55
qənaətli formasıdır. Çünki:
birincisi, sahə nisbətən ucuz işçi qüvvəsi və ya xammal
hesabına, xarici hökumətlərin xarici sərmayəçilərə etdiyi güzəştlər hesabına,
nəqliyyat xərclərinin ixtisarı hesabına kapitala qənaət etmək mümkün olur; ikincisi,
iş yerləri yaratmaqla şirkət tərəfmüqabil ölkədə özünə daha xeyirxah ad qazanması
təmin olunur; üçüncüsü, şirkət qəbul edilən ölkənin dövlət idarələri ilə, müştərilərlə,
malgöndərənlərlə və sair ilə daha dərin əlaqələr yaradır ki, bu da ona öz mallarını
yerli marketinq mühitinə daha yaxşı uyğunlaşdırmağa
imkan verir; dördüncüsü,
şirkət öz investisiyalarına tam nəzarət olunmasını qoruyub saxlayır və deməli,
istehsal sahəsində onun beynəlxalq miqyasdakı uzunmüddətli vəzifələrinə cavab
verən mövqeyi təmin olunur.
Azərbaycanın neft strategiyasındə «Əsrin müqaviləsi» mühüm yer tutur. 1993-cü ildə
xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikamızın zəngin təbii
sərvətlərinin, o cümlədən neft və qaz yataqlarının xarici neft şirkətləri ilə müştərək işlənməsi
barədə proqramların hazırlanması zəruriliyini qeyd edərək, neft strategiyasını müəyyənləşdirdi.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarının gərgin və ardıcıl səyi
nəticəsində 1994-cü il sentyabrın 20-də ABŞ-ın «AMOKO», «Yunokal», «Penzoyl»,
«Makdermost», Böyük Britaniyanın «BP», «Remko», Rusiyanın «Lukoyl», Norveçin «Statol»,
Türkiyənin «TPAO» və Səudiyyə Ərəbistanının «Delta» kimi nüfuzlu
neft şirkətlərinin təmsil
olunduğu konsorsium ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq»
və «Günəşli» yataqlarının birgə istismarına dair hasilatın pay bölgüsü sazişi imzalandı. Bundan
bir il sonra ABŞ-ın «EKSON» neft şirkəti, 1996-cı ilin iyulunda isə «Makdermost»un bütün
iştirak payına sahib olmuş Yaponiyanın «İTOÇU» neft şirkəti həmin müqaviləyə qoşulmuşdur.
Tarixə «Əsrin müqaviləsi» kimi daxil olmuş bu sazişin həyata keçirilməsini təmin etmək üçün
şirkətlər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini /ABƏŞ/ təsis etmişlər. Müqaviləyə əsasən
30 il müddətinə ilkin olaraq 511 milyon ton neft hasil etmək nəzərdə tutulmuşdur. Son illərdə
aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsi göstərdi ki, «Azəri», «Çıraq» və «Günəşli»
yataqlarında proqnozlaşdırıldığından
daha çox, yəni 700 milyon tona yaxın neft vardır.
Neft strategiyasının əsas vəzifələrdən biri Azərbaycanın müxtəlif xarici ölkələrlə iqtisadi,
siyasi və mədəni əməkdaşlığını maksimum dərəcədə genişləndirməkdir. Respublikada ictimai-
siyasi sabitliyin bərqərar olması, zəngin neft və qaz yataqlarının mövcudluğu xarici investorların
ölkəmizə marağını daha da artırmışdır. «Əsrin müqaviləsi»nin ardınca keçən dövr ərzində 21
yeni neft sazişləri imzalanmışdır. İmzalanmış həmin müqavilələr çərçivəsində Azərbaycana
birbaşa xarici investisiya qoyuluşunun gözlənilən həcmi 60 milyard ABŞ dolları təşkil edəcəkdir.
2000-ci ilədək neft müqavilələri üzrə investisiya qoyuluşunun həcmi 3 milyard dollar olmuşdur.
Bu müqavilələr qabaqcıl Qərb texnologiyasının Azərbaycanın neftqazçıxarma sənayesinə cəlb
edilməsinə, bir sıra neftqazçıxarma idarələrinin müasir texnologiya əsasında yenidən
qurulmasına və əsaslı təmirinə, müvafiq infrastrukturun yaradılmasına geniş imkanlar açmışdır.
Azərbaycan neft sənayesinin ən iri müəssisələrindən olan «Şelflayihətikinti» zavodu fəaliyyəti
yenidən bərpa edilmişdir. «Dədə Qorqud» qazma qurğusu və «Çıraq-1» platforması dünya
standartları səviyyəsində yenidən qurulmuşdur. Zığ boru
örtükləmə zavodu, dəniz işlərinin yerinə
yetirilməsi üçün 11 gəmi əsaslı təmir olunmuş, «Azərbaycan» kran barcı və «İsrəfil Hüseynov»
sualtı boru-düzən gəmisi modernləşdirilmişdir. Səngəçalda tutumu 100 min tondan artıq olan
müasir neft terminalı tikilib istifadəyə verilmiş, neftin dünya bazarlarına çatdırılması üçün
«Çıraq-1» platformasından Səngəçal terminalınadək 176 kilometr uzunluğunda sualtı neft gəməri
və Neft Daşlarınadək 48 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir.
Neft strategiyasının həyata keçirilməsində mühüm mərhələ 1997-ci il noyabrın 12-də
«Çıraq-1» platformasında ilk neft quyusunun istismara verilməsi oldu. Hazırda «Çıraq-1»
platformasında 12 neft quyusu və 2 suvurma quyusu qazılıb, yataqdan gün ərzində 14 min ton
neft və 3 milyon m
3
səmt qazı çıxarılır. Neft hasilatının tədricən artırılması nəticəsində neft
sənayesinin tənəzzülünün qarşısı alınmış və dinamik inkişaf üçün əlverişli zəmin yaradılmışdır.
2002-ci ildə neft hasilatı 1995-ci ildəki 9 milyon 200 min tondan 15,3 milyon tona çatmışdır.
56
2003-cü ilədək neft layihələrinin həyata keçirilməsi üçün 2 mindən artıq Azərbaycan
vətəndaşının çalışdığı 12 müştərək müəssisə yaradılaraq işə salınmışdır ki, onlar nüfuzlu xarici
neft şirkətləri ilə rəqabət mübarizəsində 381 milyon dollar dəyərində müqavilə işləri aparmışlar.
Deməli, neft strategiyasının ardıcıl həyata keçirilməsi müstəqilliyimizin
möhkəmləndirilməsi və
iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. «Əsrin müqaviləsi» çərçivəsində
işlərin uğurlu yerinə yetirilməsi 1999-cu ilin dekabr ayında Azərbaycan Respublikasının payına
135 min ton həcmində ilk mənfəət neftinin ayrılmasına imkan vermişdir. 2000-ci ildən
başlayaraq Azərbaycan Respublikası hər il 200 milyon dollar məbləğində mənfəət əldə edir.
Gələcəkdə «Azəri», «Çıraq-1» və «Günəşli» neft yataqlarının istismarının inkişafı və neft
hasilatının çoxalması ilə əlaqədar olaraq bu gəlirlərin həcmi xeyli artacaqdır.
Beləliklə, neft strategiyasının başlanğıc mərhələsi olan «Əsrin müqaviləsi»nin həyata
keçirilməsinin 10 illik tarixi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və milli
iqtisadiyyatımızın dirçəldilməsində mühüm mərhələ olmuşdur.
4.2. Neft strategiyasi və iqtisadi islahatlar
Son illərdə ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində sosial-iqtisadi sahələrdə
geriləmələrin qarşısı alınmış və müəyyən irəliləmələr müşahidə olunmaqdadır. 2002-ci ildə
ölkənin sosial və iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki illərlə
müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. İqtisadiyyatın və sosial sahələrin ümumiləşdirici
göstəricisi olan ÜDM istehsalı 2002-ci ildə əvvəlki ilə nisbətən 10,6% artaraq 29,6 trilyon
manata çatmışdır. Əgər 2001-ci ildə ÜDM-in 1% artımı 235,9
milyard manat əlavə dəyərə
bərabər idisə, 2002-ci ildə bu, 266,7 milyard manat təşkil etmişdir. Adambaşına ÜDM istehsalı
2001-ci illə müqayisədə 2002-ci ildə 9,8% artaraq 3,7 milyon manata /
756,3 dllar/ çatmışdır. Bu
göstəriciyə görə Azərbaycan Respublikası MDB ölkələri içərisində Rusiya, Ukrayna, Belorus və
Qazaxıstandan sonra beşinci yeri tutur.
Azərbaycan Respublikasında son illərdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində
iqtitsadiyyatın bəzi sahələrində, o cümlədən də, sənayedə və onun aparıcı sahələrindən biri olan
neft sənayesində bir sıra uğurlu nailiyyətlər əldə edilmişdir. Belə ki, 2002-ci
ildə ölkə sənayesi
19,7 trilyon manatlıq və ya 2001-ci illə müqayisədə 3,6% çox sənaye məhsulu istehsal etmiş və
xidmətlər göstərmişdir. 2002-ci ildə ağır sənaye sahəsində özəl bölmənin payı xeyli artıb, yəni
sənaye məhsulunun 53,7%-i qeyri-dövlət bölməsində istehsal olunmuşdur ki, bu da 2001-ci illə
müqayisədə 7,8% çoxdur. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil edilmişdir ki, bu da
2001-ci ilə nisbətən 2,8% çoxdur. Bu, son 25 ildə əldə edilən ən yüksək göstəricidir.
Sənayenin ayrı-ayrı sahələrində də xeyli irəliləyişlərə nail olunmuşdur. Belə ki, 2002-ci
ildə yanacaq sənayesində məhsul istehsalı 2,3%, o cümlədən neft hasilatında 2,8%, neft emalında
1%, metallurgiya sənayesində 96,6%, kimya və neft-kimya sənayesi müəssisələrində 30,0%,
yüngül sənaye müəssisələrində 8,6%, tikinti materialları sənayesində 42%, şüşə və çini-saxsı
sənayesində 65,5%, meşə, ağaj emalı və sellüloz-kağız sənayesində 2,7% artım olmuşdur.
Sənayenin digər sahələrinə nisbətən son illər elektroenergetika, neft və qaz hasilatı
sahələrinin işi uğurlu olmuşdur. Əsəsən «BP/Amoko» şirkətinin səyi nəticəsində /1999-cu ildə
neft hasilatı 4,8 min ton təşkil etmişdir/ ölkədə hasil edilmiş xam neftin həcmi hələ bu sahədə
tənəzzül müşahidə edilməyən sabit illərin /1986-1988-ci illər/ illik istehsalına bərabər olmuşdur.
«BP/Amoko» şirkətinin dekabr ayında hasil etdiyi 466 min ton xam neft «Çıraq-1» strukturunda
1997-ci ilin noyabr ayında ilkin neftin çıxarılmasına başlandıqdan sonra ən böyük hasilatdır.
Yuxarıda göstərilən nailiyyətlərin əldə edilməsində neft sənayesində son
illərdə həyata
keçirilən iqtisadi islahatlar mühüm rol oynamışdır. Ümumiyyətlə, iqtisadi islahat dedikdə
təsərrüfatçılığın yeni sistemə keçirilməsi prosesi nəzərdə tutulur. Bizim respublikamızda iqtisadi
islahatların həyata keçirilməsi təsərrüfat hesabının təkmilləşdirilməsinə, qiymətlərin
sərbəstləşdirilməsinə, kreditinin rolunun artırılmasına əsaslanır.