E. M. Hacizadə


NƏTİCƏLƏR            166    ƏLAVƏLƏR



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə2/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   2   3   4   5   6   7   8   9   ...   102

 
 
NƏTİCƏLƏR
 
         166 
 
ƏLAVƏLƏR 
         168 
 
SOSİAL İQTİSADİ VƏHDƏTDƏ ANLAŞILAN 
TERMİNLƏR LÜĞƏTİ 
 
 
 
 
 
 
 
192 
 
SOSİAL-İQTİSADİ HƏYATI TƏCƏSSÜM ETDİRƏN 
AFORİZMLƏR   
 
 
 
 
 
 
 
 
216 
 
QAYNAQLAR
 
         218 
 
İXTİSARLA YAZILMIŞ SÖZLƏR
      222 
 
РЕЗЮМЕ
 
          223 
 
SUMMARU 
         224 
 
5


 
 
ÖN SÖZ 
 
İqtisadiyyatın 
sosial mahiyyətliliyi  əzəli 
tarixi köklərə bağlı olsa da, cəmiyyətin müasir inkişaf 
mərhələsində o yüksəlişlər  əldə edərək daha çox 
sosiallaşmaya məruz qalmaqdadır. Dünyanın inkişaf 
etmiş ölkələri yeni iqtisadi inkişaf strategiyasını indi artıq 
yalnız dövlətin qüdrətlənməsi, iqtisadi təhlükəsizlik
dayanaqlı büdcə, məhdud infilyasiya indikatorları ilə 
yanaşı, bəşəri ehtiyacları dolğun ödəyərək geniş  sığorta 
və ictimai təminatları ifadə olunan sosiallaşan xətt 
üzərində qururlar. Üstün servis təyinatlılığı ilə  fərqlənən 
bazar iqtisadiyyatının bu yüksək fazasında iqtisadi 
yaranışlar səhiyyə, elm, təhsil, incəsənət, mədəniyyət, 
idman və bütünlükdə bütün sivilizasiya dəyərləri ilə ümumi vəhdət təşkil edir.
 
İqtisadiyyatın sosiallaşması prosesi dönməzdir. O, qloballaşaraq daha geniş tətbiq sferasına 
daxil olmaqdadır. Bu reallıq isə ümumi tələblərlə yanaşı, yeni sosial-iqtisadi sistemin 
formalaşmasının nəzəri  əsaslarını, metodoloji aspektlərini, praktiki nəticələrini geniş  təhlil 
predmetinə çevirir. Problemin aktuallığını nəzərə alaraq iqtisad elmləri namizədi Elşən Hacızadə 
tədqiqatçılar, alimlər və geniş oxucu kütləsinin mühakiməsinə verdiyi «Sosiallaşan 
iqtğisadiyyat» adlı monoqrafiyasında bu tələblərdən irəli gələn məsələlərin cavablandırılmasına 
cəhd etmişdir. 
Monoqrafik tədqiqatın ana xəttini iqtisadi və sosial vəhdət təcəssüm etdirir. Müəllif göstərir 
ki, bu vəhdət təsərrüfat həyatının təşəkkülü ilə eyni vaxtda yaranmışdır. Fikri əsaslandırmaq 
üçün o, iqtisadi və sosial paralelliyi sosial və iqtisadi fikir tarixi konsepsiyaları baxımından şərh 
edir. Burada maraqlı  cəhət ondan ibarətdir ki, bu elmi-təhlili  şərhdə  bəşər sivilizasiyasının 
təşəkkül və inkişaf prosesi makroregional aspektdə verilmiş  və müəllif iqtisadiyyatı  və sosial 
həyatın konfessial mahiyyətliliyini  əsaslandırmağa meyl etmişdir. Bununla belə  tədqiqatda 
göstərilir ki, sivilizasiya paradiqmaları kontekstində təsərrüfat həyatı daş-metal predmetliyi kimi, 
energetik quruluş mahiyyətliliyinə  də malikdir. Çünkü enerji təminatı iqtisadiyyatın bütün 
guşələrində  əsas irəliləyiş faktoru olmuş  və qalmaqdadır. Buna görə  də müəllifin fikrincə 
sivilizasiyalar konsepsiyasına təbii resurslar təməlindən də yanaşılmalıdır. Bu yanaşmanı isə 
müasir mərhələdə faktiki olaraq daha sürətlə  dəyişən industrial və postindustrial sistemlərin 
tərkib hissələri - neft sivilizasiyası, metan epoxası və nüvə sintezi mərhələləri əks etdirir. 
İqtisadi və sosial vəhdət problemini araşdıran müəllif bu baxımdan iqtisadiyyat və sosioloji 
elmlərin predmet və obyektlərinin  əlahiddəliyi və uyğunluğu da təhlil edir. İqtisadiyyatın 
sosiallaşmasına güc verən qlobal, regional və lokal aspektləri bir araya gətirərək qiymətləndir. 
Müəllif haqlı olaraq göstərir ki, bütün sivilizasiya yaranışları insan faktoruna, onun kapital 
dəyərinə istinad edir. Bu gerçəklikdən çıxış edərək vurğulayır ki, iqtisadiyyatın sosial 
yönümlülüyinün təminatında insan kapitalının hərtərəfli inkişafı üçün məşğulluq probleminin 
həlli, yoxsulluğun aradan qaldırılması  və ümumilikdə mobil sosial infrastrukturun yaradılması 
vacib şərtlidir. 
İqtisadiyyatın sosiallaşması problemi bütün təsərrüfat obyektləri və subyektlərinin 
menecment sisteminin də təkmilliyini tələb edir. Bu aspektdə menecment problemini önə çəkən 
müəllif dövlətin, korporasiyaların, ayrı-ayrı  fərdlərin rolunu qiymətləndirərək iqtisadiyyatın və 
sosial sferanın idarə olunmasında sosial siyasətin imperativləri sistemləşdirir. Artan sosial 
məsuliyyət çərçivəsində gəlirlərin optimal bölgüsü, sosial təminatlılığın artırılması, servis işinin 
inkişafını mühüm amil hesab edir. Müəllifin fikrincə sosial iqtisadiyyat quruculuğunda biznes 
strategiyası da yeni məzmun mahiyyətdə formalaşmalı  və o, üstün sosial yönümlülüyü ilə 
fərqlənməlidir.İqtisadiyyatın sosiallaşmasını labüd proses hesab edən müəllif müasir dünyada 
mövcud real və nəzəri sosial-iqtisadi sistemləri: açıq cəmiyyət, konstitusiya iqtisadiyyatı, sosial 
 
6


 
 
bazar iqtisadiyyatı  və digərlərinin başlıca xüsüsiyyətlərini apardığı  təhlil  əsasında fərqləndirir
lakin bununla onların hansının üstün olduğuna tam dəqiqliklə  təyinat vermir. Bununla belə o, 
prinsipial olaraq hesab edir ki, iqtisadiyyatın sosiallaşmasının ən təminatlı alternativ sistemi kimi 
İslam iqtisadi modeli çıxış etməlidir. Bu baxış onunla əsaslandırılır ki, müasir qlobal 
iqtisadiyyatda hakim iqtisadi modellər böhranlı xarakterlidirlər və onlar mütəmadi 
təkmilləşməyə  məruz qalsalar da kifayət edici ədalətli gəlirlər bölgüsünü və sosial paritetliyi 
dolğun təmin etmirlər. Bu təminatlığı isə o, mükəmməl sosial ədalət və təsərrüfatçılıq etikasına 
malik İslam iqtisadiyyatında görür. İslam iqtisadiyyatının bəşəri mahiyyət və prinsiplərini yeni 
reallıqlar baxımından təhlil edən müəllif, həm də haqlı olaraq göstərir ki, bu sahədə  nəzəri 
araşdırmalar yeni dövriyə  yığmaqdadır və prosesin önündə Azərbaycanlı professor 
M.X.Meybullayevin tədqiqatları dayanır. 
Monoqrafiyanı oxuyarkən belə  qənaətə  gəlmək olur ki, müəllif məqsədli olaraq qarşıya 
qoyduğu iqtisadiyyatın sosiallaşması probleminin əsas meyar və konturlarını 
müəyyənləşdirməyə  və sistemləşdirməyə  cəhd etmiş  və bir çox hallarda buna nail olmuşdur. 
Burada daha bir maraqlı  cəhət ondan ibarətdir ki, əksər məsələlərin təhlilində müəllif konkret 
nəticələr formalaşdırmamış, problemin fundomentallığını önə  çəkərərək onu bu istiqamətdə 
tədqiqatlarını genişləndirənlərin mühakiməsinə buraxmışdır. 
Monoqrafiiyada mübahisəli və ayrı-ayrı hallarda ziddiyytli məqamlara da rast gəlinir. Bunu 
isə problemin çox geniş  əhatə dairəsinə malikliyi və  təhlil sferasında çoxsaylı istiqamətlərin 
mövcudluğu ilə bağlamaq lazımdır. 
Nəşr edilən monoqrafiyanın oxunaqlığını  və  mənimsənilmə imkanlığını artırmaq üçün 
kitabda uyğun illüstrasiyalar, təsərrrüfat həyatına aid aforizmlər, iqtisadiyyat sahəsində Nobel 
laureatları haqqında məlumatlar, sosial və iqtisadi anlayışları ifadə edən  əsas istilahlar lüğəti 
əksini tapmışdır. 
Müəllifin uzun illər apardığı  tədqiqatını qiymətləndirərək ona bu istiqamətdə elmi 
yaradıcılığının daha da genişləndirilməsini arzulayırıq. 
 
 
Akdemik Z.Ə.Səmədzadə 
 
 
 
 
 
 
 
7


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə