E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə4/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   2   3   4   5   6   7   8   9   ...   102

 
 
maliyyəsi və sosializasiyası mühüm alternativ konsensus kimi sınanmalı  və kompleksli 
reallaşmalıdır. 
Sosiallaşan iqtisadiyyat konsepsiyasının mövcud monoqrafik tədqiqat sferasında 
araşdırılması məxsusi elmi yenilikli və praktiki əhəmiyyətli cəhətləri səciyyələndirilir. Belə ki, 
sosiallaşan iqtisadiyyat konsepsiyasının tədqiqat mexanikası ilk dəfə olaraq sosial-iqtisadi 
olmaqla yanaşı, həm də konfessial və  fəlsəfi çevrədə komplekslilik əldə edir. Yeni dayanaqlı 
sivilizasion paradiqmalı cəmiyyət quruculuğunda, iqtisadi sistemin sosiallaşan bazar iqtisadiyyatı 
prinsiplərinə adaptasiyasında  İslamın üstün sosial ədalət və  təsərrüfatçılıq prinsipləri alternativ 
tam kimi önə çəkilir. 
Çağdaş sivilizasion transformasiyada ən mühüm həyati məsələ olaraq sosial və  təsərrüfat 
həyatının energetik təchizat problemi və onun perspektivlik imkanlar diapazonu fərqlənir. 
Tədqiqat işində qlobal energetik təchizatın müxtəlif inkişaf senariləri bir araya gətirilir, enerji 
faktorları qiymətləndirilərək təhlil edilir və onların xronoloci əvəzlənməsi hipotetik düzümdə 
təqdim olunur. Energetik epoxaların amplitudasının məntiqi, aksimotik təyinatı özü-özlüyündə 
milli energetik strategiyaların formalaşması  və  təkmilləşməsi aspektində praktiki istifadə 
təyinatlı materiala çevrilir. Ümumilikdə iqtisadiyyatın sosiallaşması konsepsiyası  və onun yeni 
rakuslu tədqiqat prosesi tam bir emprizmi şərtləndirərək gələcək istifadənin informatik bazası 
çıxışında bulunur. Bu aspekt açıq vətəndaş  cəmiyyəti quruculuğunda, sosiumun inkişaf 
problemlərinin araşdırılmasında qlobal demoqrafik potensialın təbii sərvətlərə uzlaşma 
optimallığının təyinatına, sosial və ekoloji məsuliyyətin yeni postulatlarının formalaşmasında, 
rasional seçimli, futuroloji məntiqli sosial-iqtisadi proqnozlarda istifadə gərəkliyini yüksəldir. 
Tədqiqatın obyektlər silsiləsində aydınlıqların artması, təəssüratların daha da 
genişləndirilməsi mütəfəkkir portretləri, illüstrasiyaların, cədvəl və qrafik materialların təqdimatı 
ilə həllini tapmışdır. Məxsusi olaraq Azərbaycan oxucusu üçün 1969-2005-ci illərdə iqtisadiyyat 
sahəsində Nobel laureatlarının nailiyyətlər kontekstində  təsnifat siyahısı verilmişdir. Kitabda 
təsərrrüfat həyatına aid məhşur kəlamlar, aforizmlər və habelə ayrı-ayrı homo ekonomikusların 
qısa fikir və mülahizələrini əks etdirən xüsusi bölmə təqdim olunmuşdur. Ədəbiyyat siyahısında 
hər bir nəşriyyat məhsulu tədqiqatın konkret araşdırma və təhlil məqamları ilə rəqəmli işarələrlə 
uzlaşdırılmışdır. Tədqiqat sonluğunda abreviaturaları  mənalandıran müvafiq açıqlama verilmiş, 
iqtisadi və sosial elmi vəhdəti ifadə edən  əsas anlayış  və istilahların  ən mümkün lakonik 
interpretasiyada lüğəti  əks olunmuşdur. Nəticələr ümumiləşərək sistem halına gətirilmiş, 
monoqrafik tədqiqatın rus və ingilis dillərində annotasiyalarına ayrıca təqdimat verilmişdir. 
 
 
10


 
 
I FƏSİL 
SOSİAL-İQTİSADİ FİKİR TARİXİKONSEPSİYALARI 
 
1.1. İlkin təsərrüfatçiliq kompozisiyasi 
 
Sosiallaşan iqtisadiyyat quruculuğunun motivasiyası təsərrüfatçılıq ukladlarının təşəkkül və 
bəşəri iqtisadi fikir tarixinə ekskursu şərtləndirir. Praqmatik orbitin sakinləri aydın dərk edirlər 
ki, hər bir yeni yaranışın empirik rişələri vardır. Bu baxımdan təsadüfü olmayaraq sosiallaşan 
iqtisadiyyat paradiqması da direktiv və proqnoz sintezini ehtiva edən təyin olunmuş  məqsədli 
quruluş  və genetik elmi əsaslandırma diapazonunda pərvəriş tapır, perspektiv təyinatlı olaraq 
retrospektiv köklərdən qaynaqlanır. 
Ən  əski zamanlara köklənərək insanların təsərrüfat həyatının tarixi, bəşəri ibtidai iqtisadi 
baxışlar çevrəsinin yaranışı  cəmiyyət inkişafının müxtəlif mərhələlərində formalaşan obyektiv 
şərtlər, tələb və maraqlar təməlində ərsəyə yetmişdir. 
İqtisadi düşüncənin formal kökləri ibtidai insan həyatının  ən dərin guşələrinə nüfuz edir. 
Elmə  məlumdur ki, ibtidai insanlar belə primitiv iqtisadi biliklərə, təsərrüfat münasibətləri 
haqqında müəyyən praktik vərdişlərə və təəssüratlara malik olmuş, həyatı istehlak nemətlərinin 
istehsalını, bölgüsünü və mübadiləsini reallaşdırmağı  əxz etmişlər. Lakin bu yaranışlar sərbəst 
bilik sahəsinə ayrılmayaraq ictimai şüurun tərkib hissəsi çərçivəsində, dini dünyagörüşün 
həlqələrində cərəyan etmişdir. 
Ümumi götürdükdə bütün bəşəri sivilizasiya boyu iqtisadi fikrin yaranış və təşəkkül tarixi 
aşağıdakı üç mühüm mərhələdən keçmişdir: 
I.Qədim dünya iqtisadi fikri; 
II.Qədim Şərq sivilizasiyasının iqtisadi fikri; 
III.Antik dünyanın iqtisadi fikri. 
Qədim dünyanın  Şərq qütbündəki ilk sinfi icmaların yaranışı, sonradan padşah-məbəd 
təsərrüfatının meydana gəlməsi təşkilati problemlərin həlli və dövlətin idarə olunmasında iqtisadi 
düşüncənin daha konkret zəmində formalaşmasını labüd etmişdir. Elə bu həlqədən də iqtisadi 
elmin təşəkkül özəklərini  əski dünyanın ilkin sivilizasiya məkanı  Qədim  Şərqin mütəfəkkir 
baxışlarında, ayrı-ayrı hökmdarların idarəetmə sistemini ehtiva edən kitabələrdə axtarmaq 
gərəkli hesab olunur. 
Müqayisəli aspektdən çıxış edərək qeyd olunmalıdır ki, paralel zamanlarda Avropa qitəsi 
ayrı-ayrı ovçu məntəqələri istisna olmaqla büsbütün bəşəri mədəniyyətdən kənarda qalmışdır. 
Buna görə də həmən çoğrafi məkanın müqabil illərdə iqtisadi fikir tarixində rolu istisna edilir. 
Bizim eradan əvvəl IV minillikdə  Qədim  Şərqdə artıq quldarlıq quruluşu intişar 
mərhələsinə qədəm qoymuşdu. Bu cəmiyyət formasının yaranışı isə öz 
növbəsində natural təsərrüfatçılıqdan  əmtəə-pul münasibətlərinə 
keçidə  rəvac vermiş, icma, dövlət və  şəxsi mülkiyyətin qarşılıqlı 
ünsiyyətini yeni inkişaf mərhələsinə yüksəltmişdi. 
Qədim  Şərqin quldarlıq cəmiyyəti antik quldarlıqdan köklü 
fərqlənirdi. Bu fərq üstün səciyyədə qulun cəmiyyətdə  əsas istehsal 
gücünə malikliyi ilə daha qabarıq təzahürlü olmuşdur. Belə ki, 
müvafiq sistem çərçivəsində kənd təsərrüfatı və əkinçilik formal olsa 
da azad insanlara məxsus idi. Digər nisbət isə torpağın dövlətin və ya 
dövləti icmanın  əlində qalması  fərqində seçilirdi. Qədim  Şərqdə dövlətin təsərrüfat həyatında 
xüsusən də  əkinçilikdə irriqasiyanın tənzimlənməsində  iştirakı klassik və spesifik istehsal 
üsulunun yaranışını təyinatlı etmişdir. Bu istehsal nümunəsi iqtisad elmi tarixinə «Asiya istehsal 
üsulu» kimi pərçimlənmişdir. 
«Asiya istehsal üsulu»nun ilk elmi  şərhi K.Marks və F.Engelsin yazışmalarında 
verilmişdir. Onun ayrı-ayrı cəhətlərinin təhlili isə K.Marksın «Kapital» əsərində əksini tapmışdır. 
XIX-XX  əsrlərdə marksist ədəbiyyatlarda «Asiya istehsal üsulu»nun tədqiq prosesi, xüsusən 
 
11


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə