avadanlıqlarının adambaşına normalarında, texnoloji
normativlərində də artırılmışdır. Statistikaya görə respublikada
qaz abonentlərinin istifadəsində xeyli qeyri-standart qaz
cihazları vardır. Qeyri-standart qızdırıcı cihazlarının yandıra
biləcəkləri qazın həcmi bir neçə milyard kubmetr miqdarında
ola bilər.
Qaz nəzarəti orqanlarının qaz təhcizatı təşkilatına tabe
edilməsi nəzarətsizliyi daha da kəskinləşdirmişdir.
Müstəqilliyimizin ilk illərində 1992-1995-ci illərdə
Türkmənistandan, qismən də Qazaxıstandan mavi yanacaq
alınmışdır. Bu illər ərzində Türkmənistandan beynəlxalq
qiymətlərə müvafiq valyuta hesabına alınmış 9,1 milyard kub
metr qazın 4,672 milyard kub metri itkilərə silinmişdir. Burada
orta qiyməti 1000 kub metr üçün 75 ABŞ dolları qəbul etsək,
350 milyon dollardan çox vəsaitin havaya sovrulduğunu
müəyyən etmiş olarıq. Digər tərəfdən isə bu itkilər hal-hazırda
il ərzində respublikada istehlak olunan qazın həcmi qədərdir.
Şübhəsiz ki, türkmən və qazax qazının ödənişi həyata
keçirilmişdir. Bu zaman həyata keçirilən barter prosesində
respublikanın özünün ehtiyacında olduğu məhsulların borclara
əvəz edilməsində o qədər də yüksək qiymətlər tətbiq
edilməmişdir. İndi respublikada 2000-2001-ci illər qış
mövsümündə enerji təminatını yaxşılaşdırılması məqsədi ilə
xaricdən alınacaq 1,5-2 milyard m
3
təbii qazdan istifadə keçmiş
səhvlərdən nəticə çıxarılmalı, onun səmərəli bölgüsü təmin
olunmalıdır. Azərbaycanda qaz itkiləri indi də yüksək həddə
qalmaqdadır. 1999-cu hesabat ilinin statistik məlumatlarına
görə ARDNŞ-istehsal etdiyi 5,999 2 milyon kub metr qazın
5,422 milyon m
3
-i «Azəriqaz» QSC-ə təhvil vermişdi. Hasilatla
təhvildə yaranan 10%-lik fərq texnoloji itkilərə və daxili
ehtiyatlara aid edilir. Qətiyyətlə qeyd etmək lazımdır ki, qazın
hasilatı zamanı itkilərin yüksək olması danılmaz faktdır. Bu ilk
öncə müvafiq qaz yığım qurğularının, seperatorlarının məhdud
miqdarı və ya heç olmaması ilə izah edilir. Quru yataqlarında
66
səmt qazının qeyri-səmərəli tutulması hasilatı təmin edən
rəhbərliyin etirafından da səslənir. Digər vəziyyət böyük dəniz
qaz yataqlarında müşahidə olunur. Belə ki, dənizdən qazın
sahilə ötürülməsində mövcud texnoloji çətinliklər itkilərin
artımında əks olunur. Ötən il «Azəriqaz» QSC ARDNŞ-dən
təhvil aldığı 5,422 milyon m
3
qazın 464,3 milyon m
3
-ni
texnoloji itkilərə aid etmişdir. Bu da öz növbəsində 8,6%-ə
bərabərdir. Müqayisə üçün qeyd etməliyik ki, qazın təhcizatı
prosesində müvafiq itkilər qonşu respublikalarda 1,2%
həddində tərəddüd edir. Orada isə itkilərin belə həddə olması
olduqca yüksək rəqəm kimi qəbul olunur. Nəzərdən
keçirdiyimiz ildə itkilər, daxili ehtiyaclar nəzərə alındıqdan
sonra reallaşmaya 4957,8 milyard m
3
qaz çıxarılmışdır. Bu ha-
sil edilən qazın 82,6%-i və yaxud, ondan 1 milyard 42 milyon
m
3
azdır. Bundan başqa «Qalmaz», «Qaradağ» qazsaxlama
məntəqələrinə 578,8 milyon m
3
vurulan mavi yanacaqda da
69,9 milyon m
3
itkiyə yol verilmişdir.
Azərbaycanda neçə illərdir ki, məişətdə qazdan istifadədə
ölkə əhalisinin heç də hamısı yetərli təmin olunmur. Son
vaxtlar respublikanın kənd rayonlarına, xüsusən mərkəzlərinə
qazın yenidən verilməsinə başlanmışdır. Bu təqdirəlayiq hal
bütün ictimaiyyətin razılığı ilə müşayiət olunur. Lakin qış ay-
larında müvafiq rayonlara qazın verilməsində gərginlik artır və
vəziyyət əhalinin alternativ yanacaq növlərindən istifadəyə
sövq edir. Bu isə meşələrin, yaşıllıqların məhvinə aparır, eko-
loji tarazlıq pozulur. Kənd rayonlarına əvvəlcədən elan edilmiş
normalarda qazın verilməsi isə qışa yanacaq ehtiyatını tədarük
etməmiş əhalini daha çətin vəziyyətə salır. 1999-cu ildə satış
qazının əksər hissəsini Bakı 2130,8 milyon m
3
, Sumqayıt 163,3
milyon m
3
, Gəncə 98,5 milyon m
3
şəhərləri almışlar. Bu həcm
müvafiq ehtiyacların ödənilməsinə də kifayət etməmişdir.
Hətta Bakının ucqar məntəqələrində də qazın verilməsində
fasilələr müşahidə olunmuşdur. İndi sənayenin tənəzzül
keçirdiyi bir vaxtda yüksək qaz tutumlu müəssisələrin
67
işləmədiyi halda qazın əhaliyə satılmasına imkanlar artmışdır.
Lakin ölkədə qaz balansının tərtibində müəyyən
nöqsanlar, proqnozlardakı qüsurlar, nəzarətdəki
keyfiyyətsizliklər, qazdan səmərəli istifadədə disbalansı artırır.
Beynəlxalq aləmdə formalaşmış praktikaya əsasən illik qaz
balansı öncə əhali, məişət və sənaye sektorları üzrə paylanır,
yerdə qalan hissə isə enerji sektorunun verilir. Bununla belə
qazın təmizlənməsində və maye qaz istehsalında da yüksək
nəticələr əldə olunmamışdır. 1999-cu ildə plana nisbətdə 35,8
milyon m
3
artıq, yəni ümumilikdə 2532,8 milyon m
3
qaz emal
edilməmişdir. Bu da Azərbaycan qaz emalı zavodunun tex-
noloji imkanları ilə əlaqədardır. Bununla belə 27464 ton butan,
23963 ton qazoyl istehsal olunmuşdur. Qeyd etdiyimiz kimi
qazın təmizlənməsində gərginliklər mövcuddur. Məişətdə
istifadə edilən qazın isə müəyyən hissəsi odarant məhlulu ilə
qarışdırılmadan məişətə verilir.
Maye qazın istehsalı həcmində isə dinamizm müşahidə
olunur. Azərbaycanın qaz sistemində mühüm problemlərdən
biri də məhsulun maya dəyəri və istehsal xərcləri ilə bağlıdır.
Yeni iqtisadi sistemə keçidin ilk on illiyinin tamamında qazın
istehsal xərclərində yeni metodikaların işlənib hazırlanması
gündəlikdə durur. Burada qazın hasilatından tutmuş onun
istismarınadək hər bir ayrıca mərhələdə istehsal xərclərinin op-
timal hesablanması işlənib hazırlanmalıdır. Qaz tsiklində 3
vəziyyətdə məhsulun istehsal xərcləri ayrıca metodoloji
əsaslandırma tələb edir.
İlkin mərhələ qazın hasilatı ilə əlaqədardır. Burada da ay-
rıca həm təbii qaz yataqlarında, kondensatdan və səmt qazın-
dan əldə edilən qazın maya dəyərinin hesablanmasında gedir.
Bu mərhələdə istehsal xərclərinin hesablanmasına spesifik
yanaşma tələb olunur. Yataqların həcmi potensialı, lay təzyiqi
qəbul məntəqəsindən uzaqlığı hasilatla bağlı digər texnoloji
tələblər hər bir yataqda müvafiq istehsal xərcləri törədir. Köhnə
yataqlarda əsas nəzarəti ARDNŞ - həyata keçirdiyindən burada
68
Dostları ilə paylaş: |