşlığın  saxlanması  kimi  mövzularda  önəmli  qərarlar 
verilmişdir.  Konfransda  Beynəlxalq  Valyuta  Fondunun 
qurulması haqqında qərar qəbul edilmişdir. 
Beynəlxalq  Valyuta  Fondunun  məqsədi  aşağıdakılardan 
ibarətdir: 
-
Beynəlxalq valyuta problemləri barədə məsləhətləşmələr 
və  əməkdaşlıq  mexanizmini  saxlayan  daimi  bir  qurum 
vasitəçiliyi ilə beynəlxalq valyuta işbirliyini inkişaf etdirmək;  
-
Beynəlxalq  ticarətin  tarazlı    inkişafını  gerçəkləşdirmək 
və  beləcə  bütün  üzv  ölkələrin  tam  məşğulluq  və  yüksək  bir 
iqtisadi artıma çatmalarına imkan yaratmaq;  
-
Valyuta  sabitliyini  saxlamaq  və  devalvasiya  siyasətini 
əngəlləmək; 
-
Çoxtərəfli  xarici  ödəmələr  sisteminin  qurulmasına,  
beynəlxalq  ticarətə  maneçilik  törədən  –valyuta idxalat 
məhdudiyyətlərinin aradan qaldirilmasına xidmət etmək; 
-
Üzv  ölkələrə  tədiyyə  balansındakı  tarazlıqları  aradan 
qaldırmaq  məqsədilə  kredit  vermək.  Ümumiyyətlə,beynəlxalq 
rifahın  yüksəlməsinə  maneçilik  törədən  faktorları  aradan 
qaldırmaq;  
-
Üzvlərinin 
tədiyyə 
balanslarındakı 
sabitsizlik 
dərəcələrini azaltmaq. 


 
31 
Yuxarıda adı çəkilən məqsədlərin gerçəkləşdirilməsi üçün 
üzv ölkələrin də yerinə yetirəcəkləri bəzi şərtlər vardır: 
-
Turizm  də  daxil  olmaqla  xarici  ticarət  fəaliyyətlərində 
beynəlxalq  xidmət  və  mal alış-verişlərində  valyuta da nəzarət 
və  məhdudlaşdırılmalara  ,  mərhələ-mərhələ  üzən  valyuta 
sisteminin  tətbiq  edilməsinə,  spekulyativ  xarakterli  sərmayə 
hərəkətlərinə mane olmaq;  
-
Üzv  ölkələrin  devalvasiya  etmə  ehtiyacının  ortaya 
çıxdığına devalvasiya dərəcəsini fonda bildirmək;  
Dünya  Bankı.  DYİB  (İBRD)  1944-cü  ildə  BVF  (İMF) 
ilə  birlikdə  qurulmuş  və  25  iyul  1946-cı  ildə  fəaliyyətə 
başlamışdır. Dünya Bankı ilə tanınan quruluşun anlaşması 144 
ölkə təsdiq edilmişdir. 
Dünya Bankına üzv olan ölkələr eyni zamanda BVF-nin 
üzvləridir. 
Öz  öhdəliklərini  yerinə  yetirməyən  ölkələr  bankın 
səlahiyyətli  qurumları  tərəfindən  veriləcək  qərarla  üzvlükdən 
çıxarıla bilər. 
Dünya Bankının məqsədləri aşağıdakı kimidir: 

 
Üzv ölkələrin iqtisadi islahatlarına yardım etmək;  

 
Üzv  ölkələrə  xarici  özəl  mənbələrdən  gələcək 
sərmayə  investisiyalarını  təsbit  etmək  və  özəl 


 
32 
sərmayənin  yetərsizliyi  vəziyyətində  bunları 
tamamlamaq;  

 
Üzv  ölkələr  üçün  gəlirli  investisiyaları  təsbit 
edərək  uzun  dönəmdə  beynəlxalq  dəyişmələrdə 
tarazlığı saxlamaq;  

 
Üzv ölkələr üçün  borcvermə  mexanizmini uyğun 
hala gətirmək; 

 
Yerli  şirkətlərin  maliyyə  mənbələrinə  olan 
ehtiyacları mövzusunda yardımçı olmaq.  
Dünya  Bankının  verdiyi  kreditlərdən  üzv  ölkələr 
yararlanır.  Kreditlər  uzunmüddətli  olub,  tələb  edən  ölkələrin 
iqtisadi inkişaf proqramlarının ehtiyacına görə verilir. 
 
D
ünya iqtisadiyyatında beynəlxalq 
nəqliyyat münasibətləri
 
  
Beynəlxalq  nəqliyyat  əməliyyatlarının  mahiyyəti  və 
növləri. Nəqliyyat əlaqələri-beynəlxalq iqtisadi münasibətlərin 
həyata  keçirilməsinin  vacib  və  fasiləsiz  tərkib  hissəsidir. 
Nəqliyyat  vasitələri  beynəlxalq  bazarlarda  əmtəə  və 
xidmətlərin  tədarükçüdən  (mal  göndərəndən)  istehlakçıya 
qədərki  hərəkətini  təmin  edir.  Funksional  olaraq  nəqliyyat, 
tədavül  prosesi  ilə  tamamilə  qovuşaraq  biləvasitə  ona  xidmət 


 
33 
edir.  Əmtəə  və  xidmətlərin  tədavülü  prosesini  nəqliyyatdan 
kənar təsəvvür etmək çox çətindir. 
Əmtəə və xidmətlərin daşınması bir növ istehsal prosesini 
davam etdirir.Yaradılmış məhsula çəkilmiş daşınma məsrəfləri 
həmin əmtəənin ümumi xərclərinə əlavə edilir və maya dəyəri 
və  qiymətə  daxil  olunur.  Onlar  əlavə  tədavül  xərclərini  təşkil 
edir  və  qiymətin  vacib  komponentlərindən  birinə  çevrilir. 
Burada  qiymətdə  nəqliyyat(daşınma)  xərcləri  kifayət  qədər 
yüksək paya malik ola bilər (məhsulun maya dəyərinin 30%-nə 
qədər).  Ona  görə  də  xarici  ticarət  kontraktlarının  uğurlu 
alınması  və  onun  iqtisadi  səmərəliliyi  bu  və  ya  digər  yükün 
necə  daşınmasından,  yükdaşıma  üçün  ən  qənaətli  və  sürətli 
nəqliyyat  vasitəsindən  necə  istifadə  olunmasından  xeyli 
dərəcədə asılıdır. 
Nəqliyyat  faktoru  dünya  ticarətinin  itensifikasiyasında 
vacib  ilkin  şərait  kimi  həmişə  nəzərdən  keçirilmişdir.  XVI-
XVIII  əsrlərin  böyük  coğrafi  kəşfləri  dəniz  gəmiçiliyinin 
artımını  biləvasitə  şərtləndirdi  ki,  bu  da  dünya  ticarətinin 
inkişafına  güclü  təkan  verdi.  XIX  əsrdə  buxar  və  elektrik 
enerjisinə  sahib  olmaqla,  bəşəriyyət  nəqliyyat  vasitəsini 
əhəmiyyətli  dərəcədə  təkmilləşdirdi.  Paraxodlar,  dəniz  yolları 
nəqliyyatda  əsl  inqilaba  səbəb  oldu.Bunlar  da  öz  növbəsində 
dünya təsərrüfat əlaqələrinin sonrakı inkişafına imkan yaratdı. 


 
34 
Beynəlxalq  təsərrüfat  münasibətləri  əmtəələrin  bir 
ölkədən  başqa  ölkəyə  mükəmməl,  qüsursuz  hərəkət  axını  ilə 
şərtləndirilir.  Özü  özlüyündə  nəqliyyat  şəbəkəsi  milli  iqtisadi 
sistem çərçivəsində formalaşır. Nəqliyyatın bütün növləri(dəniz 
nəqliyyatı  istisna  olmaqla)  hər  şeydən  əvvəl  özünün  fəaliyyət 
göstərməsi  üçün  istehsaldaxili  məqsədlərə  malikdir.Bununla 
yanaşı  onlar  beynəlxalq  daşımalara  da  xidmət  edirlər. 
Beynəlxalq  ticarətin  genişlənməsi  və  dərinləşməsi  hesabına 
beynəlxalq  nəqliyyat  əlaqələri  də  inkişaf  edir.  Onların 
mütəmadi artımının və keyfiyyətcə təkmilləşdirilməsinin vacib 
faktorları aşağıdakılardır: 
1.
 
Xarici iqtisadi fəaliyyətin həcmi və tempi; 
2.
 
Nəqliyyat  vasitələrinin  keyfiyyətinə  biləvasitə 
təsir 
göstərən 
elmi-texniki-tərəqqinin 
nəaliyyətlərindən istifadə olunması. 
Dünya iqtisa
diyyatında nəqliyyat xidməti iki istiqamətdə 
həyata keçirilir:  
1.
 
Əmtəə yüklərinin daşınması; 
2.
 
Sərnişinlərin daşınması. 
Son 20-
25  ildə  daşınan  yüklərin  həcminin  ixtisar 
olunması (azalması)tendensiyası müşahidə olunmuşdur. 
70-
ci  illərin  əvvəllərində  beynəlxalq  daşımaların  yekun 
həcmi 4,5-4,6 mlrd. dəyərində qiymətləndirilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə