Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 
121 
o cümlədən qeyri-dövlət müəssələrində 2599,8 min nəfər təşkil 
edir.  Əhalinin  pul  gəlirləri  30047,4  mlrd  manat  ,  adambaşına 
düşən pul gəlirləri 3670,4 min manat, əhalinin pul xərcləri isə 
29677,3 min manat təşkil etmişdir. 2004-cü ildə ümumi daxili 
məhsul  41872,5  mlrd.  manat,  adambaşına  düşən  ÜDM 
səviyyəsi 5114,8 min manat olmuşdur. Xarici ticarət dövriyyəsi 
7131 mln ABŞ dollarına, o cümlədən, ixrac 3615,4 mln ABŞ 
dolları, idxal isə 3515,9 mln. ABŞ dollarına bərabər olmuşdur. 
Nominal  əmək  haqqı  öz  göstəricisi  üzrə  respublikamız  MDB 
ölkələri  içərisində  44,8    mln.  ABŞ  dolları  ilə  4-cü  sırada 
qərarlaşmışdır. 
Xalq  təsərrüfatı  sahələrinin  iqtisadiyyatının  inkişaf 
dinamikası. Respublikamızın cəmi ixrac əməliyyatları 1995-ci 
ildə  637,2  mln.  ABŞ  dolları  olmuşdursa,  2003-cü  ildə  bu 
göstərici 2590,4 mln., 2004-cü ildə isə 3615,4 mln. ABŞ dolları 
olmuşdur.  İxrac  əməliyyatlarının  1995-ci  ildə  MDB  üzrə 
göstərici 284,7 mln., 2003-cü ildə 332,3 mln., 2004-cü ildə isə 
614,3  mln.  ABŞ  dolları  olmuşdur.  Azərbaycanın  digər  dünya 
ölkələri  ilə  ixrac  əməliyyatları  1995-ci  ildə  352,5  mln.  ABŞ 
dolları olduğu halda, bu göstərici 2003-cü ildə 2258,1 milyon, 
2004-
cü ildə isə 3001,1 milyon ABŞ dollarına çatmışdır.  
Respublikamızda  idxal  əməliyyatları  göstəricisi  2004-cü 
ildə 3515,9 mln. ABŞ dolları səviyyəsində olmuşdur. Müvafiq 


 
122 
göstərici  1995-ci  ildə  667,6  mln.,  2003-cü  ildə  2626,2  mln. 
ABŞ  dollarına  bərabər  olmuşdur.  MDB  ölkələri  ilə  idxal 
əməliyyatlarının  1995-ci  ildə  həcmi  228,3  mln.  ABŞ  dolları 
olmuşdursa, 2003-cü ildə bu göstərici 851,2 mln., 2004-cü ildə 
1200,6 
mln.  ABŞ dolları olmuşdur.Azərbaycanın digər dünya 
ölkələri ilə idxal əməliyyatları 1995-ci ildə 439,3 mln, 2003-cü 
ildə  1775,0  mln.  2004-cü  ildə  2315,3  mln.  ABŞ  dolları 
olmuşdur. 
Azərbaycanın  MDB  ölkələrinin  ixrac  əməliyyatlarının 
ümumi  həcmində  xüsusi  çəkisi 1995-ci  ildə  45  faiz  olduğu 
halda 2003-
cü ildə 13 faizə, 2004-cü ildə 17 faizə enmişdir.  
İdxal  əməliyyatlarının  ümumi  həcmində  xüusi  çəki  əgər 
1995-
ci ildə MDB ölkələri üzrə 34 faiz olmuşdursa, bu rəqəm 
2003-
cü  ildə  azalaraq  32  faizə,  2004-cü  ildə  isə  təkrarən  34 
faizə çatmışdır. 
Dünyanın digər ölkələri ilə ixrac əməliyyatlarının ümumi 
həcminin xüsusi çəkisi 1995-ci ildə 55 faizdən, 2003-cü ildə 87 
faizə,  2004-cü  ildə  isə  83  faizə  bərabər  olmuşdur.  Müvafiq 
olaraq  idxal  əməliyyatlarının  ümumi  həcmində  xüsusi  çəki 
1995-
ci  ildə 66  faiz olduğu  halda  bu rəqəm 2003-cü ildə 100 
faiz, 2004-
cü ildə 66 faiz olmuşdur. 
Azərbaycan  respublikasında  son  illərdə  həyata  keçirilən 
sosial  siyasətin  əsas  istiqamətlərindən  biri  də  məşğulluq 


 
123 
sahəsindəki  siyasətin  formalaşdırılması  və  işçi  qüvvəsindən 
səmərəli istifadə edilməsidir.  
Ölkədə  əhalinin  məşğulluq  və  işsizlik  probleminin  həll 
edilməsinin mühüm aspektlərindən biri də ölkə iqtisadiyyatına 
xarici  investisiyaların  cəlb  edilməsi  strategiyasının  həyata 
keçirilməsi  ilə  bağlıdır.  Bu  baxımdan  Azərbaycan 
iqtisadiyyatına  yönəldilmiş  xarici  kapitalın  ölkə  əhalisinin 
məşğulluq  və  işsizlik  problemlərinin  həll  edilməsindəki 
rolunun  müəyyən  edilməsi  ən  mühüm  vəzifələrdən 
biridir.1996-
cı  ildən  başlayaraq  2005-ci  ilə  kimi  ölkədə 
fəaliyyət  göstərən  xarici  investisiyalı  və  birgə  müəssisələrdə 
məşğul olanların sayı 9,6 dəfə artaraq, 5,6 min  nəfərdən 53,9 
min nəfərə çatmışdır.  
2004cü  ildə  2000-ci  ilə  nisbətən  sənaye  məhsulunun 
həcmi  22,1  faiz,  kapital  qoyuluşları  5,2  dəfə,  kənd  təsərrüfatı 
məhsulunun  həcmi  30,5  faiz,  nəqliyyatda  yük  daşınmasının 
həcmi 1,5 dəfə artmışdır. 
2000-2004-
cü  illərdə əhalinin real  pul gəlirləri 1,5 dəfə, 
əhali tərəfindən əldə edilmiş pul gəlirlərinin nominal həcmi 1,7 
dəfə artmışdır. 
2000-
ci  ilə  nisbətən  2004-cü ildə  əhalinin  əmək  haqqı 
üzrə gəlirləri də 1,7 dəfəyə yaxın artmışdır. 


 
124 
1994-
cü  ildən  başlayaraq 
Azərbaycana  xarici 
sərmayələrin  axını  ildən-ilə  artmış  və  2004-cü  ildə 
iqtisadiyyata  4575,5  mln  ABŞ  dolları  həcmində  investisiya 
qoyulmuşdur.  
1994-2004-
cü illərdə ölkəmizin iqtisadiyyatına 17,2 mlrd 
ABŞ  dolları  miqdarında  olan  investisiyanın  85,4  faizini 
(14699,5 mln  ABŞ dolları)  birbaşa  investisiyalar, 13,4  faizini 
(2298,9  mln  ABŞ  dolları)  isə  maliyyə  krediti  təşkil  etmişdir. 
Birbaşa  investisiyaların  88,2  faizi  (12959,9  mln  ABŞ  dolları) 
neft sənayesinin inkişafına yönəldilmişdir. 
Azərbaycanda  yaradılan  iqtisadi  sabitlik  və  əlverişli 
iqtisadi  şəraitdən  məqsədyönlü  istifadə  edən  yerli  və  xarici 
investorlar  il  ərzində  sənayeyə  2003-cü  ildəkindən  30,3  faiz 
çox  və  ya  19,6  trilyon  manatlıq  əsas  kapitala  investisiyalar 
yönəltmişlər. 
1992-1995-
ci  illərdə  kənd  təsərrüfatında  ümumi  məhsul 
istehsalı orta hesabla ildə 12 faiz aşağı düşürdüsə, artöq 1996-
2004-
cü  illərdə  (1997-ci  il  istisna  olmaqla)  ümumi  məhsul 
istehsalı  orta  hesabla  ildə  7,0  faiz  artmış  və  2003-cü  ilə 
nisbətən 2004-cü ildə bu artım 4,6 faizə bərabər olmuşdur.  
1990-2004-
cü  illərdə  Azərbaycanın  iqtisadi  və  sosial 
tərəqqisi tikintinin geniş miqyası ilə sıx əlaqədar olmuşdur. Bu 
illərdə  ölkə  ərazisində  istehsal  təyinatlı  və  qeyri-istehsal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə