Azərbaycan Elmlər Akademiyası
İqtisadiyyat İnstitutunun Elmi Şurasının
qərarı ilə çap olunur
Elmi redaktorları:
i.e.d
Ə.X.Nuriyev
i.e.d. prof.
A.A.Ağayeva
Rəyçilər:
i.e.d.
N.Ə.Nəbiyev
i.e.n.
Ə.B.Sarıyev
E.M.Hacızadə, T.Ə.Paşayev. Neft-qaz sənayesində yeni bazar
mexanizmlərinin formalaşdırılması istiqamətləri (
monoqrafiya)
Azərbaycan dilində.
Bakı. «Elm» 2000. 200 səh.
Monoqrafiyada yeni reallıqlar kontekstində neft-qaz
sənayesinin müasir vəziyyəti, inkişaf meylləri, dayanıqlı inkişafın
təmin edilməsinin
iqtisadi aspektləri, vergiqoymanın
təkmilləşdirilməsi, neft-qaz sənayesində fiskal mexanizmlər və digər
bazar təsisatlarının tətbiqi məsələləri tədqiq edilmişdir.
Neft-qaz sənayesinin mütəxəssisləri, elmi işçilər, iqtisadçılar,
ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
2000
)
07
(
655
0605010407
−
H
qrifli nəşr
ISBN 5-8066-1289-9.
3
Giriş
05
I Fəsil
Azərbaycanın neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf
meylləri
1.1.Mövcud infrastrukturun və ehtiyatlar potensialının
qiymətləndirilməsi
11
1.2.Yeni reallıqlar konteksində neft-qaz sənayesinin
müasir vəziyyətinin təhlili
21
1.3.İnteqrasion proseslər və inkişaf perspektivləri
30
1.4.Dünya neft bazarı və qiymətlərdəki meyllər 35
1.5.İstehsalçı ölkələrdə energetik siyasət və postneft
strategiyası
42
II Fəsil
Neft-qaz kompleksində dayanıqlı inkişafın təmin edilməsinin
iqtisadi aspektləri
2.1.Neft-qaz sənayesində iqtisadi islahatların dərinləşməsi
və təkmilləşdirilməsinin aktual problemləri
52
2.2.Azərbaycanın qaz sektoru islahatların yeni
mərhələsində
62
2.3.Struktur islahatları və yeni idarəetmə formaları
73
2.4.Neftqazçıxarma müəssisələrinin yeni bazar subyektinə
çevrilməsi problemləri
82
2.5.Amortizasiya prosesində mütərəqqi metodların
tətbiqinin genişləndirilməsi
91
2.6.Neft biznesində yeni kontrakt formalarının tətbiq 101
III Fəsil
Neft müqavilələrində tətbiq edilən fickal-vergi
4
MÜNDƏRİCAT
Azərbaycan dünyanın ən qədim neft ölkəsi kimi həm
ənənəvi əl əməyinə əsaslanan
primitiv qazma üsulla, həm də
sənayecə hasilata başlayan ölkələr siyahısına başçılıq edir. XIX
əsrin ortalarından intensivləşən neft hasilatı sənayeləşmənin,
texnoloji və industrial komplekslərin təşəkkülünün ilk indika-
toru olmuşdur. Enerji mənbələrinə artan tələbat dünyanın
mənzərəsinə yeni cizgilər gətirmiş, planetin iqtisadiyyatı əsaslı
dərəcədə neft-qaz resurslarının inhisarına düşmüşdü.
Ötən son iki əsrin qovşağında hasilatda liderlik edən
Azərbaycan siyasi ehtirasların, iqtisadi maraqların toqquşduğu
məkan kimi dünya neft məhsulları istehsalı və satışının,
kapital
axınının ən mühüm mərkəzlərindən biri olmuşdur. Ekstensiv və
intensiv metodlarla müşayiət olunan digər tərəfdən isə elmi
əsaslara sığınmayan «vəhşi» istismar prosesi ehtiyatların vax-
tından əvvəl tükənməsinə rəvac vermiş, təbiətə sağalmaz yara-
lar vurmuşdur.
Uzun illər Şimala axan neft sərvətlərimizin energetik
gücünü möhtəşəm bir dövlətin ərsəyə gətirilməsini
qanaqlandıran, investisiyalaşdıran, II cahan savaşında onun
hərbi maşınına təkan verən
və böyük qələbəni təmin edən
mühüm amil kimi qiymətləndirmək olar. Sonrakı illərdə
tplanan təcrübə, elmi-praktiki biliklər, yaranmış əlverişli
infrstruktur Azərbaycan geoloqların yeni yataqların axtarışını
səfərbər etmiş, hasilat qurudan dənizə istiqamət götürmüşdür.
Sovetlər İttifaqının artan qüdrəti daha böyük vəzifələri qarşıya
qoyduğundan dənizdə kəşf edilən iri, yeni ehtiyat mənbələrinin
şöhrəti də uzun sürməmişdir. Volqaboyunda, Uralda, Sibirdə
nəhəng yataqların kəşfi Azərbaycanda
səngimədə olan, böyük
kapitaltutumlu neft-qaz hasilatına marağı azaltmışdı. Quyuların
enerjisi və bununla bağlı debitinin aşağı düşməsi, məhsulun
maya dəyərinin yüksəlişi, təchizatın pisləşməsi, dövləti
mənafelərin, iqtisadi baxışların, daha çox yeni sənaye
sahələrinə, kənd təsərrüfatının inkişafına
yönəlmiş meylləri
hsilatın dinamikasında əks olunaraq enmə prosesində mənfi
6
GİRİŞ