E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə27/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   23   24   25   26   27   28   29   30   ...   121

 
57
Neft sənayesində 1990-cı ilin əvvəllərində start götürən iqtisadi islahatlar prosesi hazırda 
köklü dəyişikliklərə  məruz qalacaq yeni mərhələyə  qədəm qoyur. Respublika prezidenti 
H.Ə.Əliyev cənabları tərəfindən əsası qoyulan neft strategiyasının uğurlu nəticələri bu gün daha 
geniş  şəkildə özünü büruzə verir. «Əsrin müqaviləsi» çərçivəsində hasil ediləcək neftin illik 
həcmi yaxın gələcəkdə 10 milyonluq həddi aşacaqdır. Azərbaycan Xəzərin enerji resurslarının 
Avropa bazarlarına çıxarılacağı ən mühüm əraziyə, gerçəkləşən böyük ipək yolu baxımında isə 
həm də bütün Xəzər hövzəsi regionunun tranzit məkanına çevriləcəkdir. Deməli, gələcəkdə neft 
sənayesində böyük nailiyyətlərin  əldə edilməsi məqsədi ilə iqtisadi islahatlar daha da 
dərinləşdirilməli və  təkmilləşdirilməlidir ki, bu da bizim fikrimizcə, aşağıdakı  nəticələrin  əldə 
edilməsini təmin etməlidir: 
1.
 
istehsalın səmərəliliyi və rentabelliyinin artırılmasını.  İstehsalın səmərəliliyi, onun 
nəticəliyini, yəni istehsal-təsərrüfat fəaliyyətinin nəticələri ilə onlara nail olunmasına sərf 
edilən əmək və matierial ehtiyatlarının nisbətini xarakterizə edir. İstehsalın səmərəliliyinin 
yüksəldilməsi prosesinin mahiyyəti - məsrəfin hər vahidinə düşən iqtisadi nəticələrin 
yüksəldilməsidir.  İstehsalın səmərəliliyi cəmiyyət miqyasında istehsalın  şəxsi və cismi 
/maddi/ amillərinin iqtisadi cəhətdən reallaşdırılması  dərəcəsini səciyyələndirir. Xalq 
təsərrüfatı miqyasında onun həcmi milli gəlirlə onun istehsalına çəkilmiş cari məsrəflərin 
nisbəti kimi müəyyən olunur. Buna müvafiq olaraq, müəssisədə, sahədə istehsalın 
səmərəliliyi xalis məhsulla onun tam maya dəyərinin nisbəti kimi müəyyən edilir; bu 
məqsədlə, həmçinin istehsalın rentabelliyi göstəricisindən də istifadə edilir; 
2.
 
servis xidmətinin genişləndirilməsi. Servis xidmətinin göstərilməsini qərara alan təşkilat, 
bazar xadimi üç qərar qəbul etməlidir.  İlk növbədə özü üçün müəyyənləşdirməlidir ki
servis xidmətinə hansı xidmətləri daxil etməlidir, yəni sifarişçiyə  nə kimi xidmətlər 
göstərməlidir; ikincisi, hansı  səviyyəli servis xidmətini sifarişçiyə  təklif etməlidir və 
üçüncisi, servis xidmətini sifarişçi üçün hansı formada həyata keçirməlidir; 
3.
 
maliyyə sabitliyinin təminatını. Maliyyə sabitliyinin təminatında maliyyə intizamına 
ciddi  əməl olunması mühüm əhəmiyyət kəsb edir. Maliyyə sabitliyinin təminatı pul 
ehtiyatlarından istifadə olunmasında qənaət reciminin gözlənilməsinə yönəldilir və 
təsərrüfat hesabının zəruri  şərtidir. Maliyyə sabitliyinin təminatı üzərində  nəzarəti 
müəssisənin /sahənin/ maliyyə  şöbəsi, yaxud lazımi hallarda respublikanın Maliyyə 
Nazirliyi tərəfindən həyata keçirilir; 
4.
 
iqtisadi inteqrasiyanın genişləndirilməsi, rəqabətin gücləndirilməsi və 
infrastrukturun yeniləşdirilməsini.  İqtisadi inteqrasiya təsərrüfat fəaliyyətinin 
beynəlmiləlləşdirilməsi prosesi olmaqla ölkələr arasında  əmək bölgüsünü dərinləşdirir, 
istehsalın inkişafına və səmərəliliyinin artırılmasına şərait yaradır. Əmək bölgüsünün çox 
yüksək səviyyədə olması  Qərbi Avropada və Amerikada regional iqtisadi inteqrasiyanın 
geniş vüsət almasına səbəb olmuşdur.  İqtisadi inteqrasiya Afrika və Latın Amerikası 
ölkələrində, nisbətən güclü formada islam təşkilatlarına daxil olan ölkələr arasında da 
göstərməkdədir.  İqtisadi inteqrasiyanın nümunələrindən biri Cənubi Asiyanın Regional 
Əməkdaşlıq Assosiasiyasıdır /SAARK/. Bu Cənubi Asiya ölkələrinin çoxcəhətli 
əməkdaşlığına yardım göstərən beynəlxalq təşkilatdır.  İştirakçıları: Banqladeş, Hindistan, 
Nepal, Pakistan və  Şri-Lankadır. Bu birlik 1985-ci ildə yaranmışdır.  İşçi orqanı olan 
katiblik Nepalın paytaxtı Katmandu şəhərində yerləşir. 
5.
 
elmi-texniki nailiyyətlərin müntəzəm və geniş  tətbiqini. Bazar iqtisadiyyatına keçidlə 
əlaqədar olaraq müasir elmi-texniki nailiyyətlər  əsasında iqtisadiyyat texniki cəhətdən 
kökündən yenidən qurulur. Çağdaş nəsildən olan texnikanın, prinsipcə yeni texnologiyanın 
tətbiqini təmin edən maşınqayırmanın sürətləndirilməsində ETT aparıcı rol oynayır. ETT-
nin strateji istiqamətləri üzrə böyük kompleks proqramların həyata keçirilməsinə  və 
istehsalın texniki cəhətdən yeniləşdirilməsinin asılı olduğu sahələr daha sürətlə inkişaf 
etdirilir; 
 


 
58
6.
 
iqtisadi artımın təmin olunması - elmi-texniki inqilabın nailiyyətlərindən geniş istifadə 
olunmasına, məhsulun /işin, xidmətin/ keyfiyyətinin yaxşılaşdırılmasına, qabaqcıl istehsalat 
təcrübəsinin geniş yayılmasına  əsaslanır.  İqtisadi artım dedikdə, istehsal və qeyri-istehsal 
istehlakı  məqsədilə  məhsul istehsalının və xidmətlərin çoxaldılması  nəzərdə tutulur. 
Ekstensiv və intensiv olaraq iki tipdə iqtisadi artım mövcuddur. Birincisi, istehsalın əvvəlki 
elmi-texniki  əsas üzərində genişləndirilməsini, ikincisi isə daha səmərəli istehsal 
vasitələrinin tətbiqi  əsasında məhsul /xidmət, iş/ buraxılışının artırılmasını  nəzərdə tutur. 
İqtisadi artımın  əsas göstəricilərinə ümumi daxili məhsulun artım sürəti, məhsulun 
keyfiyyətinin yaxşılaşdırılması, elmi-texniki tərəqqinin səviyyəsi və sürətləri, istehsalın 
effektivliyi dinamikası daxildir. İqtisadi artımın son nəticəsi  əhalinin real gəlirinin 
artırılması, istehlak əşyaları ilə  təminatının yüksəldilməsi,  şəxsiyyətin azad, hərtərəfli 
inkişafı üçün şəraitin yaradılmasıdır.  
7.
 
təsərrüfat subyektlərinin çevikliyinin və trasformasiya qabiliyyətinin artırılmasını. Bu 
müxtəlif əməliyyatların yerinə yetirilməsini təmin etməklə yanaşı, istehsalın çevikliyini də 
artırır. Bu isə öz növbəsində bir məmulatın emalından tezliklə digərinə keçməyə, eyni 
zamanda müxtəlif  əməliyyatları yerinə yetirməyə imkan verir. Çevik avtomatlaşdırılmış 
istehsalatlarda istehsalın tələbi ilə müəyyən olunan müxtəlif funksiyalarda çox müxtəlif 
dəzgah hissələrinin, mühərriklərin, nəqliyyat maşınlarının düzəldilməsi üçün tətbiq edilir. 
Çevik avtomatlaşdırılmış istehsalatların köməyi ilə geniş dairədə  əməliyyatlar – kontur 
/çevrə/ frezerləmə, səthin frezerlənməsi, burğu ilə deşmə, naxışkəsmə, xarratsıxaj emalı, 
karusel dəzgahlarda emal, diş frezerlənməsi, cilalama və bir çox digər əməliyyatlar yerinə 
yetirilir. 
Göründüyü kimi, iqtisadi islahatların həyata keçirilməsi problemi o qədər ciddidir ki, onun 
həlli yalnız məsələyə kompleks halında yanaşılması  şəraitində mümkündür. Neftqazçıxarma 
sənayesi respublika iqtisadiyyatının digər sahələri ilə o dərəcədə  sıx  əlaqədardır ki, iqtisadi 
islahatları burada təjrid olunmuş  şəkildə  həyata keçirmək qeyri-mümkündür. Bu baxımdan, 
respublika iqtisadiyyatında bütünlükdə iqtisadi islahatların ümumi xarakter daşıyan prinsipial 
istiqamətlərini müəyyən etmək və onların neftqazçıxarma sənayesində xarakterik cəhətlərini 
nəzərə almaqla tətbiqi mühüm məsələdir. 
Bazar iqtisadiyyatına keçid dövründə iqtisadiyyatı azad bazar prinsipləri, yəni tam 
təsərrüfat hesabı, özxərclərini ödəmə, özünü maliyyələşdirmə, özünüidarəetmə  və  rəqabət 
prinsipləri əsasında qurmaq, iqtisadi sarsıntılardan imkan dairəsində xilas olmaq zəruriliyi tələb 
edir ki, iqtisadiyyatın tənzimlənməsində dövlətin rolu düzgün müəyyən edilməlidir. Lakin 
müstəqilliyimizin ilk çağlarında «planlı  təsərrüfat sistemi heç bir işə qadir deyil», «bazar 
iqtisadiyyatı dövlətin rolunu heçə endirməlidir» - fikrini rəhbər tutan bəzi islahatçılar, demək olar 
ki, MDB ölkələrinin hamısında xeyli dərəcədə köhnə iqtisadiyyatın dağılmasına nail oldular. 
Halbuki hazırkı mürəkkəb  şəraitdə bu və ya digər səbəblərlə  əlaqədar olaraq ölkənin iqtisadi, 
siyasi müstəqilliyində  həlledici amillərdən olan Yanacaq-energetika Kompleksinin əsas və 
mühüm hissəsi dövlətin nəzarəti və himayəsi altında olmalıdır.  İnkişaf etmiş bütün ölkələrdə 
dövlətin iqtisadiyyatdakı rolu inkar edilməzdir. Unutmaq lazım deyildir ki, tarixin inkişaf 
mərhələlərində istehsal üsulundan asılı olmayaraq dövlət sosial-iqtisadi inkişafımızın barometri 
olmuş və indi də olmaqda davam etməkdədir. 
Azərbaycan Respublikasında neft hasilatı  məsələsi bu gün dünya siyasətində mühüm yer 
tutan problemlərdən birinə çevrilmişdir. Belə olduğu halda, neft-qaz hasilatının artırılmasında, 
onun inkişafının perspektivlərinin müəyyənləşdirilməsində dövlətin rolu əvəzedilməzdir. Bu 
strateji xətt həm də o demək deyildir ki, neft sənayesində bazar münasibətlərinin formalaşması, 
mülkiyyət münasibətləri dəyişməz qalsın.  Əksinə, dövlət bu strateji sahəni özünün nəzarətində 
saxlamaqla orada bazar münasibətlərinin, kommersiya strukturlarının və milli sahibkarlığın 
inkişafına yönəldilmiş əlverişli şərait yarada bilər. Bu gün neft sənayesində iqtisadi islahatların 
aparılması zəruriliyi aşağıdakılarla izah edilir: 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə